Şriftin ölçüsü :

Saytın rəngi :

Mənəfov Şahmar Vidadi oğlu

               

                   Soyadı :                          Mənəfov

                   Adı :                                Şahmar

                   Ata adı :                          Vidadi

                  Doğum tarixi :                20.03.1990

                  Dəfn olunduğu tarix :    23.10.2020

                  Rütbə :                            Kiçik gizir

                 Təltifləri

                                                                                                   

 

 

Şəhid Mənəfov Şahmar Vidadi oğlu 1990-cı il martın 20-də Neftçala rayonunun Cəngan kəndində anadan olmuşdur. 1996-ci ildə Neftçala rayonu Cəngan kənd tam orta məktəbinə daxil olmuş və 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.

XTQ giziri olan Şahmar Mənəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Şahmar Mənəfov oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhidlik zirvəsinə ucalmışdır. 23 oktyabr 2020-ci ildə Neftçala rayonunun Cəngan kəndində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Mənəfov Şahmar Vidadi oğlu ölümündən sonra "Qarabağ" ordeni ilə, “Şücaətə görə” medalı ilə, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə,  24.26.2021-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı  təltif edilib.

Keçidlər