Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Yaranma tarixi
 Neftçala rayonu Azərbaycan SSR-də inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur. 1947-ci ilədək rəsmi sənədlərdə "Yeni Qəsəbə "adlandırılır.Əhalisi onu  Trest kimi tanıyırdı.Bu ifadə Ələtneftin tikinti quraşdırma kontorunun Neftçalaneftin tərkibinə trestkimi daxil olması və bu trestin də Neftçalanın tikintisini aparması ilə əlaqədar idi ."Neftçala"sözü isə 26 Bakı komissarı adına qəsəbənin yerində vaxtilə qazıq- qzıq edilmiş və neft sızıb qalmış çalaların adından götürülmüşdür.Bura Nöyütxana və bəzən də Azneft kimi adlandırılan həmin qəsəbəyə 26 Bakı komisarı adı veriləndən sonra Trest qəsəbəsi 1947 ci ildən sonra rəsmi Neftçala adlandırıldı.  Cəmi bir il isə 24 yanvar 1939-cu ildə yaranan  Xıllı rayonunun tərkibində, o vaxta kimi isə Salyan rayonunun tərkibində olmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuş, kənd inzibati əraziləri isə Xıllı rayonuna tabe edilmişdi. Xıllı rayonu 1959-cu il sentyabrın 24-də ləğv edilərək Neftçala rayonunun ərazisinə qatılmışdır. 1959-cu ilin dekabrında  isə Neftçala rayonu da ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmişdir.Rayonun tərəqqisi əvvəl 50-ci,daha sonra 70-80-cı illərə təsadüf edir. 1963-cü ildə Salyan rayonundan ayrılaraq Neftçala sənaye zonası təşkil edilmiş, lakin belə qarışıq idarəetmə sistemi özünü doğrultmadığından 1965-ci ildə ləğv edilərək yenidən Salyan rayonunun tərkibinə daxil edilmişdir.  7 ildən sonra  1973-cü il aprel ayında Heydər Əlirza oğlu Əliyevin təşəbbüsü ilə Neftçalanın rayon statusu özünə qaytarıldı.
Ərazisi və əhalisi
Neftçala rayonunun ərazisi Şərqdən Xəzər dənizi ilə əhatə olunmuşdur. Şimaldan Salyan,qərbdən Biləsuvar ,Masallı ,Cəlilabad ,Lənkəran  rayonları ilə həmsərhəddir.Sahəsi 1451.7  kv.km dir. Neftçalaya  1 şəhər, 3 qəsəbə, 48 kənd daxildir.Əhalisinin sayı 88.846 nəfərdir. Əhalinin sıxlığı hər kilometrə 61 nəfər düşür.Kişilər 44.041 nəfər, qadınlar 44.805 nəfər təşkil edir.
Səthi əsasən düzənlikdir.Xüsusən Cənub -şərqi Şirvan düzü ,Salyan düzü,qismən də Muğan düzü  Neftçalanın düzənlik zonasını təşkil edir.Ərazisi okean səviyyəsindən aşağıda yerləşir.Sahədə Neogen -Antropogen çöküntüləri yayılmışdır.
Yayı quraq keçən mülayim isti yarımsəhra, quru çöl iqliminə malikdir.
Azərbaycanın ən uzun çayı Kür çayı rayonun ərazisindən keçib Xəzərə tökülür .Kür burada delta əmələ gətirir.Uzun məsafə qət edib rayona gələn Kür çayı özü ilə xeyli gil ,torpaq gətirir.Burdan belə bir nəticəyə gəlmək olar ki ,Neftçala bütün Azərbaycan torpaqlarını qram -qram özündə toplayaraq, birləşdirir.Xəritədə diqqət etsək görərik ki, Neftçala rayonu kiçik Azərbaycanı xatırladır. 

Torpağı boz çəmən, karbonatlı allüvial-çəmən və çəmən-bataqlıqdır.Burada şoranlıqlara da rast gəlinir. Bitki örtüyü əsasən səhra və yarımsəhra tiplidir.
Çöl heyvanlarından ceyran ,çöl donuzu,çöl pişiyi,canavar,çaqqal,tülkü,dovşan,porsuq vardır.Ev heyvanlarından camış,inək ,qoyun,keçi ,at və eşşək saxlanılır.
Neftçala çöl və su quşları ilə də zəngindir.Burada qu,müxtəlif növ qaz və ördək,qaşqaldaq,qarabattaq,cüllüt,qaratoyuq, qızquşu, qızılqaz, turac, bəzgək, sığırçın, göy göyərçin,qarğa ,ağacdələn,bülbül və s. yaşayır.
Hələ qədim zamanlardan Neftçala torpağında fəaliyyət göstərən palçıq vulkanları,yerdən çıxan yanar qaz və neft insanları çox maraqlandırırdı.Bunları ilahi qüvvələrin əməlləri hesab edən insanlar neftdən müalicə vasitəsi kimi istifadə edir,heyvanların yaralarını onunla sağaldır ,həm də onu qara çığıraqlarda (durna çıraq)  yandıraraq alaçıq və komalarını işıqlandırırdılar.
Mütəxəssislərin fikrincə Xıllı ,Neftçala və digər Küryanı neft yataqlarının geoloji cəhətdən sistemli şəkildə öyrənilməsi Qafqazın dahi tədqiqatçısı,akademik Q.B.Abiixin adı ilə bağlıdır.O ilk dəfə 1849-cu ildə Babazanan yüksəkliyindəki yerüstü neft -qaz əlamətlərini və hidrogen sulfidli isti su bulaqlarını öyrənmiş,1859-cu ildə ikinci dəfə Küryanı düzənliyə gələrək Babazanan yüksəkliyindən əlavə sahələrlə yanaşı Neftçala yatağındada geoloji tədqiqat içləri aparmışdır.
1861-ci ildə Xəzər dənizində Kumani adasının əmələ gəlməsi ilə əlaqədar olaraq  Q.B.Abix üçüncü dəfə Küryanı düzənliyinə gəlmiş və bir sıra təqdqiqatlarını təkrar etmişdir.1863 -cü ildə onun "Xəzər dənizində adalar əmələ gəlməsi və Xəzər vilayətində palçıq vulkanları haqqında məlumatlar" əsəri çapdan çıxmışdır.
Neftçala sahəsində birinci kəşfiyyat quyusu,tariximənbələrdə göstərildiyi kimi,1872 -ci ildə qazılmışdır.XIX əsrin sonu XX əsrin əvvəllərində bir sıra neft sənayesi sahibkarlarından; Nobel,Bakendorf,Putilovvə başqaları Küryanı düzənliyində,o cümlədən ,Neftçala sahəsində kəşfiyyat quyusu qazmışdılar.Lakin Neftçala sahəsi istisna olmaqla digər sahələrdən neft alınmamışdır.Müəyyən çətinliklər səbəbindən işlər yarımçıq qalır.Qazıq -qazıq edilən düzənlikdəki quyulara xeyli neft sızıb toplanmışdır.
1926-cı ildə Azərneftin geoloji bürosu M.B. Borinovun rəhbərliyi ilə Neftçala sahəsində kəşfiyyat qazma içlərini bərpa etdi.İndiki Neftçaladan o vaxt heç əsər əlamət yox idi .Onlar 26 Bakı komissarı adına  qəsəbədə çadırlarda qalırdılar. Günlər keçdikcə mədəndə buruqların sayı çoxaldı.5 saylı quyu 50 m dərinliyə çatanda neftlə birlikdə su da fəvvarə vurdu .Yanğın baş verdi söndürüldü.Duzlu su adamların üz gözün yandırdı .Bədənlərində tala -tala qırmızı ləkələr əmələ gəldi .Su analizə verildi.Məlum oldu ki ,tərkibində zəngin yod var. Təcili burada 1931-ci ildə yod brom zavodu tikildi .İlk zavod sadə avadanlıq quraşdırılmış anbar idi .Zavod sutkada 80 kq kristal yod istehsal edirdi. 1951-ci ilin yayında dahi kimyaçı alim Akademik Yusuf Məmmədəliyevin Neftçalada yod brom üzrə ekspriment  aparmışdır. Və burada yeni yod brom zavodunun tikilməsinin səmərəli olacağını demişdir.Yeni yod Brom zavodu 1980 ci ildə tikilib istifadəyə verilmişdir.

Rayonun iqtisadiyyatında neft,qaz ,kimya,balıqçılq sənayesi əsas yer tutur.Kənd təsərrrüfatında əkinçilik və heyvandarlıq üstünlük təşkil edir. Rayonda yerləşən  Xanqışlağının belə adlandırılması isə keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərini qışlamaq üçün buraya gətirilməsi ilə bağlıdır. Rayondaki Yeniqışlaq kəndinin keçmiş adı da Xanqışlağı adlanıb. Rayon əhalisi bu kəndi hələ də Xanqışlağı olaraq adlandırır.(Şirvan xanlığı (1747-1820) dövründə indiki rayon ərazisi Salyan mahalı tərkibində olub. 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. Bu dövrdə isə Neftçala rayonu bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olan Salyanın bir parçası olur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavad qəzası 5 pristavlıqdan ibarət olur. Qəzanın rəisi Məhəmməd bəy Süleymanbəyov qəzanı Salyan (şəhər pristavı Hacıyev, köməkçi Xəlil Məmmədov), Xıllı-Boji Promısel (rus. Божий Промысел) kəndi (pristav Haqverdiyev, köməkçi Həsənov) Cavad, Muğan və Biləsuvar sahə pristavlıqlarının vasitəsi ilə idarə edirdi.
Rayonda mineral tərkibli müalicəvi isti su müalicə məqsədi üçün istifadə edilir.
İkinci dünya müharibəsində rayonumuzdan 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Ağaşirin Ağaməmməd oğlu Cəfərov
Əlif Duraxan oğlu Piriyev
İvan Qriqoryeviç Ostapenko
Vətənpərvər Neftçala oğulları 1 ci Qarabağ döyüşlərində də böyük  şücaət göstərmişlər. Kiçik rayon olmasına baxmayaraq 90-cı illər Qarabağ döyüşlərində 170 dən çox  həmyerlimiz şəhid olmuşdur.
Rayonumuzdan  3 nəfər  Milli qəhrəman adına layiq görülmüşdür.
Xanoğlan Sadıq oğlu Məmmədov
Zakir Nüsrət oğlu Məcidov
Samid Gülağa oğlu İmanov

Xaraba şəhər
Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında şəhər xarabalığı vardır. Xarabalıqda həm quruda, həm də dənizdə IX-XI əsrə aid çoxlu maddi və mədəni qalıqlar nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır. Arxeoloji materiallar gil qabların hazırlanmasının təkcə Örənqala və Gəncədə deyil, Neftçala rayonuna da aid olduğundan xəbər verir. Bəndovanla bərabər ondan təxminən 10-12 kilometr aralıda yerləşən başqa bir şəhər də mövcud olub. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılıb. Həmin qalıqlar suyun altından çıxarılıb və bir hissəsi Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.
Tarixi mənbələrdə Kür çayının mənsəbi sahəsində qədim parfiyalılara və ya azərilərə aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır. Çoxlu mülahizələrin olmasına baxmayaraq indiyədək heç kəs "Xaraba şəhər" və ya "Yunan şəhəri" adlandırılan bu şəhərin yerini tapa bilməmişdir. Ancaq bölgənin tarıxini ətraflı araşdırmış Azər Turan "Darülmöminin" kitabında tarixi faktlara, xüsusən Bəzzazın (XIV yüzil) "Səfvətüs Səfa" əsərinə əsaslanaraq, bu şəhərin Kuştaspi adlandırıldığını, Kuştaspinin isə bir müddət Şirvanşahlar dövlətinin paytaxtı olduğunu bildirir. Deyilənlərə görə çox-çox qədimlərdə Kür çayı indiki Cəngən kəndi yaxınlığında daha bir qola ayrılırmış. Şirvan düzünə əyilib xeyli şimala doğru gedən bu qol Baba Zənan (Babazanlı) dağının cənub ətəyini yarandan sonra Dirov dağının (İlan dağ) ətrafında dövrə vurub Xəzər dənizinə tökülürmüş. Həmin bu adada çox böyük bir şəhər mövcud imiş.
Professor Gül "Xəzər Atlantidası" adlı məqaləsində ("Azərbaycan gəncləri" qəzeti,19 noyabr 1967-ci il) qeyd edir: "Xalq nağıl və əfsanələrindən məlumdur ki, Bakı yaxınlığında "Şəhri Yunan" adlı bir şəhər də olmuş və o Xəzərin suları altında qalmışdır". Ərəb coğrafiyaşünasları Əbu-İshaq İstəxri (950-1000 ci illər) "Dövlətlərin yolları kitabı"ndakı xəritədə, Əbu-Abdullah Məhəmməd İdrisi (1154-cü il) tərtib etdiyi xəritədə, 1375- ci ilə aid kataloniya xəritəsində və venesiyalı Fra Mauronun 1459-cu ilə aid xəritəsində Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir. Tarixçilər burada içməli suyu olan, rəng almaq üçün boyaq kökü istehsal edilən böyük bir adanın olduğunu xəbər verirdilər. XIV əsrdən sonra bu sənədli izlər xeyli müddət itir. XVIII əsrin əvvəllərinədək çəkilən xəritələrdə Kür çayının mənsəbində heç bir yaşayış məntəqəsi göstərilmir. XVIII əsrin I yarısından etibarən Azərbaycana gəlmiş rus tarixçiləri, səyyahları, tədqiqatçıları F.Biberşteyn, S.Qmelin, Bode, B.Dorn, İ.Berezin və başqaları öz yazılarında xalq əfsanəsini təkrar edir. Abbasqulu ağa Bakıxanov 1840-cı ildə bu xarbalıqları tədqiq etmək üçün təşəbbüs göstərmişdir. Bu yerlərdə ilk ciddi axtarış 1958-ci ildə başlanmışdır. Azərbayca EA Coğrafiya İnstitunun elmi ekspedisiyasının sualtı arxeologiya qrupunun əməkdaşlarının 1968-ci ildə apardıqları tədqiqatlar da nəticəsiz qalmışdır. Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmmədovun fikrincə axtarış yerləri düzgün seçilmədiyi üçün bütün bu tədqiqatlar nəticəsiz qalmışdır. Ə.Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6-8 km aralı Nord Ost Qoltuq kəndində maddi-mədəniyyət nümunələri olan adi şirəli, bişmiş kərpicdən olan qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqlarına rast gəlmişdir. Aşkar edilmiş bu keramika nümunələri Azərbaycan Tarix muzeyində, Nizami adına Muzeydə, Azərbaycan EA Tarix İnstitutunda saxlanılan Örənqala, Qədim Gəncə maddi abidələri ilə tutuşdurulduqda eyniyyət təşkil etdiyi məlum olmuşdur. Tarix İnstitutunun və Tarix Muzeyinin elmi işçiləri bu tapıntıların IX-XIII əsrlər Azərbaycan saxsı məmulatının qalıqları olduğu qənaətinə gəlmişlər. Heç şübhəsiz neçə-neçə əsrlərdən bəri haqqında söhbət gedən "Xaraba şəhərin" yerinin ciddi tədqiq olunması Azərbaycan orta əsrlər tarixinin xeyli zənginləşməsinə kömək edə biləcək materiallar verəcəkdir.
  1918-ci il aprel ayının 21-də isə Cavad qəzasının Salyan şəhərində Sovet hakimiyyəti elan olundu. Məşədi Əzizbəyovun rəhbərliyi Bakıdan Salyana 240 nəfərlik hərbi dəstə, az sonra, aprelin 23-də isə bura Korqanovun göstərişi ilə Lənkərandan 200 nəfər döyüşçü və bir hərb gəmisi olmaqla başqa bir heyət göndərildi. Rəşid Axundovun təşkilatçılığı ilə Salyanda Qızıl Qvardiya yaradıldı. 1918-ci il 12 mayında Cavad qəzasının Xıllı kəndində Bakı Fəhlə, Qızıl Əsgər və matros deputatları Soveti İcraiyyə Komitəsinin komissarı Rəşid Cabbarovun sədrliyi ilə kəndli deputatların qurultayı keçirilmişdi. Rəşid Cabbarovun sədrlik etdiyi həmin qurultaya Nəcəfqulu Ağayevlə Ağəli Əliyev katib seçilmişdilər. "İzvestiya Bakinskoqo Soveta" 13 iyun 1918-ci il tarixli sayında bu barədə ətraflı məlumat vardır. Hələ iyun ayında da erməni-rus hərbi birləşmələri bura 2000 nəfərlik hərbi qüvvə, 12 pulemyot, 6 top, 2 hərbi və 1 nəqliyyat gəmisi ilə yeridilmişdi. Hələ üstəlik yerli yad və bədməzhəb əhali arasında əlavə səfərbərlik həyata keçirilmiş, bu hesaba da əsgəri qüvvənin sayı 6000 nəfərə çatdırılmışdı. Ordunun tərkibi 200 nəfər gəlmə rusdan, 300 nəfər iranlıdan (tarixi mənbələrdə onlar iranlı, xalqın yaddaşında şahsevənlər, türk mənbələrində isə əcəmlər olaraq bildirilir), 1500 nəfər ermənidən, qalan 4000 nəfər isə yerli ruslardan (ruslar, əsasən malokanlardır-XIX əsrin sonu, XX əsrin əvvəllərində Neftçalada çar ordusunun böyük bir korpusu yerləşdirilmişdi) və yerli hümmətçilərdən ibarət təşkil olunmuşdu. Xəzər dənizindən Kür çayı vasitəsi ilə Azərbaycanın içərilərinə doğru irəliləməklə daşnak-bolşeviklər strateji mənafelərdən çıxış edirdilər. Bir tərəfdən Yevlax körpüsünün məhv edilməsi, bununla da Gəncə ilə Bakının arasındakı əlaqələrin kəsilməsi, digər tərəfdən isə Muğanın bol taxıl ehtiyatına yiyələnməklə daşnak-bolşevik qvardiyasını çörəklə təmin etmək, Bakı komissarları Sovetinin-Şaumyanın, qeyd etdiyimiz kimi, hərbi-strateji məqsədi bu idi. İlk döyüşlər Salyan ətrafında – Qaraqaşlıda baş vermişdi. Qaraqaşlı Xəzərdən Kürboyu Salyana qədər sonuncu məntəqədir. Bunu hesaba alsaq, onda faciənin miqyası, törədilmiş genosidin əhatə dairəsi bizi xeyli sarsıdacaqdır. Kür çayına daxil planı erməni hərbi birləşmələri Bankə – Seyidlər – Uzunbabalı – Tatarməhlə – Xıllı – Abasallı – Qaralı–Qəzvinli – Qarabucaq – Surra – Ərəbbəbirxanlı – Cəngən – Qaraqaşlıya qədər hərəkət etmişdilər. Silahlı erməninin silahsız azərbaycanlı ilə təkbətək qaldığı ərazilərin adları bunlardır. 1918-ci ilin 27-28 iyununda isə Surra ilə Qarabucaq arasında çox şiddətli döyüşlər baş vermişdi. Qeyri-bərabər qüvvələrin təmsil olunduğu həmin bu döyüşdə türk-azərbaycan hərbi birləşməsi geri çəkilməyə məcbur olmuşdu. Həm də ki, bu dövüşdə erməniləri Kür çayından hərbi gəmilər müşayiət edirdi. Surra-Qarabucaq məğlubiyyətindən sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr cəlb edildi: bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topu. Qaraqaşlıda mövqe tutan türk bölməsinin tərkibi 40 əsgərdən, 2 Maksim pulemyotundan və 2 topdan ibarət idi[. Avqustun əvvəlində Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılmasını məqsədə müvafiq bilmişdilər. Türk-Azərbaycan hərbi birləşmələri Bankədəki döyüşdə 11 nəfər itki vermişdi.
Rayonumuzda 12 ölkə əhəmiyyətli arxeoloji abidə vardır.
1.Xolqaraqaşlı yaşayış yeri
2.Boyat yaşayış yeri
3.I Boyat nekropolu
4.II Boyat nekropolu
5.Qaravəlli yaşayış yeri
6.Bankə yaşayış yeri
7.Ərəbqardaşbəylı yaşayış yeri
8.Şirvan Qaraqaşlı yaşayış yeri
9.Xıllı yaşayış yeri
10.Xıllı nekporolu
11.Yuxarı Qaramanlı yaşayış yeri
12.Qaramanlı nekropolu
4 yerli əhəmiyyətli arxeoloji abidə
1. Üst Qoltuq yaşayış yeri
2.Kürqarabucaq yaşayış yeri
3.Kürqarabucaq nekropolu
4.Xolqarabucaq yaşayış yeri

 

 

 

 
4 Memarlıq abidəsi
1.Xıllı Cümə məscidi
2 .Xristian kilsəsi
3.Heydər Almazov Türbəsi
4.Bankə balıq Kombinatı -İnzibati bina

“Xristian Kilsəsi”
“Kilsə” (inventar № 4935) Nazirlər kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür.
Tarixi məlumat:“Kilsə” Neftçala şəhər ərazisində Üst Qoltuq yaşayış yeri sahəsində XIX əsrin sonu XX əsrin əvvəllərində Çar rusiyası dövründə sürgün edilmiş rus sürgünləri – malakanlar tərəfindən klassik üslubda inşa olunmuşdur
Mövcud vəziyyət:
Katolik kilsəsinin tikintisində nəhəng əhəng daşlarından və yumurtadan istifadə olunmuşdur. Bu da tikiliyə böyük maraq doğurur.

“Xıllı Cümə Məscidi"
Neftçalanın tarixi epiqrafik abidələri sırasında ən önəmli yerlərdən birini tutaraq, XIX əsrin yadigarı sayılan Xıllı Cümə məscididir. Əsası Şeyx Əzizin oğlu Şeyx Ağababa Axundzadə (1870-1959) tərəfindən qoyulmuş came məscidi Mehmanovların maddi yardımı ilə tikilmişdir. Məscid Məhəmməd Peyğəmbərin qızı Həzrəti Fatimeyi Zəhra xanımın adını daşıyır. Məscidin ön tərəfindəki ərəbdilli kitabə deyilənləri bir daha sübut edir. Kitabə belədir: “Fatimeyi Zəhra məscid camesi 1321”. Miladi 1903-cü ilə uyğundur.
70-ci illərin sonunda Sovet hakimiyyətinin siyasəti nəticəsində came məscidi xalqdan zorla alınaraq taxıl anbarına çevrilmişdir ki, bu da insanların şüurunda mənfi hisslərin yaranmasına gətirib çıxarmıçdır. Müstəqillikdən bir neçə il əvvəl, yəni 1988-ci ilin dekabrın 17-də Axund Əlqəmənin rəhbərliyi altında “Fatimeyi Zəhra cümə məscidi” açılaraq, 1989-cu ildə fəaliyyətə başlamışdır.
Xıllı Cümə məscidi memarlıq üslubuna görə başaqalarından fərqlənir. Pəncərələrin sayı 30 ədəd. Onların tutduğu yerin uzunluğu isə 44 metrdir.Həndəsi formada abidədir. Məsçidin sol tərəfində minarə inşa olunmuşdur ki , bunun üçün 25 min kərpicdən istifadə edilmişdir.
Çiy kərpicdən hazırlanmış məsçidin portlarında Ərəbcə kitab yazılıb. Taxta qapı üzərində qabartma üsulu ilə həkk edilmiş kitabənin məzmunu belədir: “Allahaın məğfurət sapından yapışın .1321”. Məsçidin daxilində miinbər və Merab vaedır. Minbərin üstündə iki sətirlik Ərdəbilli kitabənin Ərəbcə məzmunu belədir: “Əyləşməz burda məgər doğru olmayan şəxslər”. Minbərin ətrafı xurma ləçəyin ornamentləri ilə bəzədilmişdir ki, məhz bu da dövrün mümarlığında Nəbati bəzək üslubundan istifadə edilməsindənxəbər verir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xıllı Cümə” məscidi 4934 inventar nömrəsi ilə qeydə alınmışdır və tarixi mədəniyyət abidəsi kimi qorunur.

“Bankə Balıq Kombinatı” - İnzibati bina
Kür çayında balıqçılığın tarixi qədim dövrlərdən başlayır. Orta əsrlərdə də çay balıqçılığın iqtisadiyyatında mühüm yer tutmuşdur. XIX əsrin ikinci yarısında isə bu sahə daha da genişlənmiş, Azərbaycanda kapitalist əlaqələrini və fəhlə sinfinin yaranmasında öz xüsusi rolunu oynamışdır. Çay balıqçılığının Bankə vətəqələrində mərkəzləşməsi və bu vətəgələrin bir sıra sənayeçiləri, xüsusi ilə kapitalist Mantaşev, mailov, H.Z.Tağıyev kimi adamların əlinə keçməsi sayəsində bu yerlər sərvət uğrunda mübarizə meydanına çevrilmişdir. Azərbaycanlı, rus, tatar, erməni və gürcülərdən xüsusilə İran Azərbaycanından gələnlərdən ibarət olan balıqçılar qeyri insani şəraitdə yaşayır, amansızcasına istismar edilirdilər.
Balıqçılığın inkişafını ləngidən müqatiə sistemlərinin 1880-ci ildə ləğv edilməsindən sonra Bankədə balıq vətəgəsi çox sürətlə inkişaf edərək bir neçə il ərzində 100-lərlə fəhlənin işlədiyi iri kapitalist müəsisəsinə çevrildi. Hazırda kombinatının idarə binası XIX əsrdə tikilmiş tarixi binada yerləşir.
Bankə balıq kombinatı 1841-ci ildə fəaliyyət göstərir. Əvvəllər S.M.Kirovun adını daşıyıb, sonra isə məhşur xeyriyyəçi, vaxtı ilə kombinatın sahibi olmuş H.Z.Tağıyevin adı ilə adlandırılmışdır.
Bina taxtadan tikilib 1954-cü ildə Konserva sexi tikilib, 1959-cu ildə isə kilkədən un hazırlamağa başlanıb.
Kombinatın yenidən yenidən qurulması nəzərdə tutulmuşdur. Bunun üçün xeyli yenidənqurma işləri, əlavə sexlərin tikintisi aparılmış, lakin son dövrün iqtisadi çətinlikləri üzündən yarımçıq qalmışdır.
Kombinat yaranandan bəri onun sükanı arxasında çox adamlar dayanmışdır. Direktor kimi Nurulla Əhmədov, Sudirin, takaçov, Abdulla Sarıyev, heydər Məmmədov, Heydərağa Ələkbərov və başqaları müxtəlif illərdə müxtəlif rəhbərlik üsulları ilə yaddaşlarda qalmışdır.
Əvvəllər “Madagiz”, “Türkan”, “Xaldan”, Xudat” və s. kimi 10 taxta balıq ovlama gəmisi olan kombinat sonralar 12 polad gövdəli gəmiyə malik olmuşdur.
Hal-hazırda kombinat CASPİAN FİSH CO şirkəti tərəfindən idarə olunur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən İnzibati bina 4936 inventar nömrəsi ilə qedə alınmışdır və tarixi mədəniyyət abidəsi kimi qorunur.

“Heydər Almazov” türbəsi
Neftçala rayonunun Z.O.Qoltuq kəndinin İsmilli qəbirstanlığında xalq arasında “Soltan Pirətəvan” adıyla məhşur olan bir ziyarətgah vardır. Rayonun 3,5 km qərbində salınmış bu müqəddəs ziyarətgahın yeri vaxtı ulə dəniz sahili olmuşdur. Ziyarətgah haqqında bir çox rəvayətlər mövcudur . Bunlardan biri aşağıdakılardır:
Heydər Almozov adlı xeyriyyəçi Bakı kəndlərindən bu yerlərə gələrək Z.Q.Qoltuq kəndində yaşamışdır. Bunun ardı olaraq rəvayət olunur ki, insanalar dəniz sahillərində yaşayaraq balıqçılıqla məşğul olublar. Dənizin sahillərində çoxlu balıq vətəqələri olub. Ən çox balıq olan yeri cirbi adlandırırlar . El sözünə görə H. Almazov püşk atamaqda həmən cirbini uddu böuna görə niyyətinə sadiq qalaraq burdakı məzar daşlarının üzərində türbə inşa etmişdir. Bu rəvayaət Pirin məhz bu şəxs tərəfindən inşa olunmasına daha yaxınlıq təşkil edir. Çün ki, giriş qapıısının potlarındakı kitabə buna bir daha sübutdur.
Həm də bu rəvayət olunur ki, İrandan gəlmi. Mir Kmal adlı seyid Heydər Almzaovadan xahiş edər deyir “Mən İrandan gəlmiş biçarəyəm, burda heş kimim həm də, pulum yoxdur. Ağır xəstəyəm. Əəgər ölsəm mənə sahib dur, yaxşı bildiyin yerdə məni dəfn et”. Seyid Mir Kamal öləndən sonra Heydər onu Pirin düz mərəkzində dəfn edir.
“ Soltan Pirətəvan”ifadəsində işlənən bu sözün leksik cəhətdən təhlili çox maraqlıdır . Əvvəla kitabələrdə əks olunmuş Farsca “Pir” Azərbaycanca “ağa”, “baba” sözləri böyük alimlərə verilən ləqəblər idi. Bəzi kitabələrdə və orta əsr mənbələrində bu söz “birə” formasında işlənib,”Pir-Bir” və yaxud “birə” sözü güman ki, “birinci”, yəni”öndə gedən ağa, baba” mənasını bildirir . Əərəbcə isə “ şeyx, həzrət” sözləri “ağa, baba” sözləri ilə yaxın mənalı olub, sinonimlik təşkil edir. Deməli , bu sözü “Soltan baba” kimi səciyələndirmək olar.
Böyük əraziyə malik qəbirstanlıqla əhatə olunmuş “Soltan Pirətəvan” düzbucaqlı plana malik üzəri dairəvi gümbəzlə örtülü olan türbə binasından ibarətdir. Giriş qapısının portalındakı kitabədə nəsx xətti ilə ərəbcə bu sözlər yazılmışdır: “Bu Pirətəvanın memarı Heydərdir. Usta Məhəmməd. 1311” Hicri 1311-ci il miladi təqvimi ilə 1893-1894-cü illərə müvafiqdir.
Binanın ümuni hündürlüyü 4,80 metrdir. Pirin üzərinə dairəvi formaya malik gümbəzin hündürlüyü 3,0 metr, diametri isə 9,50 metrə yaxındır. Daxildən gümbəzdə cənub, şərq və qərb tərəfdən pəncərə qoyulmuşdur. Bəzənbunu günəş simvolu kimi səciyyələndirmək olar. Çünki günəş şərqdən doğur, cənubdan hərəkət edərək qərbdə batır. Çox güman ki, bu açıq səmadan içəriyə işıq düşməsini asanlaşdıran bir memarlıq xüsusiyyətidir.
Türbənin qərb tərəfində bir neçə başdaşı abidələri vardır. Lakin üzərləri sulandığından onların kitabəsini oxumaq mümkün deyil. Bunlardan başqa türbənin şərq tərəfində bir başdaşı abidəsi diqqəti cəlb edir. Üzərində ərəbcə kitabə həkk olunmuşdur. Məzmunu belədir: “Allah əbədidir. İlahi, bizi xətadan qoru! Biz həmişə ibadət edirik. Həqiqətən həyatda əzab və çətinlik çəkirik. Bizim diqqətsizliyimiz bizim məhvimizdir. Bu qəbr Kəlbəlayi Səməd Bini Mənafindir.”
Sovet İmperiyası rejimi dövründə başqa bölgələr kimi Neftçalada da məscidlərin fəaliyyəti, islam təzahürləri qadağan edilmişdir. İnsanların pirlərə, müqəddəs ziyarətgahlara gedib ibadət etməsi qadağan olunmuşdur. 70-ci illərdə Aşura günü insanlar “Soltan Pirətəvan”a imam təzyəsinə gedərkən “yuxarılar” ın əmri ilə polislər tərəfindən onların qarşısı kəsilmiş və ziyarətgahın darvazası zəncirlə qıfıllanmış, amma Tanrının hökmü və Pirin möcüzəsilə qıfıl açılmışdır.
Son zamanlar “Soltan Pirətəvan” türbəsində aparılan təmir bərpa işləri onun memarlıq xüsusiyyətinə bir sıra ziyan vurmuşdur. Belə ki, türbənin gümbəz hissəsini mozaika üslubunda bəzədilməsi onun Abşeron-Şirvan memarlıq nümunələrindən ciddi surətdə ayırmışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Heydər Almazov” türbəsi 4937inventar nömrəsi ilə qeydə alınmışdır.
2 Bağ - park monumental abidə
1.Neftçala II Dünya Müharibəsində həlak olan həmvətənlərimizin xatirə abidəsi.

2.Bankə qəsəbəsində II Dünya Müharibəsində həlak olan həmvətənlərimizin xatirə abidəsi.


DİROVDAĞ orta əsr yaşayış məskəni Ələt - Astara yolunun sol tərəfində, Şirvan Milli Parkının ərazisindədir. Şərqdən 10km məsafədə Xəzər dənizindən aralı olan yaşayış yeri eyniadlı dağın cənub- şərq ətəklərindədir. Tutduğu ərazi təxminən 6-7 ha yaxındır. Dağın ətəkləri bütün ətrafı boyunca orta əsrlərə məxsus maddi mədəniyyət nümunələri ilə zəngindir. Üzəri isə aktiv və sönmüş kiçik palçıq vulkanlarından ibarətdir. Demək olar ki, bütün ətraflarda bişmiş kərpic qalıqlarına təsadüf edilir. Şimal və şimal - qərb tərəflərdə metallurgiya istehsalı ilə bağlı ocaq izləri, metal qırıntı və ərintiləri aşkar edilmişdir. Dirovdağın şimal-qərb və cənub yamaclarında aparılmış arxeoloji qazıntılar və qoyulmuş şurflar göstərir ki, burada XV-XVII və sonrakı əsrlərdə müvəqqəti yaşayış yerləri olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə Sovet Ordusunun poliqonuna çevrilənə qədər Dirovdağ qışlaq yeri olaraq qalırdı. Buraya hətta Şamaxıdan da qışlamağa gələnlər olurdu.

Keçidlər