Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci və İkinci Fəxri xiyaban, Şəhidlər xiyabanı və 44 günlük Vətən müharibəsində şanlı qələbəmizi əks etdirən Hərbi Qənimətlər Parkı ziyarət olunub

30 sentyabr 2021 | 02:09

“Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Vətən müharibəsində sağlamlığını itirən Neftçala rayonundan olan bir qrup qazinin Anım Günü ilə əlaqədar Bakı şəhərinə səfəri təşkil olunub. Təşkilatın nümayəndələrinin, qazilərin və könüllülərin iştirakı ilə Birinci və İkinci Fəxri xiyaban, Şəhidlər xiyabanı və 44 günlük Vətən müharibəsində şanlı qələbəmizi əks etdirən Hərbi Qənimətlər Parkı ziyarət olunub.
Məlumat üçün bildiririk ki, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun  Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən sonra bir qrup ictimai fəal gənclər və hərbçilər tərəfindən yaradılıb.
Təşkilatın məqsədi müharibədən sonrakı dövrlərdə işğaldan azad olunan torpaqların dirçəldilməsi prosesində gənclərin səfərbər edilməsi, şanlı zəfər tarixinin gənclər arasında təbliği, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin tanıdılması, dövlət və cəmiyyət arasında sıx münasibətlərin qurulması, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasıdır.

Keçidlər