Şriftin ölçüsü :

Saytın rəngi :

⁣⁣⁣⁣Neftçala rayonunda növbəti dəfə reyd keçirilib

07 iyul 2020 | 03:07

6 iyul tarixində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən yaradılan ⁣Operativ Qərargahın Monitorinq komissiyasının üzvləri Neftçala rayonu ərazisində reyd keçiriblər.⠀⠀⠀⠀⠀
⠀⠀⠀⠀
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqlar nəzərə alaraq, Neftçala rayonunda da bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib.⠀⠀⠀⠀
⠀⠀⠀⠀
⁣Operativ Qərargahın Monitorinq komissiyasının üzvləri Neftçala rayonun ictimai-iaşə və ticarət obyektlərdə, əhalinin sıx toplaşan məhəllələrində, küçə və prospektlərində əhali ilə fərdi söhbətlər apararaq karantin qaydalarına riayət edilməsi tapşırılıb.

Keçidlər