Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda yeni modul tipli məktəbin tikintisi yekunlaşıb

24 fevral 2023 | 17:50
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2022-ci il tarixli, 3257 saylı Sərəncamına uyğun olaraq Neftçala rayonunun Şorkənd kəndində yerləşən Fail Mayilov adına Şorkənd kənd ümumi orta məktəbi üçün yeni modul tipli məktəbin quraşdırılması işləri yekunlaşıb.
Məlumat üçün bildiririk ki, modul tipli məktəbin ümumi sahəsi 270 kvm , ərazisi 780 kvm asfalt örtüyündən və 148 kvm səki örtüyündən ibarətdir. Əlavə olaraq məktəb binası üçün qazanxana, su anbarı tikilib və ümumilikdə məktəb 96 şagird yerlikdir. Modul tipli məktəbə siqnalizasiya və təhlükəsizlik kameraları quraşdırılıb, sinif otaqları layihəyə uyğun olaraq bütün tədris avadanlıqları ilə təmin olunub.
Keçidlər