Şriftin ölçüsü :

Saytın rəngi :

Etik Davranış

Etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə və

tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə 2022-ci il üçün illik hesabat

 

Rayon İcra Hakimiyyətində kadrların peşəkarlığının artırılması, etik davranış və korrupsiyaya qarşı mübarizə məsələləri üzrə tədbirlərin gücləndirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti Başçısının müavin və şöbə müdirləri mütəmadi olaraq öz işçiləri ilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunları barədə maarifləndirmə xarakterli söhbətlər aparırlar.

Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 16.2.8-ci maddəsinə əsasən Rayon İcra Hakimiyyəti başçısı aparatında və ona tabeli qurumlarda çalışan 9 nəfər dövlət qulluqçusuna ilkin və növbəti ixtisas dərəcələrinin verilməsi, “Dövlət Qulluğu haqqında” Azərbaycan Rrespublikası Qanununun 28.7-ci və 32.2-ci maddəsinin tələblərinə uyğun olaraq 9 nəfər dövlət qulluqçusu ilə kağız və elektron əmək müqavilələrin bağlanması, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci və 33-1.12 maddəsinə uyğun olaraq 4 nəfər dövlət qulluqçusunun kağız və elektron müqaviləsinə xitam verilməsi, “Dövlət Qulluğu haqqında” Azərbaycan Rrespublikası Qanununun 32-1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 3 nəfər dövlət qulluqçusunun dövlət qulluğunda olmanın yaş həddi səbəbi ilə əmək müqavilələrinin müddətinin 1 (bir) il müddətinə uzadılması təmin edilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatında çalışan əmək və icra intizamını pozduğuna görə 4 nəfər, Rayon İcra Hakimiyyəti Başçısının  yerli inzibati ərazi dairəsi üzrə nümayəndəlikərində çalışan 4 nəfər işçi isə icra intizamını pozduğuna görə  haqqında intizam  tənbeh tədbiri görülmüşdür.

Tabelikdə olan təşkilatlara Rayon İHB Aparatinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi arasında kadr işinin aparılması istiqamətində metodiki köməkliyin göstərilməsi məqsədilə əlaqələr yaradılmış və lazımı köməkliklər göstərilmişdir.

       

Keçidlər