Şriftin ölçüsü :

Saytın rəngi :

“Neftçalalı sahibkar 50 min manatadək ziyanda-Şikayətinə baxılmır (video)”-Neftçala Rayon İcra Hakimiyyəti hit.az saytındakı iddialara cavab verdi

14 iyul 2020 | 11:07

"Neftçala rayonunun Kürkənd kənd sakini Heybətov Vidadi Bəhlül oğlunun 13 iyul 2020-ci il tarixində  “Hit.az” saytına verdiyi açıqlama  həqiqəti əks etdirmir." O, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun da qəbulunda olduğunu, amma şikayətinə baxılmadığını vurğulayıb. 
Vidadi Heybətovun müraciəti ilə bağlı bildiririk ki, vətəndaş Heybətov Vidadi Bəhlül oğlu 13 may 2020-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən onlayn şəkildə qəbul olunmuş, şikayəti dinlənilmiş və ona qanunvericilik izah olunmuşdur.
Vətəndaşa bildirilmişdir ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 27 yanvar 2015-ci il tarixli, 15 saylı Sərəncamı ilə rayonun 13 saylı Asudə Dövlət Torpaq Fondu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq üçün məqsədli təyinatı örüş olan 45 hektar torpaq sahəsi onun icarəsinə verilmiş, lakin o,  icarəsinə verilmiş 45 hektar örüş torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, qanunvericiliyin tələblərini pozaraq həmin ərazidə balıq saxlamaq üçün nohurçuluq təsərrüfatı yaratdığına görə Azərbaycan Respublikası Torpaq  Məcəlləsinin 16-cı maddəsinin 4-cü, 73-cü maddəsinin 1-ci bəndinin 4,6,7-ci abzasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli Qərarına, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cü maddəsinə əsasən Neftçala rayonu İcra Hakimiyyəti başçısının 10 oktyabr 2016-cı il tarixli 101 saylı Sərəncamı ilə torpaq sahəsindən istifadə hüququna xitam verilmiş, bu səbəbdən “Qaravəlli” Sudan İstifadəedənlər Birliyi tərəfindən Vidadi Heybətovun qanunsuz yaratdığı süni nohura suyun verilməsindən imtina edilmişdir.
Bir daha qeyd edirik ki, vətəndaş Heybətov Vidadi Bəhlül oğlunun hit.az saytında səsləndirdiyi bütün iddialar tamamilə əsassız və böhtandan ibarətdir".

Keçidlər