Hesabatlar
2022-ci ilin hesabatı
Neftçala Rayon İcra Hakimiyyəti başçısının 2022–ci ildə Neftçala rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
2022-ci ildə rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 349 milyon 556 min manatlıq ümumi məhsul istehsal edilib ki, bu da 2021-ci ilə nisbətən müqayisəli qiymətlərlə 2,2 % azdır. Əhalinin hər bir nəfərinə düşən ümumi məhsulun həcmi 3889,4 manata bərabər olub ki, bu da 2021-ci ilə nisbətən müqayisəli qiymətlərlə 2,7 % azalma və ya 407,6 manat az ümumi məhsul istehsal olunması ilə müşahidə edilib. Ümumi məhsulun 81 milyon 400 min manatı (23,3 %) sənaye sahələrində, 115 milyon 250 min manatı ( 32,9 %) kənd təsərrüfatında, 52 milyon 329 min manatı ( 15 %) tikintidə, 3 milyon 100 min manatı (0,9 %) nəqliyyatda, 1 milyon 400 min manatı (0,4%) informasiya və rabitə xidmətində, 97 milyon 136 min manatı ( 27,5 %) ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində yaranıb. Ümumi məhsulun həcmində qeyri-dövlət sektorunun payı 83,1 %-ə çatıb. Qeyri-dövlət sektorunda ümumi məhsulun həcmi 2021-ci ilə nisbətən müqayisəli qiymətlərlə 13,1 % az olmuşdur.
Sənaye üzrə:
2022-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 81 milyon 400 min mantlıq məhsul istehsal edilmişdir ki, bu da 2021-ci ilə nisbətən sabit qiymətlərlə 28,3% az olunmuşdur. Mədənçıxarma sənayesində məhsul buraxılışının həcmi 26 milyon 602 min manat (32,7 %), emal sənayesində 49 milyon 134 manat (60,4 %), elektrik enerjisi, qaz və buxar istehsalı təchizatında 4 milyon 783 manat (5,9%) , su təchizatı, tullantıların təmizlənməsi və emalı sektounda 866 min manat (1,0 %) olmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 93,1 % olmuşdur ki, bu da ötən ilə nisbətən 28,3 faiz az olmuşdur.
Sənaye müəssislələri üzrə:
- Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 02.02.2015-ci il tarixli 1011 nömrəli sərəncamı ilə yaradılmış, 24.09.2017-ci ildə istifadə verilmişdir. 6 rezident fəaliyyət göstərir, bir rezident (“Azərbaycan yem emalı” MMC isə 2023-cü ildə fəaliyyətə başlaması gözlənilir) 42,9 milyon manat investisiya qoyulmuş, 495 nəfər iş yeri açılmış. 2022-ci ildə rezidentlər tərəfindən 16,8 milyon manat dəyərində məhsul istehsal olunmuşdur.
- “Khazar” avtomobil zavodu 2018-ci istismara verilmiş, ümumi səhmlərin 75% “Azərmaş” ASC-nin, 25% “İran Khodro” şirkətinin məxsusdur. 26 milyon manat investisiya qoyuluşu həyata keçirilib, 300 nəfər yeni iş yeri təmin edilib. İllik istehsal gücü 10 min ədəd “Khazar” brendi altında müxtəlif modelli avtomobilllərin istehsalı. 2022-ci ildə 12,1 milyon manat dəyərində 682 ədəd avtomobil istehsal edilmişdir. 2021-ci illə müqayisədə avtomobil istehsalı 66,6 % azalıb.
- “Kəhf” MMC-i 2017-ci ilin sentyabr ayından istimara başlamış, balıq yemi istehsalı həyata keçirir. 12 milyon investisiya yatırımı qoyulmuş, illik istehsal gücü 25 min ton, 26 iş yeri açılmışdır. Hesabat dövründə 2,3 milyon manat dəyərində 1032,4 ton məhsul istehsal olunmuşdur. 2021-ci illə müqayisədə məhsul istehsalı 26,6 % artmışdır.
- “Toğrul-2008” MMC-i 2017-ci ilin yanvar ayından fəaliyyətə başlamış, illik istehsal gücü 360 ton politelen boru. İnvestisiya yatırımı 200 min manat, iş yerlərinin sayı 10 nəfər. Müəssisə tərəfindən 2022-ci il ərzində 420 min manatlıq məhsul istehsal olunmuşdur.
- “Gedik Kaynak” MMC 2021-ci ildən fəaliyyət göstərir, illik istehsal gücü 9000 ton elektrod istehsalıdır. İnvestisiya məbləği 7,5 milyon manat, iş yerlərinin sayı 12 nəfər. Hesabat dövrü ərzində 920 min manatlıq 350,36 ton məhsul istehsal etmişdir.
- “Azproduct” MMC 2022-ci ilin yanvar ayında fəaliyyətə başlamış, illik istehsal gücü12 milyon banka konserv, 4 min ton dondurulma, 30 ton kürü, 1000 ton preserva. İnvestisiya məbləği 11 milyon manat. 2022-ci ildə istehsal olunmuş məhsulların dəyəri 1,07 milyon manat olmuşdur.
- “Aqroplanet” MMC 2022-ci ildə fəaliyyətə başlamış, illik istehsal gücü 700 ton orqanik maye gübrə istehsalıdır. İnvestisiya məbləği 0,2 milyon manat, iş yerlərinin sayı 56 nəfər təşkil edir. Hesabat ili ərzində 30 min manatlıq məhsul istehsal edilmişdir.
- “Azərbaycan yem emalı” MMC-nin fəaliyyətə başlaması 2023-cü ildə nəzərdə tutulmuşdur. Yatırılmış investisiyanın məbləği 701 min manat, iş yerlərinin sayı 7 nəfər, istehsal gücü və fəaliyyət sahəsi 20 min ton soya və ekstruziya olunmuş pambıq jmıxı istehsalıdır.
- “Azəryod” MMC-i 2007-ci ildən fəaliyyət göstərir, illik istehsal gücü 300 ton , iş yerlərinin sayı 219 nəfər. 2022-ci ildə 195 ton “T” markalı (99,5%) kristal yod istehsal edilmişdir. 2021-ci illə müqayisədə yod istehsalı 16,3 % artıb.
- “Neftçala Əməliyat Şirkəti”nin illik istehsal gücü 35 min ton xam neft, 0,9 milyon m3 təbii qaz təşkil edir. 2022-ci ildə 30,46 min ton xam neft, 0,6 milyon m3 təbii qaz istehsal etmişdir. İş yerlərinin 409 nəfər 2021-ci illə müqayisədə xam neft hasilatı 4,1 % , təbii qaz hasilatı 1,7 % artmışdır.
- “Azerbaijan Fish Farm” MMC, ümumi dəyəri 37 milyon manat, illik istehsal gücü 170 ton balıq əti, 5 ton kürü təşkil edir, layihə “Lumun Holding” tərəfindən həyata keçirilir. Hesabat dövründə 113 iş yeri yaradılmış, 24452 ton balıq əti, 322 ton kürü istehsal olunmuşdur. 2022-ci ildə 186582 manat məbləğində investiya yatırımı olunmuş, yeni emal sahəsinin yaradılması, asfalt örtüyün vurulması, metal konstruksiyalı körpünün inşası həyata keçirilib.
- “Xıllı Balıq” MMC-i 2003-cü ildən fəaliyyət göstərir. İllik istehsal gücü 15 milyon ədəd nərəcinsli körpə balıq, iş yerlərinin sayı 58 nəfər, 2022-ci ildə 565 min nərəcinsli körpə balıq Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır.
-“Qaraqaşlı Broyler” ASC-i 2004-cü ildən fəlaiyyət göstərir, investisiya yatırımı 5 milyon manat, illik istehsal gücü 70500 ton quş əti, işçilərin sayı 500 nəfər müəyyənləşdirilib. 2022-ci ildə 4200 ton quş əti istehsal edilib, işçi sayı 400 nəfər təşkil edib.
- Hesabat dövründə rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələrində işçilərin sayı 1151 nəfər olmuş, onların orta aylıq nominal əmək haqqı 845,4 manat olmuşdur ki, bu da 2021-ci ilə nisbətən 16,5 % artmışdır.
Kənd təsərrüfatı üzrə:
2022-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 115 milyon 249 min manat təşkil etmişdir ki, ondan 60 milyon 738 min manatı heyvandarlıq məhsullarının (52,7%), 54 milyon 511 milyon bitkiçilik məhsullarının (47,3%) payına düşür.2021-ci ilə nisbətən müqayisəli qiymətlərlə kənd təsərrüfatının istehsalı 19,3% , o cümlədən heyvandarlıq məhsulu üzrə 10,1 %, bitkiçilik məhsulu üzrə 29,7% azalmışdır.
2022-ci ildə qarğıdalı daxil olmaqla 34 min 406 hektar hektar sahədən, hər hektardan orta hesabla 16,2 sentner olmaqla, 55121,5 ton dənlilər və dənli paxlalı bitkilər toplanmışdır. 2021-ci ilə nisbətən istehsal 55,7 faiz və ya 69282,9 ton azalmışdır. 2022-ci ildə istehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin 12828,0 tonunu və ya 23,3 faizini buğda, 42293,5 tonu və ya 76,7 faizini arpa təşkil etmişdir. Buğdanın məhsuldarlığı 25,4 sentner, arpanın məhsuldarlığı 14,5 sentner təşkil edir. Eyni zamanda 1316,8 ton və ya 2021-ci ilə nisbətən 1,0 faiz çox kartof, 1603,9 ton (3,4 faiz çox) tərəvəz, 2923,6 ton (2,1 faiz az) bostan məhsulları, 1910,2 ton (0,4 faiz çox) meyvə və giləmeyvə, 646,6 ton (45,2 faiz çox) üzüm, 146,0 ton (2,9 dəfə çox) qarğıdalı, 23850,0 ton pambıq yığılmışdır.
2022-ci ildə 8645,3 hektar sahədə pambıq əkilmiş, 23 min 850 ton pambıq toplanaraq, tədarük məntəqələrinə təhvil verilmişdir. Toplanmış pambığın orta hesabla məhsuldarlığı 27,6 sentner olmuşdur. 2023-cü ilin məhsulu üçün hazırda 6456 hektar torpaq sahəsini əhatə etməklə 2250 mülkiyyətçi ilə müqavilə bağlanmış, 4500 hektar ərazidə şum aparılmış və bu istiqamətdən tədbirlər davam etdirilir.
2023-cü ilin məhsulu üçün rayon üzrə 33722 hektar torpaq sahəsinin 6672,0 hektarında buğda, 27050,0 hektarında arpa əkilmişdir. 2021-ci illə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 15,5 %, o cümlədən arpanın səpin sahəsi 22,3 faiz azalmış, buğdanın səpin sahəsi isə 30,8 faiz artmışdı.
2023-cü ilin yanvar ayının 1-i vəziyyətinə rayon üzrə 44679 baş iribuynuzlu mal-qara,o cümlədən 22656 baş inək və camış, 148166 baş qoyun və keçi mövcud olmuşdur.
2022-cü ildə diri çəkidə (quş əti daxil olmaqla) 10832,3 ton ət, 31919,8 ton süd, 17851,0 min ədəd yumurta və 300,4 ton yun istehsal оlunmuşdur.
2022-ci ildə rayon ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı sahələrində işçilərin sayı 867 nəfər, bir işçinin orta aylıq nomial əmək haqqı 481,7 manat təşkil etmişdir ki, bu da 2021-ci ilə nisbətən 29,5 % çox olmuşdur.
Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına kənd təsərrüfatı istehsalı ilə məşğul olan 17 nəfər sahibkara 843.00 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Verilmiş kreditlər hesabına 16 yeni iş yeri açılmışdır.
Nəqliyyat:
2022-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisə və fiziki şəxslər tərəfindən 3 milyon 85 min manatlıq və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 23,7 % çox iş və xidmətlər göstərilmişdir. Nəqliyyat sektorunda məhsul buraxılışının (fiziki şəxslər daxil olmaqla) 90,4 faizi sərnişin daşınmadan, 9,6 faizi isə yük daşınmalarından əldə olunmuşdur. Xidmətlərin hamısı avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirilmişdir.
2022-ci ildə 509,0 min ton avtomobil nəqliyyatı ilə yük daşınmış, 6043 min sərnişin daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 12,9 faiz, sərnişin daşınmasında isə 25,0 faiz çox olunmuşdur.
“Neftçala –Avtonəqliyyat” ASC-i 1998-ci ildən fəlaiyyət göstərir, 16 marşurut xətti üzrə 23 ədəd sərnişin avtobusu əhaliyə xidmət göstərir. 2022-ci ildə 785 min sərnişin daşıma həyata keçirilib.
2022-ci ildə rayon ərazisində fəaliyyət göstərən nəqliyyat müəssisələrində işçilərin sayı 62 nəfər, bir işçinin orta aylıq nomial əmək haqqı 314,1 manat təşkil etmişdir ki, bu da 2021-ci ilə nisbətən 25,7 % çox olmuşdur.
Rabitə, qaz, elektrik, su təchizatı :
2022-ci ildə rayon ərazisində fəaliyyət göstərən informasiya və rabitə müəssisələri tərəfindən 1 milyon 373 min manatlıq rabitə xidməti göstərilmiş və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artm müşahidə olunmuşdur. Rabitə xidmətlərinin 86,8 faizi bilavasitə əhali sektoruna aid olmuşdur. Xidmətlərdən əldə edilən gəlirin əsas hissəsi internet rabitəsi sahəsindən formalaşmışdır. Hazırda rayonda hər 100 təsərrüfata 60 ədəd telefon aparatı düşür.
2022-ci ildə rayon ərazisində fəaliyyət göstərən rabitə müəssisələrində işçilərin sayı 62 nəfər, bir işçinin orta aylıq nomial əmək haqqı 457,6 manat təşkil etmişdir ki, bu da 2021-ci ilə nisbətən 21,1 % çox olmuşdur.
Neftçala Telekommunikasiya Qovşağında 9400 abonenti var, 54 nəfər işçisi çalışır, 2022-ci il ərzində 318 yeni obenet telefon və 930 abonent isə internet şəbəkəsinə qoşulub. Telekommunikasiya və poçt xidmətlərinin yaxşılaşdırılması sahəsində 6850 metr hava rabitə kabeli, 147 ədəd dayaq təmir edilmiş, Yuxarı Qaramanlı ərazisində 96 portluq yeni DSLAM avadanlığı quraşdırılmışdır. Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonun M.Ə.Sabir küçəsində ( Qərəvəlli yaşayış məntəqəsində) 256 abonent xətti olan şəbəkə istifadəyə verilib, 687 ədəd dirək basdırılıb.
Azərqaz İstehsalat Birliyinin Salyan Regional Qaz İstismar idarəsinin Neftçala Xidmət sahəsi üzrə 16370 əhali abonentinə və 133 qeyri əhali abonentinə xidmət göstərilir. Rayonun 52 yaşayış məntəqəsindən 31-i qazlaşdırılıb, 20 yaşayış məntəqəsi isə qazlaşdırılmamışdır. Qazlaşdırılmış yaşayış məntəqələri 100% sayğaclaşdırılmışdır. 2022-ci ildə rayonun Mirzəqurbanlı kəndinin qazlaşdırılmasında tikinti işləri tam başa çatdırılmış, 85 abonentin təbii qazdan istifadəsi üçün müvafiq orqanlarla sənədləşmə işləri aparılır. Neftçala Xidmət sahəsi hesabat dövründə 22 milyon 656 min m3 təbii qaz qəbul etmişdir. Qəbul edilmiş ümumi qazın 20 milyon 208 min kub metri əhalini abonentlərinin payına düşür. Əhaliyə verilmiş qazın 98 % dəyəri ödənilmişdir.
Neftçala Elektrik Şəbəkəsinin xidməti ərazisində 20323 abanet mövcudur. Bunlardan 18831 əhali qrupuna, 1492 qeyri-əhali qrupunun abonetləridir. 2022-ci il ərzində istehlakçılara verilən 176 milyon 340 min kvt.saat elektrik energisinin 93,9% dəyəri ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100 % təşkil edir.
Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonun 18 kəndində elektrik təsərrüfatı yenidən qurulub, 0,4 kv-luq xətt üzrə sibləşmə aparılıb:
Bala Surra kəndində podratçı tərəfindən 43 abonentə xidmət göstərəcək 156 ədəd 0.4 kV dayaq basdırılaraq 4000 metr 4x35 markalı kabel xətti çəkilmişdir. (2 ədəd KTM quraşdırılıb)
Şorkənd kəndində podratçı tərəfindən 206 abonentə xidmət göstərəcək 379 ədəd 0.4 kV dayaq basdırılaraq 9110 metr 4x35 markalı kabel xətti çəkilmişdir. (3 ədəd KTM quraşdırılıb)
Qədimkənd kəndində podratçı tərəfindən 755 ədəd 0.4 kV dayaq basdırılaraq 16188 metr 4x35 markalı kabel xətti çəkilmişdir. (6 ədəd KTM quraşdırılıb)
Yeniqışlaq kəndində podratçı tərəfindən 94 abonentə xidmət göstərəcək 291 ədəd 0.4 kV dayaq basdırılaraq 6065 metr 4x35 markalı kabel xətti çəkilmişdir. (4 ədəd KTM quraşdırılıb)
Qaraqaşlı kəndində podratçı tərəfindən 249 abonentə xidmət göstərəcək 617 ədəd 0.4 kV dayaq basdırılaraq 14500 metr 4x35 markalı kabel xətti çəkilmişdir (6 ədəd KTM quraşdırılıb)
Beşdəli kəndində podratçı tərəfindən 193 abonentə xidmət göstərəcək 338 ədəd 0.4 kV dayaq basdırılaraq 7900 metr 4x35 markalı kabel xətti çəkilmişdir (3 ədəd KTM quraşdırılıb)
Cəngən kəndində podratçı tərəfindən 126 abonentə xidmət göstərəcək 285 ədəd 0.4 kV dayaq basdırılaraq 6200 metr 4x35 markalı kabel xətti çəkilmişdir (3 ədəd KTM quraşdırılıb)
Ərəbqardaşbəyli kəndində podratçı tərəfindən 104 abonentə xidmət göstərəcək 250 ədəd 0.4 kV dayaq basdırılaraq 3900 metr 4x35 markalı kabel xətti çəkilmişdir (3 ədəd KTM quraşdırılıb)
Mayak-1 kəndində podratçı tərəfindən 179 abonentə xidmət göstərəcək 349 ədəd 0.4 kV dayaq basdırılaraq 9465 metr 4x35 markalı kabel xətti çəkilmişdir (4 ədəd KTM quraşdırılıb)
Mürsəqulu kəndində podratçı tərəfindən 257 abonentə xidmət göstərəcək 709 ədəd 0.4 kV dayaq basdırılaraq 16500 metr 4x35 markalı kabel xətti çəkilmişdir (5 ədəd KTM quraşdırılıb)
Aşağı Surra kəndində podratçı tərəfindən 745 abonentə xidmət göstərəcək 1438 ədəd 0.4 kV dayaq basdırılaraq 32742 metr 4x35 markalı kabel xətti çəkilmişdir (11 ədəd KTM quraşdırılıb)
Bankə qəsəbəsində podratçı tərəfindən 1012 abonentə xidmət göstərəcək 861 ədəd 0.4 kV dayaq basdırılaraq 21100 metr 4x35 markalı kabel xətti çəkilmişdir (8 ədəd KTM quraşdırılıb)
Astanlı kəndində podratçı tərəfindən 208 abonentə xidmət göstərəcək 548 ədəd 0.4 kV dayaq basdırılaraq 3000 metr 4x35 markalı kabel xətti çəkilmişdir
Aşağı Qaramanlı kəndində podratçı tərəfindən 586 abonentə xidmət göstərəcək 740 ədəd 0.4 kV dayaq basdırılılmışdır (1 ədəd KTM quraşdırılıb)
Dördlər kəndində podratçı tərəfindən 195 abonentə xidmət göstərəcək 480 ədəd 0.4 kV dayaq basdırılılmışdır
Qırmızışəfəq kəndində podratçı tərəfindən 70 abonentə xidmət göstərəcək 172 ədəd 0.4 kV dayaq basdırılaraq 3920 metr 4x35 markalı kabel xətti çəkilmişdir (2 ədəd KTM quraşdırılıb)
Yenikənd kəndində podratçı tərəfindən 49 abonentə xidmət göstərəcək 118 ədəd 0.4 kV dayaq basdırılaraq 2336 metr 4x35 markalı kabel xətti çəkilmişdir (2 ədəd KTM quraşdırılıb)
Xolqaraqaşlı kəndində podratçı tərəfindən 425 abonentə xidmət göstərəcək 1023 ədəd 0.4 kV dayaq basdırılaraq 23300 metr 4x35 markalı kabel xətti çəkilmişdir (9 ədəd KTM quraşdırılıb)
Elektrik təsərrüfatının yenidən quurlması məqsədilə kəndlərdə 10 və 6 kV-luq elektrik xətlərinin çəkilməsi və dayaqların basdırılması işləri aparılıb.
10 kV-luq Qaraqaşlı h/x-də podratçı tərəfindən 280 abonentə xidmət göstərəcək 580 ədəd dayaq basdırılmaqla 54500 metr AS-50 markalı naqil çəkilərək 1437 ədəd ŞF-10 markalı izolyator quraşdırılıb
10 kV-luq Qədimkənd h/x-də podratçı tərəfindən 209 abonentə xidmət göstərəcək 130 ədəd dayaq basdırılmaqla 10790 metr AS-50 markalı naqil çəkilmişdir
6 kV-luq Yeniqışlaq h/x-də podratçı tərəfindən 94 abonentə xidmət göstərəcək 71 ədəd dayaq basdırılmaqla 5200 metr AS-50 markalı naqil çəkilmişdir
10 kV-luq Aşağı Surra h/x-də podratçı tərəfindən 745 abonentə xidmət göstərəcək 346 ədəd dayaq basdırılmaqla 41700 metr AS-50 markalı naqil çəkilərək 858 ədəd ŞF-10 markalı izolyator quraşdırılıb
6 kV-luq Bankə h/x-də podratçı tərəfindən 1012 abonentə xidmət göstərəcək 129 ədəd dayaq basdırılmaqla 12300 metr AS-50 markalı naqil çəkilərək 327 ədəd ŞF-10 markalı izolyator quraşdırılıb
10 kV-luq Xolqaraqaşlı h/x-də podratçı tərəfindən 257 abonentə xidmət göstərəcək 375 ədəd dayaq basdırılmaqla 34800 metr AS-50 markalı naqil çəkilərək 933 ədəd ŞF-10 markalı izolyator quraşdırılıb
6 kV-luq Mayak-1 h/x-də podratçı tərəfindən 179 abonentə xidmət göstərəcək 290 ədəd dayaq basdırılmaqla 28300 metr AS-50 markalı naqil çəkilərək 729 ədəd ŞF-10 markalı izolyator quraşdırılıb
10 kV-luq Astanlı h/x-də podratçı tərəfindən 208 abonentə xidmət göstərəcək 245 ədəd dayaq basdırılmışdır
2022-ci ildə “Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli, 2178 nömrəli Sərəncamı əsasında Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2022-ci ildə zəruri tədbirlər həyata keçirilib.
Neftçala şəhərinin su təchizatı sistemlərinin tikintisi ilə bağlı 2652 ədəd ev birləşməsi, 1720 ədəd su sayğacı quraşdırılıb, bundan 1590 sayğac möhürlənib. Layihədə nəzərdə 89,4 km su xəttindən 90% (80881 mert) icra olunub, 80,8 km müxtəlif diametrli boru xətti çəkilib.
Neftçala şəhərinin kanalizasiya sisteminin yenidən qurulması üzrə layihdə nəzərdə tutulan 18,3 km kanalizaisya şəbəkəsinin 56% -i (6582 metr) icra edilmiş, 215 ədəd ev birləşməsi, 215 ədəd baxış quyusu inşa edilmişdir.
Neftçala rayonunun Kür çayı boyunca yerləşən 27 kəndin 1 qəsbənin su təminatı ilə bağlı aşağıdakı işlər görülüb:
- Aşağı Surra, Kür Qarabucaq kəndləri üzrə 6000 mert plastik boru çəkilib, mövcud modul qurğulara su verilib.
- Aşağı Qaramanlı, Astanlı, Dördlər, Xıllı, Ballıcalı və Boyat kəndləri üzrə 17377 metr müxtəlif diametrli plastik boru çəkilib, Boyat və Ballıcallı kəndlərində modulla su verilib. Salyan-Neftçala avtomobil yolunda sol tərəfə yol keçidi verildikdən sonra Aşağı Qaramanlı, Astanlı, Dördlər və Xıllı kəndlərindəki mövcud modullara içməli suyun verilməsi təmin olunacaqdır.
- Şorkənd, Qaraqaşlı, Beştalı, Cəngan, Ərəbqardaşbəyli və Bala Surra kəndləri üzrə 15877 metr müxtəlif diametrli plastik boru çəkilib, mövcud modul qurğularına su verilib.
- Pirəbbə , Yuxarı Qaramanlı kəndləri üzrə 5560 mert plastik boru çəkilib, modul qurğulara su verilib
- Yenikənd, Qırmızı Şəfəq və Mayak 1 kəndləri üzrə 9722 metr plastik boru çəkilib (Bankə körpüsü-Yenikənd istiqamətində avtomobil yolunda xətlərin inşası başa çatdıqdan sonra hər bir kəndin mövcud modullarına içməli su veriləcək)
- Mayak 2, Şirvanlı, Yeni Qışlaq, Haqverdili, Mikayıllı, Dalğalı, Sarıqamış, Sahiloba kəndlərində layihə üzrə nəzərdə tutulan 6 əks osmoz tipli su təmizləyici qurğudan 4-ü quraşdırılıb, layihə üzrə nəzərdə tutulan 5 subartezian quyudan 4-ü qazılıb.
- Bankə qəsəbəsinin su təchizatı sisteminin yenidən qurulması ilə bağlı 38238 mert müxtəlif diametrli boru şəkilib, 1380 ev birləşməsi verilib, 620 ədəd sayğac quraşdırılıb (Bankə körpüsü-Yenikənd istiqamətində avtomobil yolunda xətlərin inşası başa çatdıqdan sonra qəsəbəyə suyun veriləcək).
Tikinti:
2022-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 54 milyon 800 min manat vəsait yönəldilmiş, onun 53 milyon 800 min manatı və ya 98,2 faizi dövlət sektoruna, 988,3 min manatı və ya 1,8 faizi isə qeyri-dövlət sektoruna yönəldilmişdir. 2021-ci ilin eyni dövrünə nisbətən rayonda əsas kapitala investisiya qoyuluşu 42 milyon 200 min manat və ya 4,4 dəfə artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitlərin 52 milyon 329 min manatı və ya 95,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. 2021-ci ilin eyni dövrü ilə müqayisədə tikinti-quraşdırma işləri isə 4,4 dəfə artmışdır.
2022-ci ildə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş tikinti işlərinin dəyəri 15 milyon 151 min manat təşkil edib. 2021-ci illə müqayisədə 7 milyon 734 min manat və 2 dəfə çox tikinti işləri yerinə yetirilib.
- Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən suvarma kanallarını 388 km hissəsi lildən təmizlənmiş, 56 ədəd hidrotexniki qurğu cari təmir olunmuşdur. Nasos aqreqatları vasitəsi ilə 96 mln m3 qrunt suları Xəzər dənizinə vurulmuşdur. Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən kənd təsərrüfatı obyektlərinin və yaşayış sahələrini daşqın və sel sularından qorumaq məqsədilə Kür çayının sağ və sol sahili boyunca Qaravəlli, Kürkənd, Kürqarabucaq, Tatarməhlə və 2 №-li Mayak kəndlərinin ərazisində 3,89 km məsafədə 36,6 min m3 həcmində bəndin təmiri və 11,97 km məsafədə 338,15 min m3 həcmində qayakəsmə işləri görülmüşdür.
“Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2022-ci il tarixli 146s nömrəli Sərəncamının 1-ci maddəsinə əsasən Kür çayının aşağı axarındakı suqəbuledici qurğuların normal istismarı üçün suyun səviyyəsinin tənzimlənməsi və mənsəb hissəsində suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi “Azmelsutəsərrüfat “ ASC-nə tapşırılıb. 21.10.2022-ci il tarixli müqavilə əsasında “Muğansutikinti “MMC-i tərəfindən Kür çayının Bala Kür və Əsas Qolunda təsdiq edilmiş layihə ilə suaşıran qurğunun tikintisinə başlanılıb. Hesabat dövründə Kür çayının əsas qolunda suaşıran qurğunun tikintisi məqsədilə layihədə nəzərdə tutulan 350 metr hissənin 320 metri, Bala Kürdə isə layihədə nəzərdə tutulan 200 metr hissəsinin 160 metri tam icra edillib. Tikinti işləri zamanı suaşıran bənd 2 dəfə qəzaya uğramış, dağıntılar yaranmış, əlavə tikinti materiallarının daşınması təmin edilib. Digər icrası tamamlanmayan ümumilikdə 70 metr hissədə işlərin aparılması Kür çayının aşağı axarında suyun səviyyəsinin aşağı düşməsi zamanı planlaşdırılıb. Bala Kür və Əsas qolda inşa edilən suaşıran qurğunun üzərində eni 5 metr məsafədə olmaqla 60 sm dərinlikdə suötürən hissənin inşası nəzərdə tutulub ki, bu da balıqların populasiyasına və kiçik həcmli qayıqların hərəkətinə əlverişli şərait yaradır.
Əhalinin sosial müdafiəsi məsələləri:
Hesabat ilində əhalinin nominal pul gəlirləri 354 milyon 700 min manat olmuş, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10,8 % artmışdır. Adambaşına düşən pul gəlirləri 1,1 % artaraq 3946,3 manat olmuşdur. Rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqısı 19 % artaraq 545,4 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 336 milyon 600 min manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 0,2 % artaraq 300 milyon 430 min manata, pullu xidmətlərin həcmi 6,1 % artaraq 32 milyon 700 min manata çatmışdır.
2022-ci il üçün rayonun yerli gəlirləri və xərcləri 7 milyon 160,0 min manat təsdiq olunmuşdur. Bu da keçən il ilə müqayisədə 19,9% və ya 1 milyon 178 min manat çoxdur. Yerli xərclər 7 milyon 160,0 min manata qarşı 6 milyon 234,1 min manat vəsait daxil olmuş və ya 87,1 % icra olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 318,9 min manat və ya 26,8 % çox olmuşdur.
2022-ci ildə rayonda iqtisadi fəal əhali sayı 47926 nəfər olmuş, onlardan 45242 nəfəri (94,4%) iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edir. Muzdla çalışan işçilərin sayı 8396 nəfər, o cümlədən dövlət sektorunda 4993 nəfər, qeyri-dövlət sektorunda 3403 nəfər təşkil edir. 2021-ci illə müqayisədə müzdla çalışan işçilərin sayı 1,8 % azalıb.
2022-ci ildə rayonun Regionların Sosial-İqtisadi İnkişafın Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 169 yeni iş yeri açılmış, o cümlədən yeni yaranmış müəssisə və təşkilatlar üzrə 3, mövcud müəssisə və təşkilatlar üzrə 163, fəaliyyəti bərpa edilmiş müəsssisə və təşkilatlarda isə 3 yeni iş yeri yaradılmışdır. Rayonda aparılan tikinti-quruculuq və kənd təsərrüfatında mövsümü işlərdə ümumilikdə rayon üzrə 3494 nəfər işlə təmin olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
2022-ci il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 105 nəfər işaxtaran vətəndaş Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq Filialı tərəfindən aktiv məşğulluq tədbirlərinə cəlb olunmuşdur. Müvafiq dövr ərzində rayon üzrə 1478 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmışdır. Qeydiyyata alınmış işaxtaran və işsiz vətəndaşlardan 265 nəfəri işlə təmin olunmuşdur ki, onlardan 54 nəfəri haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Hesabat dövründə 28 nəfər işaxtaran vətəndaşa işsizlikdən sığorta ödənişi təyin edilmişdir.
Hesabat dövründə rayon üzrə 90 nəfər kişi, 15 nəfər olmaqla 105 nəfər özünüməşğulluq proqramına, 385 nəfər “Dost İş Mərkəzi” MMC-də, 107 nəfər Salyan Regional Qaz İstismarı İdarəsinin Neftçala sahəsi üzrə və 25 nəfər Neftçala Elektrik Şəbəkəsində ictimai işlərə cəlb olunub.
2022-ci ildə rayon üzrə pensiya alanların sayı 7756 nəfər, müavinət və təqaüd alanların sayı 7088 nəfər olmuşdur. Hesabat dövründə rayon üzrə 3652 ailə üzvü olmaqla 808 ailə VEMTAS proqramı vasitəsilə ünvanlı dövlət sosial yardımı ilə təmin edilib.
Hesabat dövründə rayon üzrə 79 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmiş, 12 nəfər imtiyazlı şəxsə “Möcüzəli Naftalana” göndəriş verilmiş, 3 dekabr “Beynəlxalq Əlillər” günü münasibəti ilə əlaqədar 52 nəfər əlil olan az təminatlı ailənin hər birinə dövlət tərəfindən 30 manat məbləğində nağd pul vəsaiti poçt vasitəsilə ödənilmişdir. 5 nəfər əlil uşaq müalicə məqsədilə Uşaq Reabilitasiya Mərkəzinə göndərilib.
Torpaq sahələri :
2022-ci ildə rayonun inzibati sərhədi daxilində olan torpaqlar 145171 hektar olmaqla, dövlət mülkiyyətində 54076 hektar, bələdiyyə mülkiyyətində 50068 hektar və xüsusi mülkiyyətdə 41027 hektar olmuşdur. Kənd təsərrüfatına yararlı 99733 torpaq sahəsindən 52369 hektarı əkin, 45613 hektarı örüş-otlaq, 1751 hektarı isə həyatyanı torpaq sahəsinin yararlı hissəsini təşkil edir.
Rayon ərazisində 36814 hektar suvarılan torpaq sahəsi vardır. Rayon üzrə mövcud 45613 hektar yararlı örüş-otlaq sahələrinin 15547 hektarı qış otlaq, 30066 hektarı kənd ətrafı örüş sahəsidir. Rayonun qış otlaq sahələrinin ümumi sahəsi 20187 hektar təşkil edir.
Rayonun istifadəsində olan 145171 hektar torpaq sahəsinin 120616 hektarı kənd təsərrüfatı təyinatlı , 6182 hektarı yaşayış məntəqələrinin torpaqları, 8310 hektarı sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar, 1956 hektarı xüsusi qorunan ərazilərin torpaqları, 1523 hektarı su fondu torpaqları, 6584 hektar ehtiyat fond torpaqlar kateqoriyasına aiddir.
3000 hektar Aqroparq ərazisində investisiya qoyuluşunun təmin edilməsi ilə bağlı şirkətlərin cəlb olunması ilə əlaqədar həmin ərazidə yerləşən icarədarlarla danışıqlar apaırlır
2022-ci ildə Neftçala rayonu üzrə Dövlət Torpaq Fonduna və bələdiyyə mülkiyyətinə aid ərazilərdə torpaqlardan təyinatı üzrə səmərəli istifadə vəziyyətinin yoxlanılması, torpaq qanunvericiliyinin tələblərini pozmaqla inzibati xəta törətmiş fiziki və hüquqi şəxslərin müəyyən edilməsi, torpaq icarədarlarının torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etməsinin araşdırılması məqsədilə, Rayon İcra Hakimiyyəti tərəfindən müntəzəm olaraq monitorinq həyata keçirilir.
2022-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şirvan Ərazi şöbəsi tərəfindən torpaq qanunvericiliyinin tələblərini pozan 58 fiziki şəxsə inzibati protokol tərtib edilib. Dövlət Torpaq Fondu üzrə 22 fiziki şəxs, bələdiyyə mülkiyyətinə aid torpaqlar üzrə 36 fiziki şəxs barədə inzibati qaydada tədbir görülüb.
2022-ci ildə Rayon İcra Hakimiyyəti tərəfindən torpaqlardan təyinatı üzrə səmərəli istifadə vəziyyətinin yoxlanılması ilə bağlı 58 fakt üzrə akt tərtib edilib. Sarıqamış kəndi üzrə 48, Xol Qaraqaşlı kəndi üzrə 7, Yenikənd kəndi üzrə 2, Kürkənd kəndi üzrə 1 fiziki şəxs barəsində araşdırma aparılır, aidiyyəti qurumlara məlumat verilib.
2022-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müsbət rəyi əsasında məqsədli təyinatına uyğun icarə hüququ ilə 3 fiziki şəxsə torpaq verilməsinə razılıq verilib. Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Torpaq Fonduna aid 100 hektar örüş torpaq sahəsi 2 fiziki şəxsə, qış-otlaq ərazilərindən 10 hektar torpaq sahəsi 1 fiziki şəxsə torpaq icarə müqaviləsi əsasında icarə hüququ ilə istifadəyə verilib.
Şəhid ailələri ilə bağlı görülmüş işlər.
Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar Vətən müharibəsi zamanı şəhid olmuş 45 hərbi qulluqçunun ailə üzvlərindən 31 nəfər mənzil növbəsinə qeydə alınıb, 2 imtiyazlı şəxsin mənzil növbəsi mübahisələndirilib, 2 imtiyazlı şəxsin sənədləri təqdim olunmayıb, 10 şəhid ailəsi müxtəlif rayonlarda mənzil qeydiyyatına durmaqla bağlı müraciət edib.
Vətən müharibəsi zamanı əlilliyi müəyyən edilmiş 27 nəfər imtiyazlı şəxs mənzil növbəsinə qeydə alınıb. Mənzil növbəsinə qeyd alınan imtiyazlı şəxslərdən 8 şəhid ailəsinin üzvü, 2 əlilliyi müəyyən edilən şəxs rəsmi müraciətləri əsasında Rayon İcra Hakimiyyətindən mənzil növbəsindən çıxarılıb, digər ərazilər üzrə qeydiyyata alınıblar.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə rayon ərazisində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 1 ədəd 48 mənzilli və 1 ədəd 16 mənzilli çoxmənzilli yaşayış binaları tikilmiş, 2016-2020-ci illərdə 42 ədəd fərdi yaşayış evi tikilərək imtiyazlı vətəndaşara təhvil verilmiş, 2021-ci ilə 10 ədəd fərdi yaşayış evi tikilmişdir. Hesabat dövründə imtiyazlı şəxslər üçün inşa edilmiş 10 ev evdən 1-i şəhid ailəsinin üzvünə və 1-i əliliyi müəyyən edilmiş imtiyazlı vətəndaşın istifadəsinə verilib. Digər 8 yaşayış evindən 2-nin cari ilin fevral ayında şəhid ailəsinin üzvünə təhvil verilməsi təmin olunub. Qalan 6 mənzilin imtiyazlı şəxslərə təhvil verilməsi planlaşdırılıb.
Keçirilən tədbirlər:
31.03.2022-ci il tarixində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirin müavini cənab Şahin Mustafayevin sədrliyi ilə 3 fevral 2022-ci il tarixində keçirilmiş 15-ci iclasının 05 nömrəli protokolunun qərar hissəsinin 1.8.-ci hissəsinə əsasən kənd təsərrüfatı bitkiləri üzrə proqnozlaşdırılan əkin sahələri, gütürüləcək suyun həcmi və vaxtı barədə kənd təsərrüfatı məhsullarının istehsalçılarının məlumatlandırlması istiqamətində, Neftçala rayonu üzrə 2022-ci ilin pambıq əkini ilə əlaqədar istehsalçılar və emal müəssisələri arasında xam pambığın istehsalı, alqı-satqısına dair bağlanmış müqavilələr və pambıq əkini nəzərdə tutulmuş torpaq sahələrinin mövcud vəziyyəti, su təminatının təhlili məqsədilə Neftçala Rayon Suvarma Sistemləri İdarəsinin, Neftçala DAİM-nin rəhbərllərinin iştirakilə müşavirə keçirildi.
28.06.2022-ci il tarixində BMT-nin HABİTAT (Əhali Məskunlaşması Proqramı) təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisi ilə birlikdə hazırladığı regional layihə sənədi əsasında, BMT-nin HABİTAT təşkilatının ekspertləri Culi Qrinvaltın, Sumyadep Banerjenin və Beynəlxalq Miqrasiya təşkilatının Bakı ofisinin rəhbəri Vladimir Qeorqiyevin, layihənin yerli eksperti Amin Məmmədovun və Neftçala Rayon İcra Hakimiyyətinin, aidiyyəti təşkilatların məsul şəxslərinin iştirakı ilə Rayon İcra Hakimiyyətində növbəti görüşü keçirildi. Görüş çərçivəsində gələcəkdə sahilyanı ərazilərin iqlim dəyişikliklərinin təsirinə adaptasiyası istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə regional layihə çərçivəsində Neftçala rayonu üzrə fəaliyyətlərin icra edilməsi perspektivləri müzakirə edilib.
2022-ci il iyul ayının 9-10-da Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi ilə razılaşdırılaraq Neftçala şəhərinin M.Əsədov küçəsində sanitariya-gigiyena və baytarlıq-sanitariya qaydalarına əməl olunmaqla ayrılmış satış məntəqəsində sahibkarlar tərəfindən qurbanlıq qoyunların satışı təşkil olundu.
01.07.2022-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidnetinin 2019-cu il 7 fevral tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın 7.2. stategi məqsədinə uyğun olaraq nəzərdə tutulan tədbirlərə, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarının 3.20.-ci bəndinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların sahibkarlar tərəfindən idxalı, istehsalı və xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsinin qadağan olunması, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsi barədə Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin, yerli özünüidarəetmə orqanlarının, iri ticarət və ictimai iaşə obyektlərinin rəhbərlərinin iştirakı ilə maarifləndirmə və məlumatlandırma tədbiri həyata keçirilib.
26.07.2022-ci il tarixində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın 3 fevral 2022-ci il tarixində keçirilmiş onlayn müşavirəsinin Protokolunun Qərar hissəsinin 1.8-ci bəndinə əsasən kənd təsərrüfatı bitkiləri üzrə proqnozlaşdırılan əkin sahələri, götürüləcək suyun həcmi və vaxtı barədə kənd təsərrüfatı məhsullarının istehsalçılarının məlumatlandırılması və sudan qənaətlə istifadəyə dair əhalinin maarifləndirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin, yerli özünüidarəetmə orqanlarının, Sudan İstifadəedənlər Birliklərinin sədrlərinin, Kür çayı hövzəsində su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə sənədi verilmiş fiziki və hüquqi şəxslərin iştirakı ilə maarifləndirmə və məlumatlandırma tədbiri həyata keçirilib.
04.08.2022- cil tarində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun, aidiyyəti üzrə məsul şəxslərin, şəhid valideynlərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidnetinin 13 iyun 2022-ci il tarixli Sərəncamına əsasən otuz səkkiz min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 10 kilometr olan Neftçala- Xol Qaraqaşlı-Şorsulu (7 km) - Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrasturukturunun layihəsinin icrası ilə bağlı görülən işlərə yerindəcə baxış keçirildi, layihə üzrə nəzərdə tutulan yenidənqurma tədbirlərilə tanış olundu.
05.08.2022-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun, aidiyyəti üzrə məsul şəxslərin, kənd ağsaqqallarının iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Neftçala rayonu üzrə 7.3.16.5.-ci bəndinə əsasən elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi məqsədilə 102 abonenti olan rayonun Ərəbqardaşbəyli kəndində hava elektrik verlişi xətlərində yenidənqurma işlərinin icrası ilə bağlı həyata keçirilən tikinti-quraşdırma prosesinə baxış keçirildi, layihə üzrə nəzərdə tutulan yenidənqurma tədbirlərilə tanış olundu.
“50 saylı Yol İstismarı” MMC tərəfindən 2022-ci il ərzində Respublika əhəmiyyətli R-46 Salyan-Neftçala avtomobil yolunda 282,5 min manat cari təmir və yolların saxlanması işləri, Yerli əhəmiyyətli avtomobil yollarında isə orta təmir, cari təmir və yolların saxlanması işləri 1283,5 min manat dəyərində yerinə yetirilmişdir. Bundan Respublika əhəmiyyətli R-46 Salyan-Neftçala avtomobil yolunda 11823,63 m2 həcmdə asfalt-beton qarışığından çala təmiri işləri yerinə yetirilmişdir. İşin yerinə yetirilməsində 1418,88 ton asfalt-beton qarışığından və 5,9 ton əlaqələndirici bitum materialından istifadə olunmuşdur. Bundan başqa bütün yol avadanlıqları siqnal dirəklərin yenisi ilə əvəz edilməsi, rənglənməsi, yol nişanların bərpası, avtobus dayanacaqların rənglənməsi, piyada keçidlərin rənglənməsi işləri mütəmadi olaraq yerinə yetirilmişdir.
Yerli əhəmiyyətli Y-47-06 (1 km, Bankə)-I Mayak avtomobil yolunda uzunluğu 7,3 km olan asfalt örtüyünün alt qatı təmir olunmuşdur. Bu yolda orta təmir işlərinin yerinə yetirilməsində 7358,4 ton iri dənəli asfalt qarışığı istifadə olunmuşdur. Yerli əhəmiyyətli Y-47-03 R-46 (26 km) Ballıcallı, Y-47-06 R-46 (37 km) Bankə-Beştalı, Y-47-08 Neftçala-Xolqaraqaşlı-Şorsulu avtomobil yollarında 10000 m2 həcmində çala təmiri işi yerinə yetirilmişdir. İşlərin yerinə yetirilməsində 1200 ton asfalt-beton qarışığı istifadə olunmuşdur. “50 sayl Yol İstismarı” MMC-nin balansında olan bütün yerli əhəmiyyətli avtomobil yollarında yolların saxlanması işləri siqnal dirəklərinin yenisi ilə əvəz edilməsi, rənglənməsi, yol nişanlarının və yol avadanlıqlarının təmizlənməsi işləri il boyu mütəmadi olaraq yerinə yetirilmişdir.
Neftçala rayonu Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2022-ci il ərzində Neftçala şəhər ərazisi hər ay 121760 m2 sahə süpürülür və 70350 m2 yaşıllıq sahəsinə qulluq edilir, Bankə qəsəbə sahəsinin ərazisi hər ay 16777 m2 sahə süpürülür və 21508 m2 yaşıllıq sahəsinə qulluq edilir, Xıllı qəsəbə sahəsinin ərazisi hər ay 16700 m2 sahə süpürülür və 30162 m2 yaşıllıq sahəsinə qulluq edilir, Həsənabad qəsəbə sahəsinin ərazisi hər ay 13500 m2 sahə süpürülür və 20600 m2 yaşıllıq sahəsinə qulluq edilmişdir. Ümumilikdə il ərzində 15444 m3 bərk məişət tullantıları ərazilərdən daşınmış və zərərsizləşdirilmişdir. Birliyin işçiləri tərəfindən parklarda və küçələrdə olan ağacların quruyub yanmış budaqları budanaraq, ağacların aşağı köklü hissəsi əhənglənmiş, quruyub yerə tökülən yarpaqlar təmizlənərək kənar məsafəyə daşınmışdır. Ağacların dibi şumlanıb və suvarılmışdır.
2022-ci ilin fevral ayında 848 ədəd və dekabr ayında isə 242 ədəd olmaqla ümumilikdə 1090 ədəd müxtəlif növ dekorativ ağaclar Neftçala şəhəri H.Əliyev prospektinə və şəhərin digər ərazilərinə əkilmişdir. Eləcə də Rayon İcra Hakimiyyətinin inzibati binasının və Heydər Əliyev Mərkəzinin qarşısına 3500 m2 qazon əkilmiş, əkilən ağaclara və qazonlara gübrə verilmişdir. Heydər Əliyev Mərkəzinin ərazisində, küçələrdə və prospektdə olan ağaclara qulluq edilmişdir. Yaşıllıq əraziləri artırılmış və mühafizə olunmuşdur. Şəhərin H.Əliyev prospektində və M.Əsədov küçələrində bərk məişət tullantılarının atılması üçün daş urnalar təmir olunmuş 25 ədəd bərk məişət tullantı konteynerləri təmir edilərək saz hala gətirilmişdir. 17 ədəd o cümlədən, 15 ədəd 240 L-lik, 2 ədəd 60 L-lik yeni zibil konteynerləri alınıb istifadəyə verilmişdir. Birliyin ərazisində 2 gözlü (kişi, qadın) sanitar qovşaq və gözətçi binası tikilmişdir.
Neftçala Sukanal Sahəsi tərəfindən 2022-ci il ərzində Neftçala rayonun da Podratçı şirkətlər tərəfindən layihəyə uyğun olaraq 168677.29 p/metr müxtəlif diametrli su xətti və 12663 p/metr müxtəlif diametrli kanalizasiya xətti çəkilmişdir. Podratçı şirkətlər tərəfindən çəkilmiş xətlər aşağıdakı kimidir:
- Neftçala şəhərində 80415.29 p/metr müxtəlif diametrli su xətti çəkilərək 2652 ev birləşməsi verilmişdir və 2322 sayğac quraşdırılmışdır. 12663 p/metr müxtəlif diametrli kanalizasiya xətti çəkilərək 215 baxış quyusu və 215 ev birləşməsi verilmişdir.
- Bankə qəsəbəsində 38727 p/metr müxtəlif diametrli su xətti çəkilərək 1380 ev birləşməsi verilmişdir və 620 sayğac quraşdırılmışdır.
- Neftçala rayonunun 17 kəndində - Aşağı Surra, Aşağı Qaramanlı, Astanlı, Dördlər, Xıllı, Ballıcallı, Boyat, Şorkənd, Pirəbbə, Qaraqaşlı, Cəngan, Beştalı, Ərəbqardaşbəyli, Bala Surra, Yenikənd, Qırmızı Şəfəq və Mayak-1 kəndlərində quraşdırılan modul tipli su təmizləyici qurğulara 49535 p/metr yeni su xətti çəkilmişdir.
- Neftçala rayonunun 6 kəndində - Mayak -2, Şirvanlı, Yeniqışlaq, Haqverdili, Mikayıllı və Sahiloba kəndlərində Subartezian quyusu qazılmışdır.
Neftçala Sukanal Sahəsi tərəfindən 2022-ci ildə 5 şəhid ailəsinin müraciətinə əsasən 670 p/metr müxtəlif diametrli borular vasitəsilə bulaq xətti və 3 şəhid ailəsinin müraciətinə əsasən 390 p/metr müxtəlif diametrli borular vasitəsilə fərdi yaşayış evlərinə su xətti çəkilmişdir.
13500 metr Kanalizasiya şəbəkəsi mexaniki və maşınla yuyularaq təmizlənmişdir. Cari təmir ilə əlaqədar olaraq baş vermiş qəzaların aradan qaldırılması vaxtı müxtəlif diametrli 200 metr boru işlədilmişdir. 1 ədəd Babazanlı dağında olan 7500 m3 su anbarı yuyulub dezinfeksiya olunmuşdur.
Abadlıq quruculuq işləri sahəsi üzrə görülmüş işlər:
Neftçala rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 2022-ci ildə Neftçala şəhərində abadlıq quruculuq işləri sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, Neftçala şəhəri M.Ə.Sabir küçəsində Bankə dairəsindən başlayaraq “Neftçala Petrol” YDM kimi 1650 metr uzunluğunda olan yol kənarında səkilər tikilərək, tomet döşənmişdir.
1941-1945 Parkının qarşısından başlamaqla Olimpiya Kompleksinin qarşısından keçməklə Rayon Xəstəxanasının qarşısına kimi olan M.Ə.Sabir küçəsində uzunluğu 1450 metr olan yol kənarına səkilər tikilmiş, tomet döşənmişdir. Burada əlavə olaraq “Axmaz” gölün sağ hissəsindəki yola Şəhid X.Əzizov küçəsinə kimi yol kənarında 450 metr səkiyə tomet döşənmişdir.
Nizami küçəsinin uzunluğu 570 metrdir, bu yolun hər iki tərəfinə bardür qoyulmuşdur. Yolun 20 Yanvar küçəsindən başlamaqla 280 metr uzunluqlu yolda səkilərə tomet döşənmişdir. 20 Yanvar küçəsində 770 metr olan yolun hər iki tərəfinə yeni bardür tikilərək, səkilərə tamet döşənmişdir. Burada olan 31 işıqlandırma dirəklərini birləşdirən 800 metr kabel xəttləri dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
2022-ci ildə M.Ə.Sabir küçəsinə 80 yeni işıqlandırma dirəkləri quraşdırılmış bununlada əlavə olaraq küçənin 2500 metr hissəsinin işıqlanması təmin olunub.
Ötən il H.Cavid parkının bütük işıqlandırma dirəklərini birləşdirən kabel xəttləri bərpa olunub. Buraya 2000 metr 16 mm Aliminium kabel şlanqla birgə çəkilib, 34 böyük dirəkdə 8 kiçik dirəkdə plafonlar bərpa olunub və işıqlanma tam təmin olunub. Musiqi məktəbinin qarşısında 4 ədəd yeni 3 nöqtəli plafonlar quraşdırılıb. 20 Yanvar küçəsindən Musiqi məktəbinə gedən yolda isə 10 ədəd yeni plafon quraşdırılmışdır.
Bayraq Meydanında məhcər üstündə sıradan çıxmış plafonlar yenisilə əvəz olunub və buraya 25 ədəd yeni plafon alınaraq quraşdırılmışdır.
2022-ci ilin 12 ayı ərzində Rayonun Aşağı Surra Abidəsindən başlayaraq, Kür Qarabucaq, Birinci Qaralı, Qədimkənd, Aşağı Qaramanlı, Astanlı, Boyat, Ballıcallı, Dördlər kəndlərində avtomobil yolboyu 35 km olmaqla sağ və sol hissələrdə abadlıq işləri görülərək, kanallar, ətraf ərazilər, bəndlər kol-kos, lil və müxtəlif növ tullantılardan təmizlənib texnikalar vasitəsilə daşınmışdır. Rayon ərazisində abadlıq işlərinin yerinə yetirilməsinə Baş Mil-Muğan Kollektorunun istismarı idarəsi tərəfindən - 3 texnika, “Azər Yod” MMC - 3 texnika, “Azəraqrartikinti” - 4 texnika, Neftçala Sukanal Sahəsi - 1 texnika, Neftçala rayonu Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi - 1 texnika, Neftçala Operating Company LTD - 1 texnika, Muğan Su tikinti şirkəti - 3 texnika, “Protean Construction” ASC - 1 texnika, Suvarma Sistemləri idarəsi - 8 texnika, Salyan Şor Sular idarəsi - 3 texnika olmaqla ümumilikdə 30-a yaxın müxtəlif növ xüsusi təyinatlı texnikalar cəlb edilmişdir.
Eyni zamanda Neftçala rayonu Bankə qəsəbəsinin Ceyhun Mikayılov, Səməd Vurğun və digər mərkəzi küçələri memarlıq tələblərinə uyğun olaraq yenidən qurulmuşdur. Qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərinin divarları, hasarlar, qeyri-yaşayış obyektlərinin fasadları təmir olunaraq, müxtəlif rəngli boyalarla rəsmlər çəkilmişdir. Xıllı, Bankə, Həsənabad qəsəbələri və Qoltuq yaşayış massivi sosial işçilər cəlb edilərək müxtəlif növ məişət tullantılarından, ağac qalıqları və kollardan təmizlənib, səliqə-səhmana salınmışdır.
Şəhərin M.Əsədov küçəsində yerləşən 4Q yaşayış binasının fasad hissəsi yenidən qurularaq, binada təmir bərpa işləri aparılmışdır.
Bundan əlavə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədi ilə Rayon ərazisində ağaclar budanaraq, mövcud yaşıllıqlar daimi suvarılır və ətraf ərazilər müntəzəm olaraq təmizlənərək yeni zibil konteynrləri quraşdırılmışdır. Şəhərin H.Əliyev prospekti və Samid İmanov küçəsində 500-ə yaxın oleandr, sərv həmişəyaşıl ağac və kollar əkilmişdir.
Abadlıq və quruculuq işləri çərçivəsində şəhərin Mirzə Ələkbər Sabir küçəsindən başlayaraq yeni işıqlandırma sistemi quraşdırılmış, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün piyada səkiləri çəkilib, şəhidlərin adına bulaq kompleksləri və xiyabanlarda quruculuq işləri görülmüşdür.
İctimai-siyasi və humanitar məsələlər üzrə görülmüş işlər:
Hesabat dövründə Neftçala Rayonu İcra Hakimiyyəti tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin mövcudluğunun tələbləri nəzərə alınmaqla, normativ aktları əldə rəhbər tutaraq, tərtib edilmiş iş planına və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsi, normativ hüquqi aktların əhali arasında təbliği, dövlət rəmzlərinin tərtibatı və mühafizəsi sahəsində müəyyən işlər görülmüş, dövlətimizin hümanitar siyasət xəttinin həyata keçirilməsi məsələlərinə xüsusi fikir verilmiş, ictimai təşkilatlarla və siyasi partiyalarla əlaqəli işlər gücləndirilmiş, təhsil, səhiyyə, mədəniyyət, gənclərlə iş və idman sahələrində bir sıra tədbirlər həyata keçirilmişdir.2022-ci ilin müvafiq dövründə rayon ərazisində ictimai-siyasi durum sabit olmuş, əhali arasında vətəndaşların siyasi mövqeyi dövlətin siyasi xəttinə uyğun olmuşdur. Hesabat dövrü ərzində dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və tələblərinə uyğun olaraq bir sıra mühüm, yaddaqalan tədbirlər və aylıqlar təşkil edilmiş, bu tədbirlərdə vətəndaş cəmiyyətinin mühüm prinsipləri geniş təbliğ olunaraq ölkəmizdə aparılan uğurlu islahatların nəticələri diqqətə çatdırılmış və müxtəlif sahələri əhatə edən maarifləndirmə işləri həyata keçirilmişdir. 2022-cı ilin mart ayının əvvəllərindən məlum pandemiya ilə əlaqədar bəzi məhdudiyyətlərin aradan qaldırılması ümumrayon tədbirlərinin kütləviliyinə şərait yaratmışdır.
Məlumat üçün bildiririk ki, rayon ərazisində 18 qeyri hökümət təşkilatı fəaliyyət göstərir. QHT-lərin fəaliyyətinin “Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlar əsasında qurulması Rayon İcra hakimiyyətinin müvafiq şöbəsi tərəfindən daim diqqət mərkəzində saxlanılır.Bildirmək istəyirik ki, hesabat dövründə Rayon İcra Hakimiyyəti tərəfindən istər yerli, istərsə də digər qeyri hökümət təşkilatlarına pandemiya şərtlərinin tələblərinə riayət etmək şərtilə müvafiq tədbirlərin keçirilməsinə daim müsbət münasibət bildirilmiş və həmin tədbirlərin baş tutması üçün hər cür şərait yaradılmışdır.
Məlumat üçün bildiririk ki,dövrü mətbuata abunə yazılışı rayon ərazisində fəaliyyət göstərən "Azərmətbuatyayım" ASC-nin 6 saylı regional “Mətbuatyayımı” idarəsinin Neftçala sahəsi və Neftçala rayon mərkəzi Poçt şöbəsi tərəfindən həyata keçirilir. İl ərzində, hər altı aydan bir iki dəfə aparılan abunə yazılışına Rayon İcra Hakimiyyəti tərəfindən yaxından köməklik göstərilmiş, abunə yazılışı ilə əlaqədar həmin müəssisələrin hesabına daxil olmuş vəsaitlərin vaxtında müvafiq qəzet və jurnalların rəsmi hesablarına ödənilməsi prosesinin sürətləndirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən 6 saylı regional “Mətbuatyayımı” idarəsinin Neftçala sahəsinin və Neftçala rayon Poçt şöbəsinin rəhbərliyinə müvafiq tövsiyələr verilmişdir.
Bildiririk ki, rayon ərazisində 9 siyasi partiya-Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Neftçala rayon təşkilatı, Musavat Partiyasının Neftçala rayon təşkilatı, Ədalət Partiyasının Neftçala rayon təşkilatı, Ümüd Partiyasının Neftçala rayon təşkilatı, Vətəndaş Həmrəyliyi Partiyasının Neftçala rayon təşkilatı, Müasir Musavat partiyasının Neftçala rayon təşkilatı,Ana Vətən Partiyası və Haqq Ədalət Partiyasının Neftçala rayon təşkilatı fəaliyyət göstərir.
Fəaliyyət göstərən müxalif yönümlü partiyaların siyasi fəallığı yox dərəcəsindədir. Onların üzvlərinin sayı azalmaqda davam edir. Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatı üzvlərinin sayına görə rayon ərazisində fəaliyyət göstərən siyasi partiyalar arasında birinci yerdədir. Hal-hazırda Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının üzvlərinin ümumi sayı 5177 nəfərdir. Onlardan 2688 nəfəri qadın, 2300 nəfərini isə gənclər təşkil edir. 2022-ci il ərzində Yeni Azərbaycan Partiyasına 390 nəfər yeni üzv daxil olub ki, bunlardan 198 nəfərini qadın, 123 nəfərini isə gənclər təşkil etmişdir.
Müxalif yönümlü siyasi partiyalar arasında nisbətən fəallığı ilə seçilən partiyalara Vətəndaş Həmrəyliyi Partiyasını misal göstərə bilərik.
Adları qeyd olunan siyasi partiyalardan Yeni Azərbaycan Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının ərazi ilk partiya təşkilatları vardır. Belə ki, Yeni Azərbaycan Partiyasının 57, Vətəndaş Həmrəliyi Partiyasının isə 15 ərazi ilk partiya təşkilatları vardır.
Hakim Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətləri çox şaxəlidir. Fəaliyyət istiqamətlərinə əsasən yığıncaqların təşkili, vətəndaşlarla görüşlərin keçirilməsi və onların dinlənilməsi, internet və KİV resurlarından istifadəni misal göstərmək olar. Əməkdaşlıq edilən KİV-lərindən əsasən "Yeni Azərbaycan ", "Səs" və "İki Sahil" qəzetlərini, "Gündoğar" rayon qəzetini, elektron informasiya-internet resurslarından "YAP.org", "YAP.gov.az", sosial şəbəkələrdə YAP gənclər birliyi, YAP Neftçala rayon təşkilatı, YAP Neftçala rayon gənclər birliyi facebook səhifələrini misal göstərə bilərik.
Müxalif yönümlü partiyaların yerli rayon təşkilatlarının fəaliyyət istiqaməti yoxdur.
Partiyaların rayon təşkilatlarından yalnız YAP Neftçala rayon təşkilatı və Vətəndaş Həmrəyliyi Partiyası Neftçala rayon təşkilatı özünəməxsus inzibati binada yerləşir.Digər partiyaların rayon təşkilatlarının qərərgahları yoxdur, heç bir ünvanda yerləşmir.
Bildiririk ki, hesabat dövrü ərzində Respublikanın bir çox oxunaqlı və izləyicisi çox olan internet resurslarında, o, cümlədən kütləvi informasiya vasitələrində son günlər Neftçala rayonunda aparılan abadlıq quruculuq işləri, Rayon İcra Hakimiyyəti tərəfindən aparılan vətəndaş qəbulları, nisbətən həssas əhali qurupuna aid olan Şəhid ailələri, müharibə əlilləri və iştirakçılarına göstərilən dövlət qayğısı, 12-13 sentyabr 2022-ci il tarixdə Ermənistan Azərbaycan dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən həlak olmuş Şəhidlərimizin dəfn olunması, rayonun iqtisadi göstəriciləri, əldə olunmuş uğurlar və perspektivlərə dair məlumatları özündə əks etdirən xəbərlər yayımlanmışdır.Belə Kütləvi İnformasiya Vasitələrinə Azərtac, Report, Qafqazinfo, Az.trend, Modern.az, Oxu.az, Ani.az, Mayakinfo, Dəmir yumruq, Bizimneftçala.info, APA, televiziya kanallarından AZTV, Real TV, Space TV, ARB, İctimai TV və digər Youtube kanallarını misal göstərə bilərik.
Belə ki, Azərtac informasiya saytında 13.01.2022-ci il tarixdə “Neftçala: maldarlıqda uğurlu nəticələr əldə olunub”, 10.02.2022-ci il tarixdə “Neftçalada ümumi məhsul istehsalının həcmi 5,9 faiz artıb”, 31.03.2022-ci il tarixdə “Neftçala rayonunda soyqırım qurbanlarının xatirəsi dərin hüznlə yad olunub”, 18.05.2022-ci il tarixdə “Meksika səfiri Neftçala rayonunda olub”, 09.09.2022-ci il tarixdə “Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası regionlarda il təlim-məşq toplanşını reallaşdırdı”, 10 fevral 2023-cü il tarixdə “Neftçalada əsas kapitala yönəldilən vəsait 4,4 dəfə artıb”, Qafqazinfo.az saytında 15.05.2022-ci il tarixdə “Neftçalada Milli Qurtuluş günü qeyd olunub”, 09.08.2022-ci il tarixdə “Neftçalada Vətən müharibəsi şəhidinin doğum günü qeyd olundu”, 07.09.2022-ci il tarixdə “Neftçalada şəhid bulağının açılışı oldu”, 18.09.2022-ci il tarixdə “Neftçalanın icra başçısı yaralı hərbi qulluqçularla görüşdü”, 12.05.2022-ci il tarixdə “Mirhəsən Seyidov vətəndaşları qəbul etdi”, 30.03.2022-ci il tarixdə “Neftçalada su təchizatı sistemlərinin yenidən qurulmasına başlanıldı”, 13.06.2022-ci il tarixdə “Prezident Neftçala rayonunda yol tikintisinə 3,9 milyon manat ayırdı”, 07.07.2022-ci il tarixdə “Neftçalada şəhid büstünün açılışı oldu”, 03.08.2022-ci il tarixdə “Neftçalada 4 kəndin elektrik şəbəkəsi yenidən qurulur”, 14.09.2022-ci il tarixdə “Neftçalada şəhid Rəfail Fətullayev dəfn olundu”, 14.10.2022 “Neftçalada Milli Qəhrəmanın ev muzeyinin açılışı oldu”, 13.02.2023-cü il tarixdə“Neftçaladan Türkiyəyə qardaş köməyi”, 23.12.2022-cü il tarixdə“Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinlədi”,18.11.2023-cü il tarixdə ”Neftçalada Vətən müharibəsi qazisinin toyu keçirilib”, Az.Trend.Az saytında 19.03.2022-ci il tarixdə “Neftçalada Novurz bayramı qeyd olunub”, 27.09.2022-ci il tarixdə “Neftçalada 27 sentyabr-Anım Günü qeyd olunub”, 20.01.2022-ci il tarixində “20 Yanvar şəhidlərinin xatirəsi Neftçalada dərin ehtiramla yad edilir”, Report.az saytında 19.03.2022-ci il tarixdə “Neftçalada şəhid ailələrinin problemləri dinlənilib”, 9.11.2022-ci il tarixdə “Neftçalada Zəfər Günü qeyd olunub”, Mayakinfo.az saytında 24.05.2022-ci il tarixdə “Neftçala-Kürkənd-2№-li Mayak avtomobil yolu yenidən qurulur”, 01.08.2022-ci il tarixdə “Neftçalada 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur”, Bizimneftçala.info saytında 17.01.2022-ci il tarixdə “Yaponiya səfiri Neftçala rayonuna səfər edib”, Modern.az saytında 10.03.2022-ci il tarixdə “Hökümət Kürün qurumasına qarşı hərəkətə keçdi”, 03.02.2023-cü il tarixdə “Neftçalada gənclər mükafatlandırıldı”, Oxu.az saytında 30.03.2022-ci il tarixdə “Fərruxda aşkarlanan insan qalıqları neftçalalı itkinlərin yaxınlarını ümidləndirdi” başlıqlı xəbərlər geniş oxucu kütləsinə təqdim olunmuşdur.
Məlumat üçün bildiririk ki, rayon ərazisində 48 məscid və 4 ziyarətgah mövcuddur. 40 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində rəsmi dövlət qeydiyyatından keçmişdir. Rayon ərazisində fəaliyyət göstərən məscidlərdə kütləvi dini ayinlərin icrası zamanı, xüsusilə cümə namazlarında monitorinqlərin təşkili, nəticələrinin təhlili və cəmiyyətə təsirinin müəyyənləşdirilməsi məsələləri mütəmadi olaraq araşdırılaraq, bu sahədə vəziyyət təhlil olunur. Hesabat dövründə rayonun bir çox məscidlərində monitorinqlər keçirilmiş, din xadimləri ilə keçirilmiş görüşlərdə müvafiq izahat-maarifləndirmə işləri aparılmışdır.
Ölkəmizdə həyata keçirilən dövlət-din münasibətləri, tolerantlıq və multikulturalizm nümunəsinin geniş təbliği ilə bağlı yerli mətbuat orqanında mütəmadi olaraq maarifləndirici materialların dərc edilməsi diqqətdə saxlanılmış və bu mövzularda təhsil müəssisələrinin iştirakı ilə online tədbirlər təşkil olunmuşdur. Eyni zamanda Ramazan günlərində keçirilmiş mərasimlər zamanı vətənpərvərlik mövzularında, Vətən Müharibəsi şəhidlərinə həsr edilmiş söhbətlər və xütbələr aparılmış və onların müqəddəs ruhları ehtiramla yad olunmuşdur.
Hesabat dövründə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Cəfərov Cəfər Qəfər oğlu Neftçala şəhər Sahib Əzzaman məscidinin imamı təyin olunmuşdur.
Rayonda dini durumda gedən proseslərə nəzarətin gücləndirilməsi, qeyri-ənənəvi dini təriqətlərin zərərli təbliğatının, eləcə də dini, milli, sosial ədavət və düşmənçilik yarada bilən materiallarının qarşısının alınması məsələləri aidiyyəti qurumlarla birgə nəzarətdə saxlanılır.
Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin ictimai-siyası, sosial-iqtisadi həyatında baş verən hadisələr, gələcəyə hesablanmaqla aparılmış uğurlu daxili və xarici siyasət, bunun sayəsində beynəlxalq müstəvidə qazanılmış uğurlar, həmçinin həyata keçirilən geniş miqyaslı layihələrlə bağlı söylədiyi fikirlərin, qəbul etdiyi qərarların mahiyyətinin və müstəsna tarixi əhəmiyyətinin xalqımıza dolğun və düzgün şəkildə çatdırılmasını Neftçala Rayonu İcra Hakimiyyəti özünün ən vacib işlərindən biri hesab etmişdir. Qeyd edilən bütün istiqamətlər üzrə tezislər hazırlanarkən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının göstəriş və tapşırıqları əsas götürülmüş, Möhtərəm Prezident cənab İlham Əliyevin səsləndirdiyi bütün fikirlər, səfərləri zamanı toxunduğu hər bir məsələ tərəfimizdən ciddi analiz olunmuşdur. Tapşırıqlara uyğun mövzularda hazırlanmış analitik məqalələr kütləvi informasiya vasitələrində, dövri mətbuatda və sosial şəbəkələrdə işıqlandırılmışdır.
Bildiririk ki, hal-hazırda rayonda 50 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta ( onlardan biri humanitar təmayüllü liseydir), 16 ümumi orta, 16 Körpələr evi Uşaq Bağçası, 6 ibtidai məktəb, 1 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Rayonun ümumtəhsil məktəblərində 10590 şagird təhsil alır. Onlardan 629 nəfəri məktəbəhazırlıq qruplarında təhsil alır. Əlavə olaraq 5 ümumtəhsil məktəbində 6 qrupda 3-4 yaşlı uşaqlar İcma əsaslı təhsil layihəsinə cəlb olunmuşdur. Şagirdlərin təlim-tərbiyəsi ilə 1110 müəllim məşğul olur.
2021/2022-ci tədris ilində IX siniflər üzrə buraxılış imtahanlarında 890 nəfər şagird iştirak etmişdir. Şagirdlərin göstəricilərinə əsasən Azərbaycan dili fənni üzrə orta bal 40, Riyaziyyatdan 35, Xarici dil üzrə 28 baldır. Rayon üzrə orta bal 103 olmuşdur. Rayonun ümumtəhsil məktəblərində təhsil alan 12 nəfər IX sinif şagirdi 250 baldan yüksək nəticə göstərmişdir. Neftçala şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Qasımzadə Asif İlham oğlu rayon üzrə ən yüksək göstərici – 284 bal əldə etmişdir.
2021/2022-ci tədris ilində XI siniflər üzrə buraxılış imtahanlarında 573 nəfər şagird iştirak etmişdir. Azərbaycan dili fənnindən rayon üzrə orta bal göstəricisi 40, riyaziyyatdan 29, xarici dildən 35 bal olmuşdur. Rayon üzrə orta bal 104 olmuşdur. Buraxılış imtahanında iştirak edən XI sinif şagirdlərindən 10 nəfəri 250 baldan yüksək nəticə göstərmişdir. Rayon üzrə ən yüksək nəticəni Qədimkənd kənd tam orta məktəbin XI sinif şagirdi Babayev Qulu İsmayıl oğlu 276 balla qazanmışdır.
2021/2022-ci tədris ilinin nəticələrinə əsasən ümumi orta təhsil səviyyəsini 15 nəfər, tam orta təhsil səviyyəsini isə 12 nəfər şagird fəqlənmə attestatı ilə başa vurmuşdur. R.Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbin XI sinif şagirdi Sadıqov Xəyal Bəxtiyar oğlu məktəbi “Xüsusi nümunəli attestat” və “Gümüş nişan” la bitirmişdir.
Cari ilin məzunlarından ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 372 nəfər şagird müraciət etmişdir. Ümumilikdə 230 nəfər şagird tələbə adını qazanmışdır. 75 nəfər şagird isə orta ixtisas müəssisələrinə qəbul olmuşdur. 38 nəfər şagird 500-700 bal arası, 7 nəfər isə 600 baldan yuxarı nəticə göstərmişdir. 7 nəfər məzun xüsusi təyinatlı məktəblərə qəbul olmuşdur. Müqayisə üçün bildirik ki, əvvəlki tədris ilində 500-700 arası bal toplayan şagirdlərin sayı 28, 600 baldan yuxarı toplayanların sayı isə 3 nəfər olmuşdur.
Hesabat dövründə Neftçala rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 2021-2022-ci tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı rayon üzrə yüksək bal toplayan məzunlarla görüş baş tutmuşdur. Görüş zamanı Rayon İcra Hakimiyyətinin Başçısı yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olmuş məzunları, onların valideynlərini və eyni zamanda müəllimlərini təbrik etmiş, tələbə adı qazanan gənclərimizə Fəxri Fərmanlar və xatirə hədiyyələri təqdim etmişdir.
İstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının I mərhələsində rayon üzrə 198 nəfər VIII-XI sinif şagirdləri iştirak etmişdir. Onlardan 42 nəfəri yarım final mərhələsində iştirak hüququ qazanmışdır. Yarım final mərhələsində 8 nəfər şagirdimiz 31 may və 1, 4 iyun 2021-ci il tarixdə keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak etmiş və onlardan 4 nəfəri – E.Həbibov adına şəhər 4 saylı tam orta məktəbin X sinif şagirdi Abdulrəhmanlı Sadiq Müşfiq oğlu və Xıllı qəsəbə R.Gözəlov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi Səfərli Elton Seyran oğlu fizika fənni üzrə gümüş, R.Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbin XI sinif şagirdi Sadıqov Xəyal Bəxtiyar oğlu və Ərəbqardaşbəyli kənd S.Süleymanov adına tam orta məktəbin IX sinif şagirdi Süleymanzadə Əvəzağa Dəmir oğlu fizika fənni üzrə bürünc medala layiq görülüblər. 2022-2023 –cü tədris ilində RFO rayon mərhələsində iştirak üçün 510 nəfər şagird qeydiyyatdan keçmişdir.
2021-2022-ci tədris ilində rayonun VI-VII siniflərində təhsil alan şagirdlərindən 205 nəfəri fənn müsabiqələrinin I turunda iştirak etmişdir. Onlardan 31 nəfəri finalda iştirak etmək hüququ qazanmış və 25 may 2022-ci il tarixində təşkil edilmiş final mərhələsində isə 1 nəfər Aşağı Surra kənd Z.Əsgərov adına tam orta məktəbin VII sinif şagirdi Quluzadə Nəzrin Nail qızı biologiya fənni üzrə II yerə layiq görülmüşdür .
Fizika fənninə olan marağın artırılması, fizika fənni üzrə bilikləri yüksək şagirdlərin həvəsləndirilməsi məqsədilə görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqənin final mərhələsi keçirilimişdir.F.Mayılov adına Şorkənd kən ümumi orta məktəbin VIII sinif şagirdi Əliyeva Leyla Ramin qızı fərqlənmişdir.
Beynəlxalq SAF 2022 festivalının final mərhələsində Neftçala şəhər S.İmanov adına 1 saylı tam orta məktəbin “Flying Stars” komandası iştirak etmiş və Həvəsləndirici yerə laiq görülmüşdürlər.
Yuxarı Qaramanlı kənd R.Əliyev adına tam orta məktəbin 9-cu sinif şagirdləri Əliyeva Xumar Vüqar qızı və Baxşəliyeva Aytən Səməd qızı Azərbaycan Respublikası Təhsil Nazirliyi, Türkiyə Təhsil Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə IX-XI sinif şagirdləri arasında keçirilən “Qarabağ Şəhidləri və Qarabağ Zəfəri” şeir müsabiqəsində ilk 50-likdə olan mükafatçılar sırasında yer almışlar.
Bundan başqa şagirdlərimiz Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala Rayon Gənclər və İdman İdarəsinin 28 May Respublika Gününə həsr etdiyi “Tarixin İzi” adlı "Xəmsə" milli intellektual oyununda iştirak etmişlər. İntellektual oyunda Şəhər 4 saylı tam orta məktəbin "XARI BÜLBÜL" komandası I, Şəhər 1 saylı tam orta məktəbin "İSTİQLAL" komandası II və Həsənabad qəsəbə tam orta məktəbin "EVEREST" komandası III yerə layiq görülmüşlər.
Rayonun Xıllı qəsəbə 1 saylı tam orta məktəbində təşkil edilmiş peşə təmayüllü sinif peşə təmayüllü siniflər arasında keçirilmiş “Əmək təhlükəsizliyi və sağlamlıq qaydaları” üzrə Respublika birinciliyində III yerə layiq görülmüşdür. 3 nəfər şagird Azərbaycan Uşaqlarının V Respublika Forumunda rayonumuzu təmsil etmişdir. Onlardan biri Vətən müharibəsi şəhidi Əsəd Əsədovun övladı olmuşdur.
2022-ci ilin təhsil üzrə göstəriciləri ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir.Belə ki, Prezident cənab İlham Əliyev tərəfindən Neftçala şəhər E.Həbibov adına 4 saylı tam orta məktəbin riyaziyyat müəllimi Ağalarova Günay “Tərəqqi medalı”-na, E.Həbibov adına 4 saylı tam orta məktəbin fizika müəllimi Əsədov Elmir isə “ Əməkdar müəllim” adına layiq görülmüşlər. Bundan başqa 1 nəfər müəllim Şirvan- Salyan Regional Təhsil idarəsi tərəfindən “Fəxri fərmanla” təltif olunmuşdur.
Hesabat dövrü ərzində ümumtəhsil məktəblərində 51 nəfər işlə təmin edilmişdir. Onlardan 42 nəfəri aztəminatlı, 9 nəfəri isə şəhid və ya qazi ailə üzvü olmuşdur. 5 nəfər təhsil sənədini itirmiş vətəndaşın müraciəti əsasında dublikat təhsil sənədi Təhsil Nazirliyindən alınaraq vətəndaşlara təqdim edilmişdir. Bundan başqa təhsilini eksternat qaydada başa vurmuş, təhsil sənədi almaq üçün müraciət edən 50 nəfər vətəndaş üçün tam orta təhsil səviyyəsi üzrə, 17 nəfər üçün isə ümumi orta təhsil səviyyəsi üzrə aralıq imtahanları təşkil olunmuşdur.
Hesabat dövründə Heydər Əliyev Fondu tərəfindən Bankə qəsəbə 2 saylı tam orta məktəb üçün 420 yerlik müasir standartlara uyğun yeni məktəb binasının tikintisi başa çatmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən F.Mailov adına Şorkənd kənd ümumi orta məktəbi üçün modul tipli məktəb binasının tikintisi davam edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Q.Nuralıyev adına Xolqaraqaşlı kənd tam orta məktəbində və Ə.Piriyev adına Neftçala şəhər 2 saylı tam orta məktəbində əsaslı təmir işlərinə başlanılmışdır. Şəhər 3 və 4 saylı tam orta məktəblərinin istilik sistemi tamamilə yenidən qurulmuşdur. Ümumtəhsil məktəblərinə müxtəlif tədris ləvazimatları, əyani materiallar, həmçinin 38 ədəd kompüter verilmişdir. Bununla yanaşı qeyd etməliyik ki, 16 məktəb binasının, 11 baxçanın əsaslı təmirə, 5 məktəb, 1 baxça binasının isə yenidən tikilməyinə ehtiyac vardır. Bir təhsil müəssisəsinin “ Humanitar təmayüllü Muğan litseyin” müstəqil binası yoxdur.
Hesabat dövrü ərzində Neftçala rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən rayon əhalisinin 2209 nəfərinə stasionar, 13044 nəfərə ambulator tibbi xidmət göstərilmiş, 1908 nəfər isə tam şəkildə müailəcə olunaraq sağlam halda evə buraxılmışdır.Hesabat dövrü ərzində ana ölümü olmamış, 2 natamam doğulmuş uşaq ölümü qeydiyyata alınmışdır. Neftçala rayon Mərkəzi Xəstəxanası 2017-ci ildə ən müasir tibb standartlarına cavab verəcək qaydada əsaslı təmir olunmuş və xəstəxananın açılışında Ölkə başçısı cənab İlham Əliyev iştirak etmişdir.
Hal-hazırda Mərkəzi Xəstəxanada ambulator qeydiyyata alınan şəkərli diabet xəstələrin sayı 2307,vərəm xəstələrinin sayı 92, onkoloji xəstələrin sayı 676,həyatında ilk dəfə qeydə alınan talassemiya xəstələrinin sayı 24, hemofiliya xəstələrinin sayı 6, xroniki böyrək çatışmazlığı olan xəstələrin sayı 22 nəfərdir.
Neftçala rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsində 816 nəfər işçi çalışır ki, bunlardan 84 nəfəri həkim,288 nəfəri orta tibb işçisi,360 nəfəri isə kiçik tibb işçisidir.İl ərzində 40 həkim Səhiyyə Nazirliyi tərəfindən həkimlərin təkmilləşdirilməsi kurslarına cəlb edilmişdir.Hal-hazırda Neftçala rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin tabeliyində 1 xəstəxana, 2 ailə sağlamlıq mərkəzi, 2 qəsəbə həkim məntəqəsi, 4 tibb məntəqəsi, 18 kənd həkim məntəqəsi fəaliyyət göstərir.
Hal-hazırda tibb müəssisələrində həkim nevroloq, psixiatr, diyetoloq, narkoloq, fizioterapevt,radioloq, nefroloq, ümumi cərrah, ginekoloq, terapevt, kardioloq, travmatoloq, həkim infeksionist, reanimatoloq, təcili yardım üzrə həkim, həkim-laborant, qastroenteroloq həkimlərinə ehtiyac vardır.
Neftçala rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsi tərəfindən hesabat dövründə 5621 sığorta göndərişləri həyata keçirilmişdir ki, bunlardan 3748 göndəriş dövlət, 1873 göndəriş isə özəl tibb müəssisələrinə olmuşdur.Ümumilikdə hesabat dövrü ərzində Neftçala rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən əhaliyə 1270973 manatlıq tibb xidmətləri göstərilmişdir.
Rayon ərazisində fəaliyyət göstərən Neftçala Peşə məktəbidə hesabat dövründə tərtib edilmiş tədris planına əsasən yeniyetmə və gənclərin xüsusi peşə vərdişlərinə yiyələnməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmişdir.Neftçala Peşə məktəbi 1985-ci ildə tikilib istifadəyə verilmiş 2 ədəd ikimərtəbəli, hər biri 400 yerlik olmaqla uyğunlaşdırılmış binada yerləşir.Neftçala Peşə Məktəbində Elm və Təhsil Nazirliyinin xətti ilə 2023-cü il yanvar ayından etibarən məktəbin hər iki korpusunda əsaslı təmir işlərinin aparılması planlaşdırılmışdır.Peşə Məktəbində14 nəfər qadın olmaqla ümumilikdə 35 nəfər işçi çalışır ki, bunların 21 nəfəri rəhbər və mühəndis-pedoqoji heyət, 14 nəfər isə texniki işçilərdir.2021-2022-ci tədris ilinin 15 sentyabr 2022-ci il tarixinə tələbə üzrə keçid kontingenti, yəni I-kursdan II –kursa keçən tələbələr I qrup üzrə “Aqroservis mütəxəssisi” ixtisası üzrə 19 nəfər, Balıqyetişdirmə üzrə mütəxəssis 16 nəfər,Avtomobil təmiri çilingər ixtisası üzrə isə 15 nəfər tələbə olmuş, 2022-2023-cü tədris ili üzrə isə dövlət(büdcə) hesabına 5 qrup olmaqla 100 nəfər tələbə qəbul edilmişdir.Hal-hazırda məktəbdə 149 nəfər tələbə təhsil alır.Peşə məktəbi hesabat dövrü ərzində müasir Peşə Təhsili Strategiyasına uyğun olaraq rayon ərazisində yerləşən və daimi fəaliyyət göstərən, işəgötürən təşkilatlar, əsasən peşə ixtisasları üzrə təhsil alan tələbələrin aldıqları nəzəri biliklərin istehsalat təcrübəsində öyrənmələri və tətbiqi, istehsalat təcrübəsində öyrənmələri və tətbiqi, istehsalat təcrübəsinin təşkili, işəgötürənlər üçün zəruri ehtiyac duyulan ixtisaslı kadrlara olan təlabat və planlaşdırılması, eyni zamanda məktəbin nəzəri təlim dərslərinin (ixtisaslar üzrə) tədris proqramlarının hazırlanmasında onların aktiv iştirak etməsi, ehtiyac duyulan təqdirdə ixtisaslı kadrların bilik və bacarıqlarından səmərəli istifadə etmək sahəsində əməkdaşlığın davam etdirilməsi istiqamətində 15-ə yaxın işəgötürən təşkilatlarla əməkdaşlıq müqaviləsi bağlamışdır.Növbəti tədris ilində Peşə Məktəbi 13 yeni ixtisas üzrə 15 qrup olmaqla 300 nəfər yeni tələbə qəbulunu planlaşdırır.Açılacaq yeni ixtisasların hər biri əmək bazarına və təlabata uyğun olaraq açılması nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, Rayon ərazisində bir gənclər təşkilatı olan Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərir. Neftçala rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzi 25 sentyabr 2020-ci il tarixində yaradılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən Mərkəzin fəaliyyəti üçün onlara Heydər Əliyev Mərkəzinin inzibati binasından müasir standartlara cavab verən iki ofis otağı ayrılmışdır. Mərkəzin daxilində Eko, İdman, İntellektual, Mədəniyyət, Sosial fəaliyyətlər və Vətənpərvərlik klubları olmaqla ümumilikdə 6 klub fəaliyyət göstərir. Klubların rəhbərliyi ictimai əsaslarla gənclərin öz aralarından seçilmiş və klubların fəaliyyəti gənclərdə təşəbbüskarlıq həllərinin inkişaf etdirilməsinə xidmət etmişdir. Hesabat dövründə klubların İdarə Heyəti iki dəfə formalaşdırılıb. Dövr ərzində klublar tərəfindən müxtəlif mədəni tədbirlər, kino və kitab müzakirələri, gənc istedadlarla görüşlər, müzakirə saatları, ekoloji aksiyalar, idman oyunları və xeyli sayda müxtəlif fəaliyyətlər icra olunub.
Hesabat dövrü ərzində Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən həyata keçirilən tədbirlərdə təkrarlanmaqla 3500-ə yaxın fəal gənc iştirak edib. Ümumilikdə təşkil olunmuş 500-dən artıq tədbir və proqramlar Mərkəzə məxsus “Neftçala Gəncləri” adlı sosial şəbəkə hesablarında mütəmadi olaraq işıqlandırılmışdır.
Hesabat dövründə Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət qurumlarındada bir çox yadda qalan ədəbi bədii gecələr, mədəni kütləvi tədbirlər, anım gecələri, rəsm və kitab sərgiləri təşkil olunmuş, keçirilmiş bütün tədbirlər qurumların internet səhifələrində işıqlandırılmışdır. Keçirilən tədbrilər silsiləsindən 20 yanvar faciəsinin 32-ci ildönümü, Xocalı soyqırımının 30-cu ildönümü, Ümummilli Lider Heydər Əliyevin anım və doğum günləri, 15 iyun Milli Qurtuluş günü, Zəfər Günü, 27 sentyabr-Anım Günü və s tarixi hadislərin il dönümləri ilə bağlı keçirilən ədəbi bədii tədbirləri misal göstərə bilərik.
Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ilin əvvəlindən bir sıra müəssisələrlə, o cümlədən məktəblərlə, habelə uşaq bağçaları ilə müqavilələr bağlamış, bağlanmış müqavilələrə əsasən, həmin müəssisələr mütəmadi olaraq mərkəzi tamaşaçı ilə təmin etmiş, öz növbəsində mərkəz işçiləri də gələnlərə ekskursiya aparmış, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı ətraflı məlumat vermişlər. Həmçinin mərkəz əməkdaşları Ulu Öndər irsinin təbliğ edilməsilə bağlı olaraq təhsil müəssisələrində olmuş və “Hərbi vətənpərvərlik tərbiyəsinin inkişafında Heydər Əliyevin rolu”, “Heydər Əliyevin vətən torpaq sevgisi”, “Heydər baba və uşaqlar”, “Ümummilli Lider, şəxsiyyət və fenomen anlayışı”, “Azərbaycan qanunvericiliyinin banisi və inkişafı”, “İnkişafın Heydər Əliyev modeli”, “Heydər Əliyev müasir azərbaycanın qurucusu kimi”, “Heydər Əliyevin ideyaları Azərbaycanı müasirliyə aparır”, “Xalqa layiqli Liderlik missiyası”, “Tarixin gedişini dəyişən Lider”, “Ulu Öndər Heydər Əliyev siyasətinin müdriklik gücü”, “Ulu Öndərin irsi milli sərvətimizdir” adlı mühazirələr söyləmişlər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş igid oğullarımıza həsr edilmiş “Vətən müharibəsi şəhidlərinin tanıtımı” adlı videoçarx, “Vətən böyüdən analar” adlı layihə, “Dastana dönən zəfər” adlı sənədli film, “Ordum varsa yurdum var” adl layihə ,“Zəfərə doğru” mühazirə, “Qeyrət qalası” adlı sərgi keçirilmişdir. Bundan başqa Heydər Əliyev Mərkəzi şəhid ailələrinə mənəvi və psixoloji dəstək məqsədi ilə şəhid ailələrini ziyarət etmişdir.
Gənclər arasında vətənpərvərlik hissinin aşılanması məqsədilə, “Hərbi vətənpərvərlik tərbiyəsinin inkişafında Heydər Əliyev rolu”, “Ey qəhrəman övladı şanlı vətən”, “Vətən yaxşıdır” adlı tədbirlər keçirilmişdir.
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi məqsədilə “Heydər baba və uşaqlar”, ”Heydər baba nəvələriyik” adlı film, , ”Uşaqların mənəvi inkişafı: nəyi necə etməli” adlı mühazirə, “Xoşbəxt gələcək” adlı tədbir, “Ağıllı kirpi” adlı cizgi filmi “Sağlam uşaq və sağlam gələcək” adlı tədbirlər keçirilmişdir.
Tarixi hadisələrlə bağlı “20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir”, “Xocalıyıq”, “Xocalının harayına yetişdik”, “Xocalı yolunuzu gözləyir”, “Xalqımızın qan yaddaşından çıxmayan soyqırım”, “31 mart Azərbaycanlıların soyqırım günü”, Aprel döyüşləri və Şuşa ilinə həsr edilmiş filmlər, “Qurtuluşun mübarək Azərbaycan”, Ulu Öndərin azərbaycan SSR-də hakimiyyətə gəlməsi adlı tədbir təşkil edilmişdir.
Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə azərbaycanda “Şuşa ili” elan edilməsi ilə əlaqədar olaraq “Şuşanın dağları” adlı müsabiqə, “Şuşanın dağları” və “Şüşə qəlbli Şuşam” adlı tədbir, “Mədəniyyət beşiyim Şuşa” adlı mühazirə, Şuşa ilinə həsr edilmiş filmlər nümayiş etdirilmişdir. Ümumilikdə il ərzində mərkəzə gələnlərin sayı 7228 nəfər olmuşdur ki, bunlarında 1031 nəfərini fərdi gələnlər təşkil edir. Qrup şəklində gələnlər 3600 nəfər, il ərzində gələn qonaqlar üçün 582 dəfə ekskursiya təşkil olunmuşdur.
Hesabat dövründə Neftçala Dövlət Rəsm Qalereyası tərəfindən 20 Yanvar faciəsinin 32-ci, "Xocalı faciəsi"nin 30-cu ildönümü ilə əlaqədar Mərkəzi Kitabxanada və Heydər Əliyev Mərkəzində "Xocalıya Ədalət" adlı sərgilər təşkil olunub. Rəssamlığa həvəsi olan az yaşlı şagirdlərin istedadını üzə çıxartmaq məqsədilə aprel ayında Samid İmanov adına 1 saylı tam orta məktəbin 2-ci sinif şagirdi Nəcəfli Nurun və 1 saylı Körpələr Evi Uşaq bağçasında təlim tərbiyə alan Hətəmli Rasimin fərdi sərgisi keçirilib. Aprel ayinda Abidələr günü ilə əlaqədar Mədəniyyət müəssisələrinin və Qalereyanın əməkdaşları ilə birgə rayonumuzun tarixi mədəniyyət abidələrinə ekskursiya təşkil olunmuşdur. Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin "Varlığımsan, Azərbaycan!" mövzusunda təşkil etdiyi rəsm müsabiqəsində sərgi təşkil edilmişdir. Həmçinin may ayında Meksikanın Azərbaycandakı səfiri cənab Xuan Rodriqo Labardininin gəlişi ilə əlaqədar Heydər Əliyev Mərkəzində Neftçala rəssamlarının əsərlərindən ibarət sərgi, 15 İyun "Milli Qurtuluş" Günü ilə əlaqədar Mədəniyyət Mərkəzində sərgi təşkil olunmuşdur. İyul ayında Mədəniyyət Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları"nın qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə əlaqədar sərgi keçirilib.
Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbində 44 günlük Vətən Müharibəsi zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış və ölümündən sonra “Vətən Müharibəsi Qəhəmanı” adına layiq görülən baş gizir İsmayılov Camal Vidadi oğlunun anadan olmasının 38-ci ildönümü münasibətilə Neftçala Dövlət Rəsm Qalereyasının rəssamı Dadaş Dadaşovun hazırladığı büstün açılışı baş tutmuşdur. Xalqımızın milli adət-ənənələrinin təbliği məqsədilə Tarix- Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi və Qalereyanın birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində "Azərbaycan xalq çalğı alətləri" adlı tədbirdə Azərbaycan bəstəkarlarının rəsmlərindən ibarət sərgi nümayiş olunmuş, “Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 29 aprel 2022–ci il tarixli, 139-f/a nömrəli və Biləsuvar Regional Mədəniyyət İdarəsinin 28 iyun 2022–ci il tarixli, 15-f nömrəli əmrinə uyğun hazırlanmış tədbirlər planına əsasən Qalereya avqust ayında Mədəniyyət Mərkəzində məktəblilərin rəsmlərindən və Neftçala rəssamlarının əsərlərindən ibarət sərgi təşkil edib.
Hesabat dövründə X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzi və eləcə də mərkəzin filialları qismində fəaliyyət göstərən bütün 23 klub müəssisəsi fəaliyyətinin stimullaşdırılması və inkişaf etdirilməsi məqsədi ilə klub müəssisələri üçün iş planları, məlumat kitabları, MM-in və filialların yaradılmalarının qeydiyyatı kitabları işlənmiş və yaradılmalarının istiqamətləri, üzvlərinin sayı, proqramlarının hazırlanması işi aparılmışdır.
2022-ci il ərzində Mədəniyyət Mərkəzində və filiallarında xalq yaradıcılığı və qeyri-maddi irsin qorunması, təbliği və inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər keçirilmişdir. Əsasən xalq yaradıcılığı, folklor nümunələrinin toplanılması, itmək üzrə olan sənətkarlıq sahələri, dekorativ tətbiqi sənət nümunələri, qədim yaşayış yerlərinin öyrənilməsi və təbliği, adət-ənənə, mərasim və əsrlərdən gələn xalq adət və ənənələrinin təbliği, bərpası və inkişaf etdirilməsi və gələcək nəsilə ötürülməsi xalqın asudə vaxtının səmərəli təşkili bu gün klub müəssisələrimizin qarşısında duran ən vacib məsələlərdəndir. Məhz ona görə də tərtib olunan iş planlarında göstərilmiş tədbirlərin böyük əksəriyyəti qeyri-maddi mədəni irsimizin qorunmasına, təbliğinə və bərpasına xalqın iştirakına yönəldilmişdir. İtməkdə olan sənət sahələri ilə məşğul olan ustaların gənc nəslə tanıdılması və bu sənətkarlıq sahələrinin təbliğ edilməsi Mədəniyyət Mərkəzinin qarşısına qoyduğu ən vacib məsələlərdən biridir.
Hesabat dövrü ərzində Mədəniyyət Mərkəzində ictimai-siyasi tədbirlərdə yüksək səviyyədə qeyd olunmuşdur. 20 yanvar faciəsinin 32-ci ildönümü, Xocalı Soyırımının 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmiş, Novruz Bayramı, 9 may Qələbə günü, 28 may Respublika Günü, 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun Silahlı Qüvvələr Günü, 27 sentyabr 44 günlük Vətən müharibəsi şəhidlərinin Anım günü, 18 oktyabr Milli Müstəqillik günü, 8 noyabr Zəfər Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilmişdir.
Prezident İlham Əliyevin sərəncamına əsasən 2022-ci il “Şuşai ili” elan edilməsi münasibətlə X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzində “Qarabağ Azərbaycandır!”, Qaraqaşlı kənd Sənətkarlıq klubunda Xan qızı Xurşidbanu Natəvanın 190 illik yubileyi, Yeniqışlaq kənd klubunda “Şuşa sən azadsan!”, Həsənabad qəsəbə Mədəniyyət evində “Şuşa dağları” adlı sərgi, “Gül,çiçəkli Şuşam mənim”, Aşağı Surra kənd folklor evində “Mədəniyyətimizin beşiyi Şuşa” və digər silsilə tədbirlər həyata keçirilmişdir. Bundan başqa Yeniqışlaq kənd klubunda Azərbaycanın tanınmış şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə bağlı kitab sərgisi keçirilmişdir. Həmçinin Yeniqışlaq kənd klubunda Azərbaycanın tanınmış şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə bağlı tədbir keçirilmiş, tədbirdə A.Dadaşov adına Yeniqışlaq kənd məktəbinin şagird və müəllim kollektivi iştirak etmişdir.
Hesabat dövrü ərzində mədəniyyət işçiləri tərəfindən şəhid və qazi ailələri daim diqqət mərkəzində saxlanmışdır. Beləki Neftçala rayonundan olan bütün Vətən müharibəsi şəhidlərinin anım mərasimində kütləvi şəkildə iştirak olunmuşdur.
Hesabat dövründə Neftçala rayon Mərkəzi Kitabxana Sistemi 1 Mərkəzi kitabxana, 5 şəhər, 4 qəsəbə və 26 kənd kitabxana filialı ilə fəaliyyət göstərmişdir. 2022-ci il ərzində MKS-in kitab fondu 256589 nüsxə kitab olmuş, bunlardan 1422 nüsxəsi yeni daxil olan ədəbiyyatdır.
Hesabat dövrü ərzində Mərkəzi Kitabxana Sistemində hər zaman olduğu kimi oxucularla işin təşkilinə xüsusi diqqət göstərilmiş, MKS-inin tərkibinə daxil olan Mərkəzi Kitabxana və kitabxana filialların illik iş planları tərtib olunmuş və bu plana əsasən əlamətdar və bayram günləri, tarixi hadisələr, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yubileyləri, hərbi vətənpərvərlik və digər mövzularda bir-birindən maraqlı kütləvi tədbirlər və həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən yubiley tədbirləri təşkil edilmişdir.Həmçinin, 2022-ci ildə Neftçala rayon MKS-i öz fəaliyyətini virtual davam etdirmiş, qeyd olunan mövzularda videoçarxlar və virtual məlumatlar vasitəsilə təbliğat işləri aparılmış,sosial şəbəkələrdə müxtəlif oxucu qrupları yaradılmış,onlara elektron kitablar vasitəsilə xidmət göstərilmişdir. Hər zaman olduğu kimi Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi işinə diqqət yetirilmiş "Azərbaycan dövlətinin xilaskarı və qurucusu","Heydər Əliyev və Azərbaycan mədəniyyəti","Zamanın bayraqdarı" və s.başlıqlı sərgilər təşkil edilmişdir.
Qan yaddaşımız silsiləsindən 20 yanvar faciəsinin 32-ci ildönümü, 25 yanvar 1990-cı ildə Neftçalada baş verən faciənin 32-ci ildönümü, Xocalı faciəsinin 30-cu ildönümü, 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş sərgilər təşkil olunmuş,videoçarxlar izlənilmişdir.
İl ərzində Hərbi vətənpərvərlik tərbiyəsi sahəsində görülmüş işlər daim diqqət mərkəzində saxlanılmışdır.Belə ki, Milli Qəhrəmanların anım tədbirləri,Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarətlər,qazilərlə görüşlər,müharibə iştirakçılarının sosial şəbəkələrdə tanıdılması işlərini bu qəbildən olan tədbirlərə misal göstərmək olar. 27 sentyabr Vətən müharibəsi şəhidlərinin anım günü xüsusi həssaslıq və ehtiramla qeyd edilmişdir.
“18 may-18 iyun İnsan hüquqları aylığı” və 20 oktyabr-20 noyabr “Uşaq hüququ” aylığı çərçivəsində “İnsan və hüquq”, “Hüquqlarınızı bilirsinizmi?”, “Hüquqlarımızı öyrənək” ,“Uşaq hüquqları nədir”, “Uşaqların hüquqlarını qoruyaq”, “Hüquqi maarifləndirmə”, "Uşaqlar və onların hüquqlarının qorunması" adlı maarifləndirici tədbirlər təşkil edilmişdir.
Oxucular arasında mütaliənin təbliği məqsədilə il boyu Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi “facebook” sosial şəbəkəsində "Kitablarla inkişaf edək" adlı layihəni davam etdirmişdir. Açıq havada və tədris müəssisələrində mütəmadi olaraq "Sən və mən kitabın ən yaxın dostuyuq","Xalq ədəbiyyatını sevək, öyrənək, yaşadaq" , "Unudulmuş kitablar" , "Mənim sevimli kitabım" , "Kitab yolumuza işıqdır" , “Biz niyə kitab oxuyuruq” , “Kitab bilik mənbəyidir” , “Bəşəriyyətin ən böyük kəşfi kitablardır” başlıqlı sərgilər və mütaliə saatları təşkil edilmişdir. Hesabat dövründə həmçinin fiziki qüsurlu şəxslərə səyyar xidmət göstərilmiş,azyaşlı oxuculara nağıl saatları təşkil edilmişdir.
Şəhər,qəsəbə və kənd kitabxana filiallarının işinə rəhbərlik və nəzarət işi diqqətdə saxlanılmış, mütəmadi seminar müşavirələr keçirilmişdir.
Hesabat dövründə Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları Neftçala şəhər Samid İmanov adına 1 saylı tam orta məktəbdə, Əlif Piriyev adına 2 saylı tam orta məktəbdə, Humanitar Təmayüllü Muğan Liseyində, Vüqar Soltanov adına Kürkənd kənd orta məktəbdə,Neftçala şəhər Nizami Gəncəvi adına 3 saylı tam orta məktəbdə, Neftçala şəhər 5 saylı Körpələr evi uşaq bağçasında, Vidadi Həmidov adına 3 saylı Körpələr evi uşaq bağçasında təhsil alan şagirdlərə "20 Yanvar - Unudulmayan tarix" adlı mühazirələr oxumuşlar.
Neftçala rayon Heydər Əliyev Mərkəzində Tarix Diyarşünaslıq Muzeyinin, Rəsm Qalereyasının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 May Beynəlxalq Muzeylər gününə həsr edilmiş “Tariximizi yaşadan Məkan-Muzeylər” adlı tədbir və Muzeyə hədiyyə verilən bizim eranın l- ll əsrinə aid eksponatların təqdimat mərasimi keçirilmişdir .
Hesabat dövründə həmçinin Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyində 8 noyabr “ Zəfər Günü“ münasibətilə “ Şanlı Zəfər Qəhrəmanları ” adlı sərgi təşkil olunmuşdur
Hesabat dövründə C.İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbində də bir çox ədəbi bədii tədbirlər, konsert proqramları təşkil olunmuşdur.
01 mart 2022-ci il tarixində Neftçala rayon Uşaq İncəsənət məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun adının verilməsilə bağlı tədbir keçirilmişdir. 31 Mart Azərbaycanlıların soyqırımı günü münasibətilə şəhidlərinin xatirəsi anılmış və məktəbdə şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirilmişdir.
Hesabat dövründə 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar Cəlilabad Uşaq İncəsənət məktəbində musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış etmişdir.
Bundan başqa “Beynəlxalq Uşaqlar Günü”, ”15 iyun Milli Qurtuluş Günü”, Vətən müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olduğu gün, 15 sentyabr “Bilik günü”, 27 sentyabr “Anım Günü” nə həsr olunmuş tədbirlər keçirilmişdir.
Hesabat dövründə həmçinin Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbində 8 noyabr “Zəfər Günü” münasibətilə böyük konsert proqramı və rəsm şöbəsinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirilmişdir.
28 noyabr 2022-ci il tarixində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya, 16 dekabr 2022-ci il tarixində Xurşudbanu Natəvanın 190 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya və rəsm sərgisi keçirilmişdir.
Hesabat dövründə Mədəniyyət Müəssisələrinin əməkdaşları tərəfindən mütəmadi şəkildə şəhid və qazi ailələri ziyarət olunmuş, onlara maddi və mənəvi yardımlar edilmişdir.
Hesabat dövrü ərzində rayon ərazisində sanitar epidemioloji durum Rayon İcra Hakimiyyəti tərəfindən əlaqədar təşkilatlarla birlikdə tam nəzarət altında saxlanılmışdır.Məlumat üçün bildiririk ki, Neftçala rayon Gigiyena və Epidemiologiya Mərkəzi öz fəaliyyətini “Sanitariya-Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikasının Qanunu və Səhiyyə Nazirliyinin müvafiq əmr və göstərişləri əsasında qurmuş və səlahiyyətləri çərçivəsində olan məsələlərin həllində Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.
Neftçala GEM-i tərəfindən 2022-ci il ərzində fəaliyyət sahəsi üzrə bir sıra tədbirlər həyata keçirilmiş əhali arasında aşkar olunan yolxucu xəstəliklər, onlara qarşı aparılan profilaktik və əksepidemik tədbirlərin yerinə yetirilməsinə nəzarət olunmuş, bu sahədə işlərin lazımı səviyyədə qurulmasına səy göstərilmişdir.Hal-hazırda Neftçala GEM-də həkim, orta və kiçik tibb işçisi olmaqla ümumilikdə 38 nəfər fəaliyyət göstərir. Mərkəzdə 5 həkim, 14 orta tibb işçisi vəzifəsi vakantdır.
Hesabat dövrü ərzində Neftçala GEM-tərəfindən rayonda 5-enterit, 34-vərəm, 95-helmintoz xəstəliyi aşkar edilmiş, xəstələrin bir qismi xəstəxanaya, bir qismi ambulator şəraitdə müalicəyə buraxilmişdir. Xəstəlik aşkar edilən məmbələrdə profilaktik, əksepidemik və dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
Hər il olduğu kimi, bu ildə 0-6 yaş əhali arasında yoluxucu xəstəliklərə qarşı immunitet yaratmaq üçün peyvəndləmə işinin aparılması daim nəzarət altında saxlanılmışdır.
Hesabat dövrü ərzində əhali arasında difteriya, göy-öskürək, tetanus, poliomielit, malyariya kimi xəstəliklər aşkar olunmamışdır.2022-ci il ərzində vərəm, hepatit, poliomielit, difteriya, göy-öskürək, tetanus, qızılca, epidemik parotit,məxmərək və s xəstəliklər əleyhinə peyvəndlər 95%-96% yerinə yetirilmişdir.
Malyariya xəstəliyinin erkən aşkar olunması üçün aparılan tədbirlər günün tələbləri səviyyəsində qurulmuşdur.2022-ci il ərzində tibb müəssisələri tərəfindən 4458 ədəd qan yaxması götürülüb və GEM-in laboratoriyasında müayinə olunmuşdur.Aparılan müayinələr zamanı malyariya xəstəliyi aşkar olunmamışdır.
2022-ci il ərzində rayon ərazisində COVİD-19 xəstəliyinə qarşı peyvənd aparılması üçün 11500 doz və 660 doz qrip əleyhinə vaksin gətirilərək müalicə-profilaktik idarələrə paylanılmışdır.
Qeyd etməliyik ki, Respublikanın hər yerində olduğu kimi, Neftçala rayonunda da, gənclərlə iş sahəsinə cavabdeh olan strukturlar və aidiyyəti dövlət orqanları ilə birlikdə Rayon İcra Hakimiyyəti tərəfindən gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, onlarda əmək bazarlarının tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması, gənclərə vətənpərpərlik və dövlətçilik hisslərinin aşılanması, Ulu Öndər Heydər Əliyev və onun azərbaycançılıq məfkurəsinin təbliği, gənclərin şəxsi və karyera inkişafı, onların əqli və fiziki potensiallarının üzə çıxarılması və artırılması, gənclərdə sosial məsuliyyətin və ictimai fəallığın yüksəldilməsi, könüllülük fəaliyyətinin təşviqi və klubların formalaşdırılması istiqamətində bir sıra işlər həyata keçirmişdir.
Hal-hazırda, rayon ərazisində üç Uşaq Gənclər İdman məktəbi və əlavə olaraq altı idman zalı fəaliyyət göstərir. UGİM-lərindən ikisi Şirvan-Salyan Təhsil İdarəsinin, biri Rayon Gənclər və İdman İdarəsinin balansındadır.Altı idman zalının hər biri uyğunlaşdırılmış binada yerləşir.Qeyd olunan idman məktəbi və zallarında ümumilikdə 1180 nəfər uşaq, gənc və yeniyetmə idmanın müxtəlif növləri ilə (sərbəst-güləş-86, yunan-roma -68, hənbol-134, ağır atletika-22, boks-230, futbol-390, şahmat-250)məşğul olur. İdman zallarından-Neftçala şəhərində yerləşən güləş zalı və Xolqarabucaq kəndində yerləşən ağır atletika zalı normal, digər idman zalları isə təmirə və yenidənqurmaya ehtiyac duyulan vəziyyətdədir.Əlavə olaraq qeyd etmək istəyirik ki, idman məktəbləri və zallarında keçirilən bütün dərslər dövlət vəsaiti hesabına-tam ödənişsiz həyata keçirilir. Bunlardan başqa Neftçala rayonunda 1500 nəfərlik tamaşaçı tutumu olan Neftçala Mərkəzi Stadionu fəaliyyət föstərir. Neftçala Mərkəzi Stadionu regional futbol yarışlarının keçirilməsi üçün normal şəraitə malikdir. Rayon ərazisində uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili, bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün şəraitin yaradılması tədbirləri çərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Hüseyn Cavid adına Mədəniyyət və İstirahət parkında və o, cümlədən Heydər Əliyev prospektində mini futbol meydançaları, həmçinin Kür çayı sahilində yerləşən Bayraq Meydanı ərazisində Uşaq Əyləncə Mərkəzi tikilərək rayon sakinlərinin istifadəsinə verilmişdir. İnşa edilmiş həmin idman meydançaları və Uşaq Əyləncə Mərkəzi rayon ərazisində yaşayan uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili və idman yarışlarının baş tutması üçün müstəsna əhəmiyyətə malikdir. Qeyd etmək istəyirik ki, rayon ərazisində gənc və yeniyetmələrin asudə vaxtının təşkili və o, cümlədən onların idmana olan marağının kütləviyinin artmasında hal-hazırda inşası yekunlaşmaq üzrə olan Neftçala Olimpiya İdman Kompleksinində əhəmiyyəti böyük olacaqdır. Kompleksin inşasının ümumi maliyyə dəyəri 19 milyon manat, sahəsi və ərazisi 4,0 hektardır. Kompleksdə ümumilikdə 657 idmançı yerlik idman şöbələri fəaliyyət göstərəcək. Kompleks istifadəyə verildikdən sonra yaradılacaq yeni iş yerlərinin sayı 30-35 civarında proqnozlaşdırılır ki, buda rayon ərazisində işsiz olan gənclərin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.
Hesabat dövründə Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon ərazisində gənclərin asüdə vaxtlarının səmərəli təşkili, gənc və yeniyetmələrin zərərli vərdişlərdən yayındırılması, idmanın kütləviyinin artırılması istiqamətində bir çox yadda qalan tədbirlər həyata keçirilmişdir.
Belə ki, “2 fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibəti ilə Gənclər və İdman Nazirliyinin müvafiq təlimatına əsasən 27 yanvar-2 fevral 2022-ci il tarixləri “Gənclər həftəsi” elan edilmiş və Neftçala rayon Gənclər və İdman İdarəsi də bununla əlaqədar silsilə tədbirlərə start verərək bir sıra layihələr icra edib.
28 yanvar 2022-ci il tarixdə Neftçala, Salyan, Sabirabad, Saatlı, Hacıqabul, İmişli, Beyləqan rayonları və Şirvan şəhər Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə “Azərbaycan Gənclər Günü – 25” adlı onlayn forum keçirilib. Forumda Neftçala rayonunu təmsil edən gəncimiz Fərhad Baxışov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan bəhs etmiş və forum iştirakçılarına bu barədə geniş məlumat vermişdir.
Həmçinin “Gənclər həftəsi” çərçivəsində eyni zamanda #gənclərimizitanıyaq haştəqi ilə Neftçala rayonunun uğurlu gəncləri haqqında ətraflı məlumatları, fotoları və qısa videoları ilə birgə İdarənin sosial şəbəkə hesablarında işıqlandırılanaraq tanıdılmışdır.
Ölkə ərazisində, o, cümlədən Neftçala rayonunda da 2 fevral Gənclər günü geniş formatda qeyd olunmuşdur. Belə ki, Neftçala rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti Başçısının rayon gəncləri ilə görüşü təşkil olunmuş, keçirilən görüş zamanı gənclər açıq mikrafon vasitəsilə İcra Başçısına öz istək və təkliflərini bildirmişlər.Çıxış edən gənclər dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.Rayon İcra Hakimiyyətinin başçısı gənclər tərəfindən səsləndirilən təklif və istəklərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edərək onlara göstərdikləri vətəndaşlıq münasibətlərinə görə təşəkkürünü bildirmişdir. 2 fevral-Gənclər günü sonra “Xatimə” şadlıq sarayında təşkil olunmuş bayram konserti ilə davam etdirilmişdir.
17-26 fevral 2022-ci il tarixlərdə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İdarənin sosial şəbəkə hesablarında “Xocalı şahidləri” posterləri və mövzuya uyğun digər şəkillər Gənclər və İdman Nazirliyinin müvafiq əmrində qeyd olunan təlimata əsasən haştəqlərlə birgə paylaşılmış, eyni zamanda 26 fevral tarixində İdarənin twitter hesabında və rayon gəncləri tərəfindən “Xocalıya ədalət” kampaniyası çərçivəsində kütləvi olaraq paylaşımlar edilib, haştəqlərin dünya trendinə düşməsinə çalışılmışdır.
01-16 mart 2022-ci il tarixləri ərzində 14-29 yaşlı Neftçala rayon gəncləri arasında yazın gəlişini əks etdirən “Yurdumuza bahar gəlir” adlı foto müsabiqə keçirilib. Verilən müddət ərzində rayonun müxtəlif kənd və qəsəbələrində yaşayan 38 gənc Novruz atributlarını, tumurcuqlanan ağacları, yazın gəlişini özündə ehtiva edən obyektləri telefon və ya fotoaparatla çəkərək İdarənin elektron poçt ünvanına göndərmişdir. Müsabiqənin şərtlərinə cavab verən fotolar seçilərək münsiflər heyətinə təqdim edilib. I, II, III yerə layiq görülən foto müəllifləri Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılıb.
30-31 mart 2022-ci il tarixlərdə “Azərbaycanlıların soyqırım günü”nün 104-cü ildönümü ilə əlaqədar İdarənin sosial şəbəkə hesablarında mövzuya uyğun şəkillər və mətnlər təlimata əsasən haştəqlərlə birgə paylaşılmış, idarə əməkdaşları tərəfindən Neftçala şəhərinin mərkəzində ucaldılan Şəhidlər Abidə Kompleksi, rayonun Bankə qəsəbəsində 1918-ci ildə şəhid olan türk əsgərlərinin şərəfinə ucaldılan abidə kompleksi ziyarət edilib.
11 aprel 2022-ci il tarixdə Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Rayon Təhsil şöbəsinin dəstəyi ilə məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması məqsədi ilə VIII və X sinif şagirdlərindən təşkil edilən, hər birində 4 qız, 10 oğlan olmaqla 14 nəfər üzvdən ibarət komandalar arasında "Şahin" hərbi-idman oyununun rayondaxili I (birinci) zona mərhələsi, 12 apreldə II zona mərhələsi, 13 apreldə isə III zona mərhələsi üzrə yarışları keçirilib.Hər zona mərhələsində I və II yerlərə layiq görülən 2 komanda final mərhələsinə vəsiqə qazanıb. 24 aprel 2022-ci il tarixdə "Şahin" hərbi-idman oyununun Neftçala rayon birinciliyinin final mərhələsi keçirilib.Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Neftçala rayon Təşkilatının, Neftçala rayon Təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin məsul şəxsləri, N saylı hərbi hissənin zabitləri, eləcə də "Şahin" hərbi-idman oyununun hakimlər heyəti iştirak edib. Final yarışında, Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin komandası I (birinci), Əlif Piriyev adına Neftçala şəhər 2 saylı tam orta məktəbin komandası II (ikinci), Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbin komandası III (üçüncü) yerə layiq görülərək Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif edilib. İştirak edən komanda üzvləri “Sıra hazırlığı”, “Fiziki hazırlıq”, “Maneələrin dəf olunması”, “Mülki-müdafiə hazırlığı” və “Çadırın qurulması” mərhələlər üzrə tapşırıqları icra edib.
"Şahin" hərbi-idman oyunu üzrə Neftçala rayon birincisi olan Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin komandası 28 aprel 2022-ci il tarixdə Sabirabad rayonunda keçirilən Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Cəbrayıl, Hacıqabul, İmişli, Neftçala, Saatlı, Salyan rayonları və Şirvan şəhər komandalarının mübarizə apardığı regional zona birinciliyində rayonumuzu layiqincə təmsil edərək ən yüksən nəticə ilə I (birinci) yerə layiq görülüb. Bununla da respublika final yarışına vəsiqə qazanan “Şahin”lərimiz eyni zamanda Gənclər və İdman Nazirliyinin müvafiq diplomu ilə təltif edilib.
10 may 2022-c i il tarixdə Heydər Əliyev Mərkəzində Neftçala rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ulu Öndər və gəncliyimiz” layihəsi çərçivəsində təqdimat müsabiqəsi keçirilib. Hər birində 5 nəfər üzv olmaqla 5 komandanın iştirak etdiyi müsabiqədə gənclər tərəfindən “Heydər Əliyev və gənclər siyasəti”, “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və təhsil siyasəti”, “Heydər Əliyev və ordu quruculuğu”, “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzularında hazırlanan müxtəlif formatlı təqdimatlar nümayiş olunub.
06 iyun 2022-ci il tarixdə, Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbdə Neftçala rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala təhsil sektorunun birgə təşkilatçığı ilə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında "Könlüm keçir Qarabağdan" mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqə “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamına müvafiq olaraq “Şuşa ili” çərçivəsində rayonda Şuşanın tarixi və mədəni irsinin daha geniş təbliği ilə bağlı tərtib olunan Neftçala Rayon İcra Hakimiyyətinin Tədbirlər Planının müvafiq bəndinin icrasını təmin etmək, məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara ölkəmizin tarixini, mədəniyyətini, milli irsini öyrətmək, eyni zamanda sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını aşkar etmək məqsədi daşıyır. Müsabiqədə rayonun müxtəlif ümumtəhsil müəssisələrindən IX-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin qalibləri Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılıb.
05 avqust 2022-ci il tarixdə Neftçala rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nüməyəndələyinin birgə təşkilatçılığı ilə “Düşərgə adamı” layihəsi çərçivəsində Xolqaraqaşlı kəndində uşaq, yeniyetmə və gənclər üçün günərzi yay düşərgəsi təşkil olunub. Düşərgəyə ümumilikdə 10-16 yaşlı 70-dən artıq iştirakçı qatılıb.
17 oktyabr 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayonda fəaliyyət göstərən tam orta məktəblərin “Çağırışaqədərki hazırlıq” müəllimləri (hərbi rəhbər) ilə görüş keçirilib. Tədbirin keçirilməsində əsas məram yeni tədris ilində təhsil müəssisələri ilə birgə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülə biləcək işləri, eyni zamanda 2023-cü ildə keçiriləcək “Şahin” hərbi-idman oyunlarının daha mütəşəkkil və qəbul olunmuş əsasnaməyə uyğun təşkil edilməsini müzakirə edib, müəllimlərin fikir və təklifləri dinlənilməsi olmuşdur.
Oktyabr ayının 27-də Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin və Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Mən Qarabağam” layihəsi həyata keçirilib.Tədbirin məqsədi gənclərdə vətənpərvərlik ruhunun aşılanması, Vətən Müharibəsi Şəhidlərinin, qazi və iştirakçıların cəmiyyətə tanıtdırılması, eyni zamanda həmin qrupdan olan şəxslərin cəmiyyətin həyatında fəal iştirakçılığının təmin və təşviq olunması, tarixi qələbəmizin təbliği, Neftçala rayonu daxil olmaqla, digər rayonlardan da qonaqların dəvət olunması ilə həssas qrupdan olan şəxslər arasında şəbəkələşmənin təşkili, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının təbliğ edilməsi olmuşdur.Şəhid valideynlərinin, Vətən Müharibəsi Qəhrəmanlarının, qazilərin, hərbi tibb xidməti əməkdaşları və media nümayəndələrinin spiker kimi iştirak etdiyi tədbirdə çıxışçılar Vətən müharibəsi dövründə fəaliyyətləri və xidmətləri barədə ətraflı məlumatlar veriblər.
01-05 noyabr 2022-ci il tarixlərdə Neftçala rayon Heydər Əliyev Mərkəzində Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “8 Noyabr - Zəfər Günü” münasibətilə “Nə? Harada? Nə zaman?” formatında keçirilən “Zəfər Kuboku” intellektual yarışı keçirilib. Hər birində 5 üzv olmaqla 8 komandanın mübarizə apardığı 2 seçim, 1 yarımfinal və 1 final mərhələsinin yekununda “İstiqlal” komandası I yerdə, “Muğan” komandası II yerdə, “İrəli” komandası isə III yerdə qərarlaşıb. Tədbirin davamında “Zəfər Kuboku” intellektual yarışının əhəmiyyəti və nəticələri barədə məlumat verilib, eyni zamanda qazilərin təbrik çıxışları dinlənilib. Daha sonra müharibə və ötən iki ili özündə birləşdirən Zəfər xronikası izlənilib.
06 dekabr 2022-ci il tarixdən etibarən Neftçala rayon Heydər Əliyev Mərkəzində Neftçala rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə “Gənclər Kuboku-2” Neftçala rayon birinciliyinə start verilib və komandalar arasında püşkatma mərasimi keçirilib. Yuxarı sinif şagirdlərinin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, dövlətçilik və vətənpərvərlik hisslərini aşılamaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə, Neftçala rayonunda yerləşən bütün tam orta məktəbləri, 2 ümumi orta məktəb, İnteqrasiya təlimli internat tipli Gimnaziya və Neftçala Peşə məktəbini əhatə etməklə ümumilikdə hər birində 5 nəfər olmaqla 32 komanda arasında təşkil edilən birinciliyin 3 seçim turunun 13, 16 və 20 dekabr tarixində keçirilib, artıq yarımfinal mərhələsinə vəsiqə qazanan 3 komanda bəllidir. Növbəti 2 seçim turunun da dekabr ayıda, 3 seçim turunun, yarımfinal və final mərhələlərinin isə 2023-cü ilin yanvar ayında keçirilməsi planlaşdırılıb.
08 dekabr 2022-ci il tarixdə Neftçala şəhər 2 saylı tam orta məktəbdə Neftçala rayon Gənclər və İdman İdarəsi və Neftçala Qadın Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə “Gücünü yox, sevgini göstər!” adlı məişət zorakılığı mövzusunda yeniyetmə və gənclərlə maarifləndirici görüş keçirilib. Görüşdə tədbir təşkilatçıları çıxış edərək “Gender” anlayışı, “Məişət zorakılığı” və onun növləri, mövcud problemin həlli yolları, müraciət ünvanları, bu sahədə beynəlxalq və yerli səviyyədə qəbul edilən normativ hüquqi aktlar, zorakılığa məruz qalan insanlarda yaranan psixoloji hallar və çıxış yollarından bəhs ediblər. Eyni zamanda tədbirdə rayonun müxtəlif sferalarda çalışan rəhbər şəxslərinin iştirakı ilə çəkilən videoçarx nümayiş olunub, qadınların cəmiyyətin müxtəlif təbəqələrində aparıcı qüvvə olması bir daha nəzərə çatdırılaraq zorakılıq hallarına qarşı mübarizədə birləşmək şüarı səslənib. Sonda interaktiv müzakirə fonunda iştirakçıların sualları cavablandırılıb.
10 dekabr 2022-ci il tarixdə Neftçala rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin birgə təşkilatçılığı ilə Neftçala rayon Heydər Əliyev Mərkəzində Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar olaraq “Hüququm və qaydalarım” mövzusunda gənclərlə maarifləndirici və praktiki görüş keçirilib. Tədbir çərçivəsində BMT-nin İnkişaf Proqramının "ROLSHR" layihəsinin rayon üzrə hüquq məsləhətçisi, təlimçi-hüquqşünas Elvin Hüseynov öz təqdimatında, insan hüquqları, insan hüquqlarının təsnifatı, tarixi inkişaf mərhələləri, bu sahədə beynəlxalq və yerli səviyyədə qəbul edilən normativ hüquqi aktlar haqqında məlumat vermişdir.
Hesabat dövründə Rayon Gənclər və İdman İdarəsi tərəfindən həmdə bir çox yadda qalan idman və bədən tərbiyəsi yarışları, birinciliklər təşkil olunmuşdur.
Belə ki, 22 və 23 yanvar 2022-ci il tarixlərdə 20 yanvar və 25 Yanvar Neftçala şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş, yunan-roma güləşi və ağır atletika idman növləri üzrə İdarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin qruplararası məktəb birinciliyi keçirilib.
Gənclər və İdman Nazirliyinin müvafiq məktubuna əsasən 27 fevral-05 mart 2022-ci il tarixləri “İdman həftəsi” elan edilmiş və Neftçala rayon Gənclər və İdman İdarəsi tərəfindən bununla əlaqədar silsilə idman tədbirlərinə start verilərək bir sıra yarışlar keçirilib. “İdman həftəsi” çərçivəsində ilk tədbir 28 fevral 2022-ci il tarixdə Heydər Əliyev prospektində yerləşən idman meydançasında həndbol idman növü üzrə UGİM-nin birinciliyi olub. Birincilikdə 4 komandadan 24 nəfər idmançı iştirak edib və mükafata layiq yerlər tutan komandalar İdarənin diplomları ilə təltif edilib.
02 mart 2022-ci il tarixdə Bankə qəsəbə güləş idman zalında UGİM-nin yunan-roma güləş idman bölməsi üzrə birinciliyi keçirilib. Birincilikdə 60 nəfər idmançı müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınamış, mükafata layiq yerlər tutmuş idmançılar Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.
25 aprel 2022-ci il tarixdə Neftçala Rayonu İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən idarə və təşkilatlar arasında mini-futbol üzrə rayon birinciliyinin açılış mərasimi keçirilib. 10 may 2022-ci il tarixdə Neftçala Rayonu İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən idarə və təşkilatlar arasında mini-futbol üzrə rayon birinciliyinin final turu keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, RİH-nin digər məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, idmana olan marağın artırılması, asudə vaxtın səmərəli təşkili, eyni zamanda rayonun idarə və təşkilatlarının ən güclü futbol komandasını müəyyən etmək və rayonumuzu təmsil edə biləcək perspektivli futbolçuları aşkar etməkdən ibarət olub.Turnirdə 14 komanda iştirak edib. Final mərhələsində YAP-nın Neftçala rayon təşkilatı və Neftçala MKTİB komandaları qarşılaşıb, oyun YAP-nın Neftçala rayon təşkilatının qələbəsi ilə yekunlaşıb. Qalib komandalar Neftçala rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom, medal və kubokla təltif ediliblər.
Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 may 2022-ci il tarixdə H.Cavid adına mədəniyyət və istirahət parkının idman meydançasında 14-29 yaşlı gənclər arasında daşqaldırma idman növü üzrə rayon birinciliyi keçirilib. Yarışda 40 nəfərdən çox idmançı iştirak edib. Müxtəlif çəki dərəcələrində I, II və II yerlərə layiq görülənlər müvafiq diplomlarla təltif olunub.
11 iyun 2022-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin, Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala Təhsil sektorunun nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə Xurşudbanu Natəvanın 190 illiyinə həsr edilmiş 10-14 yaşlı yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarış yeniyetmələrdən ibarət 2 yaş qrupunda (7-12 və 14 yaşlılar arasında) ümumilikdə 48 idmançı arasında keçirilib. I, II, III yerə layiq görülən idmançılar Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən müvafiq diplomlarla təltif edilib.
24 iyun 2022-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr Günü ilə əlaqədar 14-17 yaşlı gənclər arasında atıcılıq üzrə (pnevmatik silahlardan) Neftçala rayon birinciliyi keçirilib. 74 nəfər gəncin iştirakı ilə gərgin keçən mübarizənin sonunda Nizami Gəncəvi adına Neftçala şəhər 3 saylı tam orta məktəbin şagirdi Dadaşov Səməd I yerə, Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin şagirdi Əhmədzadə Məhəmməd II yerə, Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbin şagirdi Cəfərli Cəmil III yerə layiq görülüb. Qaliblər Rayon Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən fəxri fərman və diplomlarla təltif edilib.
23 iyun 2022-ci il tarixdən Neftçala Rayonu İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Neftçala Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında futbol idman növü üzrə rayon birinciliyinə start verilib. Birinciliyin keçirilməsində məqsəd futbol idman növü üzrə rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ən güclü futbol komandasını müəyyən etmək və Respublika yarışlarında iştirak etmək üçün rayonumuzu təmsil edəcək futbol komandasının komplektləşdirilməsi üçün prespektivli idmançıları aşkar etməkdən ibarətdir.
Neftçala şəhər, Həsənabad və Xıllı qəsəbə, Kürkənd, Aşağı Qaramanlı, Aşağı Surra, Boyat, Cəngən, Xolqarabucaq, Xəzərkənd, Xolqaraqaşlı kənd inzibati ərazi dairələri üzrə 11 nümayəndəliyin qatıldığı futbol üzrə rayon birinciliyinin 14 iyul 2022-ci il tarixədək 13 gün, 25 oyun, yarımfinal və final oyunları olmaqla keçirilmişdir. Oyunlar SOCAR Sosial İnkişaf İdarəsinin N.Nərimanov adına Neftçala şəhər stadionunda keçirilir.15 iyul 2022-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Neftçala Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında futbol idman növü üzrə rayon birinciliyinin final mərhələsi və qalib komandaların mükafatlandırma mərasimi keçirilib.
Birinciliyin keçirilməsində məqsəd futbol idman növü üzrə rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ən güclü futbol komandasını müəyyən etmək, Respublika yarışlarında iştirak etmək üçün rayonumuzu təmsil edəcək futbol komandasının komplektləşdirilməsi üçün prespektivli idmançıları aşkar etmək və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikasının 05 yanvar 2022-ci il tarixli Sərəncamına müvafiq olaraq “Şuşa ili” çərçivəsində rayonda Şuşanın tarixi və mədəni irsinin daha geniş təbliği ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin tədbirlər planının icrasından ibarət olub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Final oyunundan öncə Ümummili liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səslənib. Neftçala şəhər, Həsənabad və Xıllı qəsəbə, Kürkənd, Aşağı Qaramanlı, Aşağı Surra, Boyat, Cəngən, Xolqarabucaq, Xəzərkənd, Xolqaraqaşlı kənd inzibati ərazi dairələri üzrə 11 nümayəndəliyin qatıldığı və 23 iyun 2022-ci il tarixdən start götürən futbol turnirində 13 gün ərzində SOCAR Sosial İnkişaf İdarəsinin N.Nərimanov adına Neftçala şəhər stadionunda 25 qrup oyunu, yarımfinal və final oyunları keçirilib. Final mərhələsində birincilik uğrunda Neftçala şəhər və Boyat kənd İƏDN-lərinin komandaları qarşılaşıb. Yarışmada Neftçala komandası I yerin, Boyat komandası isə II yerin qalib olub. III yer uğrunda mübarizədə Aşağı Qaramanlı kənd və Xıllı qəsəbə İƏDN-ləri qarşılaşıb və 4:1 hesabı ilə Aşağı Qaramanlı komandası qalib gələrək III yerə layiq görülüb. Qalib komandaların bütün üzvləri müvafiq olaraq medallarla, komanda kapitanları və fərqlənən futbolçular diplomla, Neftçala komandası isə eyni zamanda kubokla təltif edilib.
26 avqust 2022-ci il tarixlərdə Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı “Milli Olimpiya Komitəsi”nin yaranmasının 30 illiyi münasibəti ilə keçirilən çimərlik voleybolu üzrə rayon birinciliyinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Birincilik uğrunda gərgin mübarizə şəraitində keçən çimərlik voleybolu Neftçala rayonunda fəaliyyət göstərən 32 idarə, müəssisə və təşkilatdan ümumilikdə 40 komanda arasında 23-26 avqust 2022-ci il tarixlərdə Şirvanlı kəndi ərazisində, Xəzər dənizi sahilində həyata keçirilib. Final mərhələsində Qırmızıkənd kənd və Aşağı Surra kənd İƏDN-lərinin komandaları qarşılaşıb. Final yarışmasında Qırmızıkənd komandası I yerin qalibi olub, Aşağı Surra komandası isə II yerə layiq görülüb. III yer uğrunda mübarizədə isə Cəngan kənd İƏDN-nin və Xıllı qəsəbə 1 saylı tam orta məktəbin komandaları qarşılaşıb və 2:1 hesabı ilə Cəngan komandası III yerdə qərarlaşa bilib. Qalib komandaların bütün üzvləri Neftçala rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq olaraq medallarla, komanda kapitanları diplomla, Qırmızıkənd komandası isə eyni zamanda kubokla təltif edilib. Böyük əmək sərf edən və əzmkarlıq nümayiş etdirən hakim və voleybolçularımız isə “Ən yaxşı hakim” və “Ən yaxşı voleybolçu” nominasiyaları üzrə müvafiq diplomlarla təltif edilib.
25 sentyabr 2022-ci il tarixdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar Neftçala şəhər güləş idman zalında 2008-2009 və 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilib. 55 nəfər idmançının mübarizə apardığı birincilikdə müxtəlif çəki dərəcələrində I, II və III yerlərə layiq görülənlər müvafiq diplomlarla təltif edilib.
16 oktyabr 2022-ci il tarixdə Neftçala rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsi, Neftçala Təhsil sektorunun təşkilatçılığı ilə Neftçala rayon Aşağı Qaramanlı kənd Folklor evində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə həsr edilən boks idman növü üzrə rayon birinciliyi keçirilib. Gərgin keçən mübarizə şəraitində 58 idmançı arasından müxtəlif çəki dərəcələrində I, II və III yerlərə layiq görülən idmançılar Neftçala rayon Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən müvafiq diplom və medallarla təltif edilib.
26 oktyabr 2022-ci il tarixdə Neftçala şəhər stadionunda Neftçala rayon Polis şöbəsi və Neftçala rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair tədbirlər planı”na müvafiq olaraq “Sağlam bədəndə sağlam ruh” devizi altında kross və gimnastika idman növü üzrə Neftçala rayon birinciliyi keçirilib. 42 iştirakçı arasında ən yüksək nəticə göstərənlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin diplom, medal və qiymətli hədiyyələri ilə təltif olunub.
02 noyabr 2022-ci il tarixdə Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən UGİŞM-nin birgə təşkilatçılığı ilə Neftçala rayon Uşaq Gənclər İdman Şahmat məktəbində 8 noyabr “Zəfər Günü” ilə əlaqədar şahmat idman növü üzrə rayon birinciliyi keçirilib. Birincilikdə müxtəlif yaş qruplarından ümumilikdə 46 nəfər idmançı iştirak edib. I, II və III yerə layiq görülən idmançılar Neftçala rayon Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən müvafiq diplomlar və medallarla təltif olunub.
18 oktyabr-05 noyabr 2022-ci il tarixlərdə 19 gün ərzində Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbin idman zalında Neftçala Rayonu İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə həsr edilən RİH Başçısı yanında İƏDN və idarə, təşkilat və müəssisələr arasında voleybol üzrə rayon birinciliyi keçirilib.Ümumilikdə 22 komandanın mübarizə apardığı birinciliyin açılış mərasimi 18 oktyabr tarixində baş tutub. 05 noyabr 2022-ci il tarixdə final mərhələsi və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Final mərhələsində Xıllı qəsəbə və Qaçaqkənd kənd İƏDN-lərinin komandaları qarşılaşıb, Xıllı komandası I yerin qalibi olub, Qaçaqkənd komandası isə II yerə layiq görülüb. III yer uğrunda mübarizədə isə Qırmızıkənd və Cəngən kənd İƏDN-nin komandaları qarşılaşıb və 3:1 hesabı ilə Qırmızıkənd komandası III yerdə qərarlaşa bilib. Qalib komandaların bütün üzvləri Neftçala rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq olaraq medallarla, komanda kapitanları diplomla, Xıllı komandası isə eyni zamanda kubokla təltif edilib.
Məlumat üçün bildiririk ki, hesabat dövrü ərzində Neftçala rayonunun “Neftçala” futbol komandası təsis edilmiş və həmin komanda AFFA tərəfindən təşkil olunan Region Liqası Çempionatında iştirakı təmin edilmişdir. Hal-hazırda çempionat davam edir.
Cari ilin müvafiq dövründə rayonda ideoloji işin gücləndirilməsi işi də daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunmuş nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətləri barədə hər bir vətəndaşımızın məlumatlandırılması məqsədilə ölkədə, o cümlədən yerlərdə baş verən prosesləri düzgün şərh edə bilən, natiqlik qabiliyyətinə malik tanınmış ziyalılar, alimlər, ağsaqqallar, qazilər və digər nüfuzlu şəxslərdən ibarət 40 nəfərlik təbliğat qrupları yaradılmış və həmin qruplar xüsusi qrafikə uyğun olaraq əhali arasında ideoloji maarifləndirmə işinin optimallığını təmin etmək məqsədilə Neftçala rayonunun yaşayış məntəqələrində xüsusi ideoloji maarifləndirmə görüşləri təşkil etmişlər. Belə ki, cari ilin mart ayından etibarən COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin qaydalarının yumşaldılmasından sonra, Rayon İcra Hakimiyyətinin məsul işçiləri və yaradılmış təbliğat qrupunun üzvləri növbəlilik qaydasında rayonun 17 yaşayış məntəqəsində vətəndaşlarla görüşmüş, onlar arasında “Dövlət orqanlarında qanunçuluğun qorunması Azərbaycanda dövlət hakimiyyətinin əsas prioritet istiqamətidir”, “Ailə siyasətinin prioritet istiqamətləri necə qurulmalıdır”, “Azərbaycan regionun süpergüc dövlətinə çevrilib”, “İşğaldan azad edilmiş tarixi torpaqlarımıza böyük qayıdış”,”Ölkənin tarixi mədəni irsinin qorunması”,”Həyata keçirilən hüquqi islahatlar sahəsində şəffaflıq prinsiplərinin qorunması və vətəndaşların ictimai iştirakçılığının təmin edilməsi”,”Heydər Əliyev Fondu xeyirxahlığın təcəssümüdür”, “Azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədi yaşar memarıdır”,”Milli-mənəvi dəyərlərimizin tərənnümü və təbliği”, “İnsanların sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği dövlətimizin prioritet istiqamətlərindəndir”, “Ölkə başçısı tərəfindən həyata keçirilən sosial yönümlü islahatlar”, “Hüquqi dövlət prinsipləri”, “Azərbaycan Cənubi Qafqazın ən stabil dövlətidir”, ”Qarabağ Azərbaycanın, Şuşa isə Qarabağın incisidir”,”Vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların rolu-ictimai iştirakçılıq”,”Multikultural dəyərlər” kimi mövzular ətrafında geniş təbliğat işləri aparılmışdır. Bundan əlavə ideoloji maarifləndirmə tədbirləri rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri arasında da aparılmışdır. Belə tədbirlər çərçivəsində Heydər Əliyev Mərkəzində, Yeni Azərbaycan partiyası Neftçala Rayon Təşkilatının Qərərgahında, Dövlət Aqrar İnkişaf Mərkəzinin Neftçala rayon Filialında, Neftçala rayon İcra Hakimiyyətində və bir çox idarə, müəssisə və təşkilatlarda, o cümlədən təhsil müəssisələrində şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, rayon ziyalılarının, nüfuzlu şəxslərin, gənclərin, özəl sektorun nümayəndələrinin və digər kateqoriyadan olan şəxslərin iştirakı ilə görüşlər keçirilmiş, “Ölkədə uğurlu sosial layihələrin icrası”, “Ömrünü Xalqına bağışlayan Lider”, ”Dövlətə və Xalqa layiqli xidmət, “Özəl sektorun inkişafında dövlət təminatı”,”Uşaqların hüquq və azadlıqlarının dövlət təminatı” və “Psixoloji gərginliklərin yaranması səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda ideoloji maarifləndirmə tədbirləri təşkil olunmuşdur.Bundan əlavə bildirmək istəyirik ki, ideoloji maarifləndirmə tədbirləri təkcə görüşlər, diskusiyalar formatında deyil, idman yarışlarının təşkili, maarifləndirici videoçarxların hazırlanaraq gənclər arasında təbliği və müxtəlif metodlarlada həyata keçirilmiş, keçirilən tədbirlər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının internet və sosial şəbəkələrdə açılmış səhifələri üzərindən yayımlanmış, o cümlədən respublikanın bir çox oxunaqlı xəbər saytlarında və qəzetlərində işıqlandırılmışdır.
İdeoloji maarifləndirmə işinin optimallaşdırılması və daha çevik şəkildə həyata keçirilməsi məqsədilə Heydər Əliyev Mərkəzinin işinin təkmilləşdirilməsi sahəsində də bir sıra işlər görülmüş, Ulu Öndərin həyat və fəaliyyətinin təblıği məqsədilə Mərkəzin tərkibində fəaliyyət göstərən tədqiqat qrupu təbliğat işlərini davam etdirmiş, online və əyani şəkildə keçirilən xüsusi dərs saatlarında siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş Heydər Əliyevin xalqımızın tarixi taleyində, onun mənəvi, siyasi və ictimai həyatındakı misilsiz xidmətləri bir daha yetişməkdə olan gənc nəslin nümayəndələrinin nəzərlərinə çatdırılmışdır.
Hesabat dövründə Neftçala Rayonu İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın tarixində və xalqımızın həyatında baş vermiş əlamətdar və xüsusi günlərlə bağlı silsilə mədəni-kütləvi tədbirlər təşkil edilmişdir.
Cari ilin yanvar ayının 17-də Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı Neftçalaya səfər etmişdir. Səfər zamanı qonaq rayonda fəaliyyət göstərən istehsal obyektləri və mədəni-kütləvi obyektlərin fəaliyyəti ilə tanış olmuş,həmçinin Neftçala rayonunun iqtisadi və sənaye cəhətdən mövcud potensialı Yaponiyalı səfirin diqqətinə çatdırılmışdır. Görüşün sonunda Yaponiyalı səfirə Neftçala rayonu adından xatirə hədiyyəsi təqdim olunmuşdur.
Hesabat dövründə xalqımızın azadlığı və müstəqilliyimiz uğrunda həlak olmuş 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin anılması məqsədilə, rayon ictimaiyyətinin nümayəndələri, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə ümumrayon tədbiri təşkil olunmuşdur. Tədbir iştirakçıları ilk öncə 20 Yanvar şəhidləri üçün ucaldılmış abidə və Neftçalalı Şəhidlərin Xatirə Kompleksini, sonra isə Neftçala şəhər qəbiristanlığında dəfn edilmiş rayon şəhidlərimizin məzarları ziyarət edilmiş, ruhlarına dualar oxunmuşdur.
Eyni zamanda qeyd etmək istəyirik ki, hesabat dövründə qanlı 20 Yanvar hadisələrinin davamı olaraq, Neftçala rayonunda törədilmiş 25 Yanvar hadisələrinin 32-ci ildönümü ilə bağlı rayonun ümumtəhsil, mədəniyyət və digər idarə, müəssisə və təşkilatlarında müxtəlif səpgili anım günləri, tədbir proqramları təşkil olunmuşdur.
Rayon ərazisində gənclər arasında xüsusi isteda malik şəxslərin seçilməsi məqsədilə keçirlən tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yanvar ayında ”Master Chef ” müsabiqəsinin final mərhələsi keçirilmişdir.Keçirllən final mərhələsində Neftçala, Salyan, Suraxanı və Hacıqabul rayonlarından olan peşə təmayüllü siniflərin aşpazlıq üzrə təhsil alan şagirdləri iştirak etmişlər.”Master Chef” müsabiqəsinin final mərhələsinin sonunda gənc aşpazlar müxtəlif nominasiyalar üzrə Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışlar.
Hesabat dövründə Rayon İcra Hakimiyyəti tərəfindən rayonun bir çox ümumtəhsil müəssisələrini əhatə edən “Fövqəladə hallarda davranış qaydaları” adlı təlim-layihəsinin yekun tədbiri keçirilmişdir. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, təşkil olunan tədbirdə layihə haqqında tədbir iştirakçılarına əhatəli məlumat verərək, təlimlərin məqsədi, davametmə müddəti, təlimlərin təşkil olunduğu məktəblər və məktəbəqədər müəssisələr haqqında geniş məruzə ilə çıxış etmişlər.Tədbirin sonunda layihənin icra müddəti ərzində fəallıq göstərən şagirdlər Rayon İcra Hakimiyyətinin sertifikatları ilə təltif olunmuşlar.
Cari ilin müvafiq dövründə Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatına yeni sədr, Rayon Gənclər və İdman İdarəsinə isə yeni rəis təyinatı həyata keçirilmişdir. Belə ki, Yeni Azərbaycan Partiyasının İdarə heyyətinin videokonfrans formatında keçirdiyi növbəti iclasda yerli təşkilatlara, o cümlədən Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatına Fərzəliyev Ülvi Cəlil oğlu sədr, Əhmədov Araz Tofiq oğlu isə Neftçala rayon Gənclər və İdman İdarəsinə rəis təyin olunaraq , rəhbərlik etdiyi kollektivlərə təqdim olunmuşlar.
Qeyd edirik ki, hesabat dövrü ərzində Gənclər və İdman Naziri cənab Fərid Qayıbov rayonumuza səfər edərək tikilməkdə olan Neftçala Olimpiya İdman Kompleksində aparılan işlərlə tanış olub, iş icraçılarına müvafiq tövsiyyə və tapşırıqlarını vermişdir.
Əhali arasında ideoloji maarifləndirmə işinin optimallaşdırılmasını təmin etmək məqsədilə maarifləndirmə tədbirlərindən biri də, hesabat dövrünün fevral ayında “Ölkədə uğurlu sosial layihələrin icrası” mövzusunda Heydər Əliyev Mərkəzində baş tutmuşdur.Tədbirdə Vətən Müharibəsi zamanı qəhrəmancasına həlak olmuş Şəhidlərimizin valideynləri, müharibə iştirakçıları və bir sıra idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Məlumat üçün bildiririk ki, hesabat dövründə 2022-ci il Gənclər üçün Prezident mükafatının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq Sərəncamına əsasən Neftçala rayonu Xıllı qəsəbə sakini Xəlilli Əliqənbər Yadigar oğluda mükafat alacaq gənclərdən olmuşdur. 2017-2021-ci illərdə “Azərcell Telecom” şirkətində proqramçı mühəndis, məhsul və servislərin idarəolunması qrupunun texniki koordinatoru və həmin qrupun rəhbəri vəzifəsində çalışmış,Vətən Müharibəsi zamanı “Azərcell Telecom” şirkətində məhsul və servislərin idarəolunması qrupunun rəhbəri olaraq 5 milyondan çox abunəçiyə telekommunikasiya xidmətlərinin fasiləsiz və keyfiyyətli təmin edilməsində aktiv rolu olan Xəlilli Əliqənbər Yadigar oğlu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş və bu ali mükafata layiq görüldüyü üçün cənab Mirhəsən Seyidov ona öz təbrikini çatdıraraq gələcək işlərində uğurlar arzulamışdır.
Hesabat dövründə Uşaq Gənclər İdman Şahmat məktəbinin yetirməsi, boksçu Elsevər Abdullayev 11-17 fevral 2022-ci il tarixlərində, gənclər arasında keçirilən “Boks üzrə Gənclər arasında Ölkə birinciliyində” iştirak etmiş və yarışda bürünc medala laiq görülmüşdür. Əlavə olaraq qeyd etmək istəyirik ki, Neftçala rayonu Abasallı kənd tam orta məktəbin 5-ci sinif şagirdi Şahmur Abızadə və 8-ci sinif şagirdi Tərlan Abıyev, Yuxarı Qaramanlı kənd tam orta məktəbin 5-ci sinif şagirdi Kənan Paşazadə və 7-ci sinif şagirdi Şəhriyar Sayılov 26-27 fevral 2022-ci il tarixlərində Xocalı Faciəsinin 30-cu il dönümünə həsr olunan Juboksinq Citsu kontakt Respublika Turnirində öz çəki dərəcələrində 1-ci yerə layiq görülmüşlər.
Hesabat dövründə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə kişilər və qadınlar arasında 08-10 aprel 2022-ci il tarixlərində ağır atletika üzrə müxtəlif çəki dərəcələrində Bakı şəhərində keçirilən ölkə birinciliyində İmanova Fazilə Ağadədə qızı və Kazımov Ramiz Zahid oğlu 55 kq çəki dərəcəsində II və III yerlərin qalibləri olmuşlar.Məlumat üçün bildiririk ki, hər iki ağır atletika idman növü üzrə II və III yerin qalibləri, o cümlədən boks idman növü üzrə 57 kq çəki dərəcəsində respublika birinciliyində III yerin qalibi Babayev Abasağa Əliqulu oğlu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş və onlara Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunmuşlar.
Hesabat dövründə Neftçala rayonunda ilk dəfə avarçəkənlərin təlim-məşq toplanışı keçirilmişdir.İdman təlim-məşq toplanışı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası avarçəkənlərinin təşkilatçılığı ilə təşkil olunmuş və tədbir neftçalalıların böyük sevincinə səbəb olmuşdur.
Hesabat dövründə həmçinin, gənclər və şagirdlər arasında proqramlaşdırma qabiliyyətinin artırılması, mühəndislik bacarığını təbliğ etmək, Tingercard proqramında rahatlıqla çalışmağın asanlaşdırılması, 3D printerlərindən düzgün istifadə etmək və digər vərdişləri aşılamaq üçün təşkil olunmuş “Baxışımız Gələcəyə-Ağıllı kənd Neftçala məktəblilərinin 3D texnologiyası” V qrant müsabiqəsinin yekun mərhələsi keçirilmişdir.Bildiririk ki, layihə 30 sentyabr 2021-ci il tarixdən 31 yanvar 2022-ci il tarixə kimi 4 ay müddətində davam etmiş, layihədə 100-dən artıq 7-12 yaş arası məktəbli iştirak etmişdir.
Bildiririk ki, hesabat dövründə Rayon İcra Hakimiyyətində Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən məktəblilər və onların valideynləri ilə görüş keçirilmişdir. Keçirilən görüş zamanı Rayon İcra Hakimiyyətinin Başçısı Forumda iştirak edən şagirdləri təbrik edərək onlara, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Uşaq ili” elan etdiyi 2009-cu ildən başlayaraq keçirilən Uşaq Forumlarının ənənə hal aldığını, uşaqlara qarşı hər zaman Prezident cənab İlham Əliyev və Birinci vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən diqqət və qayğıdan söz açmışdır.
Hesabat dövründə Neftçala rayon İcra Hakimiyyətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Komissiyanın növbəti iclası keçirilmişdir.İclas zamanı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı və Komissiyanın 2022-ci il üçün tərtib edilmiş İş Planı və nəzərdə tutulan məsələlər, bəşəriyyətin ən böyük problemlərindən birinə çevrilən narkomaniyanın qarşısının alınması istiqamətində bəzi məqamlar müzakirə olunmuşdur.
Cari ilin fevral ayında Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhali arasında ideoloji maarifləndirmə işinin optimallığını təmin etmək məqsədilə “Uşaqların hüquq və azadlıqlarının dövlət təminatı” və “Psixoloji gərginliklərin yaranması səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda məktəblilər və gənclər arasında növbəti maarifləndirmə görüşü keçirilmişdir. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Qanunvericilik aktlarında uşaq hüquqlarının qorunması, Uşaq hüquqlarının qorunması sahəsində Yerli İcra Hakimiyyəti orqanlarında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti, müasir dövrümüzdə uşaqlara qarşı hər cür zorakılığın qarşısının alınması, narkomaniya, erkən nigah haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş və sonda mövzuya aid hazırlanmış videoçarx nümayiş etdirilmişdir.
2022-ci ilin müvafiq dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 27 fevral 2020-ci il 1859 saylı “Açıq hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” Sərəncamının icrası ilə bağlı Mərkəzi Bank tərəfindən hazırlanan Tədbirlər Planına uyğun olaraq Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin rəhbərləri ilə videoformatda görüş keçirilmişdir.Keçirilmiş görüşdə videokonfransın iştirakçılarına maliyyə xidmətləri sahəsində şəffalığın artırılması, nəzarət subyektləri tərəfindən təqdim edilən hesabatlılığın təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, səhmdar cəmiyyətlər arasında daha geniş miqyaslı kommunikasiyanın yaradılması, hesabatlılıqla əlaqədar qanunvericilik tələblərinin izah olunması məsələləri haqqında geniş məlumat verilmişdir.
Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində fevral ayında işgüzarlığı ilə seçilən jurnalist, zəngin əmək təcrübəsinə malik Səmayə Məmmədovanın təcrübəsinə, əmək fəaliyyətinə həsr olunmuş “Peşəkarlığın rəsmi” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.Tədbirdə iştirak edən Səmayə Məmmədova həyat və yaradıcılığı, 22 illik əmək fəaliyyətindəki təcrübəsi haqqında təqdimat iştirakçılarına geniş məlumat vermişdir.Tədbirin sonunda müəllif Səmayə Məmmədova “Peşəkarlığın rəsmi” kitabına ürək sözlərini yazaraq oxucularına hədiyyə etmişdi
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Respublikanın hər yerində olduğu kimi Neftçala rayonunda da anım günü qeyd olunmuşdur. Anım günü münasibətilə Rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Xocalı abidəsi önünə əklil və gül dəstələri qoyulmuş, Heydər Əliyev Mərkəzində məktəblilərin Xocalı qətliamına həsr etdikləri rəsm sərgisinə və Neftçala rayon Mədəniyyət evinin kollektivinin hazırladığı “Salam Xocalı dərdim “ adlı ədəbi-bədii kompozisiyasına baxış keçirilmişdir.
Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ”Xocalıya Ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində 26 fevral Xocalı soyqırımında həyatlarını itirənlərin əziz xatirəsinə həsr olunan ağac əkmə aksiyası keçirilmiş, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Mart ayında Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin dəstəyi ilə Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun adının əbədiləşdirilməsi ilə əlaqədar rayon tədbiri təşkil olunmuşdur.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, İrəli İctimai Birliyinin sədri və Vətən Müharibəsi iştirakçısı Şahin Rəhmanlı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq–mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri və müharibə iştirakçıları iştirak etmişlər.Tədbirdə İrəli İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə hazırlanan Müzəffər Əsgərimiz-Camal İsmayılov adlı videoçarxın təqdimatı olmuş, Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladığı müsiqili proqram izlənilmişdir.
Hesabat dövründə Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Təbrik şadlıq sarayında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhid anaları, müharibə iştirakçıları və onların həyat yoldaşları üçün bayram süfrəsi təşkil olunmuş, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı qadınları bayram münasibətilə təbrik etmiş, şəhid analarına, müharibə iştirakçılarının həyat yoldaşlarına hədiyyələr təqdim edilmişdir.
Cari ilin müvafiq dövründə Neftçala rayon İcra Hakimiyyətində BMT-nin Miqrasiya Agentliyinin Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşları ilə görüş təşkil olunmuşdur.Görüşdə Beynəlxalq Miqrasiya Təşkilatının Xəzər dənizi bölgəsində urbanizasiya və iqlim dəyişikliyinə uyğunlaşma proqramı çərçivəsində ətraf mühitin çirklənməsinin ekoloji tarazlığın pozulmasının və iqlim dəyişikliklərinin insan həyatına olan təsirləri və rayonun əsas rastlaşdığı problemlər haqqında məsələlər müzakirə olunmuşdur.
Hesabat dövründə Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda müsəlman dünyasının hər il böyük sevinc və təntənə ilə qeyd etdiyi qədim tarixi keçmişə malik Novruz bayramı geniş qeyd olunmuşdur. Novruz bayramına həsr edilmiş rəsm əsərlərinə və adət-ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçirilmişdir. Bayram tədbiri Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon nümayəndəliyinin , Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladıqları kompozisiyalarla davam etdirilmişdir. Novruz bayramı günlərində Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul işçiləri, o, cümlədən digər rəhbər şəxslər ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Şəhid ailələrini ziyarət etmiş, onların qayğı və problemləri ilə yerindəcə tanış olmuşlar.
Hesabat dövrü ərzində Vətən Müharibəsi zamanı qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucalan həmyerlilərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra yaddaqalan tədbirlər təşkil olunmuşdur. Belə ki, Aşağı Surra kəndində Vətən Müharibəsi zamanı həlak olmuş Şəhid Vasif Mehbalıyevin, Neftçala şəhəri ərazisində Vətən Müharibəsi zamanı Şəhid olmuş Pərviz Məmmədlinin, Mirqurbanlı kəndi ərazisində Vətən Müharibəsi Şəhidi İmanov Məmmədağa İqab oğlununda doğum günü qeyd olunmuş və şəhidlərin adlarını daşıyan bulaqların açılış mərasimləri keçirilmişdir. Keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayonun digər rəhbər şəxsləri iştirak etmişlər.
Mart ayında Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Leykozlu Uşaqlara Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər mövzusunda təlim keçirmişdir.
31 Mart Azərbaycanlıların Soyqırımı gününün 104-cü il dönümü respublikanın hər yerində olduğu kimi Neftçala rayonunda da qeyd olunmuşdur.Tədbir iştirakçıları ilk öncə Neftçala şəhərinin mərkəzində ucaldılan Şəhidlər Abidə Kompleksini, Bankə qəsəbəsində 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edərək abidə komplekslərinin önünə gül dəstələri düzmüş, həlak olanların əziz ruhlarına dualar oxumuşlar. 31 Mart Azərbaycanlıların Soyqırımı gününün 104-cü il dönümü ilə bağlı Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər İdman Şahmat məktəbinin təşkilatçılığı ilə idmanın şahmat növü üzrə rayon turniri keçirilmişdir.Eyni zamanda vətəndaşlar arasında ideoloji maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycanın tarixi və mədəni irsinin qorunması, 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar rayon sakinləri ilə növbəti maarifləndirmə tədbiri təşkil olunmuşdur.
Hesabat dövründə Neftçala rayonunda Aprel döyüşlərinin 6-cı ildönümü qeyd olunmuşdur. Rayon rəhbərliyi və digər tədbir iştirakçıları ilk öncə Şəhidlər Xiyabanında dəfn olunmuş Aprel döyüşləri zamanı Şəhid olan Milli Qəhrəman mayor Samid İmanovun və rayonun Aşağı Qaramanlı kəndində dəfn olunan Şəhid gizir Elimdar Səfərovun qəbrini ziyarət etmiş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.
Aprel ayında Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Rayonun Xıllı qəsəbə 1 saylı tam orta məktəbində Sağlam gənclik adlı maarifləndirici tədbir keçirilmişdir.Tədbirdə çıxış edənlər bu gün ümumbəşəri bəla hesab olunan və ağ ölüm adlandırılan narkomanlıqla mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən qanunlar və Dövlət Proqramları barədə tədbir iştirakçılarını məlumatlandırmışlar.
Cari ilin müvafiq dövründə gənclərin könüllü fəaliyyətə cəlb olunması, onların fərdi inkişafı və regionlarda gənclər arasında şəbəkənin genişləndirilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə gənclərlə növbəti görüş keçirilmişdir.Görüşdə iştirak edən 17-29 yaş arası neftçalalı gənclərə RİİB-nin əməkdaşları tərəfindən könüllülük fəaliyyətinin məqsədləri, istiqamətləri, könüllülərlə birgə keçirilən sosial aksiyalar, tədbirlər barədə geniş məlumatlar verilmişdir.
Aprel ayında I Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş Şəhid Mehman Səfərovun doğum günü ilə əlaqədar Şəhidin adını daşıyan İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada anım tədbiri keçirilmişdir.Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin məsul şəxsləri çıxış edərək Şəhidin ömür və döyüş yollarından söhbət açaraq tədbir iştirakçılarına geniş məlumat vermişlər.
Cari ilin müvafiq dövründə Rayon İcra Hakimiyyəti yanında yaradılan İctimai Şuranın növbəti iclası keçirilmişdir. Keçirilən Şura iclasında iki məsələ-kənd qadınlarının məşğulluq məsələsi və torpaqların istifadə olunması üçün sənədləşmə prosedurunun sadələşdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılmış, sonda yekun qərar layihəsi qəbul edilmişdir.
Hesabat dövründə Mübarək Ramazan ayı ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunmuş, İftar süfrəsində Ramazan ayının insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından danışılmış və şəhidlərimizin ruhuna dualar oxunmuşdur. İftar süfrəsində Milli Məclisin deputatı Sabir Rüstəmxanlı da iştirak etmişdir.
Aprel ayında Regional İnkişaf İctimai Birliyinin əməkdaşları tərəfindən könüllülərlə görüş keçirilmiş, onların fəaliyyətinin mahiyyəti və gənclərin şəxsi inkişafındakı könüllülük fəaliyyətinin əhəmiyyətindən, liderlik bacarıqları, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkilində könüllü fəaliyyətinin faydası və bu sahədə digər vacib məqamlar barədə geniş məlumat verilmişdir.
Hesabat dövründə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının və Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq Komissiyasının birgə təşkilatçılığı ilə Erkən nikahlar və məişət zorakılığı ilə mübarizə tədbirləri mövzusunda rayonun Xolqarabucaq kəndində növbəti görüş keçirilmişdir.
Hesabat dövründə Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardininin Neftçala rayonuna səfəri baş tutmuşdur. Səfirlə görüş zamanı Rayon İcra Hakimiyyətinin Başçısı Azərbaycan-Meksika arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayaraq ölkələrimiz arasında tərəfdaşlığın inkişaf perspektivlərini, Neftçala rayonunun iqtisadi və sənaye cəhətdən perspektivli rayon olmasını Meksika səfirinin diqqətinə çatdırmışdır.Səfər zamanı səfir Neftçala Avtomobil zavoduna, Azerbaijan Fish Farm balıq artırma zavoduna baş çəkərək müəssisələrin iş fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Cari ilin müvafiq dövründə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “GƏNC SHOW” şən və hazırcavablar klubunun final mərhələsinin təqdimatı keçirilmişdir. Final mərhələsində ilk 3-lüyə vəsiqə qazanan komandalar hazırladıqları səhnəcikləri nümayiş etdirmişlər.Tədbirin sonunda “GƏNC SHOW” şən və hazırcavablar klubunun rayon mərhələsinin seçim turunda iştirak edən 27 komanda və ilk yerin qalib olan komandalar təşəkkürnamə, medal, xatirə hədiyyəsi,qalib komanda isə kubokla mükafatlandırılmışlar.
Hesabat dövründə həmçinin Neftçala rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə “AZƏR YOD” MMC-də Kimyaçılar günü qeyd olunmuşdur.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı və digər məsul şəxslər iştirak etmişlər.Tədbir iştirakçıları ilk öncə zavodun iş fəaliyyəti ilə tanış olmuş və yod istehsalı ərazisinə baxış keçirmişlər.Tədbir sonra rayon Mədəniyyət evinin hazırladığı bayram konserti ilə davam etmişdir. Sonda Rayon İcra Hakimiyyəti tərəfindən “AZƏR YOD” MMC-nin baş direktoru Rəşad Xəlilova və bir neçə zavodun əməkdaşına Fəxri Fərman və xatirə hədiyyələri təqdim etmişdir.
1 iyun Uşaqların Beynəlxaq Müdafiəsi günü münasibətilə Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi və Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, Şəhid valideynləri və onların bizlərə yadigar qalan övladları, ictimaiyyət nümayəndələri iştirak etmiş, Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara İsmayılova çıxış edərək 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə uşaqları təbrik etmiş, Şəhid ailələrinə və onların övladlarına göstərilən qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını çatdırmışlar.
Hesabat dövründə Vətən Müharibəsi zamanı Şəhid olmuş Neftçala rayon Dalğalı kənd sakini İmanov Məmmədağa İqab oğlunun ildönümü qeyd olunub.Rayon rəhbərliyi Şəhidin il mərasimində iştirak etmiş, sonra onun məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülmüş, ehsan süfrəsi təşkil edilmişdir.
Narkomaniya və ona bərabər tutulan digər neqativ hallara qarşı mübarizə tədbirləri çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2022-ci il üçün tərtib edilən iş planına uyğun olaraq Neftçala şəhər Samid İmanov adına 1 saylı tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı maarifləndirici görüş keçirilmişdir.Tədbirdə çıxış edən komissiya üzvləri bu gün ümumbəşəri bəla hesab edilən və doğru olaraq “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən Qanun və Dövlət Proqramlarından, müxtəlif istiqamətlər üzə narkomaniya qarşı mübarizə sahəsində Dövlət siyasətindən bəhs etmişlər.
Hesabat dövründə Xəzər dənizinin Neftçala rayonu ərazisinə düşən sahilboyu çimərlik ərazisində Rayon İcra Hakimiyyətinin dəstəyi və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə “5 iyun –Ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar təmizlik aksiyası keçirilmişdir.Aksiya zamanı sahil boyu 3 km məsafədə olan ərazi plastik qablardan, şüşə və digər tullantılardan təmizlənmiş,eyni zamanda sahil zonasında ümumi uzunluğu 150 m olan 8 ədəd sintetik balıq torları toplanaraq tullantılarla birlikdə xüsusi nəqliyyat vasitələri ilə tullantılar poliqonuna daşınmışdır.Ümumilikdə aksiyada 80 nəfər gənc və məktəbli iştirak etmişdir.
Hesabat dövründə rayonda Ağsaqqallar Şurasının növbəti illik hesabat yığıncağı keçirilmişdir.Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov və Respublika Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovada iştirak etmişdir. Tədbirdə çıxış edənlər milli-mənəvi dəyərlərimizin geniş təbliğinin, gənclərlə aparılan işlərin effektivliyinin daha da artırılmasından, bu sahədə, əsasən rayon ərazilərində hərtərəfli maarifləndirici fəaliyyətin həyata keçirilməsinin vacibliyindən söz açmışlar.
Cari ilin müvafiq dövründə İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönələn “Zəngin hövzələr” layihəsi çərçivəsində nərə balıqlarının Kür çayına buraxılması mərasimi keçirilib.Tədbirdə Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov,Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cunici, İDEA İctimai Birliyinin icraçı direktoru Surxay Əsgərov, Lu MU Holdingin rəhbəri Rufat Tabasaranski və könüllülər iştirak etmişlər.Tədbirdə Kür çayına ümumilikdə “Xıllı Balıq” MMC-yetişdirilən 1000 ədəd nərə balığı buraxılmışdır.
Hesabat dövründə ən yadda qalan hadisələrdən biri kimi, Ölkə Başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən uzun müddət yararsız vəziyyətdə olan Neftçala-Xol Qaraqaşlı-Şorsulu(7km)-Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yolunun yenidən qurulması üçün 3,9 milyon vəsaitin ayrılmasını qeyd etməliyik.Ölkə başçısı tərəfindən imzalanan müvafiq Sərəncam, qeyd olunan ərazilərdə yaşayan neftçalalıların sonsuz sevincinə səbəb olmuşdur.
Müstəqillik tariximizin dönüş nöqtəsi olan 15 iyun Milli Qurtuluş günü Respublikanın hər yerində olduğu kimi Neftçaladada böyük coşqu ilə qeyd olunmuşdur.Tədbir iştirakçılar, ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri düzmüşlər.Tədbir sonra Hüseyn Cavid adına Mədəniyyət və İstirahət parkında bayram konserti ilə davam etdirilmişdir.
Hesabat dövründə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Neftçala rayonuna səfər edərək, Neftçala rayon Mərkəzi Xəstəxanasında Neftçala və Salyan rayonundan olan vətəndaşların qəbulunu həyata keçirmişdir.
Cari ilin iyun ayında Neftçala rayonu İcra Hakimiyyətinin inzibati binasında Dövlət Qulluqçularının peşə bayramı qeyd olunmuşdur. Tədbirdən öncə rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və həmin müəssisələrdə çalışan dövlət qulluqçuları Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət etmiş, Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək ruhlarına dualar oxunmuşdur. Tədbirdə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov tərəfindən “Fəxri Fərmanlar” təqdim olunmuşdur.Məlumat üçün bildiririk ki, ölkə başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən bu il Neftçala rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini Sadıqova Nigar Pirverdi qızı “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
İyun ayında həmçinin 26 iyun Silahlı Qüvvələr günü münasibətilə ümumrayon tədbiri təşkil olunmuşdur. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin önündə yerləşən Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə gül dəstələri qoyaraq ruhunu ehtiramla yad etmişlər. Tədbir sonra Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Neftçala rayon İcra Hakimiyyətinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə, Neftçala Mədəniyyət evinin musiqiçiləri tərəfindən hazırlanmış bayram konserti ilə davam etmişdir.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında, o cümlədən hərbi xidmətləri zamanı fərqlənmiş bir qrup hərbi qulluqçulara, “Şahin” və “Sərhədçi” hərbi-idman oyunlarıının qalib komandalarının üzvlərinə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.
İyun ayının 25-də Heydər Əliyev Mərkəzində “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin, Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırladığı “Bir qəsəbənin üç Milli Qəhrəmanı” adlı filmin təqdimatı keçirilmişdir. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, Şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirilən tədbirdə Qarabağ müharibəsi zamanı erməni işğalçılarına qarşı mübarizədə misilsiz qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Neftçala rayonunun Həsənabad qəsəbəsindən olan iki milli qəhrəmanı Zakir Məcidov və Samid İmanov, o, cümlədən, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov haqqında, onların göstərdikləri qəhrəmanlıqlar və döyüş yolundan bəhs edilmiş, filmə baxış keçirilmişdir.
İyun ayının 28-də BMT-nin HABİTAT(Əhali Məskunlaşması Proqramı) təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisi ilə birlikdə hazırladığı regional layihə sənədi əsasında Neftçala rayon İcra Hakimiyyətində növbəti görüşü keçirilmişdir.Görüş çərçivəsində gələcəkdə sahilyani ərazilərin iqlim dəyişiklərinin təsirinə adaptasiya istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə regional layihə çərçivəsində Neftçala rayonu üzrə fəaliyyətlərin icra edilməsi perspektivləri müzakirə edilib.
30 iyun 2022-ci il tarixində Camal İsmayılov adına Uşaq İncəsənət məktəbində rayon rəhbərliyinin, Şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarının, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yazıçı publisist Əlövsət Polad və yazar Ələkbər Zahidovun birgə müəllifi olduqları “XXI əsrin Qarabağnaməsi” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.Tədbirdə Milli Məclisin deputatı cənab Sabir Rüstəmxanlı da iştirak etmişdir.
Hesabat dövrünün iyul ayının 4-də Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2022-ci il üçün tərtib edilmiş iş Planı və 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ” ilə bağlı Heydər Əliyev Mərkəzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində "Narkotikı yox, sağlam həyatı seç" adlı maarifləndirici tədbir keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların , həmçinin müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Cari ilin iyul ayının 7-də Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi, Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsi zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən baş gizir İsmayılov Camal Vidadi oğlunun anadan olmasının 38-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak etmişlər.Tədbir zamanı Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun büstünün açılış mərasimidə baş tutmuşdur.
Cari ilin iyul ayında Mirqurbanlı kənd tam orta məktəbində Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Gender əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyasının təşkilatçılığı ilə “Məişət zorakılığı və gender əsaslı zorakılıqla necə mübarizə aparmaq olar?” mövzusunda tədbir keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçisi və Neftçala Qadın Resurs mərkəzinin kordinatoru təqdimatla çıxış edərək mövzu ətrafında ətraflı məlumat vermişlər.
Cari ilin iyul ayında Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə R.Əliyev adına Yuxarı Qaramanlı kənd tam orta məktəbində “Erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib.Tədbirdə çıxış edənlər dövrümüzün ən aktual sosial problemlərindən olan erkən nikahla mübarizə ilə əlaqədar Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın həyata keçirdiyi tədbirlər barədə, qanunvericilikdə nikah yaşı, erkən nikahın səbəbləri,fəsadları, təhsilin effektiv başa çatdırılmasına törətdiyi maneələr barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.
Əhali arasında ideoloji maarifləndirmə tədbirləri çərçivəsində cari ilin iyul ayında Rayon İcra Hakimiyyəti tərəfindən “İdman Sağlam həyat tərzinin təşviqi və asudə vaxtın təşkilində başlıca amildir” mövzusunda növbəti ideoloji maarifləndirmə tədbiri baş tutmuşdur. Tədbir Uşaq Gənclər, İdman və Şahmat məktəbində keçirilmişdir. Tədbirdə çıxış edən natiqlər gənc nəslin sağlam böyüməsi, zərərli vərdişlərdən uzaq olması, gümrah bədən quruluşuna malik olmaları üçün erkən yaşlardan onlarda sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşmasının vacib olduğunu qeyd etmiş, respublikamızın bütün regionlarında gənclərin asudə vaxtlarının səmərəli təşkil etmələri üçün yaradılmış əlverişli şəraitə görə Ölkə Başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıq hisslərini bildirmişlər.
Hesabat dövründə Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşlarının neftçalalı abituriyentlərlə görüşü keçirilib.Görüşdə məqsəd Agentliyin Mərkəzi Karyera filialı tərəfindən ölkənin 11 iqtisadi-coğrafi rayonunu əhatə edəcək “İxtisas bələdçisi” layihəsi çərçivəsində abituriyentlərə peşə və ixtisas seçimi sahəsində maarifləndirmə və karyera məsləhət xidmətlərinin göstərilməsi olub.
Qeyd etmək istəyirik ki, hesabat dövründə Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına bir çox az təminatlı ailələrin sosial, maddi, təhsil, səhiyyə və digər istiqamətdə olan xərclərinin qarşılanmasına müvafiq maddi köməkliklər olunmuşdur.Maddi yardım göstərilənlərdən biri Xıllı qəsəbə sakini Xəlilova Nuridə Asif qızı olmuşdur ki, O, Xıllı qəsəbəsində keçirilən səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin Başçısından az yaşlı övladı Xəlilov Əli Rəhim oğlunun hər iki bud sümüklərinin valqus deformasiyası xəstəliyindən əziyyət çəkdiyini bildirmiş, övladının əməliyyat olunmasına müvafiq maddi köməklik olunmasını xahiş etmişdir.Vətəndaşın müraciəti nəzərə alınaraq Rayon İcra Hakimiyyətinin Başçısının müvafiq Sərəncamına əsasən Xəlilova Nuridə Asif qızına övladını əməliyyat etdirməsi üçün maddi köməklik olunmuş və onun övladı uğurlu keçən əməliyyatdan sonra Rayon rəhbərliyi tərəfindən yaşadığı mənzilində ziyarət olunmuşdur.
Cari ilin avqust ayının 9-da Boyat kənd tam orta məktəbində Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən “Gender əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası” nın təşkilatçılığı ilə “Məişət zorakılığı və gender əsaslı zorakılığa yox deyək və onunla birgə mübarizə aparaq!” adlı tədbir keçirilib.Tədbirdə çıxış edənlər məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu və demək olar ki, məişət zorakılığının əksər ailələrdə özünü müəyyən formalarda birüzə verdiyini, bəzən fiziki, cinsi şiddət, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğu diqqətə çatdırmışlar.
Hesabat dövründə “Xəzər” günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Xəzər dənizi sahilindəki ərazilərində təmizlik aksiyası keçirilib.Aksiya nəticəsində ümumilikdə 12 hektar sahədən 150 kq tullantı və 50 metr sintetik tor toplanaraq məhv edilmişdir.
Cari ilin avqust ayının 16-da ideoloji maarifləndirmə tədbirləri çərçivəsində Neftçala rayon Mədəniyyət Mərkəzində “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” mövzusunda növbəti görüş təşkil olunmuşdur.Tədbirdə çıxış edən natiqlər geniş nitq söyləyərəkAzərbaycanın müxtəlif sivilizasiyaların və mədəniyyətlərin , eləcədə müxtəlif dinə mənsub xalqların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını qeyd etmiş, Azərbaycan və onun sərhədlərinin hüdudlarında multikultural dəyərlərin qorunub saxlanılması və dünya ölkələri və xalqlarına çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Hesabat dövründə Xıllı qəsəbə 2 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən “Erkən nikahlara qarşı bir olaq!” , Qırmızıkənd kənd tam orta məktəbində “Erkən nikah və onun mənfi nəticələri”adlı maarifləndirmə tədbirləri keçirilib.
Cari ilin 25 avqust tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov Neftçala rayonunda vətəndaşların qəbulunu həyata keçirmişdir.
25 avqust 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının inzibati binasında Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kütləvi İnformasiya Vasitələri və Sosial Şəbəkələr üzərindən dövlət siyasətinin geniş təbliğinin ictimai-siyasi sabitliyin təmin olunmasında rolu” mövzusunda növbəti ideoloji maarifləndirmə görüşü keçirilmişdir.Tədbirdə çıxış edənlər demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan və bu istiqamətdə inamla addımlar atan, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən Azərbaycanda kütləvi informasiya vasitələrinə, o, cümlədən azad mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan söz açmış və göstərilən bu yüksək dövləti dəstəyə görə Ölkə Başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıq hisslərini çatdırmışlar.
25 avqust 2022-ci il tarixdə həmçinin Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2022-ci il üçün tərtib edilmiş iş Planına uyğun olaraq rayonun Bankə qəsəbəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Sağlam həyat naminə narkotikə yox deyək” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Hesabat dövründə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan şəhid Rövşən Ağamalıyevin anım günü və onun adına inşa olunmuş şəhid bulağının açılış mərasimi təşkil olunmuşdur.Təşkil olunmuş tədbirdə Şəhidin ailə üzvləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıq və təşəkkürlərini bildiriblər.
Hesabat dövründə Açıq Hökümətin prinsiplərinin və mahiyyətinin cəmiyyət arasında təbliği, o, cümlədən İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması məqsədilə Qeyri Hökümət Təşkilatları ilə münasibətlər qarşılıqlı əməkdaşlıq şəraitində qurulmuşdur. Belə ki, cari ilin sentyabr ayının 9-da Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Şirvan şəhərində təşkil olunan “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda QHT-lər və yerli icra hakimiyyəti orqanları əməkdaşları üçün təşkil olunan təlimlərdə İctimai Şuranın üzvlərinin və Rayon İcra hakimiyyətinin iki əməkdaşının iştirakı təmin olunmuş, oktyabr ayının 13-də “Şəffaf İdarəçilik” İctimai Birliyinə rayon ərazisində “Hökümət qurumlarında ictimai nəzarət, ictimai iştirakçılıq platformalarının yaradılması mövzusunda maarifləndirici görüşün təşkilinə və vətəndaşlar arasında mövcud ictimai şuranın fəaliyəti haqqında sorğunun keçirilməsinə müvafiq şərait yaradılmışdır.
Hesabat dövründə Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Regional İnkişaf İctimai Birliyinin könüllülərinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyi və “EcoHub” ekoloji platformasının könüllülərinin dəstəyi ilə “Xəzəri qoruyaq” Beynəlxalq Sahilyanı Təmizlik aksiyası baş tutmuşdur.Aksiya Şirvanlı kəndi ərazisində yerləşən Müşfiq çimərliyində həyata keçirilmişdir.Məlumat üçün bildiririk ki, bu il “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik aksiyası “Coca-Cola”, “Carlsberg Azerbaijan”, “PAŞA Bank” və “Bakcell” şirkətlərinin tərəfdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ASAN xidmətin dəstəyi və “EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə təşkil olunur.
Cari ilin 13 sentyabr tarixində Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Respublikası İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad filialının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin bir qrup nümayəndələri ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatları nəticəsində Neftçala rayonunundan hərbi xidmətə çağrılmış hərbi qulluqçular əsgər Abdullayev Elvin Elçin oğlu və Fətullayev Rəfail Rüfət oğlu qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlmişlər.Şəhid Fətullayev Rəfail Rüfət oğlu 14 sentyabr 2022-ci il tarixdə, Şəhid Abdullayev Elvin Elçin oğlu isə 27 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılmışlar. Dəfn mərasimlərində Rayon İcra Hakimiyyətinin Başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Bildiririk ki, Ölkə Başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən ölümlərindən sonra Abdullayev Elvin Elçin oğlu “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə, Fətullayev Rafail Rüfət oğlu isə “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşlar.
20 sentyabr-Neftçilər günü Neftçala rayonunda da qeyd olunmuşdur.Tədbir 20 sentyabr 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və “Neftechala Operating Company LTD” şirkətinin dəstəyi ilə “Neftechala Operating Company LTD”-nin Neftçala filialında baş tutmuşdur.Tədbirdə Rayon İcra hakimiyyəti tərəfindən rayonun sosial iqtisadi həyatında göstərdikləri xidmətlərə görə bir qrup neftçiyə Fəxri Fərmanlar və Təşəkkürnamələr təqdim edilmişdir.Tədbirin sonunda rayon rəhbərliyi əvvəllər “Neftechala Operating Company LTD”-nin Neftçala filialında işləmiş və Vətən Müharibəsi zamanı Şəhid olmuş Gözəlov Murad Zabil oğlunun əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzmüşlər.
Cari ilin 28 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev Neftçalada vətəndaşların qəbulunu həyata keçirmişdir.
Hesabat dövründə Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa vuran gənclərlə görüş keçirilib. Görüşdə iştirak edən Rayon İcra Hakimiyyətinin Başçısı könüllülük fəaliyyətlərini başa vuran gəncləri təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır. Görüşün sonunda Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən könüllülük fəaliyyətini uğurla tamamlayan gənclərin hər birinə sertifikatlar təqdim edilmiş və onlarla xatirə şəkli çəkilmişdir.
Respublikanın hər yerində olduğu kimi hesabat dövründə Azərbaycanın Şanlı tarixinə qızıl hərflərlə düşən Vətən Müharibəsinin başlandığı gün-yəni 27 sentyabr Anım günü Neftçalada da geniş şəkildə qeyd olunmuşdur. İlk öncə Rayon İcra Hakimiyyətinin Başçısının müvafiq tapşırıqlarına əsasən Neftçala rayonunun şəhər, qəsəbə və kəndlərində yerləşən Şəhidlər Xiyabanı, Şəhid məzarlarında abadlıq işləri aparılmış, Şəhidlərin şəkil lövhələri təmizlənərək yenisi ilə əvəzlənmişdir. Şəhərin mərkəz prospekt və küçələrində yerləşən yaşayış binaları, eləcədə idarə müəssisə və təşkilatların binaları Azərbaycan bayraqları ilə bəzədilib.27 sentyabr Anım Günündə Rayon İcra Hakimiyyətinin Başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilatların kollektivləri, eləcədə rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Şəhidlər Xiyabanındakı Şəhidlərin məzarları ziyarət olunmuş, Şəhidlərimizin ruhuna dualar oxunub və məzarları üzərinə tər gül dəstələri qoyulmuşdur.Şəhidlərimizin əziz xatirəsinə ağacəkmə aksiyası təşkil olunub, saat 12:00-da Şəhidlərimizin əziz ruhlarına ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olunmuşdur.Bundan başqa Rayon İcra Hakimiyyəti tərəfindən ərazi bütövlüyümüzün, müstəqilliyimizin, konstitusiya quruluşunun müdafiəsi zamanı həlak olmuş Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq ehsan süfrəsi təşkil olunmuşdur.
Hesabat dövrü ərzində 44 gün davam edən Vətən Müharibəsi zamanı qəhrəmancasına həlak olmuş Şəhidlərimizin hər birinin anım günlərində Rayon İcra Hakimiyyətinin Başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilatların kollektivləri, eləcədə rayon ictimaiyyətinin nümayəndələri iştirak etmiş, onların məzarları ziyarət olunmuşdur.
5 oktyabr “Müəllimlər Günü” Neftçala rayonundada geniş formatda qeyd olunub.M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada baş tutan tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin Başçısı rayonun pedoqoji kollektivlərinin hər bir üzvünü ayrı-ayrılıqda peşə bayramları münasibətilə təbrik etmiş, Ölkə Başçısı cənab İlham Əliyevin ölkə təhsilinə olan diqqət və qayğısından, rayonda bir çox ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının zənginləşdirilməsindən, ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolundan söz açmışdır.Tədbirin sonunda Neftçala rayonunun ictimai-siyasi həyatında və təhsilin inkişafında səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisi Fəxri Fərmanlarla təltif olunmuşdur.
Hesabat dövründə “Ekoturizm üçün Azərbaycan dünyanın nadir məkanlarından biridir mövzusunda” növbəti ideoloji maarifləndirmə görüşü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin tabeliyində fəaliyyət göstərən “Xıllı Balıq” MMC-nin kollektivi ilə keçirilib.Tedbirdə iştirak edən çıxışçılar turizmin hazırda aktual olan növlərindən olan ekoturizm barəsində görüş iştirakçılarına məlumat vermiş,ekoturizmin ətraf mühitə zərər verməyən, təbii sərvətlərin qorunmasını təmin edən və onlardan pərakəndə istifadəni məhdudlaşdıran bir turizm növü olduğunu tedbir iştirakçılarının diqqətinə çatdırmışlar.
5 oktyabr 2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Neftçala Qadın Resurs Mərkəzində “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə”, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovada iştirak etmişdir.
Oktyabr ayının 7-də Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimov Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Salyan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxmışdır.
Hesabat dövründə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi tərəfindən “Məsuliyyətli valideyn”- valideyn məsuliyyətinin artırılmasına dair maarifləndirici görüş keçirilmişdir.Görüşdə çıxış edən layihə rəhbəri Şahin Rəcəbov görüş iştirakçılarına valideyn məsuliyyətinin artırılması və bu sahədəki mövcud vəziyyət, valideyn-övlad münasibətləri, valideynlərin hüquq və vəzifələri, eyni zamanda uşaq hüquq və azadlıqları barədə, qeyd olunan sahədə beynəlxalq təcrübəyə dair geniş məlumat verib, iştirakçıların mövzu ilə əlaqədar suallarını cavablandırmışdır.
Hesabat dövründə “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Neftçala Heydər Əliyev Mərkəzində “AZLİNG 2022-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda 70-dən çox dilçi alim və gənc tədqiqatçı iştirak etmişdir.
Hesabat dövründə Neftçala rayonunda Aprel döyüşləri zamanı Şəhid olmuş, Milli Qəhrəman Samid Gülağa oğlu İmanovun xatirə ev muzeyinin, Kürqarabucaq kəndində Şəhid Ağasadıq Aslanovun və Xəqani Hüseynovun xatirə kompleksinin açılışı olmuşdur.Hər iki tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilatların kollektivləri, eləcədə rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Cari ilin sentyabr ayının 27-də Neftçala Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əməkdar mədəniyyət işçisi Yunus Oğuzun Şuşanın 270 illiyinə və 44 günlük Vətən Müharibəsinə həsr etdiyi “Cığır” tarixi romanının təqdimat mərasimi keçirilmişdir.Təqdimat mərasimində Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yaradıcı şəxslər, şairlər, Şəhid valideynləri və müharibə iştirakçıları iştirak etmişlər.Tədbirin sonunda yazıçı Yunus Oğuz, müəllifi olduğu “Cığır” tarixi romanını oxucularına hədiyyə etmişdir.
Hesabat dövründə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən əhali arasında psixoloji maarifləndirmə marafonu keçirilib.Seminarın sonunda psixoloji dəstəyə və nitq qüsuru olan vətəndaşlara ödənişsiz diaqnostik konsultasiyalar keçirilmişdir.
Cari ilin oktyabr ayının 21-də Rayon İcra Hakimiyyətinin Başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahli qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində genişmiqyaslı təxribatların qarşısını alarkən sağlamlıqlarını itirmiş hərbi qulluqçular Quliyev Şirxan İbrahim oğlu və Abbasov Sehran Məhərrəm oğlunu evində ziyarət etmişlər. Ziyarət zamanı yaralanan hərbi qulluqçuların səhhətləri, məişət qayğıları ilə maraqlanılmış və aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Hesabat dövründə Neftçala rayon İcra Hakimiyyəti və Neftşala Mərkəzi rayon Xəstəxanası Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə “Qazilərə psixoloji dəstək” layihəsi ilə əlaqədar olaraq müharibə iştirakçıları və qazilərlə görüş keçirilib.Layihənin həyata keçirilməsində məqsəd-qazilərdə müharibədən sonra yaranmış psixoloji travmalar və onların cəmiyyətə adaptasiya prosesində yaşamış olduqları gərginliyin aradan qaldırılması üçün müvafiq psixoloji xidmətin göstərilməsi olmuşdur.
Hesabat dövründə Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubiley tədbiri keçirilmişdir.Tədbirdə çıxış edənlər YAP-ın ölkəmizin aparıcı siyasi qüvvəsi olduğunu qeyd etmiş,öz sıralarında 773 mindən çox insanın birləşməsi və hər zaman bütün siyasi qərarlarda ölkəmizin, xalqımızın taleyüklü məsələlərin həll olunmasında vacib rol oynadığını bildirmişlər.Tədbirin sonunda partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına “Fəxri Fərman”lar, partiya sıralarına yeni qoşulanlara partiya vəsiqəsi və Vətən Müharibəsində medal alan bir qrup hərbi qulluqçulara medallar təqdim olunmuşdur.
Hesabat dövründə Neftçalada “Zəfər Günü”nün ikinci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir.Keçirilən bütün tədbirlərdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri,Şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları, məktəblilər və gənclər iştirak edib.Keçirilən silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Mərkəzində Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilmişdir. İclasdan öncə bir qrup rayon ağsaqqalı və ziyalısı Şəhidlər Xatirə Kompleksini ziyarət etmiş abidə önünə gül dəstələri düzərək, Şəhidlərimizin əziz ruhunu bir dəqiqəlik sükutla ehtiramla anmışlar.İcasda çıxış edən ağsaqqallar 44 gün davam edən Vətən Müharibəsinin hər gününün şanlı bir tarix olduğunu və bu tarixi Zəfərin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən Şəhidlərimizin canı, qazilərimizin sağlamlıqları bahasına nail olunduğunu diqqətə çatdırmışlar.Zəfər Günü ilə əlaqədar növbəti tədbir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon Şöbəsinin təşkiltaçılığı ilə “Azərbaycanın zəfəri” adlı tədbir keçirilmişdir.Tədbir Uşaq, Gənclər İdman və Şahmat məktəbində baş tutmuş, tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon Şöbəsinin əməkdaşları, Vətən Müharibəsi zamanı qəhrəmancasına həlak olmuş Şəhidlərimizin valideynləri, müharibə iştirakçıları və qazilər iştirak etmişlər.
Bundan başqa “Zəfər Günü”ilə əlaqədar Neftçalada Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 215 neftçalalı Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası, gənclərin iştirakı ilə Bayraq Meydanında flaşmob, eləcədə Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə veloyürüş təşkil olunmuş, Şahmat idman növü üzrə rayon birinciliyinin və “Zəfər kuboku” intellektual yarışının final mərhələsi keçirilmişdir. Zəfər Günü ilə bağlı yekun tədbir Rayon İcra Hakimiyyəti və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutmuşdur.Tədbirdə iştirak edən Rayon İcra hakimiyyətinin Başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid valideynləri, qazilər və rayon ictimaiyyətinin bir qrup üzvü ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, sonra Şəhidlər Xatirə Kompleksini ziyarət etmişlər.Tədbir sonra Heydər Əliyev Mərkəzinin iclas zalında Biləsuvar Regional Mədəniyyət İdarəsinin hazırladığı bayram konserti ilə davam etdirilmişdir.
Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsi zamanı sağlamlıqlarını itirmiş qazilərimizin,eləcədə müharibə iştirakçılarının sosial problemləri və qayğıları daim diqqət mərkəzində saxlanılmış, qanunamüvafiq qaydada həmin problemlərin müsbət həllinə nail olmağa çalışılmışdır.Bildirmək istəyirik ki, hesabat dövrü Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsi qazisi Xalıqov Eyzan Paşa oğlunun toy mərasiminin təşkilinə müvafiq maddi köməklik olunmuş və ümumən Rayon rəhbərliyi həmin şənlikdə iştirak etmişdir.
Hesabat dövründə Neftçala rayonunda “İrəli” İctimai Birliyi tərəfindən “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib.Tədbir Neftçala rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir.Layihənin icrası zamanı İctimai birliyin əməkdaşları –təlimçilər tərəfindən gənclərlə işin əsasları, xarakteristikası, rəqəmsal biliklər, gənclərin təşəbbüskarlığının artırılması, layihənin yazılması və idarə olunması və digər mövzular barədə gənclər ətraflı məlumatlandırılmışlar.
Hesabat dövründə növbəti ideoloji maarifləndirmə görüşü “Təhsil gələcəyə aparan yoldur” mövzusunda S.İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbində baş tutmuşdur.Tədbirdə iştirak edən natiqlər çıxış edərək Ümummilli Lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra təhsil sahəsinə və təhsil işçilərinə göstərilən diqqət və qayğıdan, bu siyasətin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açmışlar.
Respublikanın hər yerində olduğu kimi Neftçala rayonunda da Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla anılıb. Anım mərasimində Rayon İcra Hakimiyyətinin Başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə v təşkilat rəhbərləri və onların kollektivləri Ümummilli Liderin əzəmətli heykəl abidəsini ziyarət etmiş, qarşısına əklik və gül dəstələri düzmüşlər.Sonra Rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş kitab və rəsm sərgiləri ilə tanış olmuşlar.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzaladı. Bu sərəncamdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş plana uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasına başlanıldı. Neftçala rayonu ərazisindən də ümumilikdə 545 nəfər hərbi vəzifəli qismən səfərbərliklə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində iştirak etmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində bugünki vaxta qədər 905 nəfər müharibə iştirakçısına “veteranlıq” statusu verilmişdir. 177 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli yaralanaraq sağlamlıqlarını itirmişdir. Neftçala rayonu ərazisindən bugünə qədər 32 nəfər hərbi qulluqçu ağır yaralanaraq əlillik dərəcəsi almışdır. Bunlardan 24 nəfəri III qrup əlillik dərəcəsi, 8 nəfəri isə II qrup əlillik dərəcəsi almışdır. Mütəmadi olaraq əlillik dərəcəsi almış qazilərimizlə əlaqə saxlanılır, görüşlər keçirilir, onları narahat edən məsələlər, problemlər, şikayətlər və təklifləri dinlənilir. Əsasən işlə təmin olunma, həyətyanı torpaq sahələrinin, kənd təsərrüfatı məhsullarının istehsalı və ya sahibkarlıq məqsədilə məşğul olmaq üçün torpaq sahələrinin verilməsi, özünəməşğulluq proqramına cəlb olunmaları, tikinti materialları ilə təmin olunmaları və.s müraciətləri olmuşdur. Bu müraciətlərlə əlaqədar qazilərə həyətyanı torpaq sahələri, kənd təsərrüfatı məhsullarının istehsalı və ya sahibkarlıq məqsədilə məşğul olmaq üçün torpaq sahələri verilmiş, özünəməşğulluq proqramına cəlb olunmuş və müxtəlif tikinti materialları ilə təmin olunmuşlar.Müxtəlif ərzaq payları və maddi yardımlarla təmin olunmuşlar.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sahəsində görülmüş işlər:
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində Neftçala rayonu ərazisindən 43 nəfər, 2022-ci ildə 13 sentyabr təxribatları nəticəsində isə 2 nəfər hərbi qulluqçu böyük qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Mütəmadi olaraq şəhid olmuş hərbi qulluqçuların ailələri ilə əlaqə saxlanılır, görüşlər keçirilir, onları narahat edən məsələlər, problemlər, şikayətlər və təklifləri dinlənilir, aidiyatı üzrə işlər görülür. Şəhid ailələrinin əsas müraciət etdikləri məsələlər şəhid adının əbədiləşdirilməsi, bulaq komplekslərinin tikilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və ya sahibkarlıq məqsədilə məşğul olmaq üçün torpaq sahələrinin verilməsi, işlə təmin olunma, özünəməşğulluq proqramına cəlb olunmaları, yaşadıqları evə gedən yola asfalt örtüyünün çəkilməsi, telefon və internet xətlərinin çəkilməsi, tikinti materialları ilə təmin olunma və.s. Bu müraciətlərlə əlaqədar şəhid ailələrinə kənd təsərrüfatı məhsullarının istehsalı və ya sahibkarlıq məqsədilə məşğul olmaq üçün torpaq sahələri verilmiş və özünəməşğulluq proqramına cəlb olunmuşlar, işlə təmin olunmuşlar, şəhid ailələrinin yaşadıqları evə gedən yol təmir olunmuş və ya asfalt çəkilmiş, telefon və internet xətləri çəkilmiş, işıq,qaz və su xətləri çəkilmiş və ya yenisi ilə təmin olunmuş, şəhidlərin adının əbədiləşdirilməsi üçün bulaq komplekslərinin tikilməsinə köməklik olunmuş, küçələrə şəhid adları verilmiş, müxtəlif ərzaq payları və maddi yardımlarla təmin olunmuşlar.
Ümumilikdə 45 Şəhid və 32 nəfər əlillik dərəcəsi təyin olunmuş hərbi qulluqçuların ailə üzvlərinin sayı 272 nəfər təşkil edir. Təxmini olaraq 1600 dəfə şəhidin ailə üzvləri və əlillik dərəcəsi təyin olunmuş hərbi qulluqçular ilə görüşlər keçirilmişdir. Ümumi dəyəri 135000 (bir yüz otuz beş min) manat olan 44 şəhidin məzar daşının üstü Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmişdir. Müxtəlif ordenlərlə təltif olunmuş 14 şəhidin adı küçələrə verilməklə əbədiləşdirilmişdir. Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülənlərin sayı 52 nəfərdir, digərləri isə müxtəlif rayon və şəhər icra hakimiyyətlərində mənzil növbəsinə götürülmüşdür. 4 şəhid ailə üzvü və 1 əlillik dərəcəsi təyin edilmiş şəxs Bakı şəhərində mənzillə təmin edilmişdir. 74070 manat maddi yardım və 48585 manat ərzaq yardımı edilmişdir. 19 şəhid ailə üzvü müxtəlif idarə, müəssisə və təkşilatlarda işlə təmin edilmiş, 25 şəhid ailə üzvü özünüməşğulluq proqramına cəlb olanaraq xırdabuynuzlu, iribuynuzlu heyvanlarla, avtotəmizləmə, avtoçilingər, un məmulatları, kiçik dülgər sexi avadanlıqları ilə təmin edilmişdir.
Ümumilikdə 16 bulaq inşa edilmiş və 48000 manat vəsait sərf olunmuşdur. 2022-ci il ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş 1-ci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ad günlərində və il dönümlərində ailələri ziyarət olunmuş və məzarları üstünə gül dəstləri qoyulmuşdur.
“Yaşat” Fondu tərəfindən 2022-ci il ərzində müxtəlif istiqamətlər üzrə-fərdi yaşayış evlərinin təmiri, məişət avadanlığının alınması, müalicə xərclərinin qarşılanması, dərman vasitələrinin alınması, bank borclarının və təhsil haqqlarının ödənilməsi istiqamətləri üzrə şəhid ailə üzvlərinə və əlillik dərəcəsi təyin edilmiş hərbi qulluqçulara ümumilikdə 70822 (yetmiş min səkkiz yüz iyirmi iki) manat maddi köməklik edilmişdir. Məlumat üçün qeyd edək ki, 2021-ci il il ərzində bu rəqəm 540040 (beş yüz qırx min qırx ) manat olmuşdur. Ümumilikdə isə 2021-2022-ci illər ərzində 610863 (altı yüz on min səkkiz yüz altımış üç) manat təşkil etmişdir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun 2022-ci il ərzində müvafiq sərəncamları ilə şəhid ailə üzvlərinə, əlillik dərəcəsi təyin edilmiş hərbi qulluqçulara və müharibə iştirakçılarına ailə vəziyyətləri, maddi durumları çətin olduğu üçün maddi köməkliklər olunmuşdur. Bunlardan, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun 11 mart 2022-ci il tarixli 31 nömrəli sərəncamı ilə şəhid atası Bayramov Hüseyn Xanhüseyn oğlunun bank hesabına 600 (altı yüz) manat, 06 aprel 2022-ci il tarixli 44 nömrəli sərəncamı ilə şəhid atası Cəfərov Sulduz Həkimalı oğlunun bank hesabına 2400 (iki min dörd yüz) manat, 16 may 2022-ci il tarixli 64 nömrəli sərəncamı ilə şəhid atası Kərimov Məzahim İbrahim oğlunun bank hesabına 777 (yeddi yüz yetmiş yeddi) manat, 23 may 2022-ci il tarixli 68 nömrəli və 16 iyun 2022-ci il 82 nömrəli sərəncamları ilə şəhid anası İsmayılova Filarə Sabir qızının bank hesabına 900 (doquz yüz) manat və 4000 (dörd min) manat, 27 may 2022-ci il tarixli 72 nömrəli sərəncamı ilə şəhid anası Muradova Şamama Ağabala qızının bank hesabına 400 (dörd yüz) manat, 15 avqust 2022-ci il tarixli 104 nömrəli sərəncamı ilə şəhid atası Orucov Xalid Saleh oğlunun bank hesabına 800 (səkkiz yüz) manat, 15 avqust 2022-ci il tarixli 104 nömrəli sərəncamı ilə şəhid atası Ağamalıyev Baloğlan Rəhman oğlunun bank hesabına 500 (beş yüz) manat, 17 noyabr 2022-ci il tarixli 151 nömrəli sərəncamı ilə şəhid anası Abdullayeva Lalə Mikayıl qızının bank hesabına 1500 (bir min beş yüz) manat, 17 noyabr avqust 2022-ci il tarixli 151 nömrəli sərəncamı ilə şəhid atası Səmədov İbrahim Ələkbər oğlunun bank hesabına 396 (üç yüz doxsan altı) manat, 17 noyabr avqust 2022-ci il tarixli 151 nömrəli sərəncamı ilə şəhid atası Mənəfov Vidadi Əliqulu oğlunun bank hesabına 560 (beş yüz altımış) manat, 29 noyabr avqust 2022-ci il tarixli 155 nömrəli sərəncamı ilə şəhid atası İmanov İqab Əlimirzə oğlunun bank hesabına 234 (iki yüz otuz dörd) manat, 11 mart 2022-ci il tarixli 32 nömrəli sərəncamı ilə Vətən müharibəsi iştirakçısı Hacıyev Sucayət Rasim oğlunun bank hesabına 250 (iki yüz əlli) manat, 05 aprel 2022-ci il tarixli 41 nömrəli sərəncamı ilə Qarabağ müharibəsi veteranı Həsənov Vüqar Abdulrəhim oğlunun bank hesabına 418 (dörd yüz on səkkiz) manat, 09 avqust 2022-ci il tarixli 101 nömrəli sərəncamı ilə Vətən müharibəsi iştirakçısı Əhmədov Murad İlqar oğlunun bank hesabına 700 (yeddi yüz) manat, 22 avqust 2022-ci il tarixli 110 nömrəli, 06 sentyabr 2022-ci il tarixli 119 nömrəli və 28 oktyabr 2022-ci il tarixli 144 nömrəli sərəncamları ilə müvafiq olaraq Vətən müharibəsi iştirakçısı Xankişiyev Əliniyaz Rauf oğlunun bank hesabına 780 (yeddi yüz səksən) manat, 350 (üç yüz əlli) manat və 300 (üç yüz) manat, 26 avqust 2022-ci il tarixli 112 nömrəli sərəncamı ilə Vətən müharibəsi iştirakçısı Əliyev Ağaməmməd Vüqar oğlunun bank hesabına 200 (iki yüz) manat, 28 oktyabr 2022-ci il tarixli 144 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Eyvazov Əli Əvəzağa oğlunun bank hesabına 300 (üç yüz) manat, 29 noyabr 2022-ci il tarixli 155 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Bağırov Nicat Qismət oğlunun bank hesabına 600 (altı yüz) manat, 05 dekabr 2022-ci il tarixli 156 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Bəşirov İsmət Naib oğlunun bank hesabına 1000 (bir min) manat, 05 dekabr 2022-ci il tarixli 156 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Talıbzadə Əli Əliəskər oğlunun atası Talıbov Əliəskər Məmmədəli oğlunun bank hesabına 508 (beş yüz səkkiz) manat və 26 dekabr 2022-ci il tarixli 171 nömrəli sərəncamı ilə Vətən müharibəsi iştirakçısı Hüseynov Kənan Oktay oğlunun bank hesabına 300 (üç yüz) manat pul vəsaitləri köçürülmüşdür. Ümumilikdə isə 18773 (on səkkiz min yeddi yüz yetmiş üç) manat pul vəsaitləri köçürülmüşdür.
Qeyd edək ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun 2022-ci il ərzində müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri və əlillik dərəcəsi təyin edilmiş hərbi qulluqçular güzəştli mənzil növbəsinə qəbul edilmişdir. Bunlardan, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun 14 yanvar 2022-ci il tarixli 06 nömrəli sərəncamı ilə 2-ci qrup Vətən müharibəsi əlili Mikayılov Orxan Zülfüqar oğlu, 14 yanvar 2022-ci il tarixli 09 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Bəşirov İsmət Naib oğlu, 02 mart 2022-ci il tarixli 24 nömrəli sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan Babayev Şamxal İlham oğlu, 11 mart 2022-ci il tarixli 33 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Kərimov Elşad Tahir oğlu, 18 aprel 2022-ci il tarixli 53 nömrəli sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan Süleymanov Telman Soltan oğlu, 27 may 2022-ci il tarixli 74 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Cəlilov Gülbala Vüqar oğlu, 21 iyun 2022-ci il tarixli 85 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Əhmədov Tural İslam oğlu, 21 iyun 2022-ci il tarixli 86 nömrəli sərəncamı ilə 3-cü qrup hərbi xidmət əlili Hacıyev İsmayıl Xeyribəy oğlu, 14 iyul 2022-ci il tarixli 93 nömrəli sərəncamı ilə 2-ci qrup Vətən müharibəsi əlili Mehtiyev Ceyhun Yaşar oğlu, 01 avqust 2022-ci il tarixli 98 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Şahbazov Amid Şahbaz oğlu, 10 avqust 2022-ci il tarixli 103 nömrəli sərəncamı ilə şəhid atası İmanov İqab Əlimirzə oğlu, 09 sentyabr 2022-ci il tarixli 121 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Rzayev Kənan Soltan oğlu, 09 sentyabr 2022-ci il tarixli 124 nömrəli sərəncamı ilə şəhid anası Babayeva Ceyran Haxı qızı, 09 sentyabr 2022-ci il tarixli 125 nömrəli sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan Vəliyev Məmmədağa Böyükağa oğlu, 30 sentyabr 2022-ci il tarixli 131 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Talıbzadə Əli Əliəsgər oğlu, 31 oktyabr 2022-ci il tarixli 145 nömrəli sərəncamı ilə 2-ci qrup Vətən müharibəsi əlili Ağazadə Əli Nəriman oğlu və 29 dekabr 2022-ci il tarixli 177 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Həsənov Cavid Əsgərağa oğlu güzəştli mənzil növbəsinə qəbul edilmişdir.
Neftçala Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyac olan qismində güzəştli mənzil növbəliliyi uçotunun dəyişdirilməsi istiqaməti üzrə bəzi şəhid ailə üzvləri və əlillik dərəcəsi təyin edilmiş hərbi qulluqçular müraciət etmişdir. Bunlardan, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun 13 yanvar 2022-ci il tarixli 04 nömrəli sərəncamı ilə şəhid anası Bayramova Elnurə İmran qızının, 14 yanvar 2022-ci il tarixli 10 nömrəli sərəncamı ilə 3-cü qrup Vətən müharibəsi əlili Mehtiyev Əli Sənan oğlunun, 25 yanvar 2022-ci il tarixli 13 nömrəli sərəncamı ilə şəhidin həyat yoldaşı Əsədova Ülkər Bəhrəm qızının, 18 oktyabr 2022-ci il tarixli 140 nömrəli sərəncamı ilə şəhid atası Zeynalov Bəxtiyar Qulamhüseyn oğlunun, 29 noyabr 2022-ci il tarixli 154 nömrəli sərəncamı ilə şəhid atası Aslanov Xəlil Ağasadıq oğlunun, 27 dekabr 2022-ci il tarixli 173 nömrəli sərəncamı ilə 2-ci qrup Vətən müharibəsi əlili Mikayılov Orxan Zülfüqar oğlunun və 29 dekabr 2022-ci il tarixli 176 nömrəli sərəncamı ilə şəhid atası Məmmədov Şahin Nəriman oğlunun müraciətləri nəzərə alınmaqla mənzil növbəliliyi uçotunun digər Rayon İcra Hakimiyyətlərinə köçürülməsi məqsədəmüvafiq hesab edilərək köçürülmə təmin edilmişdir.
Bundan əlavə olaraq, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun 14 yanvar 2022-ci il tarixli 11 nömrəli sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan Əmirov Faiq Arif oğluna, 29 aprel 2022-ci il tarixli 58 nömrəli sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan Babayev Şamxal İlham oğluna, 27 may 2022-ci il tarixli 73 nömrəli sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan Abuşov Sadiq Çingiz oğluna, 31 may 2022-ci il tarixli 75 nömrəli sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan Süleymanov Telman Soltan oğluna, 30 sentyabr 2022-ci il tarixli 132 nömrəli sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan Şapiyev Ramil Əliyar oğluna və 10 oktyabr 2022-ci il tarixli 137 nömrəli sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan Salmanlı Qalib Arif oğluna mənzil və ya fərdi yaşayış evinin tiknitisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün qanunvericilikdə hər ay müəyyən edilmiş məbləğdə yalnız nağdsız qaydada kompensasiyanın ödənilməsi təmin edilmişdir.
Ümumi layihə dəyəri 45000 manat olan “Şəhidlər Abidə Kompleksi” rekonstruksiya edilmiş, Neftçala rayonu üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş 215 nəfər Neftçala rayon şəhidlərinin şəkilləri həmin abidə kompleksində öz əksini tapmışdır.
2022-ci il ərzində şəhid ailə üzvlərinə və müharibə iştirakçılarına 28 maşın qum, 2 maşın çay daşı verilmişdir. Ümumilikdə 280 maşından çox qum və çınqıl şəhid ailələrinin və müharibə iştirakçılarının yaşadıqları evin yoluna daşınmış və hamarlanmışdır. 42 maşın içməli su göndərilərək suya olan təlabatları təmin edilmişdir.
“Aqroservis” ASC tərəfindən 12 nəfər şəhid ailəsi və müharibə iştirakçısının istifadəsinə əkin işləri aparmaq üçün müxtəlif texnikalar verilmişdir.
Neftçala Rayon Mərkəzi Xəstəxanası tərəfindən 192 nəfər şəhid ailəsi üzvləri, 48 nəfər Birinci Qarabağ veteranları və 294 nəfər Vətən Müharibəsi iştirakçısı müraciət edərək ödənişsiz müayinə və müalicə olunmuşdur.
Ümumilikdə 372 nəfər Şəhid ailəsi üzvlərinə, 1-ci Qarabağ müharibəsi və Vətən Müharibəsi iştirakçısılarına əkin üçün torpaq sahəsi verilmişdir.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş sahəsində görülmüş işlər:
Rayon rəhbərinin tövsiyələrinə uyğun olaraq yerlərdə hüquqi və fiziki şəxslər tərəfindən aparılan qanunsuz tikililərin qarşısının alınması məqsədi ilə nümayəndəliklərin ərazilərdə mütəmadi monitorinqlərin təşkil edilməsi və aşkar olunmuş nöqsanlar barədə aparatın müvafiq şöbəsinə məlumatların verilməsi işi təşkil olunmuşdur. Eyni zamanda dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların qanunsuz olaraq istifadəsi, zəbt olunması, təyinatının pozulması və bu kimi neqativ hallara qarşı vaxtında tədbirlər görülməsi ilə əlaqədar inzibati ərazi dairələri üzrə nümayəndəliklərə və bələdiyyələrə müvafiq tövsiyələr verilmişdir.
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanı ilə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elekton sənəd formasında tərtib edilməsi, bu sənədlər üzrə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə daxil edilməsi işi vaxtlı-vaxtında həyata keçirilmiş və 2022-ci il ərzində digər nümayəndəliklərdə 527 doğum və 403 ölüm faktı qeydə alınaraq elektron məlumat bazasına işlənməsi təmin edilmişdir. Eyni zamanda il ərzində Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi istisna olmaqla digər nümayəndəliklər tərəfindən 142 nigah qeydə alınmışdır.
Əsasnamənin 5.1.9-cu maddəsinə əsasən inzibati ərazi dairələri üzrə nümayəndəlikləri il ərzində ərazidə yaşayan vətəndaşlara 14327 ədəd onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermişlər.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbullar aparatın ayrı-ayrı struktur bölmələri ilə birlikdə təşkil edilmiş və keçirilmiş qəbullarda səsləndirilmiş və şöbənin səlahiyyətlərinə aid olan vətəndaş müraciətlərinin həllinə çalışılmış və aidiyəti üzrə vətəndaşlara əsaslandırılmış cavablar verilmişdir. Ötən ildə inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 3244 nəfər vətəndaş qəbul edilmiş, nümayəndəliklərə 13 yazılı müraciət daxil olmuşdur ki, bütün şifahi və yazılı müraciətlər qanunvericiliyin tələbləri çərçivəsində cavablandırılmışdır. Nümayəndəliklərə daxil olan sənədlərin sayı 719, göndərilən sənədlərin sayı 2825 olmuşdur.
Ötən ilin iyun ayı ərzində Kür çayı sahilində yerləşən ərazilərdə ekoloji tarazlığın qorunub saxlanılması, məişət tullantıları atılmış ərazilərin müəyyənləşdirilməsi və həmin tullantıların toplanılaraq zərərsizləşdirilməsi istiqamətində təmizlik aksiyaları təşkil olunmuşdur.
Ötən ilin noyabr ayının sonlarından dekabr ayının sonunadək Salyan-Neftçala avtomobil yolunun sağ və sol kənarları da daxil olmaqla Bankə qəsəbəsi ərazisində və bütün Neftçala şəhəri ərazisində geniş abadlıq quruculuq işləri aparılmışdır. Şöbənin əməkdaşları da bu işlərə nəzarət üçün təhkim olunmuşdur. Bütün görülən işlər çərçivəsində şöbənin əməkdaşlarının təhkim olunduqları Bankə qəsəbəsi Ə.Məmmədov və R.Əliyev küçələrində yol kənarları kol-kosdan və bərk və yumşaq məişət tullantılarından təmizlənmiş, ərizədəki 4 inzibati və 3 yaşayış binası və ərazidəki bütün divarlar və darvazalar rənglənmişdir. Hər iki küçədə yeni asfalt örtüyü çəkilmişdir. Ərazidəki ağaclar budanraq əhənglənmişdir. Yaşayış binalarının qarşısında olan yöndəmsiz tikililər sökülmüş, pərakəndə tikilmiş su çənləri sökülərək 6 ədəd 5 m3-luq su çəni əraziyə gətirilmişdir. Küçə boyunca bütün qaz boruları və dayaqları rənglənmişdir. Hər iki küçəsində rabitə və elektrik dirəkləri yenilənmişdir. Ə.Məmədov küçəsinin işıqlandırılması bərpa edilmişdir. R.Əliyev küçəsində salınacaq mini stadionun ərazisinə torpaq və qum materialı daşınaraq hamarlanma və bərkitmə işləri aparılmışdır. Küçə boyu suvaq vurulmasına ehtiyac olan yerlər və yeni hasar tikilməli ərazilər müəyyənləşdirilmiş və nəzərdə tutulmuş işlər başa çatdırılmışdır. Ərazidəki sahibkarlıq obyektlərində səliqə-səhman yaradılmışdır. Şəhərin M.Ə.Sabir küçəsində “Neftçala Petrol”YDM-dən, Neftçala MRX PHŞ-ya qədər olan ərazidə ərazi üzrə 2.4 km məsafədə küçənin sol və sağ tərəflərində eninə və dərininə təmizlik işləri görülmüş, ərazi kol-kosdan, zibil tullantılarından, daş qalıqlarından hər gün 5-6 maşın olmaqla təmizlənib daşınılmış, ərazidə hamarlanma və malalanma işləri aparılmışdır. Ərazidə yerləşən 9600 m2 sahəni əhatə edən boyaya ehtiyyacı olan hasarlar boyadılmış, əlavə olaraq 45 ədəd böyük, 28 ədəd kiçik olmaqla ümumi 73 ədəd dəmir darvazada rənglənilmişdir. Küçədə yol kənarında olan 75 ədəd işıq dirəyi yuyulub təmizlənmişdir.Ərazidə Neftçala rayon Suvarma sistemleri idarəsi tərəfindən 25 m və fərdi təsərrüfat sahibləri tərəfindən isə 10 m olmaqla ümumi 35 m hasar hörülmüşdür. Qeyd etdiyimiz ərazidə yerləşən 33 sahibkarlıq obyektindən hər birində rənglənmə, təmir və bərpa işləri başa çatdırılmışdır. Axmaz gölün əraziyə düşən hissəsinin təmizlənməsinə xüsusi diqqət ayrılmışdır. Gölün M.Ə.Sabir və E.Bağırov küçəsinə düşən hissəsində hər iki tərəfdə 1.3 km olmaqla göldə sahil təmizləmə işləri aparılmış, gölün qamışlardan, zibil və məişət tullantılarından təmizlənməsi həyata keçirilmişdir. Şəhid Bayramov Əmrah Hüseyn oğlunun ailəsinin yaşadığı küçədə yolun sağ və sol hissələrində kol-koslardan və tullantılardan texnika və canlı qüvvə vasitəsi ilə təmizlənmə işləri aparılmış küçədə asfltlanma işləri həyata keçirilmişdir. Şəhərin Samid İmanov küçəsində olan 21 sahibkarlıq obyektində cari təmir və abadlıq işləri aparılmışdır. Küçə boyunca 17 fərdi yaşayış evinin 16-da hasarların 1600 m2 hissəsində rənglənməsi işləri görülmüş, 150-200 m2 hissədə divarlarda suvaq, 5 darvazada rənglənmə işi aparılmışdır. Küçədə 249 ədəd dekorativ gül kolu əkilmiş, köhnə reklam lövhələrinin bir neçəsi ərazidən uzaqlaşdırılmış, ərazi kol-kosdan təmizlənmişdir. Bütün növ tullantılar ərazidən kənarlaşdırılaraq 3500 m2 ərazi təmizlənmişdir. Küçə boyunca bardürlər və səkilər palçıq qatından təmizlənmişdir. Ərazi üzrə 5 sınıq bardür bərpa olunmuş, zədələnmiş bardürlər suvaqla düzəldilmiş, 75 m2 tamet örtüyü yenilənmiş, ərazidəki ağaclar budanmış, əhənglənmiş, dibləri şumlanmış, torpaq sahəsi dırmıqla malalanmışdır.
Aparatın digər struktur bölmələri ilə birlikdə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərini narahat edən problemlər və müharibədə müxtəlif dərəcəli bədən xəsarətləri almış hərbi qulluqçuların qaldırdıqları məsələlərin həllinə çalışılmış və bu sahədə Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin gücündən maksimum istifadə edilmişdir. Vətən müharibəsi şəhidlərinin ailələrinin Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi üçün lazımi sənədlərin toplanılması nümayəndəliklər tərəfindən təşkil edilmişdir.
Rayon İcra Hakimiyyətinə daxil olmuş vətəndaşların ərizə, şikayət və müraciətlərindən şöbənin icraatına verilmiş müraciətlər qanunamüvafiq qaydada araşdırılaraq vətəndaşlara əsaslandırılmış cavablar verilmişdir. Belə ki, hesabat dövründə şöbənin icraatına 44 vətəndaş müraciətinə baxılmışdır. Bu zaman “Vətəndaş müraciətləri haqqında Qanun”un tələblərinə əməl olunmasına səy göstərilmişdir. Şöbənin icraatına göndərilmiş mərkəzi və yerli orqanlardan daxil olmuş bütün xidməti sənədlərin icrası işi qanunamüvafiq qaydada təşkil olunmuşdur. Hesabat dövründə şöbənin icraatına 31 xidməti sənəd verilmişdir. Şöbə tərəfindən hesabat dövründə 24 vətəndaş qəbul edilmiş və müraciətlərinə qanunamüvafiq qaydada baxılmışdır.
Bələdiyyələrin yerlərdə əhalini narahat edən bəzi yerli əhəmiyyətli sosial problemlərinin vaxtında və yüksək keyfiyyətlə həll edilməsi məqsədilə bələdiyyələrin vergi ödəyicilərindən vergi və ödənişləri vaxtında və tam şəkildə ödənilməsi, bələdiyyə büdcəsinin formalaşdırılması üçün bələdiyyə sədrlərinə tövsiyələr verilmiş, lakin ötən ildə bu məsələnin tam şəkildə həllinə bələdiyyələr nail ola bilməmişlər. Ötən ildə qarşıya qoyulan ən böyük məqsədlərdən biri bələdiyyələrin vergi ödəyiciləri arasında marifləndirici işin aparması istiqamıtində tövsiyələr vermək, bələdiyyələr tərəfindən vergilərin tam qaydada toplanmasına nail olmaqdan ibarət olmuşdur. Bələdiyyələr tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri, əlilliyi təsdiq olunmuş şəxslərə və müharibə iştirakçılarına, eyni zamanda Birinci Qarabağ Müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələrinə cəmi 258 nəfər bu kateqoriyadan olan şəxslərin bəzilərinə icarə müqavilələri əsasında, bəzilərinə isə güzəştli şərtlər əsasında müvəqqəti istifadələri üçün mövsümi olaraq torpaq sahəsi ayrılmışdır. Bir neçə bələdiyyənin ərazisində şəhidlər üçün abidə kompleksinin tikintisi aparılmış və hazırda Xol Qarabucaq bələdiyyəsi ərazisində bələdiyyə vəsaiti hesabına ərazidən olan 15 şəhidin xatirəsinə şəhidlər abidə kompleksində son tamamlanma işləri aparılır. Görülən işlərə 29129 manat bələdiyyə vəsaiti xərclənmişdir. Ötən il rayonda fəaliyyət göstərən bələdiyyələrin yerli vergi və ödənişlərdən daxilolmaları 296 min 620 manat təşkil etmiş, bələdiyyələrin ümumi xərci 346 min 978 manat olmuşdur. Bələdiyyə büdcəsindən xərclərin təsnifatında yerli özünüidarəetmə orqanlarının saxlanılma xərcləri 251137 manat 21 qəpik, ərazilərdə abadlıq, quruculuq, yaşıllaşdırma xərcləri 121410 manat, bələdiyyə avtomobil yollarının saxlanılması xərcləri cəmi 9032 manat , aztəminatlı ailələrə yardım verilməsi və əhaliyə dəfn və yas mərasimlərinin təşkilində köməklik 44127 manat 28 qəpik və mətbuata abunə xərci 7656 manat 40 qəpik təşkil etmişdir.
Şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2022-ci il üçün Ev təsərrüfatlarının uçotu kitabları və Təsərrüfatbaşına uçot kitabları üzrə məlumatların qrafalar üzrə tam, dolğun şəkildə işlənməsi, əhalinin dəqiq uçotunun aparılması və elektron informasiya sisteminə işlənməsi işinin yüksək səviyyədə təşkil edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tövsiyələrinə uyğun olaraq hər bir nümayəndəlikdə məsul şəxslərdən ibarət işçi qruplar yaradılmış və tərtib olunmuş qrafikə uyğun olaraq həmin qruplar 2022-ci ilin yanvar ayının 7-dən etibarən müvafiq işlərə başlamış, müvafiq dövr ərzində təsərrüfatların evbəev gəzilməsi və elektron məlumat bazasına işlənilməsi başa çatdırılmışdır. 2022-ci ilin yanvar ayının 1-i vəziyyətinə rəsmi statistik rəqəmlərə əsasən əhalinin sayı 89625 nəfər, ev təsərrüfatlarının sayı 18378 olmuşdur. Elektron məlumat bazası üzrə qeydiyyatda olanlar 88998 nəfər olmuşdur ki, onlardan daimi yaşayanlar 86502 nəfər, daimi yaşayan əhalidən müvəqqəti yaşamaq üçün digər yerlərə gedənlər 4939 nəfər, daimi yaşamaq ünün digər yerlərə gedənlər isə 2496 nəfər kimi qeydə alınmışdır. Qeydiyyatsız daimi yaşayanların sayı 4598 nəfər, rayonun ərazisində faktiki yaşayanların sayı 85582 nəfər təşkil etmişdir. Hal-hazırda Ev təsərrüfatları üzrə məlumatların yenidən dürüstləşməsi həyata keçirilir.
Hüquq sahəsi üzrə görülmüş işlər:
Hesabat dövründə Hüquq şöbəsi tərəfindən vətəndaşlar tərəfindən daxil olmuş cəmi 52 müraciətə baxılmış, həmin müraciətlərdən 33 müraciət aidiyyatı üzrə göndərilmi, 2 müraciət həll olunmuş, 1 müraciət əssassız hesab edilərək rədd edilmiş, 16 müraciət üzrə müvafiq izahat verilmişdir. Bu dövrdə Hüquq şöbəsində 22 vətəndaş qəbul edilmiş və onlara müvafiq hüquqi yardım göstərilmişdir. Müraciətlər üzrə hesabat dövründə müxtəlif idarə, təşkilat və vətəndaşlara cəmi 50 məktub ünvanlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 2022-cu ilin yanvar ayının 1-dən 30-na qədər, 18 fevral 2022-ci il tarixli Sərəncamına əsasən aprel ayının 1-dən 30-a qədər, 03.09.2022-ci il tarixli Sərəncamına əsasən oktyabr ayının 1-dən 30-na qədər hərbi xidmətə çağırışla əlaqədar Rayon İcra Hakimiyyəti və şöbə tərəfindən çağırışın vaxtında və keyfiyyətlə keçirilməsini təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilmişdir. Respublika Prezidentinin çağırış haqqında qeyd edilən Sərəncamlarına əsasən Rayon Səfərbərlik və Hərbi Xidmətə çağırış şöbəsi tərəfindən çağırışın vaxtında və keyfiyyətlə aparılması və çağırışçıların həkim müayinəsindən keçirilmələri üçün hər çağırış zamanı olduğu kimi Rayon Çağırış Komissiyası yaradılmışdır. Şöbə tərəfindən hərbi çağırışçıların vətənpərvərlik ruhunun yüksəldilməsi və onların hərbi çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında söhbətlər aparılmışdır ki, bu da çağırışın vaxtında və keyfiyyətlə keçirilməsinə kömək etmişdir. Görülmüş tədbirlərin nəticəsidir ki, hesabat dövründə rayonda nəzərdə tutulan 384 nəfər plan tapşırığa əsasən 405 nəfər çağırışçı təyin olunduqları hərbi hissələrə təhvil verilmiş, 284 nəfər təxris olunmuşdur. Çağırışla bağlı Respublika Prezidentinin Sərəncamlarının icrasına daim vaxtında əməl olunmuş, çağırışçıların təhvil verilməsi 104 faiz yerinə yetirilmişdir.
2022-ci ilin 12 ayı ərzində Rayon Polis Şöbəsi tərəfindən rayon ərazisində baş vermiş müxtəlif xarakterli 169 cinayət hadisəsi qeydə alınmış və aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş cinayət hadisələrinin 91,2 %-nin üstünün açılması təmin edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhv edilməsi üzrə Rayon Komissiyası tərəfindən 2022-cı ilin 12 ayı ərzində 145,825 qram tiryək, 27,172 qram heroin, 1624,21 qram qurudulmuş marixuana, 721,67 qram çəkidə narkotik xassəli çətənə bitkisi, 1/2 ədəd metadon həbi, 18 ədəd tramadol həbi və 18 ədəd diazepam həbi yandırılaraq məhv edilmişdir.
Hesabat dövründə Neftçala rayon DYMH-tərəfindən də müvafiq tədbirlər görülmüşdür. Belə ki, 2022-ci ilin 12 ayı ərzində 85 yanğın hadisəsi qeydə alınmış, hadisələr nəticəsində dəymiş maddi ziyanın ümumi məbləği 102 min manat təşkil etmişdir. Qeyd edilən yanğın hadisələri zamanı insan təlafatı və ya xəsarət alan olmamışdır.
Hüquq şöbəsi tərəfindən müxtəlif məhkəmələrdə rayon İcra Hakimiyyətinin mənafeyinin istər iddiaçı, istərsə də cavabdeh qismində qorunması təmin edilmiş, zərurət yarandıqda və müraciətləri əsasında sakinlərə, o cümlədən vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinə müvafiq hüquqi yardım göstərilmiş, həmin şəxslərin məmnunluğu təmin edilmişdir. Belə ki, hesabat dövründə Şirvan İnzibati Məhkəməsində Rayon icra Hakimiyyətinə qarşı qaldırılan 12 mülki iş (1.Şakir Abdullayev, 2. Fami Hüseynov və qeyriləri, 3. Amana Hurullayeva, 4. Rafiq Nurullayev, 5. Əhliman Xalıqov, İlham Məcidov, 7. İradə Həsənova, 8. Kübra Feyzullayeva, 9. “Kür” Aqrofirma, 10. Elçin Əyyubov, 11. Valeh Salayev, 12.Əlişağa Mehbalıyev) üzrə cavabdehin nümayəndəsi kimi və Neftçala Rayon Məhkəməsində Rayon icra Hakimiyyəti tərəfindən qanunsuz tikinti obyektlərinin sökülməsi ilə bağlı qaldırılmış iddialar üzrə 10 mülki iş (1. Malik İbrahimov, 2. Mirdavud Ağalarov, 3. Aslanşah Zeynalov, 4. Səfadər Rzayev, 5. Ehtiram Zahidov, 6. Qalib Ağalarov, 7. Çimnaz Rzayeva, 8. Cahangir Quliyev, 9. Anar Həsənov, 10. Əliqulu Hümbətov) üzrə iddiaçının nümayəndəsi qismində Hüquq şöbəsinin müdiri olaraq iştirak etmişəm. Şirvan İnzibati Məhkəməsində 2 iddia tələbi iddiaçılar tərəfindən geri götürülmüş, 2 iddia təmin edilmiş, 7 iddia üzrə proses davam edir. Neftçala Rayon Məhkəməsində iddia tələbimiz üzrə baxılan 10 mülki işdən 1 iş üzrə iddia tələbimiz təmin edilmiş və 9 iddia tələbimiz baxılmamış saxlanılmışdır.
Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş sahəsi üzrə görülmüş işlər:
2022-ci ildə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 1244 müraciət daxil olmuşdur ki,bunlardan 1162 müraciət ərizə,80 müraciət şikayət,2 müraciət təklif olmuşdur.Tabe qurumlara isə (inzibati ərazi dairəsi üzrə nümayəndəliklər)vətəndaşlar tərəfindən 25 müraciət daxil olmuşdur ki,bundan 21 müraciət ərizə,4 müraciət şikayət xarakterli qeydə alınmışdır.2021-ci illə müqayisədə 2022-ci ildə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin sayı 252 müraciət az, tabeli qurumlarda isə 4 müraciət az olmuşdur.
2022-ci ildə Rayon İcra Hakimiyyətinə daxil olan 1244 müraciətdən 1238 müraciət nəzarətə alınmadan,6 müraciət nəzarət qaydasında araşdırılmışdır.2022-ci ildə Rayon İcra Hakimiyyətinə daxil olan vətəndaş müraciətlərinin 19.4 faizi həll edilib,3.9 faizi qismən təmin olunub,48.4 faizinə müvafiq izahat verilib, 0.1 faizi əsassız sayılıb,6.3 faizi icradadır, 21.9faizi baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilib, 0.1 faizi isə baxılmamış saxlanılmışdır.Heç bir müraciətin baxılma müddəti pozulmamışdır.1 müraciətinaidiyyəti qurumların rəyi ilə bağlı araşdırma tələb etdiyi üçün vaxtı uzadılmışdır.2022-ci ildə Rayon İcra Hakimiyyətinə müraciət etmiş vətəndaşların sosial tərkibinə nəzər saldıqda 1189 vətəndaş müraciət etmişdir ki,bunlardan 853-i kişi, 336-sı qadın olmaqla 83-ü təqaüdçü, 93-ü şəhid ailəsinin üzvü, 71-i Qarabağ döyüşləri veteranı, 96-ı Qarabağ müharibəsinin iştirakçısı, 1-i əmək veteranı, 4-ü məcburi köçkün və qaçqın kateqoriyasına aiddir.
2022-ci ildə daxil olan 1244 müraciətdən 1066-sı məktub, 119-u elektron məktub, 59-u teleqram formasında qeydə alınmışdır.Müraciətlərdən 699-u rabitə şöbəsindən, 70-i qəbuldan, 31-i poçt qutusundan, 10-u qəbul otağından, 119-u ümumi elektron poçtdan, 315-i şəxsən təqdim edilmişdir.
2022-ci ildə Rayon İcra Hakimiyyətinə daxil olmuş vətəndaş müraciətlərinə baxılması vəziyyəti Rayon İcra Hakimiyyəti başçısı yanında 4 dəfə, tabeli qurumlarda isə (inzibati ərazi dairəsi üzrə nümayəndələrdə) 2 dəfə müraciətlərə baxılmanın vəziyyəti araşdırılmış, müvafiq tövsiyələr verilmişdir.
2022-ci ildə daxil olan 1244 müraciətdən 234 müraciət, o cümlədən 6 müraciət nəzarət qaydasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuşdur ki, bu müraciətlərdən 210 müraciət ərizə,30 müraciət isə şikayət xarakterli olmuşdur.Azərbaycan Respublikasının Milli Məclisindən 9 ərizə, 2 şikayət olmaqla 11 müraciət, Azərbaycan Respublikası Nazirlər Kabinetindən 7 ərizə, 5 şikayət olmaqla 12 müraciət, respublikanın digər təşkilatlarında 38 ərizə, 19 şikayət olmaqla 57 müraciət, vətəndaşlar tərəfindən bilavasitə Rayon İcra Hakimiyyətinə ünvanlanmış 902 ərizə ,26 şikayət, 2-si təklif olmaqla 930 müraciət Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemində qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmışdır.2021-ci illə müqayisədə 2022-ci ildə Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 124 müraciət az, Azərbaycan Respublikası Nazirlər Kabinetindən 17 müraciət az, digər təşkilatlardan 18 müraciət az, vətəndaşlar tərəfindən bilavasitə isə 90 müraciət az daxil olmuşdur.
2022-ci ildə Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlər mövzular üzrə təhlil edilərkən, qəbul məsələləri ilə bağlı 6, ictimai-siyasi məsələlər üzrə 6, dövlət qulluğu və kadr məsələləri üzrə 10,şəhər,rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti barədə 115, milli təhlükəsizlik məsələləri və hüquq mühafizə orqanlarının fəaliyyəti barədə 7, maliyyə və bank məsələləri üzrə 4, kənd təsərrüfatı məsələləri üzrə 44, əmlak məsələləri üzrə 6,torpaq məsələsi üzrə 238, elm, təhsil, səhiyyə məsələləri üzrə 22, mədəniyyət və turizm məsələləri üzrə 5, rabitə, informasiya texnologiyaları üzrə 11, nəqliyyat məsələləri üzrə 29, ekologiya və təbii sərvətlər üzrə 1, sosial müdafiə məsələləri üzrə 397, enerji daşıyıcıları və su təchizatı məsələləri üzrə 39, mənzil məsələsi üzrə 101, şəhərsalma və tikinti məsələləri üzrə 75, təbii fəlakət hadisələri və fövqəladə hallar üzrə 2, məişət məsələləri üzrə 8, yaşayış məntəqələri, ərazi bölgüsü üzrə 1, ikinci Qarabağ müharibəsi ilə bağlı 45, gənclik və idman məsələləri üzrə 9, ədliyyə orqanlarının fəaliyyəti üzrə 1, dövlət quruculuğu və qanunvericilik məsələləri üzrə 15, sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı üzrə 10, müraciətə baxılması ilə bağlı 37 müraciətə (20 müraciət minnətdarlıq) Rayon İcra Hakimiyyətində baxılmışdır. Pirəbbə kəndindən Ağayev Kamilin 5 müraciətində, Neftçala şəhəri kollektiv qaydada yolun asfaltlaşdırılması ilə bağlı şəhid analarının etdiyimüraciətdə və ayrı-ayrı vətəndaşların Əsgərov Əfsər Xeyrulla oğlu, Xanməmmədova Arzu İmran qızı, Əsədov Elşən İsabala oğlu, Əliyeva Rübabə İlqar qızı, Nağızadə Elvin, Novruzov Əli Əliağa oğlu və digər vətəndaşlar müraciətlərdə problemlərinin həlli ilə bağlı Rayon İcra Hakimiyyəti başçısına minnətdarlıq bildirmişlər.
2022-ci ildə Rayon İcra Hakimiyyətinə daxil olan 1244 müraciət mövzular üzrə təhlil edildikdə vətəndaşlar tərəfindən ən çox müraciət edilən mövzular sosial müdafiə məsələləri (397 müraciət), torpaq məsələsi (238 müraciət), şəhər, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti (115 müraciət), mənzil məsələsi (101 müraciət), şəhərsalma və tikinti məsələləri (75 müraciət), II Qarabağ müharibəsi ilə bağlı məsələlər üzrə (45 müraciət), kənd təsərrüfatı məsələləri üzrə (44 müraciət), enerji daşıyıcıları və su təchizatı məsələləri (39 müraciət), müraciətlərə baxılması məsələləri (37 müraciət), nəqliyyat məsələləri (29 müraciət) barədə olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş 14 kollektiv ərizədən 7 müraciət torpaq məsələləri üzrə (Pirəbbə kəndi üzrə 3, Neftçala şəhəri üzrə 2, Aşağı Surra kəndi üzrə 1,II Qaralı kəndi üzrə 1), II Qarabağ müharibəsi ilə bağlı məsələlər üzrə 1müraciət (Mürsəqulu kəndi), kənd təsərrüfatı məsələləri üzrə 2 müraciət (Qaçaqkənd kəndi, Qırmızıkənd kəndi), Gənclik və İdman məsələləri üzrə 1 müraciət (Xol Qarabucaq kəndi), mənzil məsələsi üzrə1 müraciət (Neftçala şəhəri), şəhər, rayon İH və bələdiyyələrin fəaliyyəti üzrə 2 müraciət ( Pirəbbə kəndi, Xol Qarabucaq kəndi) olunub.
Nazirlər Kabinetindən 2 kollektiv ərizə daxil olmuşdur ki, 2 müraciət də Pirəbbə kəndində kafe tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlıdır. Milli Məclisdən kafe tikintisi üçün torpaq ayrılması məsələləri üzrə Neftçala rayonu Pirəbbə kəndi üzrə 2 kollektiv ərizə daxil olmuşdur. Bilavasitə vətəndaşlardan 34 kollektiv ərizə daxil olmuşdur ki, 3 müraciət kənd təsərrüfatı məsələləri üzrə (Xol Qarabucaq, Xoltəzəkənd, Qırmızıkənd kəndləri), 1 müraciət dövlət qulluğu və qanunvericilik məsələləri üzrə (Xıllı qəsəbəsi), 1 müraciət şəhər,rayon İH və bələdiyyələrin fəaliyyəti (Xəzər kəndi), 7 müraciət torpaq məsələləri üzrə (II Qaralı kəndi, Kürkənd kəndi, Mirzəqurbanlı kəndi, Aşağı Surra kəndi, Mikayıllı kəndi, Haqverdilər kəndi), 9 müraciət nəqliyyat məsələləri üzrə (Neftçala şəhəri 7 müraciət, Muğan Qışlağı kəndi 1 müraciət, Kürkənd kəndi 1 müraciət), 4 müraciət enerji daşıyıcıları və su təchizatı məsələləri üzrə (Neftçala şəhəri 1, Aşağı Surra kəndi 1, 1 nömrəli Mayak kəndi 1, Xol Qaraqaşlı kəndi 1), 3 müraciət mənzil məsələləri üzrə (Neftçala şəhəri), 2 müraciət ictimai-siyasi məsələlərüzrə (Neftçala şəhəri, Bankə qəsəbəsi), 1 müraciət elm, təhsil məsələsi üzrə (Mirqurbanlı kəndi), 2 müraciət gənclik və idman məsələsi üzrə (Aşağı Surra kəndi, Nefçala şəhəri), 1 müraciət şəhərsalma və tikinti məsələsi üzrə (Neftçala şəhəri) qeydə alınmışdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş təkrar müraciətlərdən Əliyev İnşallah Aləddin oğlu 14 müraciəti (14 ərizə), Ağayev Kamil Canəli oğlunun 11 müraciəti (4-ü şikayət, 7-i ərizə), Paşayeva Gülarə Rahim qızının 4 müraciəti (4-ü ərizə), Nəfəsov Ceyhun İsrəfil oğlunun 3 müraciəti (1-i ərizə,2-i şikayət),Orucov Şaiqin 2 müraciəti (1 ərizə,1 şikayət) qeydə alınmışdır.
Nazirlər Kabinetindən daxil olmuş təkrarmüraciətlərdən 3-ü Poladov Maksud Valeh oğlundan (3-ü ərizə) olmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olan şikayət xarakterli 2 müraciət fərdi qaydada Ağayev Kamilin müraciətidir.Şikayət məzmunlu müraciətlərin 2-si də kollektiv qaydada Neftçala rayonu Pirəbbə kəndindən ünvanlanmışdır.
2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan 234 müraciətdən 6 müraciətə nəzarət qaydasında baxılmışdır ki, bundan 2 müraciət şikayət,4 müraciət ərizə xarakterli olmuşdur.Nəzarət qaydasında qeydə alınan şikayət xarakterli kollektiv müraciət Neftçala rayonu Pirəbbə kəndində kafe tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət edilmişdir.Nəzarət qaydasında fərdi qaydada daxil olan müraciətlər isə bunlardır: Məmmədov Elçin (şəhər, rayon İHB-lərin fəaliyyəti), Əmrahov Şirin(şəhər, rayon İHB-lərin fəaliyyəti), Salahov Həsən (II Qarabağ müharibəsi ilə bağlı məsələlər), Əsgərov Gülmalı(müraciətlərə baxılma), Səfərli Xəzər (şəhərsalma və tikinti məsələləri üzrə).
Şikayət xarakterli müraciətlər xüsusilə torpaq məsələləri (20 müraciət), dövlət qulluğu və kadr məsələləri üzrə (8 müraciət), II Qarabağ müharibəsi ilə bağlı məslələlər (8 müraciət), kənd təsərrüfatı məsələləri (1 müraciət), mənzil məsələləri (2 müraciət), milli təhlükəsizilik məsələləri və hüquq mühafizə orqanlarının fəaliyyəti (2 müraciət), müraciətlərə baxılma( 6 müraciət), nəqliyyat məsələləri (1 müraciət), şəhər, rayon və bələdiyyələri fəaliyyəti (27 müraciət), şəhərsalma və tikinti məsələləri (3 müraciət), səhiyyə məsələləri (1 müraciət), sosial müdafiə məsələləri (1 müraciət) barədə mövzuları əhatə edir.
2022-ci ildə daxil olan 1244 müraciətdən 88 müraciət təkrar xarakterli olmaqla qeydə alınmışdır ki, bu da 2021-ci illə müqayisədə 29 müraciət az olmuşdur. Təkrar müraciətlərdən Ağayev Kamil Canəli oğlunun 22 müraciəti (torpaq sahəsinin ayrılmasıilə bağlı, dövlət qərarlarına dəstək və minnətdarlıq), Əliyev İnşallah Aləddin oğlunun 15 müraciəti (Şəhərsalma və tikinti məsələləri, mənzil məsələləri, sosial müdafiə məsələləri), Əliyev Ağaməmmədin 8 müraciəti (torpaq məsələsi, müraciətlərə baxılma, kanalizasiya məsələsi və s.), Orucov Şaiqinin 5 müraciəti (torpaq məsələləri), Paşayevə Gülarənin6 müraciəti (sosial müdafiə məsələləri, enerji daşıyıcıları və su təchizatı məsələləri və s), Abuşov Hidayət Ədalət oğlunun 8 müraciəti(torpaq məsələsi)və digər vətəndaşların müraciətləri olmuşdur.
Mövzular üzrə təhlil edilərkən təkrar xarakterli müraciətlər bələdiyyələrin fəaliyyəti, torpaq məsələləri, sosial müdafiə məsələləri, mənzil məsələləri, şəhərsalma və tikinti məsələləri, müraciətlərə baxılma barədə məsələləri əhatə etmişdir. Təkrar müraciətlərin bəzən yazılma səbəbi müraciətlərə baxılması zamanı verilən izahatlarla, qanunvericiliyin tələbləri ilə vətəndaşların razılaşmaması, bəzən isə şəxsi maraqlara istinad edən müraciətlər olması ilə müşahidə edilmişdir.
2022-ci ildə Rayon İcra Haklimiyyətinə daxil olan müraciətləri rayonun yaşayış məntəqələri üzrə təhlil etdikdə daha çox müraciət Neftçala şəhəri üzrə 331 müraciət, Pirəbbə kəndi üzrə 33 müraciət, Həsənabad qəsəbəsi üzrə 67 müraciət, Bankə qəsəbəsi üzrə 79 müraciət, Xıllı qəsəbəsi üzrə 69 müraciət, Xol Qaraqaşlı kəndi üzrə38 müraciət, Aşağı Surra kəndi üzrə 40 müraciət, Xol Qarabucaq kəndi üzrə 39 müraciət, Aşağı Qaramanlı kəndi üzrə 18 müraciət, Kürkənd kəndi üzrə 34 müraciət, Boyat kəndi üzrə 29 müraciət, Yuxarı Qaramanlı kəndi üzrə 23 müraciət, Xəzər kəndi üzrə 31 müraciət, Sarıqamış kəndi üzrə 14 müraciət, Ramazanlı kəndi üzrə 14müraciət qeydə alınmışdır.
2022-ci ildə Rayon İcra Hakimiyyətində 22 müraciəti olan Ağayev Kamilin müraciətinin əsas mövzusu kafe tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı olsa da, bunlardan 5-i minnətdarlıq məktubudur. Bundan baqa 39 müraciətdə vətəndaşların ehtiyacları müəyyən olunmuş,kart hesablarına ehtiyaclarını təmin etmək üçün pul vəsaitləri köçürülmüşdür.
Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritet istiqamətlərdən biri də vətəndaşların qəbulu və onların müraciətlərinə baxılmasıdır. Qəbullarda müraciət edən hər hansı bir vətəndaşa məhdudiyyət qoyulmadan sərbəst müraciət etməsinə şərait yaradılır.Həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbul olunması ilə bağlı vətəndaşların qəbul otağında “Qaynar xətt”əlaqə telefon nömrəsi (021-26-3-42-57), elektron müraciətlər üçün elektron ünvanı Rayon İcra Hakimiyyətinin saytında (mail@neftchala-ih.gov.az) yerləşdirməklə vətəndaşların diqqətinə çatdırılır. Eləcə də,Milli Qəhrəmanlar,Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ əlilləri və digər imtiyazlı vətəndaşlar müraciət etdikdə növbədənkənar qəbul olunur.
2022-ci ildə Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmaq üçün müraciət edərək qeydə alınmış 1705 nəfər vətəndaşdan 1650 vətəndaş qəbula dəvət edilmiş, müraciətləri dinlənilmiş, 55 nəfər vətəndaş müəyyən səbəblərdən qəbulda iştirak etməmiş,digər vətəndaşların qəbulu növbəlilik əsasında həyata keçirilmişdir. Qəbula yazılmış hər bir vətəndaşla qəbuldan əvvəl telefon əlaqəsi saxlanılır,qəbula dəvət edilir,müraciətləri dinlənilir,müvafiq tövsiyələr və izahatlar verilir. 2022-ci ildə qəbulu həyata keçirilmiş vətəndaşların müraciətləri dinlənilmiş və həlli istiqamətində müvafiq işlər görülmüşdür.Hesabat dövründə qəbul edilmiş vətəndaş müraciətindən 433 müraciət həll edilmiş, 735 müraciətə qanunamüvafiq izahat verilmiş, 245 müraciət qismən icra olunmuş, 23 müraciət ərizə ilə araşdırılmış, 214 müraciət baxılması üçün aidiyyatı üzrə təşkilatlara məktub yazılmışdır. Qəbul edilən vətəndaşlar daha çox işlə təmin olunma, ünvanlı sosial yardımın təyin olunması, torpaqla təmin olunma, tikinti materiallarının verilməsi,maddi köməklik barədə müraciətlər etmişlər.
2022-ci ildə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün,müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Vətən müharibəsində əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin,qazilərin növbədən kənar qəbul edilməsi,onları narahat edən sosial problemlərin həllinə nail olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür.Qəbul zamanı müraciət edən Vətən müharibəsi qazilərindən Əhmədov Murad İlqar oğlu,Xankişiyev Əliniyaz Rauf oğlu və digər 5 nəfər qaziyə maddi köməklik göstərilməsi təmin edilmişdir.
Şəhid ailələrinin qəbulu zamanı müraciətləri diqqətdə saxlanılmış, qeyd etdikləri məsələlərin həllinə nail olunmuşdur. Şəhid ataları Hüseynov Bəhmən Pəncalı oğlu, Kərimov Məzahim İbrahim oğlu, Səmədov İbrahim Ələkbər oğlu, Orucov Şaiq Cavanşir oğlu, Mənəfov Vidadi Əliqulu oğlu, Əhmədov Hüseyn Təvəkkül oğlu, Dadaşov İmanqulu Allahqulu oğlu,şəhid anası Ələkbərova Təranə Nadir qızı mütəmadi olaraq Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş ,müxtəlif sosial problemlərin, yolun təmiri, su təminatı,tikinti materialının verilməsi,maddi köməklik olunması,işlə təmin olunma və s. həlli istiqamətində köməklik göstərilmiş,qaldırdıqları problemlərin həllinə nail olunmuşdur. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrindən Məlikov Təhmasib Əşrəf oğlu əkin torpaq sahəsi ilə təmin edilmiş, Şəhid atalarına Səmədov İbrahim Ələkbər oğluna, İmanov İqab Əlimirzə oğlunavə digər şəhid ailələrinə müraciətləri əsasında maddi köməklik göstərilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının vəzifəli şəxsləri tərəfindən 945 vətəndaş, tabeli qurumlardaisə (inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə) 896 vətəndaş qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə 2022-ci ildə Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən rayonun yaşayış məntəqələrində 38 səyyar görüş keçirilmişdir. Görüşlər 3 qəsəbə və 48 kəndi əhatə etmişdir.
Keçirilən görüşlərdə 3000 nəfərə yaxın vətəndaş iştirak etmiş, 350 vətəndaşın 419 müraciəti dinlənilmişdir. Ən çox müraciət rayonun II Qaralı (17 nəfər), Xol Qaraqaşlı (17 nəfər), Mikayıllı (17 nəfər), Xəzər (17 nəfər) kəndlərində, ən az müraciət isə Qədimkənd, I Qaralı (4 nəfər), Ballıcallı (3 nəfər), Astanlı (2 nəfər ) kəndlərində keçirilən görüşlərdə olmuşdur.
Vətəndaşlar tərəfindən məşğulluğun və özünü məşğulluğun təmin olunması ilə bağlı 58, torpaqla təmin olunma ilə bağlı 38, elektrik təminatı ilə bağlı 32, əkin suyu ilə təmin olunma ilə bağlı 24, yol təmiri ilə bağlı 24, qaz çəkilməsi ilə bağlı 16, təmir məsələləri ilə bağlı 21, subsidiya ilə bağlı 15, rabitə ilə bağlı 14, içməli su təminatı ilə bağlı 6, çıxar kanallarının qazılması ilə bağlı 5, dayanacaq quraşdırılması,bankomat və ödəmə terminalının quraşdırılması, aptek tikintisi, məscid tikintisi,balıqqulağı ilə təmin olunma, əmək haqqı ilə bağlı, idman zalının təmiri, istilik sistemi ilə təminat, narkomaniya ilə bağlı, yaşıllıqların qorunması,uşaqların bağçaya qəbulu, şəkər xəstələrinin dərmanlarının məntəqələrdə paylanılması,məntəqələrdə ixtisaslı tibb kadırlarının olmaması ilə bağlı müraciətlər olmuşdur.
Vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş və icrası ilə bağlı aidiyyəti şöbələrə tapşırıqlar verilmişdir.Vətəndaşlar tərəfindən qaldırılan 250 müraciət icra olunmuş, 8 müraciət qismən icra olunmuş, 46 müraciətin icrası davam edir,76 müraciətə qanunvericilik izah olunub, 32 müraciət icra olunmayıb. 7 müraciət isə təklif və minnətdarlıq olmuşdur.
Vətəndaşlar tərəfindən 151 izahat verilib, 15 akt tərtib olunub, 228 müvafiq arayış təqdim olunmuşdur.
İcra olunan müraciətlərə əkin suyu ilə təmin olunma (Xol Qaraqaşlı, Xol Qarabucaq,Qaçaqkənd),subsidiya alınması (Xəzər, Cəngan), ödəmə terminalının quraşdırılması (Cəngan), elektrik naqilləri və elektrik dirəklərinin dəyişdirilməsi (Aşağı Qaramanlı, Xol Qaraqaşlı, Qaçaqkənd, Yuxarı Qaramanlı), ağacların budanması (Kürqarabucaq), inventarlarla təmin olunma (Kürqarabucaq), sahibsiz itlərə qarşı mübarizə (Bankə və Aşağı Qaramanlı), maddi köməklik olunması (Xıllı, Boyat, Mirzəqurbanlı), odunla təmin olunma (Şirvanlı), işlə təmin olunma (Qırmızıkənd, Şirvanlı) göstərmək olar. Eyni zamanda müraciətlərlə bağlı 103 məktub yazılmışdır.
İcra edilməmiş müraciətlərdən yol təmiri, dayanacaq quraşdırılması, yol nişanlarının çəkilməsi, telefon çəkilişi, məşğulluğun təmin olunmasını qeyd etmək olar.
2022-ci il ərzində rəqəmsal icra hakimiyyəti portalına 37 müraciət daxil olmuşdur. Onlardan 4 müraciət e-iştirakçılıq, 20 müraciət vətəndaş qəbulu, 13 müraciət e-müraciət bölməsinə aiddir. E-iştirakçılıq bölməsinə olunan 4 müraciətin 2-si imtina edilmiş (yol təmiri, şəhid adının əbədiləşdirilməsi), 2 müraciət (körpələr evi və uşaq bağçasının təmiri,idman meydançasının tikintisi) isə rəy verilməsi üçün İctimai-siyasi və humanitar məsələlər şöbəsinə təqdim edilmişdir.
Vətəndaş qəbulu bölməsinə edilmiş 19 müraciətdən 5-i işlə təmin olunma, 3-ü evinin təmir olunması, 2-si torpaqla təmin olunma, 2-si bankomat quraşdırılması ilə bağlı, digərləri isəmüalicə,əlillik təyin olunması,Ünvanlı dövlət sosial yardım,ərzaq yardımı,yol təmiri, ümumi məsələ və təşəkkür olmuşdur.
İşlə bağlı müraciət edən Amid Şahbazov işlə təmin olunmuş, Mirəli İsmayılova ərzaq yardımı edilmiş, Ağamməd Əliyevin təmirlə bağlı müraciəti həll edilmiş,Bəyim Qurbanovanın evinin təmirinə 1500 Azn maddi köməklik olunmuşdur. Digər vətəndaşlara qanunvericilik izah olunaraq aidiyyəti üzrə məktublar ünvanlanmışdır. E-müraciət bölməsinə 14 müraciət daxil olmuşdur.
İnformasiya təminatı və təhlil sahəsi üzrə görülmüş işlər:
Neftçala Rayon İcra Hakimiyyətinin struktur bölməsi olaraq İnformasiya təminatı və təhlil sektoru öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərancamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını,”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni,Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyyələrini əsas götürərək öz işini günün tələbləri səviyyəsində qurmağa çalışmaqdadır.
Hesabat dövründə İnformasiya təminatı və təhlili sektoru Rayon İcra Hakimiyyətində informasiya təminatı və təhlili işlərinin təkmilləşdirilməsi sahəsində Əsasnamə ilə verilmiş səlahiyyətləri daxilində İnformasiya texnologiyaları və kommunikasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsini, informasiya proseslərinin əlaqələndirilməsini, Sektor fəaliyyətini Yerli İcra Hakimiyyətinin digər struktur vahidləri və bölmələri, habelə yerli dövlət orqanları və təşkilatları ilə əlaqəli şəkildə qururaraq qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmişdir.
Sektor 2022-ci il ərzində Rayon İcra Hakimiyyətində məlumat cədvəllərinin dürüst tərtib olunmasını, təhlil edilməsini, Prezident Administrasiyasının mərkəzi serverinə ötürülməsini, Rayon İcra Hakimiyyətində istifadə olunan digər proqram təminatlarının təkmilləşdirilməsini təmin etmək məqsədilə müvafiq qurumlarla qarşılıqlı işin təşkil edilməsini təmin etmiş, Rayon İcra Hakimiyyətində mövcud olan proqram təminatının işlək vəziyyətdə olmasını təmin etmiş, profilaktik tədbirlər həyata keçirmək məqsədilə müvafiq xidmətlər göstərən qurumlarla qarşılıqlı işi qurmuşdur.
İnformasiya təminatı və təhlil sahəsi üzrə analoji olaraq müvafiq qurumlarla, digər struktur bölmələri və vahidləri arasında işi əlaqələndirərək müvafiq sahədə normativ tənzimləməni həyata keçirmişdir.
Hesabat dövründə İnformasiya təminatı və təhlil işləri ilə bağlı aidiyyəti məlumatların təqdim edilməsi ilə məşğul olan müvafiq qurumlarla koordinasiya təmin edilmişdir. Sektor əməkdaşları müasir informasiya təminatı və təhlili sahəsində müxtəlif qurumlar tərəfindən təşkil edilmiş konfrans, seminar və tədbirlərdə iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında məlumatların yerləşdirilməsini və daimi yenilənməsini təmin etmişdir.
Neftçala Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında “İcra Hakimiyyəti”, “Qanunvericilik”, “Xəbərlər”, “Elektron xidmətlər”, “Foto qalereya”, “Əlaqə” bölmələri fəaliyyət göstərir. “İcra Hakimiyyəti” bölməsinda- İcra Hakimiyyətinin başçısı, Aparatın strukturu, Şura, Bələdiyyələr, Vətəndaşların qəbulu, İƏD üzrə nümayəndələr, İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər, Fəaliyyət və Hesabatlar altbölmələri, “Qanunvericilik” bölməsində- Yerli icra hakimiyyətləri haqqında Əsasnamə, “Xəbərlər” bölməsində Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bütün tədbirlər barədə məlumatlar, “Elektron xidmətlər” bölməsində Vətəndaşların qəbulunun elektron qeydiyyatı, Elektron müraciət, Tikintiyə icazə üçün elektron müraciət sistemi və Rəqəmsal icra hakimiyyəti portalı, “Foto qalereya” bölməsində Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bütün tədbirlərin foto şəkilləri, “Əlaqə” bölməsində isə Rayon İcra Hakimiyyətinin ünvanı, faks, telefon nömrələri və elektron ünvanı yerləşdirilmişdir.
Hesabat dövründə Neftçala Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında bölmələr və alt bölmələrdə olan məlumatlarda mütəmadi dəqiqləşmələr aparılaraq yenilənmişdir.
Rəsmi internet saytında həmçinin rayonun tarixi, əhalisi, coğrafi mövqeyi barədə, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman sahələri, xəritə, Neftçala şəhər üzrə yaşıllıq sahələri haqqında geniş məlumatlar yerləşdirilmişdir. 2022-ci il ərzində qeyd edilən məlumatlar da yenilənmişdir. Neftçala rayonunun Milli Qəhrəmanları və Vətən Müharibəsi şəhidləri haqqıda geniş məlumatlar dərc edilmişdir.
Hesabat dövründə rəsmi internet saytında məlumat bazası genişləndirilərkən Ulu Önrədin və Ölkə Başçısının rayona səfərləri barədə geniş məlumatlar, rayonun infrastrukturu, Gündoğar Qəzeti haqqında, Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Apellyasiya şurası, İctimai şura, Könüllülük fəaliyyəti, Daşınmaz əmlakın icbari sığortası, Dövlət qulluqçularının etik davranış qaydaları barədə məlumatlar öz əksini tapmışdır. Eyni zamanda Açıq məlumatlar portalı da veb-saytda fəaliyyət göstərir.
Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində vətəndaşların RİH-nin fəaliyyəti ilə bağlı informasiya ehtiyaclarını ödəyə biləcək müxtəlif növ resurslar mütəmadi yenilənməkdədir. Hesabat dövründə RİH-in rəsmi saytında 67 xəbər oxucuların diqqətinə çatdırılmışdır. 2022-ci il ərzində elektron müraciətlər bölməsi vasitəsilə 151 nəfər vətəndaş RİH-nə müraciət etmişdir. 151 müraciətdən 151 müraciət cavablandırılmışdır. RİH başçısı tərəfindən ərazilərdə keçiriləcək səyyar qəbullarla bağlı məlumatlar hər ayın əvvəlində elan bölməsində vətəndaşların nəzərinə çatdırılır.
RİH-nin elektron poçt xidməti vasitəsilə Prezident Adminstrasiyası və mərkəzi orqanlar tərəfindən daxil olan məktublar tərəfimizdən operativ olaraq adiyyatı üzrə şöbələrə yönləndirilir.
2022-ci il pambıq əkini ilə əlaqədar olaraq Neftçala rayonunda bağlanmış müqavilələr və aparılmış şum ilə əlaqədar məlumatlar hər həftənin iki günü,pambıq yığımı ilə əlaqədar məlumatlar isə hər gün operativ və mütamadi olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının elektron bazasına ötürülməsi tərəfimizdən təmin olunmuşdur.
RİAİS proqram təminatı vasitəsilə “Xüsusi hesabatlar” bölməsi üzrə hesabat dövründə RİH başçısının yerlərdə keçirdiyi səyyar qəbulların qrafikinin və həmin qrafik üzrə müəyyən edilmiş tarixlərdə keçirilən 38 səyyar qəbul və bu səyyar görüşlərdə qaldırılan məsələlərə dair məlumatlar, gündəlik olaraq rayon ərazisində baş vermiş 68 hadisə (31 yanğın, 12 yol nəqliyyat, 10 intihar, 3 intihara cəhd, 3 suda batma, 2 dəm qazından boğulma, 1 adam öldürmə, 1 elektrik cərəyanı vurması, 1 meytin aşkar olması, 1 oğurluq və 3 digər) və keçirilən 37 təsnifata uyğun olaraq tədbirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının elektron bazasına yerləşdirilmişdir.
“Rəsmi yazışmalar” bölməsinə daxil olan 115 məktub və onlardan 93-ü tezis olmaqla icra vəziyyətinin nəzarətdə saxlanması, aparatın aidiyyəti şöbələri tərəfindən və tələb olunan müddətlərdə məlumatların Azərbaycan Respublikası Prezidenti Administrasiyasının elektron bazasına ötürülməsi tərəfimizdən təmin olunmuşdur.
“Operativ məlumatlar” bölməsi vasitəsilə tələb olunan məlumatların (rayonda mövcud olan problemli sahələr, onların icrası istiqamətində görülmüş işlər) RİH başçısı aparatının şöbələrindən alınaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının elektron bazasına ötürülür.
“Aşura” mərasimlərinin monitorinqi bölməsi vasitəsilə müvafiq dövr üzrə (“Aşura” və “Tasua” mərasimlərinin keçirildiyi vaxtlar) tələb olunan məlumatların RİH başçısının müvafiq sərəncamı ilə yaradılmış xüsusi qərargahın üzvlərindən (RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri və s.) alınaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının elektron bazasına ötürülür.
“Ölənlərin ümumi siyahısı” bölməsi vasitəsilə Neftçala rayonunda qeydiyyatda olan, vəfat etmiş şəxslər (müxtəlif səbəblərdən) barədə məlumatlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının elektron bazasına operariv olaraq ötürülür.Hesabat dövründə vəfat etmiş 495 nəfər Neftçala rayon sakininin məlumatları sistemə daxil edilmişdir.
“Covid-19” bölməsi vasitəsilə Neftçala rayonunda faktiki yaşayan, koronavirus infeksiyasına yoluxmuş şəxslər barədə məlumatların Neftçala Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən (VSİS elektron baza üzrə) alınaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının elektron bazasına mütəmadi olaraq ötürülür.
“Salnamə” bölməsinə əlavə edilmiş təsnifat siyahısına uyğun olaraq rayon ərazisində keçirilmiş 37 tədbir (yığıncaqlar, şura iclasları, səfərlər, görüşlər, bayramlar və s.) barədə məlumatların Azərbaycan Respublikası Prezidenti Administrasiyasının elektron bazasına ötürülməsi tərəfimizdən təmin olunmuşdur.
“Vətən Müharibəsi” bölməsində 59 nəfər imtiyazlı şəxs (şəhidlər, şəhidlərin ailələri və müharibə iştirakçıları) sistemdə qeydiyyata götürülmüş və onlar barədə müvafiq məlumatların yenilənməsi mütamadi olaraq tərəfimizdən həyata keçirilməkdədir.
“Dövlət İmtahan Mərkəzi” (RİH-də yaranmış vakansiyalar) bölməsində vakansiyalar və vakansiyalar üzrə işə götürülən şəxslər barədə müvafiq məlumatların yenilənməsi mütəmadi olaraq həyata keçirilir.
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəzsizliyi Dövlət Xidmətinin elektron sorğu sistemi proqramına nəzarət edilməsi, xüsusi proqram təminatı vasitəsi ilə XDMX ilə əlaqə saxlanılması tərəfimizdən həyata keçirilir. Hesabat dövründə tərəfimizdən 9 sorğu cavablandırılmışdır.
Dövlət qulluqçularının kibertəhlükəsizliklə bağlı biliklərini artırmaq və mövcud bilikləri möhkəmləndirmək məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 2022-ci ildə təşkil olunan “Kibergigiyena” layihəsində Neftçala rayon Icra Hakimiyyətindən on əməkdaşı iştirak emişdir. İlkin səviyyə təsbit imtahınını keçdikdən sonra onlar onlayn təlimlərə cəlb olunmuş və sonda təkrar yekun imtahandan keçmişlər. Əməkdaşların göstərdiyi yüksək nəticələrə görə Neftçala Rayon Icra Hakimiyyəti və layihənin qurumda təşkilinə məsul şəxs olan İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Ruslan Süleymanlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
İnformasiya təminatı və təhlil Sektoru hesabat dövründə “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunmasını, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində informasiyanın əldə edilməsinə şəraitin yaradılmasını, eləcə də, Rayon İcra Hakimiyyətlində informasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsini diqqət mərkəzində saxlamışdır.
İnformasiya təminatı və təhlil sektoru öz fəaliyyətində bundan sonra da Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərancamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını,”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni, Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyyələrini əsas götürərək öz fəaliyyətini günün tələbləri səviyyəsində quracadır.