Suvarma kanalına beton üzlük çəkilməsi su itkisinin qarşısın alacaq
Ölkə ərazisində əkin sahələrinin suvarılmasında yaranan çətinliklərin aradan qaldırılması məqsədilə görülən işlərdən biri suvarma kanallarına beton örtük çəkilməsidir. Torpaq mülkiyyətçilərinə və femerlərə suyun itkisiz olaraq vaxtında çatdırılması, su itkisinin qarşısının alınması məqsədi ilə Neftçala rayonunda mövcud olan torpaq məcralı kanallar beton üzlüyə alınır. Bu məqsədilə rayonun Yuxarı Qaramanlı kəndi ərazisində 1000 hektar əraziyə xidmət edən torpaq məcralı 4,2 km olan kanalın ilkin mərhələdə 1500 p/metr məsafəsində beton üzlüyə alınması başa çıtdırılıb. Cari ildə isə torpaq məcralı 1500 metr kanalın lildən təmizlənməsi, torpaqla doldurulub kipləşdirildikdən sonra, yenidən qazılaraq betonlanması nəzərdə tutulub.
Eyni zamanda rayonun əkin sahələrinin su təminatını yaxşılaşdırmaq üçün icra olunan layihələrdən biri, Qırmızıkənd kəndi ərazisində 500 hektar əraziyə xidmət edən 1080 p/metr məsafədə torpaq məcralı kanalın yeni nov kanalla əvəz olunmasıdır. Cari ildə isə əlavə olaraq 612 p/m nov kanalın çəkilməsi planlaşdırılıb. Görülən işlər öz növbəsinə rayonda suvarmanın mütəşəkkil aparılmasına müsbət təsir göstərəcək, su itkisi minimuma endirilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.
Neftçala rayonunda suvarma mövsümü ərəfəsində 83 hidrotexniki qurğu carı təmir edilmiş, 350,1 km suvarma kanallarının lildən təmizlənməsi işləri həyata keçirilmişdir.