Şriftin ölçüsü :

Saytın rəngi :

28 may 2014-cü il

Ölkə başçısı cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində, Neftçala rayonunda aparılan  abadlıq qurucuuq işləri ilə tanış olmaq üçün  2014-cü ilin may ayının 28 də Neftçala rayonuna səfər etmişdir.

Ölkə başçısının 28 May Respublika günündə Neftçala torpağına gəlişi rayon sakinləri üçün ikiqat bayrama çevrilmiş, bu tarixi səfər  rayonumuzun ictimai-siyasi həyatında mühüm əlamətdar gün kimi yadda qalaraq, insanlarda unudulmaz xoş təəssüratlar yaratmışdır. Ali qonaq rayonumuza səfərini şəhərin mərkəzində ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlayaraq,  dövlət müstəqilliyimizin möhkəmlənməsində əvəzsiz xidmətləri olan Ulu Öndərin adını daşıyan Heydər Əliyev  Mərkəzinin açılışında iştirak etmiş, Mərkəzdə və onun ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, onlarla xatirə fotosu çəkdirmişdir. Rayon ictimaiyyətinin nümayəndələri ilə apardığı söhbət zamanı Ölkə Başçısı rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işlərindən razı qaldığını bildirmişdir.

Sonra Prezident İlham Əliyev Neftçala rayonuna səfəri çərçivəsində ölkədə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi sahəsində aparılan siyasətin nəticəsi olaraq şəhərimizin görkəminə xüsusi gözəllik verən Rayon İcra Hakimiyyəti üçün inşa edilmiş yeni inzibati binanın da açılışında iştirak etmiş, binada yaradılan iş şəraiti ilə yerindəcə tanış olmuşdur.

Ölkə başçısı səfərinin sonunda Neftçala şəhərinin mərkəzindən keçən Kür çayı sahilində salınmış hər birimizin qürur mənbəyi olan Dövlət Bayrağı Meydanında olmuş, sonra isə Bulvar Kompleksində əhalinin istirahəti üçün yaradılan şəraitlə tanış olaraq,rayon rəhbərliyinə öz dəyərli tövsiyə və tapşırıqlarını vermişdir.

Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət

Neftçala Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışı

Neftçala Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışı

Heydər Əliyev Mərkəzinin açılışı

Heydər Əliyev Mərkəzinin açılışı

Heydər Əliyev Mərkəzinin açılışı

Rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

Rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

Keçidlər