Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbəsində səyyar qəbul-görüşü keçirilmişdir

09 iyun 2016 | 09:06

08 iyun 2016-cı il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Neftçala Rayonu İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonun Həsənabad qəsəbəsində keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, RİH başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə nail olunmuş sosial-iqtisadi inkişaf, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlər,  sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı barədə danışmışdır.

Bundan sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Qəsəbə sakinləri öz müraciətlərində əsasən qəsəbənin Mirqurbanlı məhəlləsinin qaz təminatının bərpa olunması, işlə təminat, qəsəbə məktəbinin dam örtüyünün təmir olunması və s. məsələlər barədə təklif və xahişlərini çatdırmışlar. Çıxış edən sakinlər  kəndin problemlərinin həllinə göstərilən səy və diqqətə görə İcra Hakimiyyətinin başçısına təşəkkür etmişdir. Qaldırılan məsələlərin bir qismi qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapmış, digərlərinin həlli ilə əlaqədar  Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Görüşün sonunda Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev çıxış edərək ölkə başçısı cənab İlham Əlyevin tapşırığı ilə mütəmadi keçirilən  səyyar görüşlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşların problemlərinin həlli istiqamətində səylərin artırılacağını qeyd etmişdir

Keçidlər