Şriftin ölçüsü :

Saytın rəngi :

Operativ Qərargahın növbəti iclası keçirildi

17 iyun 2020 | 02:06

Neftçala Rayon İcra Hakimiyyəti başçısı MirHəsən Seyidovun iştirakı ilə su təchizatının yaxşılaşdırılması və vətəndaşların daha operativ şəkildə içməli su ilə təmin olunması istiqamətində Operativ Qərargahın növbəti iclası baş tutub. İclasda Neftçala şəhər, Bankə qəsəbəsi, Həsənabad qəsəbəsində daha çox su təchizatı ilə bağlı müraciətlərə baxılıb. Rayon ərazisində fəaliyyət göstərən su daşıyıcı texnikaların sayının artırılması, operativ proqramın qurulması, mərhələli şəkildə su paylanması, ticarət obyektlərində su satışına nəzarətin gücləndirilməsi və suni qiymət artımının qarşısının alınması haqqında qərar qəbul olunub.

Keçidlər