Neftçala rayonu ərazisində suvarma kanallarında lildən təmizlənmə və nov kanallarının yenilənməsi işləri aparılıb
2023-cü ilin 01 dekabr tarixinədək Neftçala rayon ərazisində suvarılan 38158 hektar torpaq sahəsində, kənd təsərrüfatı məhsulları istehsalçılarının əkin sahələrinin suvarılma suyu ilə təchizatının müntəzəm təmin olunması və suvarmada intensivliyin artırılması məqsədilə, rayon üzrə 1026,25 km suvarma kanallarında 328 km-də lildən təmizlənmə işləri yerinə yetirilmiş, Qırmızıkənd kəndində 750 p/m nov kanalı yenisi ilə əvəz edilib. Rayonun Bankə qəsəbəsində 17,0 km, Aşağı Qaramanlı kəndində 39,4 km, Aşağı Surra kəndində 18,4 km, Boyat kəndində 29,8 km, Tataraməhlə kəndində 38,0 km, Sarıqamış kəndində 13,8 km, Yuxarı Qaramanlı kəndində 22,0 km, Cəngan kəndində 19,0 km, Xol Qarabucaq kəndində 39,4 km, Xol Qaraqaşlı kəndində 37,2 km, Qaçaqkənd kəndində 25,4 km, Qırmızıkənd kəndində 17,3 km, Balıq təsərrüfatı magistral kanalında 7,2 km, Akkuşa magistral kanalında 4,1 km suvarma kanalı lildən təmizlənib, bu istiqamətdə işlər davam etdirilir, Uzunbabalı kəndində 902 p/m nov kanalında isə təmir-bərpa işləri həyata keçirilir.