Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfərov Səid Zəfər oğlu

                       Soyadı :                           Cəfərov

                       Adı :                                 Səid

                       Ata adı :                           Zəfər

                       Doğum tarixi :                 04.02.1993

                       Dəfn olunduğu tarix :     12.11.2020

                       Rütbə :                             Baş çavuş

                       Təltifləri

                                         

 

 

Şəhid Cəfərov Səid Zəfər oğlu 1993-cü il fevralın 4-də Neftçala rayonu Xol Qarabucaq kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə İ.Səfərov adına Mürsəqulu kənd tam orta məktəbində təhsil almışdır.

Səid Cəfərov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirmişdir. 2013-2014-cü illərdə Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, 2014-2017-ci illərdə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2017-ci ildən isə Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Səid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Səid Cəfərov Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 12 noyabr 2020-ci il tarixində Neftçala rayonu Xol Qarabucaq kənd qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Cəfərov Səid Zəfər oğlu ölümündən "Vətən uğrunda" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər