İnfrastruktur
İnfrastruktur
- RİH başçısı Seyidov Mirhəsən Mirheydər oğlu 03.2020-ci il tarixində təyin edilmişdir;
- ərazisi 1,45 min kv.km., 52 ərazi vahidindən ibarətdir (1 şəhər, 3 qəsəbə və 48 kənd);
- əhalisinin ümumi sayı 86,8 min nəfər, ondan şəhər əhalisi 22,1 min nəfərdir;
- Ölkə başçısı 4 dəfə rayona səfər etmişdir (23.08.07; 28.05.14; 24.09.17 və 18.04.2023).
Sosial-iqtisadi göstəricilər:
- 2022-ci ildə 2003-cü ilə nisbətdə məhsul buraxılışı 2,6, sənaye məhsulunun həcmi 1,7, kənd təsərrüfatı məhsulunun həcmi 1,4 və tikinti-quraşdırma işlərinin həcmi 13,9 dəfə artmışdır. Sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 93,1%-dir;
- 52 688 ha əkin sahəsinin 65,3%-ni dənli və dənli paxlalı (taxıl - 16,2 sent/ha, ölkə üzrə 32,0 sent/ha), 17,6%-ni yem, 16,4%-ni texniki və 0,7%-ni kartof, tərəvəz və bostan bitkiləri təşkil edir;
- pambıq - 1981-ci ildə 43,5 min ton (46,6 sent/ha), 2021-ci ildə 22,9 min ton (32,9 sent/ha), 2022-ci ildə 23,8 min ton (27,6 sent/ha) istehsal olunmuş və cari ildə əkilməsi nəzərdə tutulmuş 7770 ha-da çiyid səpini davam etdirilir;
- əkin altında olan torpaq sahələrinin 72,2%-i suvarılır (38 050 ha), 27,8%-ni isə dəmyə əkinçiliyi təşkil edir. Ümumilikdə suvarılan sahələrin 35,1%-nin su təminatı yaxşılaşdırılmış, 15,7 min ha əkin sahələsinin suvarılmasını təmin edəcək 81,7km uzunluğunda torpaq məcralı “Akuşa” kanalının yenidən qurulması ilə bağlı texniki-iqtisadi əsaslandırma layihəsi hazırlanır;
- 2003-2022-ci illər ərzində 21 636 yeni iş yeri açılmışdır;
- ərazi vahidlərinin 61,5%-i (32) və ev təsərrüfatlarının 89,4%-i (16 416) qazlaşdırılmış və hazırda 2 kəndin (217 təsərrüfat) qazlaşdırılması davam etdirilir;
- ümumilikdə 99,8 MVA gücə malik 4 elektrik yarımstansiyası tikilmiş və ya yenidən qurulmuş, habelə ərazi vahidlərinin 17,3%-nin (9) elektrik təsərrüfatı yenilənmişdir;
- ərazi vahidlərinin 78,8%-i əsaslı təmir olunmuş avtomobil yolları ilə əhatə olunmuşdur;
- Heydər Əliyev Mərkəzi yaradılmış və Ümummilli Liderin abidəsi ucaldılmışdır;
- Bayraq Meydanı, Kür çayı sahilində Bulvar Kompleksi, RİH-nin inzibati binası tikilmiş, 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası və Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir edilmişdir;
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xıllı Nərə Balıqartırma, “MKT İstehsalat Kommersiya” MMC-nin pambıq emalı və “Azər-Yod” MMC-nin yod istehsalı müəssisələri fəaliyyət göstərir;
- 09.2017-ci il tarixində ölkə başçısının iştirakı ilə Neftçala Sənaye Məhəlləsinin açılış mərasimi keçirilmişdir. 7 rezident qeydiyyata alınmış, fəaliyyətə başlamış 6 rezident üzrə 43,4 mln manat investisiya yatırılmış, 01.04.2023-cü il tarixinə 154,1 mln manat həcmində satış həyata keçirilmiş və 255 yeni iş yeri yaradılmışdır;
- 04.2023-cü il tarixində ölkə başçısının iştirakı ilə Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Fondu tərəfindən inşa edilən 420 şagird yerlik Bankə qəsəbə 2 nömrəli tam orta məktəb binasının, “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatının və uzunluğu 19,0 km olan Neftçala-Kürkənd-2 №-li Mayak avtomobil yolunun açılış mərasimi keçirilmişdir.
- əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 3 yaşayış binası, 62 fərdi ev, həmçinin Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə 1 uşaq bağçası, 42 fərdi ev tikilmiş, 32 evdə bərpa-gücləndirmə işləri aparılmışdır;
- 2020-ci ildən “Şirvan-Muğan” qrup su kəmərindən Neftçala şəhər əhalisi köhnə infrastruktur hesabına içməli su ilə təmin edilmişdir. Hazırda icrası davam etdirilən “Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində içməli su şəbəkəsi üzrə işlərin 29,4%-i tamamlanmışdır. Layihə üzrə 11 ərazi vahidi çıxış xətti ilə təmin edilmiş və daha 28-ində işlər aparılır. Ümumilikdə Neftçala şəhəri də daxil olmaqla ərazi vahidlərinin 76,9%-i içməli su ilə təchiz olunacaqdır;
- 51 ümumtəhsil müəssisəsinin 30-da (58,8%) təmir-tikinti işləri aparılmış, o cümlədən 10-u inşa, 5-i əsaslı təmir olunmuş və 15 modul tipli məktəb quraşdırılmışdır.
Problemlər:
- Rayonun Sarıqamış, Mikayıllı, Haqverdili, Tatarməhlə, Yenikənd, Sübh və digər yaşayış məntəqələrində transformatorların, hava elektrik verilişi xətlərinin, elektrik dayaqlarının istismar müddəti başa çatdığından onların dəyişdirilməsi vacibdir. Rayon ərazisində SİP kabelləşmə işlərinin sürətləndirilməsinə, eyni zamanda bu işlərin əhatə dairəsinin genişləndirilməsinə ehtiyac vardır. Rayon üzrə 250 ədəd elektrik tarnsformatorunun 200 ədədində ayrıc yağ açarı mövcud olmadığı üçün təmirə ciddi ehtiyac vardır;
Azərbaycan Respublikası Prezidentinin
Neftçala rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı
SƏRƏNCAMLARI
- 08.07; 14.09.13; 29.05.14 - Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə Prezidentin ehtiyat fondundan RİH-ə cəmi 5,0 mln manat ayrılmışdır;
- 29.03.12 - Kür və Araz çaylarının daşması nəticəsində Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Zərdab rayonlarında və Şirvan şəhərində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsinin başa çatdırılmasına Fövqəladə Hallar Nazirliyinə 50,0 mln manat ayrılmışdır;
- 06.12 - Şorsulu-Xol Qarabucaq-Xəzər avtomobil yolunun (29,6km, 11 məntəqə, 27 min nəfər) tikintisinə investisiya xərclərindən RİH-ə ilkin olaraq 5,0 mln manat ayrılmışdır;
- 05.14; 07.07.15; 25.09.17 - Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun (61,0km, 21 məntəqə, 37,0 min nəfər) tikintisinə Prezidentin ehtiyat fondundan və investisiya xərclərindən RİH-ə cəmi 6,0 mln manat və “Azəravtoyol” ASC-yə 21,5 mln manat ayrılmışdır (cəmi 27,5 mln manat);
- 02.15 - Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı;
- 09.17 - Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin və 1 çoxmənzilli binanın dam örtüyünün əsaslı təmirinə Prezidentin ehtiyat fondundan və islahatlarla bağlı xərclərdən RİH-ə cəmi 3,05 mln manat ayrılmışdır;
- 03.18; 06.05.20; 08.08.20; 16.05.22 - 596 şagird yerlik 10 modul tipli məktəbin quraşdırılmasına investisiya xərclərindən Elm və Təhsil Nazirliyinə cəmi 3,2 mln manat ayrılmışdır;
- 12.18 - Neftçala-Xol Qaraqaşlı avtomobil yolunun (47,0km, 19 məntəqə, 44,0 min nəfər) tikintisinə investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə18,2 mln manat ayrılmışdır;
- 12.19 - Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına Prezidentin ehtiyat fondundan “Azərsu” ASC-yə ilkin olaraq 5,0 mln manat ayrılmışdır.
- 06.22 - Neftçala-Xol Qaraqaşlı-Şorsulu (7km)-Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yollarının (10,0km, 4 məntəqə, 38,0 min nəfər) yenidən qurulmasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 mln manat ayrılmışdır.
- 04.2023 – Xanməmmədli-Qaçaqkənd-Qırmızıkənd-Xol Qarabucaq-Xəzər avtomobil yolunun (42,0 km, 11 məntəqə, 15,0 min nəfər) tikintisinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) mln manat ayrılmışdır.