Rayon haqqında
İdman
Neftçala rayonunun idman tarixi
Neftçala rayonu hər zaman öz idmançıları ilə seçilən rayonlardan olub. Tanınmış SSRİ idman ustalarımızın yetirmələri Dünya və Avropa birinciliklərində rayonumuzu layiqincə təmsil edərək qalibiyyət əldə ediblər. İndi də dövlətin idmana və idmançılara göstərdiyi diqqət öz bəhrəsini verməkdədir. Günü-gündən idman nəaliyyətlərimiz bütün xalqın eləcə də rayonun idman ictimaiyyətinin sevincinə səbəb olur, yeniyetmə və gənc idmançılara stimul verir.
Neftçala rayonunda 2 (iki) Uşaq Gənclər İdman Məktəbi var:
- Şirvan-Salyan Regional Gənclər və idman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və idman sektorunun nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbi;
- Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala Təhsil sektorunun nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbi.
Neftçala rayonu üzrə Gənclər və idman sektoru 1995-ci ildə yaradılsa da, hazırda sektorun nəzdində olan UGİM 1980-ci illərdən fəaliyyət göstərib və burada hal-hazırda sərbəst güləş, yunan-roma güləşi, boks və ağır atletika idman növləri, Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala Təhsil sektorunun nəzdində fəaliyyət göstərən UGİŞM-də isə futbol, boks və şahmat idman növləri tədris olunur.
Ümumilikdə, 2023-cü ilin iyul ayına olan statistakaya əsasən, Neftçala rayonunda yuxarıda adları qeyd olunan idman məktəblərində 43 məşqçi-müəllim tərəfindən 969 nəfər şagird 6 idman növü üzrə məşğul olur.
Şirvan-Salyan Regional Gənclər və idman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və idman sektoru Neftçala şəhəri Heydər Əliyev prospekti 33 ünvanda yerləşir.
Neftçala rayonu üzrə Gənclər və idman sektorunun müdiri: Araz Əhmədov
Telefon: (02126) 3-37-07
Neftçala rayonunun beynəlxalq və dünya miqyaslı idman yarışlarında iştirak edən idmançıları:
Ələkbərli Mirfazil İbrahim oğlu – 2009-cu ildə Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə Yeniyetmələrin Avropa Birinciliyində III yerin qalibi.
Mustafayev Ağahüseyn Təbriz oğlu – 2009-cu ildə Türkiyədə keçirilən sərbəst güləş üzrə Dünya çempionatı və Gürcüstanda keçirilən Avropa çempionatında, 2019-cu ildə Buxarestdə, 2020-ci ildə isə İtaliyada keçirilən Avropa çempionatlarında II yerin qalibi.
Ələkbərov Fərrux Rövşən oğlu – 2010-cu ildə Bosniya və Hersoqovinada keçirilən sərbəst güləş idman növü üzrə Avropa birinciliyində III yerin qalibi;
Şəfizadə Elnur Elxan oğlu – 2011 və 2012-ci illərdə Bakı şəhərində keçirilən boks üzrə “Heydər Əliyev kuboku” Beynəlxalq turnirində I yerin, 2010 və 2012-ci illərdə Bolqarıstanda keçirilən Yeniyetmələrin Avropa birinciliyində II və III yerlərin qalibi
Musayev Anar Qulu oğlu – 2016-cı il Bakı şəhərində keçirilən boks üzrə “Heydər Əliyev kuboku” Beynəlxalq turnirində I yerin qalibi.
Xəlilov Kənan Etibar oğlu – 2017-cı ildə İsveçrədə gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyində III yerin qalibi.
Ağayeva Fidan Ceyhun qızı – 2018-ci ildə İtaliyada yeniyetmələr və gənclər arasında keçirilən kikboks üzrə Dünya çempionatında III yerin qalibi.
Səfərova Aytən Etibar qızı – 2010-cu ildə Gürcüstanda, 2016-cı ildə isə Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatını iştirakçısı.
Əhmədov Ceynur Zahir oğlu – 2022-ci ildə Türkiyə Cumhuriyyətinin Trabzon şəhərində 42-ci Beynəlxalq Yarı Festivalının iştirakçısı.
Neftçala rayonunun respublika birinciliklərində iştirak edərək I, II və III yerlərə layiq görülən idmançıları:
İmanzadə Fazilə Ağadədə qızı – 2023-cü ildə ağır atletika idman növü üzrə Azərbaycan çempionatında 64 kq çəki dərəcəsində I yerin və 2022-ci ildə ağır atletika kişilər və qadınlar arasında keçirilən ölkə çempionatında, qadınlar arasında 59 kq çəki dərəcəsində II yerin qalibi.
Xəlilov Kənan Etibar oğlu – 2023-cü ildə ağır atletika idman növü üzrə Azərbaycan çempionatında 89 kq çəki dərəcəsində II yer və 2020-ci ildə ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatında 73 kq çəki dərəcəsində I yerin qalibi.
Tağıyev Əvəz Şakir oğlu – 2023-cü ildə ağır atletika idman növü üzrə Azərbaycan çempionatında 55 kq çəki dərəcəsində II yer və 2020-ci ildə ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatında 56 kq çəki dərəcəsində I yerin qalibi.
Kazımov Ramiz Zahir oğlu – 2023-cü ildə ağır atletika idman növü üzrə Azərbaycan çempionatında 61 kq çəki dərəcəsində III yerin və 2022-ci ildə ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında keçirilən ölkə çempionatında, kişilər arasında 55 kq çəki dərəcəsində III yerin qalibi.
Şahpələngov Tunar Murad oğlu – 2023-cü ildə ağır atletika idman növü üzrə Azərbaycan birinciliyində II yerin qalibi və 2022-ci ildə ağır atletika idman növü üzrə U-15 və U-17 yeniyetmə oğlan və qızlar arasında keçirilən ölkə çempionatında 89 kq çəki dərəcəsində II yerin qalibi.
Babayev Abasağa Əliqulu oğlu – 2022-ci ildə “Təhsil” Respublika İdman Mərkəzinin boks üzrə respublika birinciliyində 57 kq çəki dərəcəsində III yerin qalibi.
Abdullayev Elsevər Qalib oğlu – 2022-ci ildə boks üzrə gənclər arasında Azərbaycan birinciliyində 51 kq çəki dərəcəsində III yerin qalibi.
Mamayev Yaşar Eldəniz oğlu – 2020-ci ildə ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatında 81 kq çəki dərəcəsində III yerin qalibi.
Əskərzadə Samir Aydın oğlu – 2020-ci ildə ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatında 67 kq çəki dərəcəsində III yerin qalibi.
Mütəllimov Nurhan Yasər oğlu – 2019-cu ildə sərbəst güləş idman növü üzrə məşhur pəhləvan Yaşar Cavadovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turnirində 85 kq çəki dərəcəsində III yerin qalibi.
Hüseynov Hüseynağa Elçin oğlu – 2019-cu ildə sərbəst güləş idman növü üzrə məşhur pəhləvan Yaşar Cavadovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turnirində 62 kq çəki dərəcəsində III yerin qalibi.
Yaqubov İlyas Taryel oğlu – 2018-ci ildə sərbəst güləş idman növü üzrə məşhur pəhləvan Yaşar Cavadovun xatirəsinə həsr olunmuş Beynəlxalq turnirdə 62 kq çəki dərəcəsində II yerin qalibi.
Miriyev Seyidağa Toğrul oğlu – 2018-ci ildə sərbəst güləş idman növü üzrə məşhur pəhləvan Yaşar Cavadovun xatirəsinə həsr olunmuş Beynəlxalq turnirdə 29 kq çəki dərəcəsində III yerin qalibi.