Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Neftçalada

30 may 1979-cu il

"Sizin rayonunuz gəncdir. Biz razılıq hissi ilə qeyd edirik ki, cəmi 6 il ərzində rayonda çox böyük dəyişikliklər baş vermiş, sənayenin, kənd təsərrüfatının, mədəniyyətin inkişafında, zəhmətkeşlərin rifahının yüksəldilməsində böyük nəticələr əldə edilmişdir. Neftçala rayonunda işgüzar şərait, sağlam mənəvi-siyasi əhval-ruhiyyə yaranmışdır. Burada əməkçilərin və rəhbər işçilərin mədəni səviyyəsi yüksəkdir, yaxşı kadrlar yetişir."

Neftçala rayonu haqqında bu xoş sözləri 1979-cu ilin may ayının 30-da rayonda ilk və son dəfə  səfərdə olan Ulu Öndər Heydər Əliyev söyləmişdir. Neftçalanın 1973-cü ildə Salyan rayonunun tərkibindən ayrılıb müstəqil rayon statusu alması 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nin birinci katibi seçilmiş dahi şəxsiyyət Heydər Əliyevin xidmətidir. Müstəqil rayon olduqdan sonra Neftçala az bir müddətdə respublikamızın ən qabaqcıl rayonlarından birinə çevrilmişdir.

Neftçala rayonuna səfəri zamanı Ulu Öndər ilk öncə rayonun Qaraqaşlı kəndindəki quşçuluq fabrikinə getmiş, fəhlələrlə görüşüb söhbət etmişdir. Həmin gün rayondakı "Azərbaycan" və "1 May" kolxozlarının pambıq tarlalarında, heyvandarlıq komplekslərində, taxıl sahələrində olmuş, kolxozçularla görüşmüşdür. Daha sonra Heydər Əliyev Yeni Neftçala Yod-Brom zavodunun tikintisinə getmiş, Bankə Balıq Kombinatında istehsal prosesləri, habelə fəhlələrin iş və məişət şəraiti ilə yaxından tanış olmuş, Neftçalanı gəzmiş, şəhər əhalisinin istirahəti ilə maraqlanmışdır.

Bundan başqa Heydər Əliyev Kür çayı üzərində inşa olunmuş yeni avtomobil yolu körpüsünə baş çəkmiş, rayonun iqtisadiyyatını yüksəltmək, eləcə də əməkçilərin nəqliyyat xidmətini yaxşılaşdırmaq üçün inşa olunan körpünün böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Heydər Əliyev Neftçala şəhərindəki mədəniyyət və istirahət parkını gəzmiş, univermaqda, “Uşaq aləmi” mağazasında və yeni kolxoz bazarında olmuşdur.

Heydər Əliyevin Neftçalada keçirdiyi səmimi görüşlərin nəticələri ölkə mətbuatında geniş əks-səda doğurdu. Azərbaycan KP  MK-nin, Azərbaycan SSRİ  Ali Sovetinin və Nazirlər Sovetinin orqanı olan ”Kommunist qəzeti” nin 01 iyun 1979-cu il № 123 (17162) saylı buraxılışında “Müvəffəqiyyətləri möhkəmləndirməli, yeni zirvələr fəth etməli” başlığı altında geniş yazı dərc edildi.

Ümummilli lider Heydər Əliyevin 1979-cu ilin mayın 30-da Neftçala rayonuna etdiyi tarixi səfər bu gün də neftçalalıların xatirələrində ən maraqlı və yaddaqalan hadisələrdən biri kimi xatırlanır. O günlərin xoş təəssüratlarını hələ uzun müddət yaşayacağını söyləyən rayon əhalisi rayonda aparılmış abadlıq-quruculuq işlərində və kənd təsərrüfatının sürətli inkişafında məhz Ulu Öndərin gərgin əməyi ilə fəxr edir və bu siyasəti xalqımızın həyat şəraitinin yaxşılaşdırılmasında irəliyə doğru atılan uğurlu bir addım hesab edirlər.                                        

                                                     Neftçala şəhərində qarşılanma mərasimi

                                 Aşağı Qaramanlı kəndində kolxoz sədri Nuruş Əliyevlə görüş

                         "Azərbaycan" kolxozunun 2 nömrəli briqadasının üzvləri ilə görüş

                                                      Bankə Balıq kombinatı ilə tanışlıq

                                                             Yeni univermaqla tanışlıq

                                                   "1 May" kolxozunun taxıl zəmisinə baxış

                                      “1 May ” kolxozunda kənd zəhmətkeşləri ilə görüş

                                        Aşağı Qaramanlı kəndində qarşılanma mərasimi

                                     “Azərbaycan” kolxozunda kənd sakinləri ilə görüş

                                                      Boyat kənd sakinləri ilə görüş

                                          Neftçala rayon partiya fəallarının yığıncağında

                                               Neftçala rayon kolxoz bazarı ilə tanışlıq

                                                 Qaraqaşlı quşçuluq fabriki ilə tanışlıq

 

 

 

 

 

Keçidlər