Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2025-ci il yanvarın 29-na təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2025-ci il yanvarın 29-na təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 49/238

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 210.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər.

Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir, bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.

Seçki Məcəlləsinin 213.1-ci maddəsinə görə bələdiyyə seçkilərini Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir.

Beləliklə, Mərkəzi Seçki Komissiyası ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilməklə növbəti bələdiyyə seçkilərinin 2025-ci il yanvarın 29-na təyin edilməsini məqsədəmüvafiq hesab edir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 142-ci və Seçki Məcəlləsinin 8-ci, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 210-cu, 211-ci və 213-cü maddələrinə uyğun olaraq qərara alır: 

1. Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilsin.

2. Ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilsin (əlavə olunur).

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Keçidlər