Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Maarif Təbriz oğlu

 

                       Soyadı :                           Əliyev

                       Adı :                                 Maarif

                       Ata adı :                           Təbriz

                       Doğum tarixi :                 09.09.1994

                       Dəfn olunduğu tarix :     12.11.2020

                       Rütbə :                             Kiçik çavuş

                       Təltifləri

                                                                                                            

 

 

Şəhid Əliyev Maarif Təbriz oğlu 09 sentyabr 1994-cü ildə Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olmuşdur. Həsənabad qəsəbə tam orta məktəbini bitirmişdir. Maarif Əliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak etmişdir.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Maarif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Maarif Əliyev Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 12 noyabr 2020-ci il tarixində Neftçala rayonu Mərkəzi qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26.06.2018-ci il tarixli Sərəncamına əsasən xidməti dövründə Əliyev Maarif Təbriz oğlu "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, ölümündən sonra  15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur Döyüşçü" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə,  24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Əliyev Maarif Təbriz oğlu ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Keçidlər