Şriftin ölçüsü :

Saytın rəngi :

23 İyun - Dövlət qulluqçularının peşə bayramıdır

24 iyun 2020 | 08:06

“Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, Respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb”. Bu sözləri Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov bugün dövlət qulluqçularının peşə bayramı münasibətilə təşkil olunan iclasda vurğulayıb. ⠀

Dövlət qulluğunun məsuliyyətli olduğu qədər də şərəfli bir fəaliyyət sahəsi olduğunu qeyd edən İcra Başçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər.⠀
Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır" fikrinin Neftçala RİH-nin hər bir əməkdaşı üçün də əsas davranış və fəaliyyət kodeksi olduğunu vurğulayıb. ⠀

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu qeyd edən İcra Başçısı bildirmişdir ki, ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci ilin 21 iyulunda qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub. Bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır. Yekunda rayon rəhbəri dövlət qulluqçularını bir daha təbrik edərək hər bir dövlət qulluqçusuna xalqa layiqli xidmət etmək işində uğurlar arzulamışdır.

Keçidlər