Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərdə və körpələr evi-uşaq bağçalarında “Fövqaladə hallarda davranış qaydaları” adlı təlim-layihəsinə start verilib

22 oktyabr 2021 | 02:10

Neftçala rayonu məktəblərində və körpələr evi-uşaq bağçalarında “Fövqaladə hallarda davranış qaydaları” adlı təlim-layihəsinə start verilib.
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Təhsil Şöbəsinin dəstəyi ilə Neftçala rayonu A.Cəfərov adına Astanlı kənd tam orta məktəbində və Neftçala şəhər 2 saylı körpələr evi- uşaq baxçasında “Fövqaladə hallarda davranış qaydaları” adlı təlim-layihə keçirilib.
Təlimdə Neftçala RİH məsul şəxsləri, Neftçala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin, Neftçala rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Layihə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi- psixoloqu Məmmədzadə Esmira Əli qızı tərəfindən təqdim olunub. Təlimdə məktəblilərə təhlükə anlayışı və təhlükə zamanı yaşanılan emosiyalar, məişətdə yanğın, zəlzələ və digər təbii fəlakətlər, fövqəladə hallar zamanı davranış qaydaları, 101, 112, 103, 102 qaynar xəttləri haqqında geniş məlumat verilib.
Təlim-layihə davamlı olaraq rayonun ümumtəhsil məktəblərində və körpələr evi-uşaq bağçalarında keçirilməsi nəzərdə tutulub.

Keçidlər