Şriftin ölçüsü :

Saytın rəngi :

⁣Prezident İlham Əliyev tərəfindən Neftçala rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində imzalanan sərəncamın icrasına başlanılıb

23 iyun 2020 | 09:06

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, "Azərsu" ASC tərəfindən icrasına başlanılan layihənin gedişatı ilə yaxından tanış olublar. Neftçala şəhərinin və ətraf yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan layihə çərçivəsində, Salyan rayonu ərazisində olan su tutumu 7500 m3 olan su anbarının tikintisinə başlanılıb. Mirhəsən Seyidov layihə ilə bağlı görüləcək işlərin daha da sürətləndirilməsi və tikinti işlərinə Neftçala ərazisini daha yaxından tanıyan təcrübəli şəxslərin və ekspertlərin cəlb olunması ilə bağlı fikir mübadiləsi aparıb. 44 km məsafədən Neftçala şəhərinə çəkilən su xətti layihəsinin tikintisi nəticəsində əsasən çox mənzilli binaların və fərdi yaşayış evlərində yaşayan 40.000 nəfərə yaxın sakinin içməli su xətti təchizatı və sayğaclaşdırılması, paralel olaraq Neftçala şəhərinin kanalizasiya sisteminin yenidən qurulması həyata keçiriləcək. Hazırda bütün zəruri tədbirlər həyata keçirilir.

Keçidlər