Şriftin ölçüsü :

Saytın rəngi :

24 sentyabr 2017-ci il

Ölkə başçısı cənab İlham Əliyevin Neftçala rayonuna növbəti səfəri 2017-ci il 24 sentyabr tarixində gərçəkləşmişdir. Prezident cənab İlham Əliyev Neftçalaya etdiyi növbəti səfəri zamanı ilk öncə şəhərin mərkəzində ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlamış,  rayonumuzda aparılan abadlıq-quruculuq işləri ilə tanış olaraq, bir neçə mühüm obyektin açılışında iştirak etmişdir.

Cənab İlham Əliyev Neftçalaya 2017-ci ildə etdiyi səfəri zamanı, ölkədə qeyri-neft sektorunun inkişafı, sənayeləşmə prosesinin həyata keçirilməsi, milli məhsul istehsalının artırılması, yeni iş yerlərinin yaradılması sahəsində aparılan siyasətin nəticəsi olaraq bölgəmiz üçün mühüm əhəmiyyət daşıyan Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak etmiş, Prezident İlham Əliyev burada fəaliyyət göstərən istehsal müəssisələrini işə salmışdır.

Neftçala Sənayə Məhəlləsinin açılışından sonra ölkə başçısı Neftçala rayonunun əhalisinin və sənaye müəssisələrinin elektrik enerjisi ilə təmin olunmasında müstəsna əhəmiyyətə malik “Neftçala” yarımstansiyasını işə salmış, yarımstansiyanın idarəetmə binası və orda işçilər üçün yaradılmış iş şəraiti ilə tanış olmuşdur.Sonda “Neftçala” yarımstansiyasının, eləcədə Neftçala Elektrik Şəbəkəsinin bir qrup əməkdaşı ilə xatirə fotosu çəkilmişdir.

Səfəri çərçivəsində Ölkə Başçısı əsaslı təmirdən sonra istifadəyə verilən Neftçala Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak etmişdir.Tibb müəssisəndə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev əhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyyələrini vermiş, sonra Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Neftçala Mərkəzi Rayon Xəstəxanasındakı Mobil Diaqnostika Kompleksi ilə tanış olmuşdur.

Cənab İlham Əliyev  rayonun Xol zonasını suvarma suyu ilə təmin edəcək Neftçala Magistral Kanalının açılış mərasimində iştirak etmişdir. Obyektin açılışı zamanı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Ölkə Başçısına geniş məruzə edərək bildirmişdir ki, istifadəyə verilən Magistral Kanal Neftçala rayonu ərazisində əkinə yararlı torpaq sahələrinin suvarılmasında çox böyük əhəməiyyətə malikdir.Ölkə başçısıda öz növbəsində yaradılmış şəraitlə tanış olaraq, bir daha istifadəyə verilən Magistral Kanalın kənd təsərrüfatı sahəsinin inkişafına mühüm töhfələr verəcəyinə əmin olduğunu bildirmişdir.

Rayona səfərinin sonunda cənab İlham Əliyev əkilmiş pambıq sahələrinin birində kənd zəhmətkeşləri-pambıqçılarla görüş keçirmiş, onlarla söhbət aparmışdır. Sonda pambıqçı fermer və qadınlarla xatirə fotosu çəkilmişdir.  

Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət

Neftçala Sənaye Məhəlləsinin açılışı

Neftçala Sənaye Məhəlləsinin açılışı

 Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən AZEVROCAR” MMC ilə tanışlıq

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən AZEVROCAR” MMC ilə tanışlıq

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “KƏHF” MMC-nin açılışı

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “KƏHF” MMC-nin açılışı

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “KƏHF” MMC-nin açılışı

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Toğrul-2008” MMC-nin açılışı

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Providence doytc limited” MMC-nin açılışı

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azprodukt” MMC ilə tanışlıq

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “SUNRİSEPRODUGTİON” MMC-nin açılışı

Neftçala rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

Neftçala rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkili

"Neftçala" yarımstansiyasının açılışı

"Neftçala" yarımstansiyasının açılışı

"Neftçala" yarımstansiyasının açılışı

"Neftçala" yarımstansiyasının açılışından xatirə şəkili

Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq

Neftçala magistral kanalının su nasos stansiyasının açılışı

Neftçala rayonunda pambıq sahəsi ilə tanışlıq

Neftçala rayonunda pambıq sahəsi ilə tanış

Neftçala rayonunda pambıq sahəsi ilə tanış

Neftçala rayonunda pambıq sahəsi ilə tanış

Neftçala rayonunda pambıq sahəsində pambıqçılarla görüş

Neftçala rayonunda pambıq sahəsində pambıqçılarla xatirə şəkili

Keçidlər