Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda taxıl biçini sürətlə davam edir

13 iyun 2022 | 10:59
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Yuxarı Qaramanlı inzibati ərazisində taxıl sahəsində biçinin gedişi ilə tanış olub. Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rayon İcra Hakimiyyətinin başçısına rayon ərazisində aparılan taxıl biçini haqqında ümumi məlumat verilib. Neftçala RİH başçısı ərazidə olan fermerlərlə görüşüb. Fermerlərlə söhbət edən İcra başçısı onları maraqlandıran sualları cavablandırıb və fermerləri narahat edən məsələlər müzakirə olunub, fermerlərin fikirləri öyrənilib.
Məlumat üçün qeyd edək ki, Neftçala rayonu Respublika üzrə ən çox arpa əkini aparılan rayonlardan biridir.⠀ Bu günədək rayon üzrə 34825 hektar arpa sahəsinin 17908 hektarında biçin həyata keçirilib və sahələrdən 23585 ton arpa yığılıb.⠀ Arpa biçininə 79 kombayn cəlb olunub ki, bunun 32 ədədi "Aqrolizinq" ASC-nin, 32 ədədi fərdi mülkiyyətçilərin , 15 ədədi isə "Aqrolizinq" xətti ilə digər rayonlardan dislokasiya olunan kombaynlardır.⠀ Neftçala rayonunda ümumi 39925 hektar taxıl əkini aparılıb ki, bundan 5100 hektarı buğda, 34825 hektarı isə arpadır. Buğda sahələrinin biçininə isə bu ayın ortalarından kütləvi şəkildə başlanacaqdır.
Keçidlər