Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada pambıq yığımı üzrə yüksək məhsuldarlıq əldə olunur

26 noyabr 2020 | 01:11

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli Sərəncamı kənd təsərrüfatına, o cümlədən, pambıqçılığın inkişafına göstərilən diqqət və qayğının təzahürüdür. Prezident İlham Əliyevin imzaladığı sərəncamla pambıqçılıq kənd təsərrüfatının əsas prioritetlərindən birinə çevrilmişdir. Belə ki, rayon ərazisində 2015-ci ildə 221,0 hektar sahədə pambıq bitkisi əkilmişdir ki, bundan da 255,0 ton məhsul əldə edilmiş, məhsuldarlıq hər hektara 11,5 sentner olmuşdur.

2020-ci ildə pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən rayon ərazisində pambıq bitkisinin əkilməsi üçün 1311 nəfər istehsalçı ilə müqavilə bağlanılaraq, 5972,0 hektar sahədə pambıq bitkisi əkilmişdir. Pambıqçılar 2020-ci ildə də gərgin işləmişlər. Təbiətin yaratdığı çətinliklərə, su çatışmazlığına və pandemiya şəraitinə baxmayaraq, bol məhsul yetişdirilmişdir. Hazırki dövrə qədər sahələrdən 22742 tondan çox məhsul yığılmış, orta məhsuldarlıq hər hektara 38,08 sentner olmuşdur.

2020-ci ilin nəticələri üzrə Neftçala rayonu 21 pambıqçılıq rayonu arasında orta məhsuldarlığa görə respublikada ikinci yerdədir. Cari ildə keçən ilə nisbətən orta məhsuldarlıq hər hektar üçün 6.48 sentner çox olmuşdur. Belə ki, 2019-cu ildə rayon ərazisində 5087,0 hektar sahədə pambıq bitkisi əkilmiş, sahələrdən 16072 ton məhsul yığılmış, orta məhsuldarlıq hər hektara 31,6 sentner olmuşdur.

Hal-hazırda sahələrdən məhsul yığımı davam etdirilir.

Keçidlər