İctimai Şura
Şuranın protokolları
Neftçala Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın iclasının
3 saylı protokolundan
ÇIXARIŞ
Neftçala rayonu 19 aprel 2022-ci il
Sədrlik edirdi: 1. Məlikov Təhmasib Əşrəf oğlu
İştirak edirdilər:
2. Sultanov Duxtər Zabid oğlu
3. Əskərova Fərqanə Məsud qızı
4. Abbasova Əzizağa Tapdıq qızı
5. Abbasov Mehti Kamil oğlu
6. Əhmədov Anar Əflatun oğlu
7. Əliyev Emin İmran oğlu
8. Qədirova Xanım Bəxtiyar qızı
9. Qəfərov Mürsəl Səfər oğlu
10. Mustafayev Ağahüseyin Təbriz oğlu
11. Mirzəyevə Gülər Mircəfər qızı
12. Novruzov Cəlal Vaqif oğlu
13. Talıbov Talıb Əlövsət oğlu
Dəvət olunanlar:
1. Neftçala rayon DAİM –nin direktoru Ramil Salmanov;
2. YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev
3. Neftçala RİH başçısının müavini- Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev;
4. Neftçala RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Vasif Əliyev
Gündəlikdə duran məsələ:
1. Sahibkarlara torpaqların verilməsində və sənədləşdirilməsində yaranan problemlər;
2. Kənd qadınlarının məşğulluq problemləri.
Eşidildi:
1-ci məsələ haqqında çıxış edən KOBİA- nın rəsmisi Anar Əhmədov ölkə üzrə arpa və buğda əkinin böyük əhəmiyyətindən, həmin məhsulların idxal və ixracındakı hazırki problemlərdən danışaraq rayonda bu sahədə sahibkarların qarşılaşdığı problemləri qeyd etdi. Anar Əhmədov qeyd etdi ki, əsas problem su və Dövlət Reystr xidmətinin Neftçala rayon şöbəsi tərəfindən torpaqların sənəd çıxarışlarının verilməsidir ki, bu problemlərə biz Neftçala RİH yanında İŞ olaraq bu məsələləri qanunvericiliyə uyğun eyni zamanda vətəndaş mövqeyindən yanaşmalıyıq.
1-ci məsələ haqqında Neftçala rayon DAİM –nin direktoru Ramil Salmanov çıxış edərək səslənən problemlərin hər birindən Neftçala DAİM olaraq xəbərdardır və qurum tərəfindən qanunvericiliyin tələblərinə uyğun olarsaq lazımi addımlar atmağa hazırdır.
2-ci məsələ haqqında İŞ katibi Fərqanə Ağalarova çıxış edərək bildirdi ki, bu gün ölkədə məşğulluq sahəsində aparılan boyük miqyaslı siyasətin uğurlu nəticələri vardır. Amma rayonda Qadın Resurs Mərkəzinin xətti ilə müntəzəm görüşlərin keçirilməsinə, kəndlərdə qadınların iqtisadi cəhətdən səlahiyyətləndirlməsinin güclənməsi işində maarifləndirmənin və peşə bacarıqlarının artırılmasına daha çox ehtiyac vardır. Eyni zamanda qeud olundu ki, hazırda ölkədə xarici donorların xətti ilə kənd təsərreüfatı sahəsində bir çox kiçik və orta biznes layihələri həyata keçirilir. USAID/Azerbaijan və FAO nun ölkədə həyata keçirdiyi bir çox layihələrdən Neftçala qadınlarının yararlanmaq imkanlarının zəif olduğunu vurğulayan çıxışçı bu sahədə Neftçala RİH-nin və Qadın Resurs Mərkəzinin dəstəyi olarsa rayon qadınlarının yararlanamaq imkanalrı genişlənər.
2-ci məsələ haqqında KOBİA- nın rəsmisi Anar Əhmədov çıxış edərək bildirdi bu sahədə yönlədirmə və maarilfləndirmə işinin konkret məzmunu olmalıdır ki, işin təşkilinin planlaşdırılması düzgünaparılsın və sonda uğurlu nəticələr əldə edilsin. Həmçini KOBİA olaraq onların da bu işdə öz töhvəsi ola biləcəyini qryd edən çıxışçı bundan sonra bu məsələni xüsusi diqqətdə saxlayacağını qeyd etdi.
Neftçala RİH başçısının muavini- Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev çıxış edərək dövlət orqanlarının işinin effektiv qurulmasının metodlarından biri də həmin qurumların işində vətəndaş cəmiyyətinin iştirakı, verilən qərarlara təsiri sayıla bilər və iclasda adı çəkilən hər iki problem vətəndaş rifahının yüksəldiləmsinə yönəlmiş problemdir və Neftçala RİH olaraq hər iki problemin həllində qətiyyətli mövqe tutacağını bildirdi.
------------------------------------------------------------------------------------------------
Neftçala Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın iclasının
1 №li PROTOKOLU
Neftçala rayonu 10 iyun 2021-ci il
Yığıncaqda iştirak edirdilər:
Elnur Bağırov – Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini (müşahidəçi qismində)
Neftçala Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri:
Məlikov Təhmasib Əşrəf oğlu – Şəhid atası
Sultanov Duxtər Zabid oğlu – Nerftçala RMX-nın publik hüquqi şəxsində ümumi şöbənin müdiri
Əskərova Fərqanə Məsud qızı – Neftçala rayonu Şorkənd kənd ümumi orta məktəbin direktoru
Abbasova Əzizağa Tapdıq qızı– Qızıl Aypara cəmiyyətinin Neftçala rayon bölmə sədri
Abbasov Mehti Kamil oğlu – Neftçala RMX-nın Funksional Diaqnostika Şöbəsinin müdiri,tibb elmləri namizədi
Əhmədov Anar Əflatun oğlu – Neftçala-Salyan KOBİA direktoru
Əliyev Emin İmran oğlu – Neftçala rayon Qarabağ müharibə veteranalrı,əlillər və şəhid ailələri ictimai birliyinin sədri (ehtiyayda olan polkovnik)
Qədirova Xanım Bəxtiyar qızı - Salyan rayon UGİŞ məktəbində baş məşqçi
Qəfərov Mürsəl Səfər oğlu - Neftçala MKT Sahə rəisi, Neftçala rayon Fermerlər şurasının sədri
Mustafayev Ağahüseyin Təbriz oğlu - Azərbaycan Güləş Federasiyası, Güləş idman növü üzrə Avropa çempionu
Mirzəyevə Gülər Mircəfər qızı - X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin direktoru
Novruzov Cəlal Vaqif oğlu - “Məhsul” Kənd könüllü kooperativ idman cəmiyyətinin sədri
Talıbov Talıb Əlövsət oğlu - Təqaütdə olan polis polkovnik leytenantı
Gündəlikdə duran məsələ:
Neftçala Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədrinin, sədr müavininin və katibinin seçilməsi
Dinlənildi:
Neftçala rayonu mədəniyyət mərkəzindən namizədliyi verilmiş və ictimai şuraya üzv seçilmiş Mirzəyevə Gülər İctimai Şuranın sədri vəzifəsinə Ağsaqqallar Şurası İctimai Birliyi tərəfindən irəli sürülmüş və İctimai Şuranın üzvü seçilmiş Təhmasib Məlikovun namizədliyini təklif etdi.
Neftçala Rayonunda fəaliyyət göstərən Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən namizədliyi verilmiş və üzv seçilmiş Anar Əhmədov İctimai Şuranın sədr müavini vəzifəsinə Nerftçala RMX-nın publik hüquqi şəxsində ümumi şöbəsindən namizədliyi irəli sürülmüş və İctimai Şuranın üzvü seçilmiş Sultanov Duxtərin namizədliyini təklif etdi.
Daha sonra Qarabağ müharibə veteranalrı,əlillər və şəhid ailələri ictimai birliyi tərəfindən namizədliyi irəli sürülmüş Əliyev Emin İctimai Şuranın katibi vəzifəsinə Netçala RTŞ tərəfindən irəli sürülmüş və İctimai Şuranın üzvü seçilmiş Fərqanə Əskərovanın namizədliyini təklif etdi.
Məsələ səsverməyə çıxarıldı.
QƏRARA ALINDI:
İctimai Şuranın üzvləri tərəfindən irəli sürülmüş təkliflər qənaətbəxş hesab edilsin və İctimai Şuranın sədri vəzifəsinə Təhmasib Məlikov, sədrin müavini vəzifəsinə Sultanov Duxtər və İctimai Şuranın katibi vəzifəsinə Fərqanə Əskərova seçilmiş hesab edilsinlər.
İmza: İctimai Şuranın üzvləri:
1. Məlikov Təhmasib Əşrəf oğlu
2. Sultanov Duxtər Zabid oğlu
3. Əskərova Fərqanə Məsud qızı
4.Abbasova Əzizağa Tapdıq qızı
5. Abbasov Mehti Kamil oğlu
6. Əhmədov Anar Əflatun oğlu
7. Əliyev Emin İmran oğlu
8. Qədirova Xanım Bəxtiyar qızı
9. Qəfərov Mürsəl Səfər oğlu
10. Mustafayev Ağahüseyin Təbriz oğlu
11. Mirzəyevə Gülər Mircəfər qızı
12. Novruzov Cəlal Vaqif oğlu
13. Talıbov Talıb Əlövsət oğlu