Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb

06 oktyabr 2021 | 07:10

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə  Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Əliyev Famil Abbas oğlu “Tərəqqi” medalı və Elton Həbibov adına Neftçala şəhər 4 saylı məktəbin ingilis dili müəlliməsi Cəfərova Məlahət Süleyman qızı “Əməkdar müəllim” fəxri adı ilə təltif olunublar.
Əliyev Famil Abbas oğlu 20 iyun 1971-ci ildə Neftçala rayonu Həsənəbad qəsəbəsində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin (hal- hazırda Bakı Dövlət Universiteti) mexanika- riyaziyyat ixtisasına qəbul olub. 1993-cü ildən S. İmanov adına Neftçala şəhər 1 saylı orta məktəbdə müəllim işləyir.
Cəfərova Məlahət Süleyman qızı 08 iyul 1958-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə ingilis dili ixtisasına qəbul olub. 1996-cı ildən E. Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəbdə ingilis dili müəlliməsi işləyir.
2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə Qabaqcıl təhsil işçisi döş nişanı və Azərbaycan Respublikasının Prezidenti ilham Əliyevin 30 sentyabr 2014-cü il Sərəncamı ilə Tərəqqi Medalı ilə təltif olunub.
Təltif olunan müəllimlərimizi Neftçala RİH adından səmimi qəlbdən təbrik edirik və təhsil işlərində uğurlar arzu edirik.

Keçidlər