Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonu ərazisində yeni nəsil GPON texnologiyaları əsaslı rabitə infrastrukturunun qurulması layihəsi həyata keçirilir

06 dekabr 2023 | 09:47

"Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1325 nömrəli Fərmanının icrası ilə bağlı 01 dekabr 2023-cü il vəziyyətinə rayon ərazisində yeni nəsil GPON texnologiyaları əsaslı rabitə infrastrukturunun qurulması, yüksək sürətli dayanıqlı internet şəbəkəsinin quraşdırılması işləri davam etdirilir. İcrası təşkilat olan İTTNET MMC- i tərəfindən tərtib olunmuş layihə əsasında 2 zona üzrə mühəndis -telekommunikasiya qurğularınin tikinti quraşdırma işləri başa çatdırılıb, layihə üzrə iki zona üzrə ümumilikdə 73 port quraşdırılmış, 4672 yaşayış evi optik xətt üzərindən sürətli internetlə təmin olunub, layihə əsasında artıq optik xətlə təmin edilən əhaliyə 40 mbit sürətli internetin verilməsi həyata keçirilib.

“Azeronline  LTD” BM-in sifarişi ilə isə GPON layihəsi  əsasında rayonun Həsənabad qəsəbəsində 150 port üzərindən 900 ev təsərrüfatına, Mirqurbanlı kəndində 93 port üzərindən 558 ev təsərrüfatına optik xətt üzərindən sürətli internetlə təmin olunması istiqamətində yekunlaşma işləri aparılır. Rayonun Bankə qəsəbəsində, Kürkənd kəndində, Neftçala şəhərinin V-VII məhəllələrində, M.Ə.Sabir küçəsində   metal dirəklər basdırılıb, FO kabeli çəkilib, tikinti-quraşdırma işləri davam etdirilir. Layihə çərçivəsində Neftçala rayonunun digər yaşayış məntəqələrinin də optik xətt üzərindən sürətli internetlə təmin olunması istiqamətində işlərin görülməsi nəzərdə tutulub.

 

Keçidlər