Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektoru

 Şirvan Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun tabeçiliyində 50 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta ( onlardan biri humanitar təmayüllü liseydir), 16 ümumi orta, 6 ibtidai məktəb, 16 məktəbəqədər təhsil müəssisəsi, 1 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

 Rayonun ümumtəhsil məktəblərində 10140 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1691 nəfərdən artıq  müəllim məşğul olur.

Təhsilimiz bu gün

Dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğı, müəllimlərin əməyinin  stimullaşdırılması nəticəsində rayonun müəllimləri müxtəlif  fəxri adlarla təltif olunmuşlar. Belə ki,  cənab Prezidentin müvafiq sərəncamlarıyla  8 nəfər müəllim əməkdar müəllim adına, 5 nəfər tərəqqi medalına, 4 nəfər isə  İlin ən yaxşı müəllimi adına layiq görülmüşdür.  “Əməkdar müəllim” adına layiq görülənlər – şəhər 2 saylı tam orta məktəbin müəllimi Rəzzaqova Girami Yusif qızı, Bankə qəsəbə 2 saylı tam orta məktəbin direktoru Zeynalova Hüsniyyə Heydərağa qızı, şəhər 4 saylı tam orta məktəbin müəllimləri Cəfərova Məlahət Süleyman qızı,  Mehdiyeva Gülnaz Nadir qızı, Qədimkənd kənd tam orta məktəbin müəllimləri Kərimova Raziyə Abdulla qızı və Eybullayev Elçin Fərhad oğlu, Xıllı qəsəbə 1 saylı tam orta məktəbin müəllimləri Səfərov Seyran Əmən oğlu və Həşimova Fatma Məhəmməd qızı, təqaüddə olan müəllim Cəfərov Əzizağa Əjdər oğludur.  “Tərəqqi” medalına layiq görülənlər – Xolqaraqaşlı kənd tam orta məktəbin direktoru Nəcəfova Ruhəngiz Əşrəf qızı, Aşağı Surra kənd tam orta məktəbin direktoru Rəhimov Həbulla Rəhmət oğlu, şəhər 4 saylı tam orta məktəbin müəllimi Cəfərova Məlahət Süleyman qızı, Xıllı qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Səfərov Seyran Əmən oğlu, şəhər 1 saylı tam orta məktəbin müəllimi Əliyev Famil Abas oğludur. “İlin ən yaxşı müəllimi” adına layiq görülənlər – Şirvan Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri Dadaşov Vüqar İsrəfil oğlu, şəhər 2 saylı tam orta məktəbin müəllimi Rəzzaqova Girami Yusif qızı, Xolqaraqaşlı kənd tam orta məktəbin direktoru Nəcəfova Ruhəngiz Əşrəf qızı, Xıllı qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Səfərov Seyran Əmən oğlu olmuşdur. Təhsil Nazirliyi tərəfindən  “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunanlar - Bankə qəsəbə 2 saylı tam orta məktəbin direktoru Zeynalova Hüsniyyə Heydərağa qızı, şəhər 1 saylı tam orta məktəbin direktoru Abdullayeva Ülviyyə Şükür qızı, şəhər 4 saylı tam orta məktəbin direktoru Balaşova Şəfəq Əlimərdan qızı, Cəngən kənd tam orta məktəbin müəllimi Əhmədova Şəhrəbanu Məsud qızı, Bankə qəsəbə 2 saylı tam orta məktəbin müəllimi İbrahimova Elnarə Əjdər qızıdır.

                            

             Girami Rəzzaqova             Məlahət Cəfərova                      Famil Əliyev 

                          

           Eybullayev Elçin                 Kərimova Raziyyə               Məcidova Fatma 

                      

         Mehdiyeva Gülnaz             Nəcəfova Ruhəngiz          Dadaşov Vüqar

                 

          Səfərov Seyran            Zeynalova Hüsniyyə            Rəhimov Həbulla 

Rayonun təhsil sahəsinə göstərilən qayğı şagirdlərin təhsil göstəricilərində  də öz əksini tapır. Respublika Fənn Olimpiadalarında, Ali məktəblərə qəbul imtahanlarında, Fənn müsabiqələrində və digər Respublika səviyyəli müsabiqələrdə Neftçala rayonunun təmsil edən şagirdlər xüsusi fərqlənirlər. 2021-ci ildə qəbul imtahanlarında iştirak edən 372 nəfər abituriyentdən 217 nəfəri ali təhsil müüəssisələrinə, 75 nəfəri isə orta ixtisas təhsili müəsisələrinə  qəbul olaraq, tələbə adını qazanmışdır. 2021-ci ildə qəbul kompaniyasında iştirak edən abituriyentlərdən 38 nəfəri 500 baldan, 7 nəfəri isə 600 baldan yuxarı nəticə göstərmişdir. 2021-ci ilin göstəricilərinə əsasən Dövlət sifarişi ilə ali məktəblərə qəbulolma faizinə əsasən Neftçala rayonu region üzrə birinci, Respublika üzrə isə 11-ci sırada qərar tutmuşdur.

 2022-2023-cü tədris ilində rayonun iki ümumtəhsil müəssəsində STEAM layihəsi tətbiq olunur.S.İmanov adına şəhər 1 saylı məktəbin 6, 7 və 8-ci siniflərində, R.Gözəlov adına Xıllı qəsəbə 1 saylı məktəbin  6 və 7-ci siniflərində tətbiq olunur. Layihə çərçivəsində 8 müəllim fəaliyyət göstərir. Ümumi olaraq layihədə 342  nəfər şagird təhsil alır. SAF 2022- Beynəlxalq STEAM Azərbaycan Festivalında Neftçala rayonu üzrə S.İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin  “Flying Stars” komandası   finalda iştirak etmişdir.Həvəslədirici yerə layiq görülmüşdür.

Elm və Təhsil Nazirliyi tərəfindən 2022/2023-cü dərs ilində VI və VII siniflər üzrə fənn  müsabiqələri keçirilmişdir.  Müsabiqələrdə 732 nəfər şagird iştirak etmiş,  58 nəfər  zona mərhələsində iştirak hüququ qazanmışdır, onlardan ən yüksək nəticə göstərən 10 nəfər şagird final mərhələsində iştirak etmiş, onlardan 3 şagird Aşağı Surra kənd tam orta məktəbin 7 sinif şagirdi Quluzadə Nuray Nail qızı kimya fənni  üzrə, Aşağı Surra kənd tam orta məktəbin 7 sinif şagirdi Həsənova Nərmin Fuad  qızı kimya fənni  üzrə və Neftçala şəhər 4 saylı tam orta məktəbin 7 sinif şagirdi Məhərrəmli Səccad Elnur oğlu fizika fənni üzrə uğur qazanmışdır.

2022/2023-cü dərs ilində V sinif şagirdləri arasında Lütfi Zadə adına riyaziyyat fənni üzrə məntiq olimpiadası keçirilmişdir.  Müsabiqələrdə 323 nəfər şagird iştirak etmiş,  onlardan ən yüksək nəticə göstərən 23 nəfər şagird zona mərhələsində iştirak etmiş, onlardan 1 nəfər Aşağı Surra kənd tam orta məktəbin 5 sinif şagirdi Cavadlı Hüseynağa Teymur oğlu uğur qazanmışdır.

2022/2023-cü dərs ilində  fənn olimpiadalarında  8 fənn üzrə  VIII, IX,X,XI sinif şagirdlərindən 467 nəfər şagird iştirak etmişdir. Bunlardan  35 nəfər zona mərhələsində iştirak etmiş, onlardan 14 nəfər uğur qazanaraq final mərhələsində iştirak etmişdir. Bu şagirdlərdən 11 nəfəri uğur qazanmışdır. 1 qızıl medal, 2 gümüş medal və 8 bürünc medal qazanmışdılar.Respublika fənn olimpiadasının qalibi bürünc medalçı E.Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəbin VIII sinif şagirdi Abdullazadə Xavər Rövşən qızı Serbiyada keçirilən Avropa Belnəlxalq Coğrafiya olimpiadasında iştirak edərək IV yer tutumuşdur.

  Sertifikasiyaya hazırlıq zamanı təhsilverənlərə dəstək məqsədilə Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən verilən müvafiq tapşırığa əsasən “Sertifikasiya təlim mərkəzləri” yaradılmışdır. Belə ki, müəllimlərin təlim ehtiyaclarını öyrənmək məqsədilə müəllimlər arasında sorğu aparılmışdır. Müraciət edən edən 70 müəllim rayon üzrə yaradılan 3 təlim mərkəzində təlimlərə cəlb edilmişdir. Təlimlər metodika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat ixtisasları üzrə 9 nəfər təlimçi tərəfindən keçirilmişdir.

2023-cü ildə təşkil olunan ibtidai sinif və Azərbaycan dili müəllimlərinin sertifikatlaşdırma prossesinə dair məsələlər icra olunmuşdur. Belə ki, rayon üzrə fəaliyyət göstərən bütün ibtidai sinif və Azərbaycan dili müəllimləri haqqında məlumatları toplanmış, araşdırılmış, daha sonra sertifikasiya üçün yaradılan müvafiq portala məlumatlar daxil edilmişdir. Məlumat üçün bildirək ki, 2022/2023-cü tədris ilində ümumilikdə 350 nəfər ibtidai sinif və Azərbaycan dili müəllimi fəaliyyət göstərmişdir. Onlardan 343 nəfər müəllim sertifikatlaşdırma prossesinin imtahan mərhələsində iştirak etmişdir.Bunlardan 268 nəfəri ibtidai sinif müəllimi, 75 nəfəri Azərbaycan dili və ədəbiyyat müəllimi olmuşdur.

2022-2023-cü tədris ilində ümumitəhsil müəssisələrini IX sinif üzrə 877 nəfər, XI sinfini isə 662 nəfər şagird bitirmişdir. Onlardan 23 nəfəri fərqlənmə attestatına layiq görülmuş, 2 nəfər isə qızıl və gümüş nişanlara və xüsusi nümunəli attestata layiq görülmüşdür.

2022-2023-cü tədris ilində Neftçala rayon ümumitəhsil məktəblərindən məzun olmuş 662 nəfər şagirddən 294 nəfəri ali məktəblərə qəbul olmuşdur. Tələbə adı qazanan məzunlardan 8 nəfəri 600-dən yüksək bal toplayaraq Respublikamızın ali təhsil ocaqlarına qəbul olublar.

 

Yenidən tikilən və təmir olunan məktəblər

Təhsilverənlərin zəhmətinin qiymətləndirilməsi ilə yanaşı, rayonun məktəb infrastrukturunun yenilənməsi də ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur.  2003-cü ildən başlayaraq rayonda ümumilikdə 25 məktəb binası yenidən tikilmiş, 5 məktəbdə isə əsaslə təmir işləri aparılmışdır. Modul məktəblərin quraşdırılmasına başlandığı 2016-cı ildən hazırkı dövrə qədər Neftçala rayonunda ümumilikdə 14 Modul tipli məktəb istifadəyə verilmişdir.  Son iki il ərzində Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana Yeni məktəb” layihəsi çərçivəsində R.Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbi əsaslı təmir olunaraq istifadəyə verilmiş, S.Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəb üçün tikilən 420 şagird yerlik binanın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva  iştirak etmişlər. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarıyla Elektrikşəbəkə kənd ibtidai və Yenikənd kənd ibtidai məktəbləri üçün yeni modul tipli məktəb binaları quraşdırılıb şagirdlərin və müəllimlərin istifadəsinə verilmişdir. Q.Nuralıyev adına Xolqaraqaşlı kənd tam orta məktəbində isə hal hazırda əsaslı təmir işləri davam edir.  Cənab Prezidentin 16 may 2022-ci il tarixli sərəncamı ilə Şorkənd kənd ümumi orta məktəbi üçün də 96 yerlik modul tipli məktəbin quraşdırılması nəzərdə tutulmuşdur.