Neftçala rayonunun Mirzəqurbanlı kəndi qazlaşdırılır
Neftçala rayonunun 94 evdən ibarət Mirzəqurbanlı kəndində 3-93-21 saylı Sifarişlə hazırlanmış layihə smeta sənədlərinə əsasən “Azəriqaz” İB-nin Təmir Tiklinti İdarəsinin Salyan RQİİ Təmir Tikinti Sahəsi tərəfindən hal-hazırda qazlaşma işləri aparılır.
Kəndin qazlaşması üçün LSS üzrə d-57 mm-lik – 4655 metr, d-76 mm-lik – 2618 metr, d-108 mm-lik – 1854 metr, ümumilikdə 9127 metr küçə qaz xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan işlərdən d-57 mm-lik – 3729 metr, d-76 mm-lik – 2354 metr, d-108 mm-lik – 1674 metr, ümumulikdə 7757 metr qaz xətti çəkilmişdir. Quraşdırılmış qaz xətlərinin boyanma işləri d-57 mm-lik – 3729 metr (antipas və parlaq boya), d-76 mm-lik – 2354 metr (antipas və parlaq boya), d-108 mm-lik – 1674 metr (antipas və parlaq boya) ümumilikdə 7757 metr antipas və parlaq boya vurulmuşdur. Qaz xətlərin üzərinə dş-50 mm-lik – 7 ədəd, dş-80 mm-lik – 4 ədəd və dş-100 mm-lik – 2 ədəd siyirtmələr quraşdırılmışdır. Qaz xətti üçün quraşdırılmış dayaqların 80 % hissəsi betonlanmışdır.
Kəndin qazlaşmasının başa çatdırılması 2023-cü ilin I rübündə nəzərdə tutulmuşdur.