Şriftin ölçüsü :

Saytın rəngi :

Xəlilov Coşqun Mikayıl oğlu

 

                        Soyadı :                              Xəlilov

                        Adı :                                    Coşqun

                        Ata adı :                              Mikayıl

                        Doğum tarixi :                   29.10.1998

                        Dəfn olunduğu tarix :       06.10.2020   

                        Rütbə :                                Leytenant           

                        Təltifləri

                                                                                                         

 

Şəhid Xəlilov Coşqun Mikayıl oğlu 1998-ci il oktyabrın 29-da Neftçala rayonu,  Xol Qaraqaşlı kəndində anadan olub. 2004-cü ildə Neftçala rayonu Qismət Nuralıyev adına Xol Qaraqaşlı kənd tam orta məktəbinə qəbul edilib. 2015-ci ildə həmin məktəbin məzunu olub. Elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub. 2019-cu ildə leytenant rütbəsi alaraq Beyləqan rayonundakı N saylı hərbi hissədə əmək fəaliyyətinə başlayır. Xidməti dövründə 3 dəfə fəxri fərmanla təltif olunmuşdur.


Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşqun Xəlilov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. 06.10.2020-ci il tarixində Neftçala rayonu, Xol Qaraqaşlı kənd qəbirstanlığında dəfn olunub. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Xəlilov Coşqun Mikayıl oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə və 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Xəlilov Coşqun Mikayıl oğlu ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Xəlilov Coşqun Mikayıl oğlu ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

 

                       

Keçidlər