Hüseynov Pəncalı Bəhmən oğlu
Soyadı : Hüseynov
Adı : Pəncalı
Ata adı : Bəhmən
Doğulduğu tarix : 07.05.2001
Dəfn olunduğu tarixi : 02.10.2020
Rütbə : Əsgər
Təltifləri
Şəhid Hüseynov Pencalı Bəhmən oğlu 7 may 2001-ci ildə Neftçala rayonu, Qaralı kəndində anadan olub. 2007-2018-ci illərdə 2-ci Qaralı kənd orta məktəbində təhsil alıb.
2 iyul 2019-cu il tarixində hərbi xidmətə yollanıb və xidmətə başlayıb. Pencalı Hüseynov xidməti dövründə təlimlərdə və hərbi hissə daxilində nümunəvi davranışlarına görə 16 iyun və 12 sentyabr tarixlərində 2 dəfə ailəsinə təşəkkür məktubu göndərilib. Avqust ayında Türkiyəli və Azərbaycanlı hərbçilərin birgə təlimlərində snayperçi kimi iştirak etmişdir. Hərbiçi olmaq istəyən Pəncalı Hüseynov əsgərlik müddəti bitdikdən sonra vətənə olan sevgisindən xidmətini davam etdirmək üçün sənədlərini də təqdim etmişdi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı ilk gündən döyüşlərə qatılıb. Murov-Kəlbəcər yüksəklikləri uğrunda gedən döyüşlər zamanı sentyabrın 28-də yanına minamyot düşməsi nəticəsində şəhidlik zirvəsizə ucalıb.
2 oktyabr 2020-ci il tarixində Neftçala rayonu, 2-ci Qaralı kənd qəbirstanlığında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Hüseynov Pencalı Bəhmən oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Hüseynov Pencalı Bəhmən oğlu ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.