Şriftin ölçüsü :

Saytın rəngi :

Süleymanov İsmayıl Kamal oğlu

 

                       Soyadı :                          Süleymanov

                       Adı :                                 İsmayıl

                       Ata adı :                           Kamal

                       Doğum tarixi :                 19.04.1997

                       Dəfn olunduğu tarix :     10.10.2020

                       Rütbə :                              Əsgər              

                       Təltifləri

                                                                                                   

 

 

Şəhid Süleymanov İsmayıl Kamal oğlu 1997-ci il aprelin 19-da Neftçala rayonu,  İkinci Qaralı kəndində anadan olub. Orta təhsilini İkinci Qaralı kənd tam orta məktəbində almışdır.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 29 sentyabrda hərbi səfərbərliyə çağırılaraq, Vətən müharibəsində iştirak etmişdir. İsmayıl Süleymanov Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 10 oktyabr 2020-ci ildə Neftçala rayonu, İkinci Qaralı kənd qəbirstanlığnda dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Süleymanov İsmayıl Kamal oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı  və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Süleymanov İsmayıl Kamal oğlu ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı təltif edilib.

Keçidlər