Şriftin ölçüsü :

Saytın rəngi :

2021-ci ilin hesabatı

Neftçala Rayon İcra Hakimiyyəti başçısının 2021–ci ildə Neftçala rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda  duran vəzifələrə dair hesabatı 

2021-ci ildə rayon ərazisində tikinti işlərində əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcmi 11 milyon 360 min manat təşkil etmiş, tikinti quraşdırma  işlərinin həcmi 11 milyon 36 min manat yerinə yetirilmiş, 2020-ci illə müqayisədə investisiya qoyuluşu 66,4 %, tikinti quraşdırma işləri isə 66,8 % azalmışdır.

Rayonun 52 yaşayış məntəqəsindən 31-i qazlaşdırılmış, hazırda Mirzəqurbanlı kəndinin qazlaşdırılması işləri davam etdirilir.

Hesabat dövründə ümumilikdə Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 2043 ədəd avtomobil, 604 ton heyvan və quş yemi, 42,5 ton polietilen boru və digər məhsullar istehsal olunmuşdur.

2021-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi 311,3 milyon manat olmuşdur ki, bu da 2020-ci ilə nisbətən 6,2 % cox olmuşdur. Hesabat dövründə ümumi məhsul istehsalı 311 milyon 300 min manat olmuşdur ki, bu da 2020-ci illə  müqayisədə 18 milyon çox oluşdur. 2020-ci ildə ümumi məhsulun tərkibində sənaye məhsulu 83 milyon 700 min manat və ya 26,9 %, kənd təsərrüfatı məhsulu 127 milyon 100 min  manat və ya 40,8 %, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi 86 milyon 100 min manat  və ya 27,7 %, informasiya və rabitə xidməti  1 milyon 300 min manat  və ya 0,4%, nəqliyyat üzrə 2 milyon 600 min manat və ya 11,9 %, olmuşdur. 

Ümumi məhsulun həcmində qeyri-dövlət sektorunun payı keçən ilin eyni dövrü ilə müqayisədə 15,9% cox olmuşdur. Hesabat dövründə adambaşına 3482 manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin məhsulundan 5,7 % çoxdur. 

2021-ci ildə rayonda 7 yeni müəssisə yaradılmış, 1238 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 7, mövcud müəssisə və təşkilatlarda 192, fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda2, fiziki şəxslər üzrə 1238 yeni iş yeri olmaqla, cəmi 1439 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Pambıq yığımına 1689 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 7600 nəfər işlə təmin olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.

Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsinin və fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 83 milyon 700 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 50,7 % artaraq 77 milyon 350 min manat təşkil etmişdir. Sənaye istehsalının ümumi həcmində neft hasilatının 32,8 faizi, emalı sənayesinin isə  6,6 faizi istehsal  olunmuşdur. 2021-ci il ərzində 29 min ton xam neft və 168 ton yod istehsal edilmişdir.

2021-ci ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 451 min ton yük, 4 milyon 834 min nəfər sərnişin daşınmışdır ki, bu da 2020-ci illə müqayisədə yük daşınması 0,9 faiz, sərnişin daşınması isə 1,1 faiz artmışdır.

Hesabat ilində əhalinin nominal pul gəlirləri 322 milyon 300 min manat olmuş, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 % artmışdır. Adambaşına düşən pul gəlirləri 1,4 % artaraq  3604,5  manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 450,4 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 27 milyon 900 min manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 8,9 % artaraq 261 milyon 800 min manata, pullu xidmətlərin həcmi 2,4 % çoxalaraq 27 milyon 900 min manata, iaşə xidmətlərinin həcmi 4,2% artaraq 2 milyon 510 min manata çatmışdır.

2021-ci il üçün rayonun yerli gəlirləri və xərcləri 5 milyon 982,0 min manat təsdiq olunmuşdur. Bu da keçən il ilə müqayisədə 5,7% və ya 323 min manat çoxdur. Yerli xərclər 5 milyon 982,0 min manata qarşı 4 milyon 915,2 min manat vəsait daxil olmuş və ya 82,2 % icra olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 490,9 min manat və ya 11,1 % çox olmuşdur.

01 yanvar 2022-ci il tarixə pensiya və müavinət alanların sayı 14504 nəfər olmuşdur. Rayon üzrə 2491 ailə üzvü olmaqla 560 ailəyə ünvanlı dövlət sosial yardım təyin olunmuş, 105 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Hesabat dövründə Heydər Əliyev  Fondunun dəstəyi ilə nəfər az təminatlı ailələrin hər birinə Novruz bayramı münasibəti ilə ərzaq bağlaması, Qurban bayramı ilə əlaqədar 656 ailəyə qurban payı, bilik günü ilə əaqədar 101 aztəminatlı ailənin I sinifə gedən uşaqlarına məktəbli ləvazimatları verilmişdir. Hesabat dövründə 15 nəfər imtiyazlı şəxsə “Möcüzəli Naftalana” göndəriş verilmişdir. Cari ildə 3 dekabr “Beynəlxalq Əlillər” günü münasibəti ilə əlaqədar 52 nəfər əlil olan az təminatlı ailənin hər birinə dövlət tərəfindən 30 manat məbləğində nağd pul vəsaiti poçt vasitəsilə ödənilmişdir. 

2021-ci il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 216 nəfər işaxtaran vətəndaş 13 saylı Ərazi Məşğulluq Filialı tərəfindən aktiv məşğulluq tədbirlərinə cəlb olunmuşdur. Bunlardan 146 nəfəri aktivlərlə təmin olunmuş və 70 nəfərin yaxın vaxtlarda müvafiq aktivlərlə təmin olunacaqdır. Özünüməşğulluq tədbirlərinə cəlb olunanlardan 25 nəfəri şəhid ailəsi üzvü, 36 nəfəri müharibə veteranı, 19 nəfəri əlilliyi olan şəxs, 6 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərdir. Müvafiq dövr ərzində rayon üzrə 5452 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmışdır. Qeydiyyata alınmış işaxtaran və işsiz vtəndaşlardan 519 nəfəri işlə təmin olunmuşdur ki, onlardan 390 nəfəri haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. İşlə təmin olunanlardan 143 nəfəri qadınlardır. Hesabat dövründə 43 nəfər işaxtaran vətəndaşa işsizlikdən sığorta ödənişi təyin edilmişdir.  445 nəfər işsiz vətəndaş “Dost İş Mərkəzi” MMC-də, 43 nəfər Salyan Regional Qaz İstismarı İdarəsində və 45 nəfər Neftçala Elektrik Şəbəkəsində işlə təmin olunmuşdur. 

Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 4 sahibkara 63 min manat məbləğində güzəştli kredit verilmişdir.

Hesabat dövründə rabitə müəssisələri tərəfindən  əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1 milyon 258 min manatlıq rabitə xidməti göstərilmişdir.  Göstərilən rabitə xidmətlərinin həcmi 2020-ci illə müqayisədə 11,9% artmışdır. Hazırda rayonda hər 100 təsərrüfata 57 ədəd telefon aparatı düşür. Rayonun bəzi yaşayış məntəqələrində telefon xəttinin çəkilişinə və istismar müddətini başa vurmuş rabitə dayaqlarının yenisi ilə əvəz olunmasına ehtiyac vardır.

2021-ci ildə Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona 180 milyon kvt. saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 42 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyəri rayon üzrə 93,1 faizi ödənilmişdir ki, bunun da 102,5 faizi əhalinin payına düşür. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir. Rayon ərazisində elektrik təsərrüfatının yaxşılaşdırılmasına, istifadə müddətini başa vurmuş elektrik transformatorlarının, elektrik hava xətlərinin və dirəklərinin yenilənməsinə ciddi ehtiyac vardır.

2021-ci ildə Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən 23 milyon 257 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 20 milyon 815 min kub metr olmuş, bunun da  dəyəri rayon üzrə 93,3 faiz, o cümlədən, əhali üzrə 92,6 faiz ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir. Rayonun qazlaşdırılmamış 19 yaşayış məntəqəsinin qazlaşdırılmasına ehtiyac vardır.

Məlumat üçün diqqətinizə çatdırıram ki, rayon ərazisində mavi yanacaqla, elektrik təchizatı ilə bağlı əhalini narahat edən problemlərin həlli istiqamətində, dördüncü regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına kənd yerlərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlər nəzərdə tutulmuşdur. 

Rayonda 2021-ci il ərzində aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Kənd təsərrüfatının ümumi məhsulu 127 milyon 126 min manat təşkil edir ki, onunda 59 milyon 673 min manatı heyvandarlıq, 67 milyon 454 min manatı bitkiçilik məhsullarının payına düşür. 2020-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 4.2 %, heyvandarlıq məhsulları üzrə 1,0%, bitkiçilik məhsulları üzrə isə 7,3 % artmışdır.

Göstərilən dövrdə diri çəkidə 12 min 704 ton ət, 31 min 696 ton süd, 19 milyon 103 min ədəd yumurta, 288 ton yun istehsal olunmuşdur. 2021-ci ilin məhsulu üçün 40 min 491 hektar sahədən 124 min 610 ton taxıl  istehsal edilmişdir. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,8 sentner təşkil etmişdir.

 2021-ci ildə 6949 hektar sahədə pambıq əkilmiş, 22 min 871 ton pambıq toplanaraq, tədarük məntəqələrinə təhvil verilmişdir. Toplanmış pambığın orta hesabla məhsuldarlığı 32,9 sentner olmuşdur. 2022-ci ilin məhsulu üçün 8559 hektar torpaq sahəsini əhatə etməklə 2023 mülkiyyətçi ilə müqavilə bağlanmış, 8069 hektar ərazidə  şum aparılmış və bu istiqamətdə tədbirlər davam etdirilir.

Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 480 km suvarma kanalları, 319 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 95 ədəd, kollektor-drenlərdə 48 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir. Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən kənd təsərrüfatı obyektlərinin və yaşayış sahələrini daşqın və sel sularından qorumaq məqsədilə Kür çayının sağ və sol sahili boyunca Aşağı Surra, Aşağı Xıllı. Kürkənd və Qardaşbəyli kəndlərinin ərazisində 4086 metr məsafədə 50,3 min m3 həcmində bəndin təmiri və 6077 metr məsafədə 148,3 min m3 həcmində qayakəsmə işləri görülmüşdür.

Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 2021-ci il ərzində Rayon Sukanal  İdarəsi, “50 saylı Yol İstismarı” MMC, Neftçala Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, “Azəristiliktəchizat” ASC-nin Neftçala İstilik Sistemləri İstismar Sahəsi və  rayon ərazisində fəaliyyət göstərən təmir-tikinti idarələri ilə işlərini əlaqəli quraraq, bir sıra  tədbirlər  həyata  keçirmişdir.

 “50 saylı Yol İstismarı” MMC tərəfindən 2021-ci il ərzində Respublika Əhəmiyyətli avtomobil yollarında üzrə 214,0 min, Yerli Əhəmiyyətli  avtomobil yollarında 858,0 min manat həcmində yolların saxlanması və cari təmir işləri görmüşdür. Avtomobil yollarında olan çökmələr, deformasiyaya uğramış hissələri, dayanacaqlar və yol nişanları təmir edilmişdir. Avtomobil yolunun çiyin hissələrində əmələ gələn kol-kosların təmizlənməsi, ehtiyac olan hissələrdə üfüqi nişanla (piyada keçidi) xətlənməsi, yol nişanlarının quraşdırılması işləri aparılmışdır, yeni dayanacaqlar tikilmişdir. Bundan əlavə, 9,3 km olan Bankə-1№-li mayak kənd avtomobil yolunun 2,3 km hissəsinin asfalt örtüklə üzlənməsi həyata keçirilmişdir.

Neftçala Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2021-ci il ərzində Neftçala şəhər ərazisində hər ay 121760 m2  sahə süpürülmüş və 70350 m2 yaşıllıq sahəsinə qulluq edilmiş, eyni zamanda Bankə qəsəbə sahəsində hər ay 16777 m2  sahə süpürülmüş və 21508 m2 yaşıllıq sahəsinə, Xıllı qəsəbə sahəsində hər ay 16700 m2 sahə süpürülmuş və 30162 m2 yaşıllıq sahəsinə, Həsənabad qəsəbə sahəsində hər ay 13500 m2 sahə süpürülmüş və 20600 m2 yaşıllıq sahəsinə qulluq edilmişdir. Ümumilikdə il ərzində 15444 m3 bərk məişət tullantıları ərazilərdən daşınmış və zərərsizləşdirilmişdir. Birliyin işçiləri tərəfindən parklarda və küçələrdə olan ağacların quruyub yanmış budaqlarını budamışdır, ağacların aşağı köklü hissəsini əhəngləmiş, quruyub yerə tökülmüş yarpaqları təmizlənənərək kənar məsafəyə daşımişdır. Parkda və ərazidə olan boş yerlərə yeni ağac və dekorativ güllər əkilmişdir. Ağacların dibi şumlanıb və suvarılmışdır.

Heydər Əliyev Mərkəzinin ərazisində,prospektdə və küçələrdə olan ağaclara qulluq edilmiş, yaşıllıq əraziləri artırılmış və mühafizə olunmuşdur. Şəhərin H.Əliyev prospektində  və M.Əsədov küçələrində bərk məişət tullantıları atılmaq üçün urnalar tikilmişdir. 35 ədəd bərk məişət tullantıları konteynerləri təmir edilib saz hala gətirilmişdir. 61 ədəd yeni zibil konteynerləri alınib istifadəyə verilmişdir. Bundan əlavə ehtiyyat hissələrinin alınması üçün 17034,22 (on yeddi min 34 manat, iyirmi iki qəpik) manat, nəqliyyat vasitələrinə yanacaq və sürtgü materialları almaq üçün 20608,60 (iyirimi min altı yüz səkkiz manat, altmış qəpik) manat vəsait xərclənmişdir.

Neftçala Sukanal sahəsi ümumi sayı 14959 nəfər olmaqla 5328 əhali qrupuna  və 117 sayda qeyri - əhali abonentlərinə su və kanalizasiya xidməti göstərir. Neftçala Sukanal sahəsi tərəfindən abonentlərə cəmi 500.413,00 m3 içməli su və 141493,00 m3 çirkab su xidməti göstərilmişdir ki, bu xidmətlərin ümumi dəyəri 310124.00 manat təşkil etmişdir. Bunun müqabilində 275.849,00 manat vəsait toplanmışdır ki, bu  da göstərilən xidmətlərin ümumi həcminin 88.9 % - ni təşkil etmişdir. Qeyri - əhali qrupuna aid abonentlərdə xidmətin ümumi həcmi 150.488,00 manat, daxil olma 146.852,60 (97,5%) manat olmuşdur.  

Neftçala şəhər ərazisində 9 ədəd çirkab su nasosxanası fəaliyyət göstərir. Çıxar çirkab sular açıq kanala təmizlənmədən axıdılır. Neftçala şəhəri, Xıllı qəsəbəsi və Həsənabad qəsəbəsinə xidmət edən su xəttləri uzun müddət istismarda olduğundan hər gün qəzalar baş verir. 2021-ci il  ərzində Neftçala şəhər ərazisində 164 ədəd su xəttində qəza, 458 ədəd çirkab su xəttində qəza, ümumilikdə isə 622 ədəd qəza baş vermişdir. Neftçala şəhər və qəsəbələrində yaranan qəzalar  mütamadi olaraq operativ formada aradan qaldırılır.

2021–ci il ərzində Neftçala şəhəri Kimyaçılar şəhərçiyində abonentlərin su təminatını yaxşılaşdırmaq məqsədilə  172 metr su xətti çəkilmişdir. Bundan başqa binaların zirzəmilərində kanalizsiya xəttləri yenisi ilə əvəz olunmuşdur. Neftçala şəhərində “Azərsu” ASC-nin sifarişi əsasında Podratçı tikinti təşkilatı tərəfindən Neftçala Sukanal sahəsinin xidmət göstərdiyi  çoxmərtəbəli yaşayış binalarına su itkisinin qarşısının almaq məqsədi ilə 1061 ədəd su sayğacları quraşdırılmış və şəbkəyə qoşularaq istifadəyə verilmişdir.

“Azərsu” ASC-nin sifarişi əsasında Neftçala şəhər əhalisinin su təchizatını yaxşılaşdırmaq məqsədi ilə Salyan şəhərində 7500 m3 -luq su anbarı tikilib əhalinin istifadəsinə verilmiş və Podratçı tikinti təşkilatı tərəfindən Salyan rayonundan Neftçala rayonuna 39,2 km uzunluğunda 560 mm-lik su kəməri ötən əsrin 50-ci illərində çəkilmiş şəhərin mövcud su şəbəkəsinə birləşdirilmişdir. Kür çayının suyunun duzlaşması zamanı yaranacaq problemin aradan qaldırılması və əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması məqsədi ilə ümumilikdə 3032 metr uzunluğunda müxtəlif diametrli borular vasitəsi ilə (Kürkənd, Həsənabad, Uzunbabalı, Mirzəqurbanlı, Tataraməhlə, Abasallı, İkinci Qaralı, Yuxarı Qaramanlı, Kürqarabucaq, I Qaralı, Astanlı) kəndlərində yerləşən modul tipli su qurğularına magistral xətdən su verilmişdir.         Həsənabad qəsəbəsi, Qoltuq, Mirqurbanlı, PMK əhalilərinin ümumi sayı 11300, mövcud abonentlərin sayı 1391 olan yaşayış məntəqələrinə hal-hazırda Kür çayından açıq kanal vasitəsi ilə içməli su verilir. Lakin adları çəkilən həmin məntəqələrdə yeni şəbəkənin qurulması və sayğaclanması nəticəsində su itkisinin minimuma endirilməsi və əhalinin içməli su ilə təmin edilməsi qarşıda duran əsas vəzifələrdən biridir.

 “Azəristiliktəchizat” ASC-nin Neftçala İstilik Sistemləri İstismar Sahəsi tərəfindən xidmət göstərilən Neftçala şəhəri ərazisində olan yaşayış binaları istiliklə təmin olunmuşdur.

Hesabat dövrü ərzində Rayon ərazisində ayrı-ayrı vətəndaşlar tərəfindən aparılan qanunsuz tikinti işlərinin dayandırılması ilə xəbərdarlıqlara baxmayaraq tikinti işlərini davam etdirən vətəndaşlar barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Rayon polis şöbəsinə müvafiq tədbir görülməsi ilə bağlı rəsmi müraciət ünvanlanmışdır.

Hesabat dövründə Z.Məcidov küçəsində yerləşən iki mərtəbəli 8 mənzilli yaşayış binasında təmir işlərinə başlanılmış, binanın dam örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub. Eyni zamanda binanın eyvan hissəsi, mənzillərin pəncərələri, uçub dağılmış mənzillərdə yenidən bərpa işləri aparılmışdır. Hal-hazırda son tamamlanma işləri davam etdirilir.

Neftçala rayonu ərazisində Şəhid ailələri və Qarabağ əlilləri üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş 10 fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. Hal-hazırda işlər davam etdirilir.

2021-ci il Neftçala şəhəri M.Ə.Sabir küçəsində, Neftçala Olimpiya İdman Kompleksinin ətrafında avtomobil yolunun kənarında piyadaların rahat hərəkəti üçün tamet və bardür işləri həyata keçirilmişdir. Bundan əlavə rayonun Bankə qəsəbəsinin mərkəzi küçəsində hasarların yenidən suvanması, hörülməsi və rənglənməsi, darvazaların yağlı boya boyanması işlərinə başlanılmışdır. İşlər hal-hazırda sürətlə davam etdirilir.

Avtomobil yollarının təmiri işlərində Neftçala şəhərinin Kamran Hüseyov, Səməd Vurğun, Elton Həbibov küçəsinin bir hissəsində, Bankə qəsəbəsi Ceyhun Mikayılov, Səməd Vurğun, Həsənəbad qəsəbəsinin Mirzə Ələkbər Sabir küçəsində asfalt işləri başa çatdırılmışdır .Xıllı qəsəbəsi İlham Babayev küçələrində asfalt işlərinə başlanılmışdır, işlər davam etdirilir.

Rayonun Bankə qəsəbəsi ərazisində yerləşən S.Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəb binasının Heydər Əliyev Fondu tərəfindən “Yenişələn Azərbaycana Yeni məktəb” layihəsi çərçivəsində 420 şagird yerlik, 3 mərtəbəli məktəbin yeni binasının tikintisi başa çatdırılıb. Hal-hazırda avadanlıqlar gətirilib, tərtibat işləri gedir. Məktəbin həyətanı sahəsində asfalt işləri aparılır, yaşıllıq salınıb, 2 ədəd futbol meydançası tikilib. Yeni qazanxana tikintisi yekunlaşıb. Sayğaclaşma işləri gedir.

Neftçala Olimpiya idman Kompleksində tikinti işi tam yekunlaşmış, binada pəncərələr qoyulmuş, pəncərə şüşələri montaj edilmişdir. Eyni zamanda fasadda tekstalet panellər işlənir. Daxildə kafel-metlax, zallarda ağardıcı işləri gedir. Həyətyanı sahədə asfalta hazırlıq işləri aparılır.

Hüquq şöbəsi tərəfindən 2021-ci ilin 12 ayı ərzində Respublikanın rəhbər orqanlarından, Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizələr də daxil olmaqla müxtəlif məzmunlu şikayət ərizələri və məktub araşdırılıb, yoxlanılaraq aidiyyatı təşkilatlara və vətəndaşlara qanuna müfaviq göstəriş və cavablar yazılmışdır.                                               

Rayon İcra Hakimiyyətinə daxil olmuş Respublika Prezidentinin fərmanlarının, sərəncamlarının və qərarlarının icrasının təşkili və təmin olunması ilə əlaqədar Hüquq şöbəsi tərəfindən müvafiq sərəncamlar hazırlanmış, icrası üçün müvafiq şöbələr, müəssisə və təşkilatlar qarşısında konkret tapşırıqlar müəyyənləşdirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının sərəncamlarının aidiyyəti şöbə və idarələr tərəfindən vaxtında icra edilməsi daimi nəzarətdə saxlanılmış, görülmüş işlərin gedişi müzakirə edilmişdir.                                           

Şöbə  Rayon Səfərbərlik və  Hərbi  Xidmətə  Cağırış  şöbəsi  ilə daim yaxından sıx əlaqə saxlamış,  Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 2021-cu ilin yanvar ayının 1-dən 30-na qədər, 2 mart 2021-ci il tarixli Sərəncamına əsasən aprel ayının 1-dən 30-a qədər, Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli Sərəncamına əsasən 2021-ci ilin iyul ayının 1-dən 30-na qədər və Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən 2021-cu ilin oktyabr ayının 1-dən 30-na qədər hərbi xidmətə çağırışla əlaqədar Rayon İcra Hakimiyyəti və şöbə tərəfindən çağırışın vaxtında və keyfiyyətlə keçirilməsini təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilmişdir. Respublika Prezidentinin çağırış haqqında qeyd edilən Sərəncamlarına əsasən Rayon Səfərbərlik və Hərbi Xidmətə çağırış şöbəsi tərəfindən çağırışın vaxtında və keyfiyyətlə aparılması və çağırışçıların həkim müayinəsindən keçirilmələri üçün hər çağırış zamanı olduğu kimi Rayon Çağırış Komissiyası yaradılmışdır. Şöbə tərəfindən hərbi çağırışçıların vətənpərvərlik ruhunun yüksəldilməsi  və onların hərbi çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında söhbətlər aparılmışdır ki, bu da çağırışın vaxtında və keyfiyyətlə keçirilməsinə kömək etmişdir. Görülmüş tədbirlərin nəticəsidir ki, hesabat dövründə rayonda nəzərdə tutulan 261 nəfər plan tapşırığa qarşı 378 nəfər çağırışçı təyin olunduqları hərbi hissələrə təhvil verilmiş, 350 nəfər təxris olunmuşdur. Çağırışla bağlı Respublika Prezidentinin Sərəncamlarının icrasına daim vaxtında əməl olunmuş, çağırışçıların təhvil verilməsi 140 faiz yerinə yetirilmişdir.                                                                                                                                                      

2021-ci ilin 12 ayı ərzində 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə Rayon Polis Şöbəsi tərəfindən rayon ərazisində baş vermiş müxtəlif xarakterli 169(124) cinayət hadisəsi qeydə alınmışdır ki, bunlardan 75 cinayət hadisəsi qeyri-aşkar şəraitdə baş vermişdir. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş cinayət hadisələrinin 65-nin üstü açılmış, 4 cinayət hadisəsi isə bağlı qalmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılma faizi  94,2 % (98,5%) ( respublika üzrə 83,4%) və istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsi isə 35 min 800 manata qarşı 33 min manat və ya 92,1 % təşkil etmişdir. Rayon Polis Şöbəsi tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin əkilib becərilməsinin və yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilmiş və 2021-ci ilin 12 ayı ərzində narkotik vasitələrlə bağlı cəmi 53 fakt aşkar olunmuş, dövriyyədən cəmi 8 kq.635,046 qram narkotik vasitə çıxarılmış, 6 əkin faktı, 11 satış, 36 qanunsuz saxlama faktı aşkar edilmiş,  çəkisi 7 kq.129,92 qram olan narkotik vasitə qurudulmuş marixuana, 885,227 qram çəkidə heroin, 192,254 qram çəkidə tiryək və 427,645 qram çəkidə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür.                                                                                                      

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhv edilməsi üzrə Rayon Komissiyası tərəfindən 2021-cı ilin 12 ayı ərzində 396,68 qram tiryək, 5,846 qram heroin, 2375 qram marixuana, 8,61 qram həşiş qətranı, 364,76 qram çəkidə narkotik xassəli 13 ədəd çətənə bitkisi və 0,143 qram çəkidə mertamfetamin yandırılaraq məhv edilmişdir.                      

Hesabat dövründə Neftçala rayon DYMH-tərəfindən də müvafiq tədbirlər görülmüşdür. Belə ki, 2021-ci il ərzində 98 yanğın hadisəsi qeydə alınmış, hadisələr nəticəsində dəymiş maddi ziyanın ümumi məbləği 74 min 500 manat təşkil etmişdir. Qeyd edilən yanğın hadisələri zamanı insan təlafatı və ya xəsarət alan olmamışdır.

Eləcə də, Hüquq şöbəsi tərəfindən Koronavirus (Covid-19) Pandemiyası ilə bağlı Rayon İcra Hakimiyyətində yaradılmış Monitorinq Komissiyasının işində  aktiv iştirak təmin edilmiş, Operativ Qərargahın qərarları və Rayon İcra Hakimiyyəti başçısının bu sahədə tapşırıqlarının  yerinə yetirilməsi və fəaliyyətin gücləndirilməsi, Komissiyanın Rayon Polis şöbəsi və digər qurumlarla əlaqəli işi təmin edilmişdir.

Dünya ölkələrində olduğu kimi respublikamızda da Covid-19 virusunun qarşısının alınması məqsədilə əhalinin vaksinasiya olunması üçün ilk növbədə vaksin olunacaq şəxslərin yəni, 50 yaşdan 65 yaşadək və 65 yaşdan yuxarı mövcud əhalinin siyahısı ərazilər üzrə dəqiqləşdırilməsi aparılmışdır. Ərazidə vaksinasiya prosesinə 18 yaşdan yuxarı bütün əhalinin cəlb edilməsi məqsədi ilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın tapşırıq və tövsiyələrinin əhali arasında daha tez yayılmasının təşkili ilə əlaqədar inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və yerli bələdiyyə sədr və üzvlərinin iştirakı ilə yaradılmış mobil qrupların köməyindən geniş istifadə etməklə əhali arasında maarifləndirici tədbirlər mütəmadi olaraq təşkil edilmiş, gündəlik vaksin vurulanların statistikası götürülərək təhlillər aparılmış və mövcud problemlər öyrənilmişdir.  Vaksinasiya prosesi daim diqqət mərkəzində saxlanılaraq hər günün sonunda inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə birlikdə onlayn keçirilən yığındaqlarda müzakirə edilmişdir. Eyni zamanda əhalinin Booster doza ilə vaksinasiya olunması zərurəti yarandığından inzibati ərazi dairələri üzrə nümayəndəlikləri 3-cü doza vurulacaq şəxslərlə təbliğati və marifləndirici işin təşkil olunmasına diqqəti artırmış, əhalinin vaksinasiyaya cəlb olunmasına çalışmışlar.

Ötən ildə Heydər Əliyev fondu tərəfindən həm Yeni il bayramı, həm də Novruz bayramı münasibətilə azətminatlı ailələr üçün nəzərdə tutulmuş yardımlar 18 saylı sosial xidmətlər agentliyi tərəfindən təqdim olunmuş siyahı üzrə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və könüllülərin dəstəyi ilə ailələrə çatdırılması təmin edilmişdir.

Rayon rəhbərinin tövsiyəsinə uyğun olaraq yerlərdə vətəndaşlar və sahibkarlar tərəfindən qanunsuz tikililərin qarşısının alınması məqsədi ilə nümayəndəliklərin ərazilərdə mütəmadi  monitorinqlərin təşkil edilməsi və aşkar olunmuş nöqsanlar barədə aparatın müvafiq şöbəsinə məlumatların verilməsi işi təşkil olunmuşdur.

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanı ilə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elekton sənəd formasında tərtib edilməsi, bu sənədlər üzrə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə daxil edilməsi məqsədilə 27 yanvar 2021-ci il tarixində Rayon Qeydiyyat idarəsi ilə birlikdə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin iştirakı ilə seminar təşkil edilmişdir. Ötən dövr ərzində Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi istisna olmaqla dişər nümayəndəliklərdə 397 doğum və 386 ölüm faktı qeydə alınaraq elektron məlumat bazasına işlənməsi təmin edilmişdir. Eyni zamanda il ərzində nümayəndəliklər tərəfindən 149 nigah qeydə alınmışdır.

28 yanvar 2021-ci il tarixində “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq Notariat haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin icrası ilə əlaqədar inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul işçiləri ilə Neftçala DAİM-də seminar-müşavirəsi təşkil edilmiş, elektron icarə müqavilələrinin bağlanılması qaydaları barədə nümayəndəliklər tam qaydada məlumatlandırılmışdır.

Əsasnamənin 5.1.9-cu maddəsinə əsasən inzibati ərazi dairələri üzrə nümayəndəlikləri il ərzində ərazidə yaşayan vətəndaşlara 12483 ədəd onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermişlər.

Rayon İcra Hakimiyyəti başçısı tərəfindən həm onlayn, həm də birbaşa qəbullar aparatın ayrı-ayrı struktur bölmələri ilə birlikdə təşkil edilmiş və keçirilmiş qəbullarda səsləndirilmiş və şöbənin səlahiyyətlərinə aid olan vətəndaş müraciətlərinin həllinə çalışılmış və aidiyəti üzrə vətəndaşlara əsaslandırılmış cavablar verilmişdir.

Kür çayında suyun səviyyəsinin aşağı düşməsi ilə çayda suyun şorlaşması nəticəsində rayonun əksər yaşayış məntəqələrini əhatə etmiş əhalinin içməli su ilə təminatında yaranmış problemlərlə əlaqədar bütün ərazi icra nümayəndəliklərindən modul tipli sutəmizləyici qurğuların texniki vəziyyəti, ərazidəki mövcud su çənləri və əlavə lazım olan su çənləri barədə məlumat və su təminatının yaxşılaşdırılması üçün təkliflər alınmış və ümumiləşdirilmişdir.

Cari ilin iyun ayı ərzində Kür çayı sahilində yerləşən ərazilərdə ekoloji tarazlığın qorunub saxlanılması, məişət tullantıları atılmış ərazilərin müəyyənləşdirilməsi və həmin tullantıların toplanılaraq zərərsizləşdirilməsi istiqamətində təmizlik aksiyaları təşkil olunmuşdur.

Aparatın digər struktur bölmələri ilə birlikdə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərini narahat edən problemlər və müharibədə müxtəlif dərəcəli bədən xəsarətləri almış hərbi qulluqçuların qaldırdıqları məsələlərin həllinə çalışılmış  və bu sahədə Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin gücündən maksimum istifadə edilmişdir. Vətən müharibəsi şəhidlərinin ailələrinin Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi üçün lazımi sənədlərin toplanılması nümayəndəliklər tərəfindən təşkil edilmişdir.

Rayon İcra Hakimiyyətinə daxil olmuş vətəndaşların ərizə, şikayət və müraciətlərindən şöbənin icraatına verilmiş müraciətlər qanunamüvafiq qaydada araşdırılaraq vətəndaşlara əsaslandırılmış cavablar verilmişdir. Bu zaman “Vətəndaş müraciətləri haqqında Qanun”un tələblərinə əməl olunmasına səy göstərilmişdir. Aidiyatı mərkəzi və yerli orqanlardan daxil olmuş xidməti sənədlərin  icrası işi təşkil olunmuşdur.

Bələdiyyələrin yerlərdə əhalini narahat edən bəzi yerli əhəmiyyətli sosial problemlərinin vaxtında və yüksək keyfiyyətlə həll edilməsi məqsədilə bələdiyyələrin vergi ödəyicilərindən vergi və ödənişləri vaxtında və tam şəkildə ödənilməsi, bələdiyyə büdcəsinin formalaşdırılması üçün bələdiyyə sədrlərinə tövsiyələr verilmiş, lakin ötən ildə bu məsələnin tam şəkildə həllinə bələdiyyələr nail ola bilməmişlər. Ötən ildə qarşıya qoyulan ən böyük məqsədlərdən biri bələdiyyələrin vergi ödəyiciləri arasında marifləndirici işin aparması istiqamıtində tövsiyələr vermək, bələdiyyələr tərəfindən vergilərin tam qaydada toplanmasına nail olmaqdan ibarət olmuşdur. Bələdiyyələr tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri, əlilliyi təsdiq olunmuş şəxslərə və müharibə iştirakçılarına, eyni zamanda Birinci Qarabağ Müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələrinə cəmi 247 nəfər bu kateqoriyadan olan şəxslərin bəzilərinə icarə müqavilələri əsasında, bəzilərinə isə güzəştli şərtlər əsasında müvəqqəti istifadələri üçün mövsümi olaraq torpaq sahəsi ayrılmışdır. Ötən il rayonda fəaliyyət göstərən bələdiyyələrin yerli vergi və ödənişlərdən daxilolmaları 417 min 778 manat 04 qəpik təşkil etmiş, bələdiyyələrin ümumi xərci 370 min 234 manat 59 qəpik olmuşdur. Bələdiyyə büdcəsindən xərclərin təsnifatında ərazilərdə abadlıq, quruculuq, yaşıllaşdırma və bələdiyyə avtomobil yollarının saxlanılması xərcləri cəmi 34 min 499 manat 70 qəpik, aztəminatlı ailələrə yardım verilməsi 19 min 107 manat 80 qəpik və əhaliyə dəfn və yas mərasimlərinin təşkilində köməklik 19 min 444 manat 70 qəpik təşkil etmişdir.

Şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2022-ci il üçün Ev təsərrüfatlarının uçotu kitabları və Təsərrüfatbaşına uçot kitabları üzrə məlumatların qrafalar üzrə tam, dolğun şəkildə işlənməsi, əhalinin dəqiq uçotunun aparılması və elektron informasiya sisteminə işlənməsi işinin yüksək səviyyədə təşkil edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tövsiyələrinə uyğun olaraq hər bir nümayəndəlikdə məsul şəxslərdən ibarət işçi qruplar yaradılmış və tərtib olunmuş qrafikə uyğun olaraq həmin qruplar 2022-ci ilin yanvar ayının 7-dən etibarən müvafiq işlərə başlamışdır. Artıq bir neçə ərazi üzrə təsərrüfatların evbəev gəzilməsi və elektron məlumat bazasına işlənilməsi başa çatdırılmışdır. Digər ərazilər üzrə işlər davam etdirilir.  Şöbə tərəfindən qeyd olunan göstərişlərin vaxtında və yüksək səviyyədə başa çatdırılması üçün bu işlərə nəzarət güçləndiriləcəkdir.

Nümayəndəlikdə inzibati vəzifə tutan işçilərin işə davamiyyəti, verilən tapşırıq və tövsiyələri yüksək peşəkarlıqla icra edən işçilərin həvəsləndirilməsi və işdə nöqsanlara yol vermiş işçilərin haqqında inzibati tənbeh tədbirinin seçilməsi üçün Rayon İcra Hakimiyyəti başçısına təqdimatların hazırlanması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzaladı. Bu sərəncamdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş plana uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasına başlanıldı. Neftçala rayonu ərazisindən də ümumilikdə 545 nəfər hərbi vəzifəli qismən səfərbərliklə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində iştirak etmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində 177 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli yaralanaraq sağlamlıqlarını itirmişdir. Neftçala rayonu ərazisindən bugünə qədər 23 nəfər hərbi qulluqçu ağır yaralanaraq əlillik dərəcəsi almışdır. Bunlardan 16 nəfəri III qrup əlillik dərəcəsi, 7 nəfəri isə II qrup əlillik dərəcəsi almışdır. Mütəmadi olaraq əlillik dərəcəsi almış qazilərimizlə əlaqə saxlanılır, görüşlər keçirilir, onları narahat edən məsələlər, problemlər, şikayətlər və təklifləri dinlənilir. Görüşlər zamanı heç bir şikayətləri olmasada, bir sıra müraciətləri olmuşdur. Əsasən işlə təmin olunma, həyətyanı torpaq sahələrinin, kənd təsərrüfatı məhsullarının istehsalı və ya sahibkarlıq məqsədilə məşğul olmaq üçün torpaq sahələrinin verilməsi, özünəməşğulluq proqramına cəlb olunmaları və.s. Bu müraciətlərlə əlaqədar qazilərə həyətyanı torpaq sahələri, kənd təsərrüfatı məhsullarının istehsalı və ya sahibkarlıq məqsədilə məşğul olmaq üçün torpaq sahələri verilmiş və özünəməşğulluq proqramına cəlb olunmuşlar.Müxtəlif ərzaq payları və maddi yardımla təmin olunmuşlar.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində Neftçala rayonu ərazisindən 43 nəfər hərbi qulluqçu böyük qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Mütəmadi olaraq şəhid olmuş hərbi qulluqçuların ailələri ilə əlaqə saxlanılır, görüşlər keçirilir, onları narahat edən məsələlər, problemlər, şikayətlər və təklifləri dinlənilir, aidiyatı üzrə işlər görülür. Şəhid ailələrinin əsas müraciət etdikləri məsələlər şəhid adının əbədiləşdirilməsi, bulaq komplekslərinin tikilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və ya sahibkarlıq məqsədilə məşğul olmaq üçün torpaq sahələrinin verilməsi, işlə təmin olunma, özünəməşğulluq proqramına cəlb olunmaları, yaşadıqları evə gedən yola asfalt örtüyünün çəkilməsi, telefon və internet xətlərinin çəkilməsi, tikinti materialları ilə təmin olunma və.s. Bu müraciətlərlə əlaqədar şəhid ailələrinə kənd təsərrüfatı məhsullarının istehsalı və ya sahibkarlıq məqsədilə məşğul olmaq üçün torpaq sahələri verilmiş və özünəməşğulluq proqramına cəlb olunmuşlar, işlə təmin olunmuşlar, şəhid ailələrinin yaşadıqları evə gedən yol təmir olunmuş və ya asfalt çəkilmiş, telefon və internet xətləri çəkilmiş, işıq,qaz və su xətləri çəkilmiş və ya yenisi ilə təmin olunmuş, şəhidlərin adının əbədiləşdirilməsi üçün bulaq komplekslərinin tikilməsinə köməklik olunmuş, müxtəlif ərzaq payları və maddi yardımlarla təmin olunmuşlar. Hər bir şəhid üçün dəfn diski hazırlanmışdır. Ümumi dəyəri 126000 (bir yüz iyirmi altı min) manat olan 42 şəhidin məzar daşının üstü  Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən sifariş edilmişdir. Bundan əlavə Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin il mərasimləri təşkil olunmuşdur.

Bildiyimiz kimi Neftçala rayonunda Vətən müharibəsindən sonra 43 Şəhid  və 23 əlillik dərəcəsi təyin olunmuş hərbi qulluqçular var. Onların ümumilikdə ailə üzvlərinin sayı 228 nəfər təşkil edir. Təxmini olaraq 1000 dəfə şəhidin ailə üzvləri və əlillik dərəcəsi təyin olunmuş hərbi qulluqçular ilə  görüşlər keçirilmişdir. Ümumi dəyəri 126000 (bir yüz iyirmi altı min) manat olan 42 şəhidin məzar daşının üstü Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmişdir. Müxtəlif ordenlərlə təltif olunmuş 5 şəhidin adı küçələrə verilməklə əbədiləşdirilmişdir. Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülənlərin sayı 46 nəfərdir, 10 nəfər isə digər rayon və şəhər icra hakimiyyətlərində mənzil növbəsinə götürülmüşdür. 57703 manat maddi yardım və 47508 manat ərzaq yardımı edilmişdir. İşə götürülənlərin sayı 164 nəfərdir. Bunlardan 86 nəfəri rayonda fəaliyyət göstərən müxtəlif idarə və təkşilatlarda çalışır, 78 nəfəri isə özünüməşğulluq proqramına cəlb edilmişdir. Bank kreditinin ödənilməsi ilə bağlı 1 nəfər şəhid ailəsinə(Mənəfov Vidadi) 2000 manat məbləğində köməklik edilmişdir. 2 nəfər şəhid ailəsinin(Quliyev Güləhməd – 3600 manat kirayə pulu, Cəfərov Sulduz – 500 manat internet) kommunal xərcləri Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən ödənilmişdir. Ümumilikdə 14 bulaq inşa edilmiş və 42000 manat vəsait sərf olunmuşdur.

Ümumi layihə dəyəri 45000 manat olan “Şəhidlər Abidə Kompleksi” rekonstruksiya edilmiş, Neftçala rayonu üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş 213 nəfər Neftçala rayon şəhidlərinin şəkilləri həmin abidə kompleksində öz əksini tapmışdır.

Ümumilikdə 250 maşından çox qum və çınqıl şəhid ailələrinin və müharibə iştirakçılarının  yaşadıqları evin yoluna daşınmış və hamarlanmışdır. Ehtiyacı olan şəhid ailələri  və müharibə iştirakçılarına tərəfimizdən mütəmadi olaraq içməli su göndərilmişdir. 

“Aqroservis” ASC tərəfindən 10 nəfər şəhid ailəsi və müharibə iştirakçısının istifadəsinə əkin işləri aparmaq üçün müxtəlif texnikalar verilmişdir.

Neftçala Rayon Mərkəzi Xəstəxanası tərəfindən 46 nəfər şəhid ailəsi və Vətən Müharibəsi iştirakçısı ödənişsiz müayinə və müalicə olunmaq məqsədilə Bakı şəhərində yerləşən müxtəlif xəstəxanalara göndəriş ilə göndərilmiş, 35 nəfər isə müxtəlif dərman preparatları ilə pulsuz təmin edilmişdir.

Neftçala rayon İcra Hakimiyyətini başçısının sərəncamı ilə 10 nəfərdən çox şəhid ailəsi və Vətən Müharibəsi iştirakçısına maddi yardım göstərilmişdir.

Ümumilikdə 253 nəfər Şəhid ailəsi və Vətən Müharibəsi iştirakçısı ailəsinin istifadəsinə əkin üçün torpaq sahəsi verilmişdir.

Bu günə qədər şəhidlərin ailə üzvlərinə, sağlamlıqlarını itirmiş hərbi qulluqçulara və müharibə iştirakçılarına  müxtəlif orden və medallar təqdim olunmuşdur. Orden və medal sayı çox olduğu üçün bu proses mərhələli şəkildə davam etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanların adlarını əbədiləşdirib. Bu qərara əsasən Neftçala şəhər Uşaq İncəsənət məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Camal Vidadi oğlu İsmayılovun adı verilib. Bundan əlavə Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, müxtəlif ordenlərlə təltif olunmuş bir qrup hərbi qulluqçulara küçə adları verilmişdir və bu proses davam etməkdədir.

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti Neftçala rayon filialı tərəfindən 27 sentyabr 2020-ci il tarixdə başlamış Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə filiala müraciət edən 41 nəfər şəhid vərəsəsinə hər birinə 11000 manat olmaqla cəmi 451000 manat, müxtəlif dərəcəli xəsarətə görə və sonradan təyin olunan əlillik dərəcəsinə uyğun olaraq 105 nəfər hərbi qulluqçulara 183700 manat sığorta ödənişi edilmişdir.      

Ümumilikdə isə 634700 manat sığorta ödənişi edilmişdir.

2021-ci ildə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 1496 müraciət daxil olmuşdur ki, bundan 1336 müraciət ərizə, 160 müraciət şikayət  xarakterli olmuşdur. Tabeli qurumlara isə (inzibati ərazi dairəsi üzrə nümayəndəliklər) vətəndaşlar tərəfindən  29 müraciət daxil olmuşdur ki, bundan 20 müraciət ərizə, 9 müraciət şikayət  xarakterli qeydə alınmışdır. 2020-ci illə müqayisədə 2021-ci ildə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin sayı 157 müraciət çox, tabeli qurumlarda isə 42 müraciət az olmuşdur.

2021-ci ildə Rayon İcra Hakimiyyətinə daxil olan 1496 müraciətdən  1486 müraciət nəzarətə alınmadan, 10 müraciət nəzarət qaydasında araşdırılmışdır. 2021-ci ildə Rayon İcra Hakimiyyətinə daxil olan  vətəndaş müraciətlərinin 22,3 faizi həll edilib, 0,9 faizi qismən  təmin olunub,  58,5 faizinə müvafiq izahat verilib, 0,9 faizi əsassız sayılıb, 4,4 faizi icradadır, 12,8 faizi isə baxılmaq üçün  aidiyyəti təşkilatlara göndərilib, 0,2 faizi baxılmamış saxlanılıb. Ümumilikdə 27 müraciətin baxılması müddəti pozulmuşdur. 

2021-ci ildə Rayon İcra Hakimiyyətinə müraciət etmiş vətəndaşların sosial tərkibinə nəzər saldıqda, 920 vətəndaş müraciət etmişdir ki, bunlardan 653-ü kişi,  267-i qadın olmaqla 105-i  təqaüdçü, 327-i işsiz, 22-i evdar qadın, 385-i kəndli, 8-i hərbiçi,  44-ü sahibkar, 13-ü ehtiyatda olan hərbiçi, 7-i kəndli (fermer) digərləri isə müxtəlif sosial tərkibli olmuşdur. Müraciət edən vətəndaşlardan 48-i I, II və III dərəcəli əmək və xəstəlik üzrə əlil, 140-ı şəhid ailəsinin üzvləri , 47-i Qarabağ döyüşləri veteranı, 33-ü Qarabağ döyüşləri əlili, 117-i Qarabağ müharibəsinin iştirakçısı, 2-i əmək veteranı, 2-i məcburi köçkün və qaçqın,  2-i Çernobl hadisəsinin iştirakçısı kateqoriyasına aiddir.

2021-ci ildə daxil olan 1496 müraciətdən  1302-i məktub, 87-i elektron məktub, 107-i teleqram formasında qeydə alınmışdır. Müraciətlərdən 1034-ü rabitə şöbəsindən, 13-ü qəbuldan , 50-i poçt qutusundan , 46-ı qəbul otağından, 87-i ümumi elektron poçtdan, 266-ı şəxsən təqdim edilmişdir.

2021-ci ildə  Rayon İcra Hakimiyyətinə daxil olmuş vətəndaş müraciətlərinə baxılması vəziyyəti Rayon İcra Hakimiyyəti başçısı  yanında 4 dəfə, tabeli qurumlarda isə (inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə) 2 dəfə müraciətlərə baxılmanın  vəziyyəti araşdırılmış, müvafiq tövsiyələr verilmişdir.

2021-ci ildə Rayon İcra Hakimiyyətinə daxil olan 1496 müraciətdən 358 müraciət, o cümlədən 10 müraciət nəzarət qaydasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuşdur ki, bu müraciətlərdən 291 müraciət ərizə, 67 müraciət isə şikayət xarakterli olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisindən 13 ərizə, 1 şikayət olmaqla 14 müraciət, Azərbaycan Respublikası Nazirlər Kabinetindən 24 ərizə, 5 şikayət olmaqla 29 müraciət, respublikanın digər təşkilatlarında 35 ərizə, 40 şikayət olmaqla 75 müraciət, vətəndaşlar tərəfindən bilavasitə Rayon İcra Hakimiyyətinə ünvanlanmış 973 ərizə, 47 şikayət olmaqla 1020 müraciət Rayon İcra Hakimiyyətində  vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemində qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmışdır. 2020-ci illə müqayisədə 2021-ci ildə Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 72 müraciət çox, Azərbaycan Respublikası Nazirlər Kabinetindən 23 müraciət az, digər təşkilatlardan 10 müraciət az,  vətəndaşlar tərəfindən bilavasitə isə 100 müraciət çox daxil olmuşdur.

2021-ci ildə Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlər mövzular üzrə təhlil edilərkən, qəbul məsələləri ilə bağlı 9, ictimai-siyasi məsələlər üzrə 2, dövlət qulluğu və kadr məsələləri üzrə 23 , şəhər, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti barədə 116, milli təhlükəsizlik məsələləri və hüquq mühafizə orqanlarının fəaliyyəti barədə 6, maliyyə və bank məsələləri üzrə 9, kənd təsərrüfatı məsələləri üzrə 28, əmlak məsələləri üzrə 7, torpaq məsələsi üzrə 305, elm, təhsil, səhiyyə məsələləri üzrə 19, mədəniyyət və turizm  məsələləri üzrə 24, rabitə, informasiya texnologiyaları və nəqliyyat məsələləri üzrə 47, ekologiya və təbii sərvətlər üzrə 8, müdafiə, orduya çağırış məsələləri üzrə 5, sosial müdafiə məsələləri üzrə 490, enerji daşıyıcıları və su təchizatı məsələləri üzrə 55, mənzil məsələsi üzrə 177, şəhərsalma və tikinti məsələləri üzrə 79,  təbii fəlakət hadisələri və fövqəladə hallar üzrə 2, məişət məsələləri üzrə 8, əfv məsələləri üzrə 1, təltif, təqaüd və fəxri adlar məsələləri üzrə 1, yaşayış məntəqələri, ərazi bölgüsü üzrə 2, ikinci Qarabağ müharibəsi ilə bağlı 15, dövlət quruculuğu və qanunvericilik məsələləri üzrə 5, sənaye , iqtisadiyyat və sahibkarlığın inkişafı üzrə 1, müraciətə baxılması ilə bağlı 52 müraciətə ( 32 müraciət minnətdarlıq ) Rayon İcra Hakimiyyətində baxılmışdır. Minnətdarlıq müraciətləri xüsusilə kollektiv qaydada rayonun Pirəbbə kəndindən (qaz çəkilişi), Neftçala şəhərindən (su çəkilişi, abadlıq-quruculuq işləri ), Xol Qaraqaşlı kəndindən (örüş-otlaq sahələrinin ayrılması), Sarıqamış, Mikayıllı kəndlərindən (içməli su təminatı), Tataraməhlə kəndindən (drenaj kanalların lildən təmizlənməsi) və .s barədə olmuşdur. Fərdi qaydada Mirzəzadə Zabitə Əhəd qızı, Cəfərova Könül Habil qızı, Müzəffərova Gülnarə Əliheydər qızı, Əliyeva Nuranə Əliyar qızı və digərləri, Rayon İcra Hakimiyyəti tərəfindən onlara  maddi köməklik olunması, tikinti materiallarının verilməsinə və müalicə olunmasına yardım göstərilməsi ilə bağlı minnətdarlıqlarını bildirirlər.

2021-ci ildə Rayon İcra Hakimiyyətinə daxil olan 1496  müraciət mövzular üzrə təhlil edildik də, vətəndaşlar tərəfindən ən çox müraciət edilən mövzular, sosial müdafiə məsələləri (490 müraciət), torpaq məsələsi (305 müraciət) , mənzil məsələsi (177 müraciət), şəhərsalma və tikinti məsələləri (116 müraciət), energi daşıyıcıları və su təchizatı məsələləri (62 müraciət)  müraciətlərə baxılması məsələləri (52 müraciət), şəhər, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti (116 müraciət), nəqliyyat məsələləri (39 müraciət) barədə olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş 23 kollektiv ərizədən 6 müraciət torpaq məsələləri üzrə ( Xol Qaraqaşlı kəndi üzrə 2, Xəzərkənd kəndi üzrə 3, Mürsəqulu kəndi üzrə 1), 1 müraciət şəhər, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti barədə (Neftçala şəhəri), 1 müraciət kənd təsərrüfatı məsələləri üzrə (Pirəbbə kəndi), 4 müraciət nəqliyyat məsələləri üzrə ( Aşağı  Qaramanlı kəndi üzrə 2, 2-ci Mayak kəndi üzrə 1, Neftçala şəhəri üzrə 1), 4 müraciət mənzil məsələləri üzrə (Neftçala rayonu Z.Məcidov küçəsindən eyni məzmunlu təkrar müraciətlər), 5 müraciət enerji daşıyıcıları və su təchizatı məsələləri üzrə (Qaraqaşlı kəndi üzrə eyni məzmunlu 2 təkrar müraciət, Sarıqamış kəndi üzrə 1, 2 -ci Mayak kəndi üzrə 1, Neftçala şəhəri üzrə 1), 2 müraciət  mədəniyyət və turizm məsələləri üzrə (Neftçala şəhəri üzrə 2 eyni məzmunlu təkrar müraciət) qeydə alınmışdır.

Nazirlər Kabinetindən 2 kollektiv ərizə daxil olmuşdur ki, 1 müraciət mənzil məsələsi (Neftçala şəhəri Z.Məcidov küçəsi), 1 müraciət kənd təsərrüfatı məsələsi üzrə (Xol Qarabucaq kəndi) qeydə alınıb. Milli Məclisdən enerji daşıyıcıları və su təchizatı məsələləri üzrə (Sarıqamış kəndi) 1 kollektiv ərizə daxil olmuşdur. Bilavasitə vətəndaşlardan 50 kollektiv ərizə daxil olmuşdur ki, 4 müraciət kənd təsərrüfatı məsələləri üzrə ( Xol Qaraqaşlı, Xoltəzəkənd, Sarıqamış, Şorkənd kəndləri), 1 müraciət sosial müdafiə məsələləri üzrə (Həsənabad qəsəbəsi), şəhər, rayon İH və bələdiyyələrin fəaliyyəti (Mürsəqulu kəndi), 6 müraciət torpaq məsələləri üzrə (Xol Qarabucaq, Yenikənd, Sarıqamış , Xol Qaraqaşlı, Mikayıllı, Sübh kəndləri), 3 müraciət mədəniyyət və turizm məsələləri üzrə (Neftçala şəhəri 2 müraciət , Xıllı qəsəbəsi ), 10 müraciət nəqliyyat məsələləri üzrə (Neftçala şəhəri 4 müraciət, Mirqurbanlı kəndi 2 müraciət, Bankə qəsəbəsi, Astanlı kəndi, Sarıqamış kəndi, Qaçaqkənd kəndi), 1 müraciət rabitə və informasiya texnologiyaları məsələləri üzrə (Qaraqaşlı kəndi), 1 müraciət ekologiya və təbii sərvətlər üzrə (Şirvanlı kəndi), 14 müraciət  enerji daşıyıcıları və su təchizatı məsələləri üzrə (Neftçala şəhəri 4 müraciət, Həsənabad qəsəbəsi 3 müraciət , Bala Surra kəndi, Aşağı Surra kəndi, Yuxarı Qaramanlı kəndi, Kür Qarabucaq kəndi, Qırmızıkənd kəndi, İkinci Qaralı kəndi, Xıllı qəsəbəsi), 1 müraciət mənzil məsələləri üzrə (Neftçala şəhəri), 5 müraciət müraciətlərə baxılma üzrə (Tataraməhlə kəndi, Neftçala şəhəri 2 müraciət, Boyat kəndi, Yeniqışlaq kəndi), 1 müraciət dövlət quruculuğu və qanunvericilik məsələləri üzrə (Neftçala şəhəri), 1 müraciət maliyyə və bank məsələləri (Neftçala şəhəri), 2 müraciət bələdiyyələrin fəaliyyəti ilə bağlı (Yuxarı Qaramanlı kəndi, Neftçala şəhəri)  qeydə alınmışdır.

 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş təkrar müraciətlərdən Rəcəbov Malik Əlihüseyn oğlunun 16 müraciəti (10-u şikayət, 6-sı ərizə), Ağayev Kamil Canəli oğlunun 11 müraciəti (5-i şikayət, 6-i ərizə), Axundov Rafiq Fazil oğlunun 3 müraciəti (3-ü ərizə), Nəfəsov Ceyhun İsrəfil oğlunun 3 müraciəti (3-ü ərizə), Babayev Abduləli Adbala oğlunun 2 müraciəti (2-si şikayət), Salahov Həsən Azər oğlunun 3 müraciəti (2-si şikayət, 1-i ərizə), Əliyev İnşallah Aləddin oğlunun 4 müraciəti (4-ü ərizə), Məmmədov Asiman Məmməd oğlunun 4 müraciəti (2-si şikayət, 2-si ərizə), Səfərova Nişanə Qulu qızının 4 müraciəti (1-i şikayət,3-ü ərizə) olmuşdur.

Nazirlər Kabinetindən daxil olmuş təkrar müraciətlərdən 4-ü Soltanov Rəşad Nəriman oğlundan (3-ü ərizə,1-i şikayət) olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olan şikayət xarakterli 5 müraciət fərdi qaydada daxil olaraq araşdırılmışdır. Şikayət məzmunlu müraciətlər Hümmətov Vəligülla Xanağa oğlu (otlaq  və örüş sahələri), Muradov Dəyanət Tərzan oğlu (sahibkarlıq hüquqlarının pozulması, vətəndaşa məxsus torpaq sahəsinin zəbt edilməsi), Nağıyev Əli Əvəzağa oğlu (vəzifəli şəxslərin fəaliyyəti), Yusubov Faiq Polad oğlu (işlə təmin olunma), Axundov Rafiq Fazil oğlu (torpaq məsələsi) tərəfindən ünvanlanmışdır.

2021-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan 358 müraciətdən 10 müraciətə nəzarət qaydasında baxılmışdır ki, bundan 2 müraciət şikayət, 8 müraciət ərizə xarakterli olmuşdur. Nəzarət qaydasında qeydə alınan, baxılan ərizə və şikayətlərdən 1-i kollektiv müraciətdir. Nəzarət qaydasında qeydə alınan şikayət xarakterli kollektiv müraciət Neftçala rayonundan (bələdiyyələrin fəaliyyəti), fərdi qaydada daxil olan ərizə və şikayət xarakterli müraciətlər rayonun Xəzər kənd sakini Əzizova Gülzar Simon qızından (bələdiyyələrin fəaliyyəti), Rəcəbov Malik Əlihüseyn oğlundan (müraciətlərə baxılma), Həsənov Elmar Səfər oğlundan (sosial müdafiə məsələləri), Adgözəlov Fikrət Abbas oğlundan (mənzil məsələsi), Məmmədov Kənan Oktay oğlundan (sosial müdafiə məsələləri), Quliyev Rəcəb Qulu oğlundan (torpaq məsələsi), Xəlilov Etibar Kazımbala oğlundan (torpaq məsələsi), Axundov Rafiq Fazil oğlundan (torpaq məsələsi), Əliyeva Nuranə Əliyar qızından (mənzil məsələsi) daxil olmuşdur. Həsənov Elmar Səfər oğlu müraciəti barədə izahat vermiş, izahatında müraciətinin Xəzər Rayon İcra Hakimiyyətində araşdırılmasını xahiş etmişdir. Rəcəbov Malik Əlihüseyn oğlu Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmaq istədiyini bildirmiş, qəbul otağında qəbul edildikdə isə Rayon İcra Hakimiyyəti başçısının təkbətək qəbulunda olmaq istədiyini bildirərək qəbulu tərk etmişdir. Əzizova Gülzar Simon qızı müraciətində Xəzər kənd bələdiyyə sədrindən şikayətini bildirərək vətəndaşdan rüşvət tələb etdiyini bildirmiş, lakin araşdırma zamanı qeyd etdiyi məsələ öz təsdiqini tapmamışdır. Adgözəlov Fikrət Abbas oğlunun müraciətinə cavab olaraq müraciətdə qeyd etdiyi fikirlərin həqiqət olmadığı öz təsdiqin tapmışdır. Daxil olan vətəndaş müraciətləri ətraflı araşdırılmış, nəticəsi barədə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına cavab məktubu göndərilmişdir.

Şikayət xarakterli müraciətlər xüsusilə torpaq məsələsi (37 müraciət), sosial müdafiə məsələləri (44 müraciət), bələdiyyələrin fəaliyyəti (23 müraciət) vəzifəli şəxslərin fəaliyyəti ( 17 müraciət), mənzil məsələsi (4 müraciət) barədə mövzuları əhatə edir.

2020-ci ilin vətəndaş müraciətlərinə baxılmasının yekunları ilə müqayisədə 2021-ci ildə Rayon İcra Hakimiyyətinə ünvanlanan şikayət xarakterli müraciətlərin sayı 89 müraciət az olmuşdur.

2021-ci ildə daxil olan 1496 müraciətdən 117 müraciət təkrar  xarakterli olmaqla qeydə alınmışdır ki, bu da 2020-ci illə müqayisədə 2 müraciət az olmuşdur. Təkrar müraciətlərdən Ağayev Kamil Canəli oğlunun (əkin torpaq sahəsinin suvarılması, minnətdarlıq və s.), Hüseyn Dadaşovovun (işlə təmin olunma), Əsgərov Əfsər Xeyrulla oğlunun (yol  və yol qovşaqlarının tikintisi məsələsi), Lalə Hüseynovanın (yaşayış binaların və mənzillərin təmiri), Əli Nağıyevin (kənd və kəndarası yolların təmiri), Yaqut Tağıyevanın (yaşayış binaların və mənzillərin təmiri), Rəcəbov Malik Əlihüseyn oğlunun (sosial müdafiə məsələləri, minnətdarlıq), Soltanov Rəşad Nəriman oğlunun (işlə təmin olunma), Səmədov İlqar Seyfəddin oğlunun (torpaq məsələləri), Cahangirov Hikmət Əlihüseyn oğlunun (örüş-otlaq sahəsinin verilməsi) və digər vətəndaşların müraciətləri olmuşdur.

Mövzular üzrə təhlil edilərkən təkrar xarakterli müraciətlər birdəfəlik maddi yardım, bələdiyyələrin fəaliyyəti, torpaq məsələləri, işlə təmin olunma, yaşayış binalarının və mənzillərin təmiri, əmək haqqı məsələləri, əmək mübahisəsi barədə məsələləri əhatə etmişdir. Təkrar müraciətlərin bəzən yazılma səbəbi müraciətlərə baxılması zamanı verilən izahatlarla, qanunvericiliyin tələbləri ilə vətəndaşların razılaşmaması, bəzən isə şəxsi maraqlara istinad edən müraciətlər olması ilə müşahidə edilmişdir.  2021-ci  ildə  Neftçala Rayon İcra Hakimiyyətində 25 yazılı müraciəti qeydə alınmış Rəcəbov Malik Əlihüseyn oğlunun müraciətlərinin mövzusu əsasən vəzifəli şəxslərin fəaliyyətindən narazılıq, işinə geri qaytarılma, oğlunun, gəlininin işlə təmin olunması, əmək haqqı məsələləri və s. ilə bağlı olmuşdur. Vətəndaşa mövcud qanunvericilik izah olunmuş və vətəndaş son müraciətlərində Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirmişdir. Digər daha çox müraciəti olan vətəndaşlardan Ağayev Kamil Canəli oğlunun 7 müraciəti, Cahangirov Hikmət Əlihüseyn oğlunun 7 müraciəti, Soltanov Rəşad Nəriman oğlunun 8 müraciəti, Əliyev Ağaməmməd Vüqar oğlunun 6 müraciəti, Muradov Dəyanət Tərzan oğlunun 5 müraciəti, Səmədov İlqar Seyfəddin oğlunun 5 müraciəti, Əsgərov Abasağa İmanverdi oğlunun 5 müraciəti, Abuşov Malik Əliqulu oğlunun 3 müraciəti və  s. olmuşdur.

2021-ci ildə Rayon İcra Hakimiyyətinə daxil olan müraciətləri rayonun yaşayış məntəqələri üzrə təhlil etdikdə daha çox müraciət Neftçala şəhəri üzrə 450, Həsənabad qəsəbəsi üzrə 116, Bankə qəsəbəsi üzrə 92, Xıllı qəsəbəsi üzrə 77, Xol Qaraqaşlı kəndi üzrə 50, Aşağı Surra kəndi üzrə 39, Xol Qarabucaq kəndi üzrə 37, Aşağı Qaramanlı kəndi üzrə 30 , Kürkənd kəndi üzrə 30 müraciət qeydə alınmışdır. Rayonun Neftçala şəhəri, Həsənabad qəsəbəsi, Bankə qəsəbəsi , Xıllı qəsəbəsi , Xol Qarabucaq kəndi, Xol Qaraqaşlı kəndi üzrə əhalinin müraciət səviyyəsində ötən illə müqayisədə artım müşahidə edilmişdir.

Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritet istiqamətlərdən biri də vətəndaşların qəbulu və onların müraciətlərinə vaxtında baxılmasıdır. Qəbullarda müraciət edən hər-hansı bir vətəndaşa məhdudiyyət qoyulmadan sərbəst müraciət etməsinə şərait yaradılır. Həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbul olunması ilə bağlı vətəndaşların qəbul otağında “Qaynar xətt” əlaqə telefon nömrəsi (021-26-3-42-57), elektron müraciətlər üçün elektron poçt ünvanı Rayon İcra Hakimiyyətinin saitində (mail@neftchala-ih.gov.az) yerləşdirilməklə vətəndaşların diqqətinə çatdırılır. Eləcə də,  Milli Qəhrəmanlar və onların ailə üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ əlilləri və digər imtiyazlı vətəndaşlar müraciət etdikdə növbədənkənar qəbul olunur.

2021-ci ildə Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmaq üçün müraciət edərək qeydə alınmış 940 nəfər vətəndaşdan 928 vətəndaş qəbula dəvət edilmiş, müraciətləri dinlənilmiş, 12 nəfər vətəndaş müəyyən səbəblərdən qəbulda iştirak etməmiş, digər vətəndaşların qəbulu növbəlik əsasında həyata keçirilib. Coronovirus pandemiyası (COVİD-19) dövründə qəbula yazılmış hər bir vətəndaşla qəbuldan əvvəl telefon əlaqəsi saxlanılır, qəbula dəvət edilir, müraciətləri dinlənilir, müvafiq tövsiyələr və izahatlar verilir. 2021-ci ildə Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu, görüşlərin keçirilməsi həmçinin, Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən  operativ idarəetmə mərkəzində, video - konfrans zalında 18 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi əhatə etməklə və birbaşa qəbul edilməklə həyata keçirilmiş, vətəndaşların müraciətləri dinlənilmiş və həlli istiqamətində müvafiq işlər görülmüşdür. Qəbul olunmaq üçün qeydə alınmış vətəndaşın qəbulu növbəlik əsasında hər həftənin cümə günü elektron qaydada (skayp və zoom vasitəsilə) və birbaşa həyata keçirilib. Hesabat  dövründə qəbul edilmiş vətəndaş müraciətindən 289 müraciət həll edilmiş, 443 müraciətə qanunamüvafiq izahat verilmiş, 58 müraciət qismən icra olunmuş, 18 müraciət ərizə ilə araşdırılmış, 120 müraciətə baxılması üçün aidiyyəti üzrə təşkilatlara məktub yazılmışdır. Qəbul edilən vətəndaşlar daha çox işlə təmin olunma, ünvanlı sosial yardım, torpaqla təmin olunma, tikinti materiallarının verilməsi, maddi köməklik barədə müraciətlər etmişlər.

2021-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən  eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Vətən müharibəsində əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, qazilərin növbədən gənar qəbul edilməsi, onları narahat edən sosial problemlərin həllinə nail olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür. Qəbul zamanı müraciət edən Vətən müharibəsi qazilərindən Hüseynov Namid Mübariz oğluna, Əliyev Nail Oktay oğluna və digər 5 nəfər qaziyə fərdi yaşayış evinin tikintisi üçün tikinti materialının verilməsi, Mehtiyev Ceyhun Yaşar oğluna, Babayev Ruslan Rafik oğluna, Həsənov Murad İlqar oğluna, Xalıqov Eyzan Paşa oğluna və digər 25 qaziyə əkin məqsədilə torpaq sahəsinin ayrılması, Quliyev Əbülfəz Rüstəm oğluna, Qasımov Elşən Rövşən oğluna və digər 15 qaziyə maddi köməklik olunması, Nuriyev Ümid Zöhrab oğlunun, Hüseynov Elsevər Ayaz oğlunun, Hüseynov İlkin Savalan oğlunun və 35 qazinin işlə təmin olunması, Məlikov Azad Yusifəli oğluna, Qədirov Təbriz Ələddin oğluna və 45 qaziyə özünüməşğulluq proqramı çərçivəsində aktivlərin verilməsi təmin edilmişdir.

Şəhid ailələrinin qəbul zamanı müraciətləri diqqətdə saxlanılmış, qeyd etdikləri məsələlərin həllinə nail olunmuşdur. Şəhid ataları Hüseynov Bəhmən Pəncalı oğlu, Kərimov Məzahim İbrahim oğlu, Səmədov İbrahim Ələkbər oğlu, Orucov Şaiq Cavanşir oğlu, Mənəfov Vidadi Əliqulu oğlu, Xankişiyev Aşur Əliniyaz oğlu, Əhmədov Hüseyn Təvəkkül oğlu, Dadaşov İmanqulu Allahqulu oğlu, şəhid anası Ələkbərova Təranə Nadir qızı mütəmadi olaraq Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş, müxtəlif sosial problemlərin, yolun təmiri, su təminatı, tikinti materialının verilməsi, maddi köməklik olunması, işlə təmin olunma və.s həlli istiqamətində köməklik göstərilmiş, qaldırdıqları problemlərin həllinə nail olunmuşdur. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrindən 29 şəhid ailəsi əkin torpaq sahəsi ilə təmin edilmiş, məşğulluq marafonu çərçivəsində 20 nəfər işlə təmin olunmuş, 33 şəhid ailəsinə özünüməşğulluq proqramı çərçivəsində aktivlərin verilməsi həyata keçirilmişdir. Şəhid atası Quliyev Əkbər Güləhməd oğluna, Mənəfov Vidadi Əliqulu oğluna və digər şəhid ailələrinə müraciətləri əsasında maddi köməklik göstərilməsi təmin edilmişdir.

Rayon İcra Hakimiyyəti başçısı aparatının vəzifəli şəxsləri tərəfindən 538 vətəndaş, tabeli qurumlarda isə (inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə) 496 vətəndaş qəbul edilmişdir.

Ümumilikdə qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərlə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırılır,  ətraflı araşdırma aparılır, izahatlar alınır, bir sözlə araşdırmanın nəticəsi barədə  vətəndaşlara rəsmi cavab məktubları ünvanlanır.  Qəbullar zamanı vətəndaşlar tərəfindən qeyd olunan hər bir məsələyə həssas yanaşmaq Rayon İcra Hakimiyyətində prioritet sahə hesab edilir. Bütün bunların mərkəzində isə vətəndaş məmnunluğunun əldə olunması dayanır.

Keçidlər