Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

     

Neftçala Rayonu İcra Hakimiyyəti başçısının

     01 aprel 2022-ci il tarixli, 39 nömrəli

      sərəncamı ilə təsdiq edilmişdir

 

      Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında

     işlər üzrə Neftçala Rayonu İcra Hakimiyyəti adından protokol tərtib etmək

          səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə

 

     Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə”  2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanının   4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.6-cı, 6.8-ci və 6.9-cu bəndlərinə əsasən qərara alıram

 

1Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Neftçala Rayonu İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı təsdiq edilsin; (siyahı əlavə olunur)

 

2. Bu Sərəncamla təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Neftçala Rayonu İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı Neftçala Rayonu İcra Hakimiyyətinin internet səhifəsində yerləşdirilsin;

 

 

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar

haqqında işlər üzrə Neftçala Rayonu İcra Hakimiyyəti adından

protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin

 

          S İ Y A H I S I

 

      Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Neftçala Rayonu İcra Hakimiyyəti adından aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:

      1. Məcəllənin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyəti başçısının birinci müavini;

      2. Məcəllənin 413-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyəti başçısının birinci müavini;

      3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri;

      4. Məcəllənin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri;

      5. Məcəllənin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri;

      6.  Məcəllənin 516.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyəti başçısının  müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri;                                                                                                                                                            

Keçidlər