Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlara koronavirus pandemiyasından qorunmaq üçün qaydalar planını əhatələyən məlumat vərəqələri paylanılıb

05 iyul 2020 | 06:07

⁣Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Neftçala Rayon Könüllülər qrupu tərəfindən rayonun mərkəzində əhalinin sıx toplaşdığı ərazilərdə növbəti dəfə vətəndaşlara pulsuz tibbi maskalar və əlcəklər paylanılıb.⠀

Xüsusi karantin rejiminin davam etdirilməsi ilə əlaqədar Neftçala Rayon Könüllüləri tərəfindən keçirilən aksiya çərçivəsində rayon sakinlərinə, yaşlılara, uşaqlı qadınlara, rayon ərazisində fəaliyyət göstərən sahibkarlara və digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunub, onlarla maarifləndirici söhbətlər aparılıb və vətəndaşlara koronavirus pandemiyasından qorunmaq üçün qaydalar planını əhatələyən məlumat vərəqələri paylanılıb.⠀

Aksiyanı razılıq hissi ilə qarşılayan vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirib.

 

Keçidlər