Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

“Neftçala rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxs

Neftçala rayon mərkəzi xəstəxanası 1989-cu ildə inşa olunmuş, 2017-ci ildə başa çatan əsaslı təmir və yenidənqurmadan sonra xəstəxanada ən müasir standartlara uyğun şərait yaradılmış və tibbi xidmət təşkil olunmuşdur. Məlumat üçün bildiririk ki, Neftçala rayon mərkəzi xəstəxanasının əsaslı təmirdən sonra inzibati binasının açılışında ölkə başçısı cənab İlham Əliyev iştirak etmişdir.

Neftçala rayon mərkəzi xəstəxanası 2020-ci il yanvar ayının 1-dən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilmişdir.

 “Neftçala rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsdə fəaliyyət göstərən funksional-diaqnostika, cərrahiyyə şöbəsi, anesteziologiya-reanimatologiya və intensiv terapiya, mamalıq-ginekologiya, terapiya, hemodializ, pediatriya, konsultativ poliklinika şöbələri, klinik-diaqnostik laboratoriya, əməliyyat bloku tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təchiz edilmişdir. Komputer tomoqrafiya, rəqəmsal rentgen, flüoroqrafiya, elektroensofaloqrafiya, exokardioqrafiya, ultrasəs müayinəsi, müasir biokimyəvi laboratoriya, müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyat otaqları, ən mürəkkəb diaqnozları müəyyənləşdirməyə və ən çətin cərrahi əməliyyatları həyata keçirməyə imkan verir.

2024-ci ildə 2641 nəfər şəkərli-diabetli, onkoloji xəstələrin sayı 801, xroniki böyrək çatışmamazlığı olan xəstələrinin sayı 13, talassemiya xəstələrinin sayı 36, hemofiliya xəstələrinin sayı 6 nəfərdir. 3761 imtiyazlı xəstələrə göstərilən tibbi xidmət, onların dərman preparatları ilə təmin olunması diqqət mərkəzində saxlanılır.

Neftçala RMX PHŞ-si 150 çarpayılı əsas müəssisə 3 ASM, 16 kənd həkim məntəqəsi və 4 tibb məntəqəsidən ibarətdir. İşçilərinin ümumi sayı 796 nəfərdir. Onlardan 80 nəfəri həkim, 352 nəfəri orta tibb heyəti və 332 nəfəri kiçik tibb işçisi  və digər xidmət personalıdır. Xəstəxananın yeni və müasir tibbi avadanlıqlarla təminatı, tibb işçilərinin ixtisasının artırılması məsələlərinə, onların sertifikasiyası da xüsusi diqqət yetirilir. Hal-hazırda xəstəxanada 2 nəfər tibb elmləri namizədi Əsədov Yaşar Musa oğlu və Abbasov Mehdi Kamil oğlu çalışır.

Neftçala RMX PHŞ-si 2020-ci il mart ayının 3-dən Covid 19  pandemiya dövrlərində karantin xəstəxanası kimi fəaliyyət göstərib. 2020-ci ilin 16 aprel tarixdə karantin xəstəxanası kimi vətəndaş qəbulu dayandırılmağına baxmayaraq xəstəxana fəaliyyəti bərpa olunmayıb.  2020-ci ilin avqust ayında 2021-tarixinə qədər Neftçala RMX PHŞ-si normal iş fəaliyyətinə başlayıb. Pandemiya dövründə Neftçala RMX PHŞ-də 102739 nəfər Covid 19 peyvəndi ilə  vaksin  olunub. Onlardan 52206 nəfəri qadın, 50533 nəfəri isə kişidir.

https://www.youtube.com/watch?v=qwsq5-01hBY

Neftçala RMX PHŞ-si 2021-ci ilin 44 günlük Vətən müharibəsi dövründə oktyabr ayının 3 dən noyabr ayının 17-sinə kimi Hərbi Qospital kimi fəaliyyət göstərib. 17-si noyabrdan Respublika ərazisində  Covid 19 infeksiyası kəskin artdığı üçün TƏBİB-in göstərişi ilə Neftçala RMX PHŞ-si Covid 19 infeksiyasının müalicəsi xəstəxanası kimi fəaliyyət göstərib. 2021-ci ilin 14 fevral tarixindən infeksiya azaldığı üçün bu fəaliyyət dayandırılıb xəstəxana normal iş rejiminə qayıdıb.

Neftçala RMX PHŞ-də 44 günlük Vətən müharibəsi dövründə şəhid olan şəhidlərin ailələri və qazilər işlə təmin edilib. Onlardan 7 nəfər şəhid ailəsi, 6 nəfəri müharibə iştirakçılarıdır.  Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyi Tibbi ərazi bölmələrinin idarəetmə birliyi tərəfindən Neftçala RMX PHŞ-də 21.05.2021-ci il tarixdən etibarən Müharibə iştirakçıları ilə iş üzrə koordinasiya bölməsi üzrə vakant yerlər ayrılaraq fəaliyyət göstərməyə başlayıb.

2021-ci ilin yanvarın 1-dən etibarən Neftçala RMX PHŞ-də İcbari Tibbi Sığorta tətbiqinə başlanılmış, Xidmətlər Zərfi çərçivəsində dövlət və özəl tibb müəssisələrinə göndərişlər verilmişdir. 2023-ci ildə 2139, 2024-ci ildə 3202 xəstəyə göndərişlər verilmişdir. Hesabat dövrü ərzində Neftçala Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən əhaliyə 688021 manatlıq tibb xidmətlər göstərilmişdir.

Səhiyyə müəssisənin adı Ünvanı Baş həkimin soyadı,
adı və atasının adı
İş telefonu
Neftçala şəhər inzibati ərazi vahidi
1 Neftçala Mərkəzi
Rayon Xəstəxanası Publik Hüquqi Şəxsi
AZ-4700
Neftçala şəhəri, Salyan şossesi 2
Quliyev Elman Mətləb oğlu (02126) 3-38-48
Xolqaraqaşlı kənd inzibati ərazi dairəsi
1 Xolqaraqaşlı Kənd
Sahə Xəstəxanası
AZ-4721
Neftçala rayonu,
Xolqaraqaşlı kəndi
Əhmədov Mahir
Əziz oğlu
(02126) 68-2-72
Xolqarabucaq kənd inzibati ərazi dairəsi
1 Xoltəzəkənd
Tibb Məntəqəsi
AZ-4720
Neftçala rayonu,
Xoltəzəkənd kəndi
Xankişiyeva Rəfiqə
Rahil qızı
(02126) 68-4-20
Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi
1 Aşağı Qaramanlı
kənd Həkim Məntəqəsi
AZ-4711
Neftçala rayonu,
Aşağı Qaramanlı kəndi
Həsənova Fatma Ədalət qızı (02126) 62-2-16
2 Kürqarabucaq kənd
Tibb Məntəqəsi
AZ-4722
Neftçala rayonu,
Kürqarabucaq kəndi
Məmmədova Bəhriyyə Alış qızı -
Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi
1 Yuxarı Qaramanlı kənd
Həkim Məntəqəsi
AZ-4728
Neftçala rayonu,
Yuxarı Qaramanlı kəndi
Həsənova Aynurə Bəxtiyar qızı (02126) 53-2-87
Aşağı Surra kənd inzibati ərazi dairəsi
1 Aşağı Surra kənd
Həkim Məntəqəsi
AZ-4712
Neftçala rayonu,
Aşağı Surra kəndi

Kərimov İsmayıl Meybulla oğlu

(02126) 64-2-41
Bankə qəsəbə inzibati ərazi dairəsi
1 Bankə qəsəbə
Həkim Məntəqəsi
AZ-4713
Neftçala rayonu,
Bankə qəsəbəsi
Mustafayeva Taliyyə
Musa qızı
(02126) 52-4-03
Xıllı qəsəbə inzibati ərazi dairəsi
1 Xıllı qəsəbə
Həkim Məntəqəsi
AZ-4719
Neftçala rayonu,
Xıllı qəsəbəsi
Əsədova Şəfiqə
Tofiq qızı
(02126) 44-2-51
Həsənabad qəsəbə inzibati ərazi dairəsi
1 Həsənabad qəsəbə
Həkim Məntəqəsi
AZ-4717
Neftçala rayonu,
Həsənabad qəsəbəsi
Abuşov Vüqar Davud oğlu -
Cəngən kənd inzibati ərazi dairəsi
1 Cəngən kənd
Həkim Məntəqəsi
AZ-4716
Neftçala rayonu,
Cəngən kəndi
Cəbrayılov İbrahim
Böyükkişi oğlu
-
Boyad kənd inzibati ərazi dairəsi
1 Boyad kənd
Həkim Məntəqəsi
AZ-4715
Neftçala rayonu,
Boyad kəndi
Heydərov Turan İlham oğlu (02126) 61-2-59
Xəzər kəndi inzibati ərazi dairəsi
1 Xəzər kənd
Həkim Məntəqəsi
AZ-4718
Neftçala rayonu,
Xəzər kəndi
Muradova Gövhər
Arif qızı
-
Qırmızıkənd kənd inzibati ərazi dairəsi
1 Qırmızıkənd kənd
Həkim Məntəqəsi
AZ-4724
Neftçala rayonu,
Qırmızıkənd  kəndi
Xamrayev Qəfər Xudaverdi oğlu (02126) 55-1-75
Qaçaqkənd kənd inzibati ərazi dairəsi
1 Qaçaqkənd kənd
Həkim Məntəqəsi
AZ-4723
Neftçala rayonu,
Qaçaqkənd kəndi
Həsənov Fərhad Bədəl oğlu -
Tatarməhlə kənd inzibati ərazi dairəsi
1 Tatarməhlə kənd
Həkim Məntəqəsi
AZ-4727
Neftçala rayonu,
Tatarməhlə kəndi
Kazımova Aygün Mətləb qızı -
1 №-li Mayak kəndi inzibati ərazi dairəsi
1 1 №-li Mayak kənd
Həkim Məntəqəsi
AZ-4725
Neftçala rayonu,
1 №-li Mayak kəndi
Bayramov Bayram
Teymur oğlu
-
2 Şirvanlı kənd
Tibb məntəqəsi
AZ-4731
Neftçala rayonu,
Şirvanlı kəndi

Allahverdiyeva Çiçək Nəbi qızı

-
Sarıqamış kənd inzibati ərazi dairəsi
1 Yeniqışlaq kənd
Həkim Məntəqəsi
AZ-4730
Neftçala rayonu, Sarıqamış kəndi
Dadaşova  Şəlalə
İman qızı
-
2 Sahil kənd
Tibb Məntəqəsi
AZ-4730
Neftçala rayonu,
Sahil kəndi
Orucova Ceyran
Rafiq qızı
(02126) 3-20-12
Kürkənd kənd inzibati ərazi dairəsi
1 Kürkənd kənd
Həkim Məntəqəsi
AZ-4729
Neftçala rayonu,
Kürkənd kəndi
Məmmədov Dünyamalı
Səfəralı oğlu
-

 

Keçidlər