Neftçala rayonunun Şorkənd kəndində modul tipli məktəb tikilir
18 noyabr 2022 | 16:30
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 may tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının ərazisində quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısına Neftçala rayon Təhsil Sektoru F.Mayılov adına Şorkənd kənd ümumi orta məktəbi də daxil edilmişdir.
Sərəncamda 96 şagird yerlik modul tipli məktəbin ümumi layihə dəyəri 382 min manat nəzərdə tutulub. Hazırda modul məktəbdə son tamamlama işləri gedir.Modul məktəbin quraşdırılması "MODENKO MMC" tərəfindən həyata keçirilir.