Şriftin ölçüsü :

Saytın rəngi :

Orucov Xalid Saleh oğlu

                     

                      Soyadı :                             Orucov              

                      Adı :                                    Xalid    

                      Ata adı :                              Saleh

                      Doğum tarixi :                    07.08.1996

                      Dəfn olunduğu tarix :        13.10.2020      

                      Rütbə :                                 Leytenant        

                      Təltifləri

                                                                                                 

 

 

Şəhid Orucov Xalid Saleh 1996-cı il avqustun 7-də Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

Azərbaycan Ordusunun leytenantı olan Xalid Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və şəhidlik zirvəsinə ucalmışdır. Xalid Orucov oktyabrın 13-də Neftçala rayonu, Aşağı Surra kənd qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Orucov Xalid Saleh oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı  və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Orucov Xalid Saleh oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Keçidlər