Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada mobil qruplar və hüquq mühafizə orqanları əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir

13 avqust 2020 | 04:08

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq Neftçala rayonunda Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədi ilə mobil qruplar tərəfindən qəsəbə və kəndlərdə maarifləndirmə işləri aparılıb. ⁣İnfeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə bələdiyyə sədrləri və üzvləri, yerli icra nümayəndələri tərəfindən sakinlər arasında profilaktik maarifləndirmə tədbirləri həyata keçilir.⠀

Həmçinin, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ölkədə elan edilmiş karantin rejimi qaydalarına riayət edilməsi isiqamətində nəzarət tədbirləri aparılıb, maska və əlcəkdən istifadə etməyən satıcılar, müştərilər, sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər edilib. Virusun qapalı məkanlarda daha tez yayıldığı və belə yerlərdə qaydalara riayət etməyin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, hər bir şəxs karantin qaydalarına, koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş metodiki göstərişlərə əməl etməlidir.

Keçidlər