Şriftin ölçüsü :

Saytın rəngi :

23 avqust 2007-ci il

Ölkə Başçısı cənab İlham Əliyevin Neftçala rayonuna ilk səfəri 23 avqust 2007-ci il tarixində baş tutmuşdur. Ölkə Başçısı və Birinci xanım Mehriban xanım Əliyeva Neftçalaya etdikləri səfərləri zamanı ilk öncə Neftçala şəhərinin Mərkəzində ucaldılan Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür. Sonra Prezident İlham Əliyev Heydər Əliyev Muzeyinin açılışını edərək, orada  yaradılmış şəraitlə tanış olmuşdur.Muzeylə tanışlıqdan sonra cənab İlham Əliyev rayon ictimaiyyəti qarşısında geniş nitq söyləyərək, bu gün respublikamızın bütün regionunda olduğu kimi, Neftçaladada aparılan abadlıq quruculuq işlərindən məmnun qaldığını bildirmişdir.

Səfəri çərçivəsində Ölkə başçısı və xanımı Mehriban xanım Əliyeva rayon ərazisində fəaliyyət göstərən bir çox sənayə və təhsil müəssisələrinə “Xalq Bankın” Neftçala filialının yeni inzibati binasına, “AZƏR YOD” MMC-nin istehsalat müəssisəsinə, Neftçala rayon Uşaq Şahmat Məktəbinə və M. Səfərov adına Neftçala şəhər İnternat əsas məktəbinə baş çəkmiş, qeyd olunan müəssisələrdə həyata keçirilən  gündəlik iş fəaliyyətləri ilə tanış olmuşlar.

Prezident İlham Əliyev Neftçala rayonuna səfərinin sonunda 176 şagird yerlik Neftçala şəhər 2 saylı tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə maraqlanmış, dövlətimizin başçısı və xanımı Mehriban xanım Əliyeva  bərpa işlərinin layihəsi ilə tanış olaraq, təhsil müəssisəinin bərpadan əvvəl mövcud vəziyyətini əks etdirən foto stendlərə baxış keçirmişlər.

Heydər Əliyev muzeyinin açılışı

Heydər Əliyev muzeyi ilə tanışlıq

Rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

"Xalq Bank"ın Neftçala rayon filialı ilə tanışlıq

Uşaq Gənclər Şahmat məktəbi ilə tanışlıq

1176 şagird yerlik Neftçala şəhər 2 saylı tam orta məktəbində

aparılan əsaslı təmir işləri ilə tanışlıq

"Azər Yod" MMC-nin yod istehsalı müəssisəsi ilə tanışlıq

 

Keçidlər