Şriftin ölçüsü :

Saytın rəngi :

Nəcəfov Bəhruz Əli oğlu

                       

                     Soyadı :                             Nəcəfov

                      Adı :                                  Bəhruz 

                      Ata adı :                            Əli    

                      Doğum tarixi :                  09.03.1996

                      Dəfn olunduğu tarix :      09.10.2020    

                      Rütbə :                              Əsgər             

                      Təltifləri

                                                                                               

 

Şəhid Nəcəfov Bəhruz Əli oğlu 9 mart 1996-cı il tarixində Neftçala rayonu, Qaralı kəndində anadan olmuşdur. 2003-cü ildə Neftçala rayon Qaralı kənd məktəbində 1-ci sinifə başlamışdır. 2011-ci ildə həmin məktəbin məzunu olmuşdur. Bəhruz  Nəcəfov 2011-ci ildə Kürkənd kəndində yerləşən Peşə məktəbində təhsilini davam etdirmişdir. 2013-cü ilin iyun ayında Peşə məktəbini bitirmişdir. Bəhruz Nəcəfov və qardaşı Mənsum Nəcəfov hər iki valideynlərini itirdiyi üçün 2008-ci ildən dayısı onları öz himayəsinə götürmüşdür.

Bəhruz Nəcəfov 2013-cü ildə Neftçala Rayon Hərbi Komissarlığından hərbi xidmətə yollanmışdır. 2016-cı ilin yanvar ayında isə hərbi xidmətini bitirmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 29 sentyabrda hərbi səfərbərliyə çağırılaraq, Vətən müharibəsində iştirak etmişdir. Bəhruz Nəcəfov 08 oktyabr 2020-ci ildə Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 09 oktyabr 2020-ci ildə Neftçala rayonu, Qaralı kənd qəbirstanlığnda dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Nəcəfov Bəhruz Əli oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə  və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Nəcəfov Bəhruz Əli oğlu ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı təltif edilib.

Keçidlər