Şriftin ölçüsü :

Saytın rəngi :

Xankişiyev Nicat Aşur oğlu

                       

 

                       Soyadı :                           Xankişiyev

                       Adı :                                 Nicat

                       Ata adı :                           Aşur

                       Doğum tarixi :                27.01.1999

                       Dəfn olunduğu tarix :    02.11.2020

                       Rütbə :                            Əsgər

                                                                                     Təltifləri

                                                                                  

 

 

Şəhid Xankişiyev Nicat Aşur oğlu 27 yanvar 1999-cu il tarixində Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuşdur. Nicat Xankişiyev 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbində 1-ci sinifə daxil olmuş, 2016-cı ildə həmin məktəbin məzunu olmuşdur.

Nicat Xankişiyev 30 yanvar 2017-ci il tarixində Neftçala Rayon Hərbi Komissarlığından hərbi xidmətə yollanmışdır. Xidmətini Beyləqan rayonu N saylı hərbi hissədə etmiş, 2018-ci ilin iyul ayında tərxis olmuşdur. Kəşfiyyatçı kimi xidmət etmiş Xankişiyev hərbi xidmətini təşəkkürnamə ilə başa vurmuşdur. Nicat Xankişiyev 21 sentyabr 2020-ci il tarixində hərbi toplanışla cəbhəyə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Nicat Xankişiyev Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 02 noyabr 2020-ci il tarixində Neftçala rayonu, Mərkəzi qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Xankişiyev Nicat Aşur oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər