Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada daha bir məktəb istifadəyə verildi

02 fevral 2021 | 10:02

Prezident İlham Əliyevin 8 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Neftçala şəhərində  40 şagird yerlik modul tipli “Elektrik şəbəkə” ibtidai məktəbinin quraşdırılması işləri yekunlaşıb. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq məhdud sayda şəxslərin iştirakı ilə Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov məktəbdə görülən işlər və yaradılan şəraitlə tanış olub.
Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov Neftçala şəhər Elton Həbibov adına 4 saylı tam orta məktəbdə dərs prosesinin gedişi ilə tanış olub.
Təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb infrastrukturunun inkişafı böyük əhəmiyyət kəsb edir. Təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumi təhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi olub. Son 15 ildə 3200-dən çox məktəb inşa edilib, əsalı təmir olunub, yeni tədris korpusları tikilib və ya tam yenilənib.
Neftçala RİH Başçısı Mirhəsən Seyidov müəllim heyətinə və məktəblilərə dərslərində uğurlar arzulayıb.

Keçidlər