Şriftin ölçüsü :

Saytın rəngi :

Süleymanov Rauf Allahverdi

 

                       Soyadı :                              Süleymanov

                       Adı :                                     Rauf

                       Ata adı :                               Allahverdi

                       Doğum tarixi :                     29.05.1987

                       Dəfn olunduğu tarix :         06.10.2020

                       Rütbə :                                 Çavuş

                       Təltifləri

                                                                                                         

                    

 

Şəhid Süleymanov Rauf Allahverdi oğlu 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində anadan olub. 1994-2005-ci illərdə Abasallı kənd tam orta məktəbində təhsil alıb. Rauf Süleymanov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2007-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edib.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş giziri olan Rauf Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rauf Süleymanov Füzuli döyüşləri zamanı 05.10.2020-ci il tarixində şəhidlik zirvəsiznə ucalıb. 06.10.2020-ci il tarixində  Neftçala rayonu, Abasallı kənd qəbirstanlığında  dəfn olunub. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Süleymanov  Rauf Allahverdi oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə və 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
 

                 

Keçidlər