Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 18 yaşdan yuxarı vətəndaşların vaksinləşməsi prosesi sürətlə davam edir

20 may 2021 | 10:05

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilməsindən sonra Neftçala rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunma prosesinə başlanılıb. İlkin olaraq səhiyyə işçiləri vaksinləşmə prosesindən keçib. 08 fevral tarixindən 65 yaşdan yuxarı, 22 mart tarixindən isə 40 yaşdan yuxarı vətəndaşların qeydiyyatdan keçərək vaksinləşmə prosesinə başlanılıb.
10 may 2021-ci il tarixindən 18 yaşdan yuxarı olan vətəndaşların vaksinləşmə prosesinə başlanılıb və randevu.its.gov.az saytında qeydiyyatdan keçərək hər bir vətəndaş vaksinləşmə prosesində iştirak edə bilər.
Onlayn qeydiyyatdan keçə bilməyən vətəndaşlara Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidovun sərəncamı ilə yaradılan mobil qruplara daxil olan inzibati ərazi dairə üzrə nümayəndəlikləri tərəfindən vətəndaşların razılığı olduğu halda onlayn qeydiyyatdan keçirilməsi təmin edilir.

Keçidlər