Şriftin ölçüsü :

Saytın rəngi :

⁣Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Neftçala rayon yerli icra nümayəndələri ilə onlayn şəkildə görüş keçirib.

05 may 2020 | 02:05

Görüş zamanı mövcud problemlemlərin araşdırılması və həlli üçün müzakirələr aparılıb, həmçinin aşağıdakı istiqamətlər üzrə müvafiq göstəriş və tapşırıqlar verilib:⠀
- Nazirlər Kabineti yanında Operativ Qərargahın qәrarı ilә xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq profilaktik tədbirlərin davam etdirilməsi;⠀
- aztəminatlı ailələrin, yaşı 65-dən yuxarı olan vә tənha ahılların daim nəzarətdә saxlanılması;⠀
- ərzaq yardımı zamanı şəffaflığın bundan sonrakı müddətdə də qorunub saxlanılması;⠀
- ictimai işlərə cəlb olunan şəxslərin dezinfeksiya işlərində və sosial xidmət sferasında işinə mütəmadi nəzarətin həyata keçirilməsi;⠀
- rayon ərazisində karantin rejimi qaydalarına, ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində, bazar, topdan və pərakəndə satış məntəqələrində, vətəndaş qəbulu zamanı qaydalara ciddi formada riayət edilməsi;⠀
- rayon ərazisində, kəndlər və qəsəbələrdə mütəmadi olaraq mobil qruplar tərəfində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və məlumatlandırıcı posterlərin insanların mütəmadi istifadə etdiyi yerlərdə asılmasına nəzarətin həyata keçirilməsi.

Keçidlər