Şriftin ölçüsü :

Saytın rəngi :

15 may “Beynəlxalq ailə günü”nə həsr olunan “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı tədbir keçirilib

16 may 2021 | 01:05

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 may “Beynəlxalq ailə günü”nə həsr olunan “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı videoformatda görüş keçirilib. Görüşdə Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman idarəsinin, Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyinin, Rayon Dövlət Statistika İdarəsinin, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının, Rayon Məhkəməsinin məsul şəxsləri, şəhid valideynləri və Vətən Müharibəsi iştirakçıları iştirak edib. Görüş iştirakçıları çıxışları zamanı Azərbaycanda dövlət ailə siyasətinin formalaşması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdılar.
Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir və inkişaf etdirilir. Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında böyük diqqət və qayğı göstərir.
Azərbaycan ailəsinin problemlərini diqqət mərkəzində saxlayan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrimizin rifahına istiqamətlənən layihələr uğurla reallaşır, cəmiyyətdə yaratdılan misilsiz mənəvi mühit Ulu Öndərin şəxsi nümunəsindən qaynaqlanan ideal ailə modeli insanları daxili zənginliyə və mənəvi saflığa səsləyir. Bu uğurlu, fəxr etdiyimiz örnək ailələr Azərbaycanın  gələcəyinin təminatçısıdır.
Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Bu gün Azərbaycanda Beynəlxalq Ailə Gününün qeyd olunmasının ənənəyə çevrilməsi məhz dövlətin beynəlxalq əməkdaşlıq prinsiplərini əsas tutaraq, bu sahəyə göstərdiyi xüsusi diqqəti kimi qəbul edilməlidir.

Keçidlər