Şriftin ölçüsü :

Saytın rəngi :

İmanzadə Ayaz Daşqın oğlu

                           

                    Soyadı :                              İmanzadə

                    Adı :                                    Ayaz

                    Ata adı :                             Daşqın

                    Doğum tarixi :                   03.12.1996

                    Dəfn olunduğu tarixi :      02.10.2020

                    Rütbə :                               Leytenant             

                    Təltifləri 

                                                                                                 

 

Şəhid İmanzadə Ayaz Daşqın oğlu 1996-cı il dekabrın 3-də Neftçala şəhərində anadan olub. Orta təhsilini Neftçala şəhəri, Samid İmanov adına 1saylı tam orta məktəbində aldıqdan sonra 2012-ci ildə C.Naxçıvanski adına hərbi litseyə daxil olur. Daha sonra təhsilini davam elətdirərək 2015-ci ildə  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur və 2019-cu ildə məzun olduqdan sonra leytenant rütbəsi alaraq 27 iyul 2019-cu ildə  təyinatla N saylı hərbi hissədə tağım komandiri kimi işləməyə başalyır.


Azərbaycan Ordusunun leytenantı olan İmanzadə Ayaz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İmanzadə Ayaz Füzuli rayonu uğrunda gedən döyüşlərdə 01 oktyabr 2020-ci il tarixində Şəhidlik zirvəsinə ucalıb. 02 oktyabr 2020-ci il tarixində Neftçala rayon Mərkəzi Qəbirstanlığında dəfn olunub. Ailəli olub. İmanzadə Ceyran adlı körpə uşağı bizlərə əmanət qalıb.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid İmanzadə Ayaz Daşqın oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə,  25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə, "Füzulinin azad olunmasına görə" medalı ilə və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər