Şriftin ölçüsü :

Saytın rəngi :

Dadaşov Elvin İmanqulu oğlu

 

                       Soyadı :                           Dadaşov

                       Adı :                                 Elvin 

                       Ata adı :                           İmanqulu

                       Doğum tarixi :                 14.08.1993

                       Dəfn olunduğu tarix :     19.11.2020

                       Rütbə :                             Gizir

                       Təltifləri

                                                                                                                     

 

 

Şəhid Dadaşov Elvin İmanqulu oğlu 14 avqust 1993-cü il  Neftçala şəhərində anadan.olmuşdur. 2000-ci ildə Neftçala şəhər Əlif Piriyev adına 2 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub və 2011-ci ildə bitirmişdir. 2011-ci ilin oktyabrında Neftçala Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi Dəniz Qüvvələrində xidmət etmişdir. 2016-cı il aprel ayında könüllü olaraq gizirlik kursuna yazılmışdır. Gizir hərbi rütbəsini aldıqdan sonra ön cəbhədə xidmətini davam etdirmişdir.

Azərbaycan Ordusunun giziri olan Elvin Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elvin Dadaşov Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 19 noyabr 2020-ci il tarixində Neftçala rayonu Mərkəzi qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Dadaşov Elvin İmanqulu oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Keçidlər